Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-98)-254/2026 22.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İlyas İnqilab oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Cavabdeh xx.xx.2023 – xx.xx.2025-ci il tarixdən kommunal xidmətlərə görə tam ödənilməmiş 379 (üç yüz yetmiş doqquz) manat borcun və dövlət rüsumu üçün ödənilmiş 35 manat pulun, cəmi 414 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır.
Əsaslandırıcı hissə:
3. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçı aidiyyət qaydalarını pozmaqla məhkəməyə müraciət etmişdir. Cavabdeh “Elektron məhkəmə informasiya sistemi” vasitəsilə məlumatlarının yoxlanılması zamanı müəyyən edilmişdir ki, onun qeydiyyat ünvanı ünvan 1l nəzərdə tutulmadığı təqdirdə, tələb kimə qarşı yönəlmişdirsə, yəni fiziki şəxsə qarşı yönələrsə, həmin fiziki şəxsin qeydiyyat ünvanı üzrə, hüquqi şəxsə qarşı yönəlmişdirsə, hüquqi şəxsin ünvanının olduğu yerə görə aidiyyəti məhkəməyə müraciət edilməlidir. Fiziki şəxsin qeydə alındığı yer dedikdə, onun iddianın verildiyi vaxt yaşayış yeri, yəni rəsmi qeydiyyata alındığı yer başa düşülməlidir. Göründüyü kimi, cavabdehin Bakı şəhəri Nəsimi rayonunun ərazisində qeydiyyatda olmasına dair məlumatlar mövcud deyil, ona görə hazırkı iddia ərizəsinin həmin rayonun məhkəməsi tərəfindən icraata qəbul edilərək işə baxılması mümkün deyildir. O cümlədən iddiaçının seçməsinə görə aidiyyət qaydalarını təsbit edən Azərbaycan Respublikası MPM-nin 36-cı maddəsi ilə dairəsi nəzərdə tutulmuş hallar da müəyyən edilməmişdir. Cavabdeh qeydə alındığı yer Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşdiyinə görə iddiaçının “pul” tələbinə ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır.
5. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə dövlət büdcəsinə 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir (qəbz №: **********13). Həmin qəbzlə ödənilmiş dövlət rüsumunun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(5-98)-162/2026 nömrəli, 15 yanvar 2026-cı il tarixli qərardadı ilə İddiaçınə qaytarılması qərara alındığı üçün yenidən iddiaçıya geri qaytarılması zərurəti aradan qalxmışdır.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Maddə 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır; Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
7. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır.
Nəticə:
8. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: İlyas Həsənov