Məhkəmə qərarları › İş №2(5-98)-653/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(5-98)-653/2026

19.02.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-98)-653/2026 19.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X2, İddiaçı cavabdehlər X1, Cavabdeh2 və Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı “icra sənədi üzrə icraatın dayandırılması və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə: İddiaçı cavabdehlər X1, Cavabdeh2 və Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı “icra sənədi üzrə icraatın dayandırılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. İddia ərizəsinə əlavə edilmiş 13.*2.2*26-cı il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 1** manat məbləğində dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: İddia tələbinin birinci hissəsi müvəqqəti tədbir kimi icra qeydi əsasında verilmiş icra sənədi üzrə borclunun – iddiaçının əmək haqqından tutulmaların dayandırılması üçün icraatın dayandırılması barədə qərar qəbul edilməsi məzmunundadır. Məhkəmə hesab edir ki, bu məsələyə iddia icraatı çərçivəsində baxılması mümkün deyildir. Çünki prosessual qanunvericiliyin tələbinə görə, belə qərarın qəbul edilməsi icra icraatı mərhələsinə aiddir. Həmin mərhələdə yaranmış mübahisəyə isə məhkəmədə yalnız “8” indeksi ilə qeydə alınmış ərizə (təqdimat, müraciət, şikayət və s.) əsasında baxıla bilər. İddia tələbinin ikinci hissəsi isə barəsində icra qeydi aparılmış borc müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi barədədir. İcra qeydi qüvvədə olmaqla mübahisələndirilmədiyindən məhkəmə hesab edir ki, borc müqaviləsinin mübahisələndirilməsi tələbi də məhkəmə icraatının predmeti ola bilməz. Çünki icra qeydinin aparılması müqavilənin etibarlı hesab edilməklə ləğv edilməsi deməkdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı ərizəyə iddia icraatı qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə, xüsusi icraat, icra icraatı) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında baxılmalı olmadığından ərizənin qəbul edilməsindən imtina edilməsini ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 114.1, 114.1.2-ci maddə. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: - bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; 153.2, 153.2.1-ci maddə. Ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddə. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.5-ci maddə. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsasən hesab edirəm ki, hazırkı iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 153.2.1, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər X1, Cavabdeh2 və Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı “icra sənədi üzrə icraatın dayandırılması və s.” tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 1** (bir yüz) manat məbləğində pul İddiaçı geri qaytarılsın (qəbz №: 1953486*65). Qərardaddan rəsmi qaydada verildiyi gündən 1* (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar