Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-96)-17/2026 11.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Babayeva Nərmin Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 42 saylı Dövlət Notariat Kontoruna qarşı notariat qaydasında təsdiq edilmiş sənədin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 42 saylı Dövlət Notariat Kontoruna qarşı notariat qaydasında təsdiq edilmiş sənədin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 42 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən 05 yanvar 2022-ci il tarixdə təsdiq edilmiş notariat sənədi etibarsız sayılması, həmin sənədin hüquqi nəticələrinin ləğv edildiyi tanınması, avtomobil üzərinə məhkəmə tərəfindən qoyulmuş həbsin pozulmazlığı, məhkəmə xərcləri cavabdehlərin üzərinə qoyulması tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qubadlı Rayon Məhkəməsinin 25 yanvar 2019-cu il iş № 2(028)-112/2 tarixli qərardadı ilə “Mercedes Benz C220 CDİ” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə iddianın təmin edilməsi tədbiri kimi həbs qoyulmuşdur. Həmin qərardad dərhal icra olunmalı olmuş və hüquqi qüvvədədir. Məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş əmlak üzərində hər hansı sərəncam vermə, o cümlədən satılması, bağışlanması, digər şəxsin adına keçirilməsi və bu məqsədlə razılıq sənədlərinin verilməsi qanunla qadağandır. Lakin buna baxmayaraq, Bakı şəhəri 42 saylı notariat ofisinin xüsusi notariusu X4 05 yanvar 2022-ci il tarixdə Mikayılova (Süleymanzadə) Fəridə Yavər qızının “X1 adına keçməsinə etiraz etməməsi” məzmunlu qərarının mövcud olduğu avtomobilin üzərində həbsin qüvvədə olduğu bir vaxtda tərtib edildiyindən etibarsız sayılmalıdır. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbini müdafiə etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Qaradağ rayon İcra şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbinin notariat qaydasında təsdiq edilmiş avtomobilin özgəninkilləşdirilməsinə verilən razılıq ərizəsinin etibarsız hesab edilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1.-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, notariat qaydasında təsdiq edilmiş avtomobilin özgəninkilləşdirilməsinə verilən razılıq ərizəsinin etibarsız hesab edilməsi hər hansı bir mülki iş üzrə sübut ola bilər. Sübut isə müstəqil iddia tələbinin predmeti ola bilməz. Avtomobilin özgəninkilləşdirilməsinə verilən razılıq ərizəsi əsasında iddiaçının pozulmuş hüquqları nədən ibarət olmasını iddiaçı müəyyən etməli, həmin pozuntuların aradan qaldırılması üçün müvafiq tələblə məhkəməyə müraciət etməli, həmin tələb çərçivəsində avtomobilin özgəninkilləşdirilməsinə verilən razılıq ərizəsinə (sübuta) qiymət verilə bilər. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 42 saylı Dövlət Notariat Kontoruna qarşı notariat qaydasında təsdiq edilmiş sənədin etibarsız hesab edilməsi tələbinə dair hissədə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri 42 saylı Dövlət Notariat Kontoruna qarşı notariat qaydasında təsdiq edilmiş sənədin etibarsız hesab edilməsi tələbi üzrə icraata xitam verilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(5-96)-17/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(5-96)-17/2026
11.02.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver