Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 27(1-8)-11/2026 28.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin ərizəsi üzrə QƏRARDADI Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası hakimlər - Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət məhkəmə tərkibində, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün maraqlı şəxs qismində cəlb edilməsi barədə “ATS” X10 (vəkil X3) ərizəsinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2022-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddiaçı X9 iddia tələbi təmin edilərək, ünvan 1 saylı ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsinin naturada ayrılmaqla, həmin sahənin iddiaçı X9 istifadəsinə verilməsi, cavabdeh X2 ünvan 1 saylı ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və həmin hissənin əvvəlki vəziyyətinə bərpa edilməsinin cavabdehin hesabına həyata keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ####### 2022-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim Q.A.Əsgərovun sədrliyi və məruzəsi ilə, hakimlər A.N.Imanovun və F.Ş.Talışinskinin iştirakı ilə) cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ##### 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** saylı, # ###### 2023-cü il tarixli qərarı ilə (hakimlər E.Y.Şamayev (sədrlik edən və mərizəçi), E.R.Vəliyeva və A.Ə.Abbasov) cavabdeh X2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ####### 2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Namiq Cəfərov sədrlik edən və məruzəçi, Ikram Şirinov və Elşən Kazımov) *(***)-****/**** nömrəli, ## ##### 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək Yasamal Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarı ilə (hakimlər Əhliman Xıdırov (sədrlik edən və məruzəçi), Abiddin Hüseynov və Əhməd Nurməmmədov) kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ##### 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev sədrlik edən və məruzəçi, Cəmilə Musayeva və Günay Axundova) apellyasiya şikayəti qismən təmin edilərək, Yasamal Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbi qismən təmin edilərək, ünvan 1 saylı ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyriyaşayış sahəsi iddiaçı X9 istifadəsinə verilməsi, cavabdeh X1 ünvan 1 saylı ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və həmin hissənin əvvəlki vəziyyətinə bərpa edilməsi cavabdehin hesabına həyata keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bu qətnaməni iddianın təmin edildiyi hissəsindən cavabdeh X1 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərarı ilə təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. “ATS” X10 ərizə və kassasiya şikayəti ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsi maraqlarına toxunduğundan üçüncü şəxs qismində icraata cəlb edilməklə, qətnamədən kassasiya şikayətinin Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərkibi hesab edir ki, aşağıdakılara əsasən ərizə geri qaytarılmalıdır. MPM-in 403.2-ci maddəsinə əsasən işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilər. MPM-in 403.2-2-ci maddəsinə əsasən işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin ərizəsi mülki və ya kommersiya kollegiyalarına daxil olan 3 hakimdən ibarət məhkəmə tərkibi tərəfindən məhkəmə baxışı keçirilmədən araşdırıldıqdan sonra, ərizəsinin təmin və yaxud rədd edilməsi barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ##.##.2020-ci il tarixli “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı” qərardadında da qeyd edildiyi kimi, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş kassasiya şikayətinin (və ya şikayətlərinin) icraata qəbulundan kassasiya instansiyası məhkəməsi tərəfindən imtina edilməlidir. Kollegiya göstərilənlərə əsasən hesab edir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin MPM-nin 403.2-ci maddəsində nəzərdə tutulmuş qaydada ərizə ilə müraciət edərək apellyasiya məhkəməsinin aktını kassasiya qaydasında mübahisələndirmək hüququ o zaman tanınır ki, apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilmiş məhkəmə aktlarının mübahisələndirildiyi hissə kassasiya baxışının predmeti olmasın. Hazırkı halda ərizəçi apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında yoxlanılmış hissəsindən verdiyi kassasiya şikayəti prosessual qanunvericiliyə əsasən qeyri-mümkün olduğundan ərizə qaytarılmalıdır. MPM-nin 423.2-ci maddəsində işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının və Kommersiya kollegiyasının qərarlarından ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna əlavə kassasiya şikayəti ilə müraciət etmək hüququ nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün maraqlı şəxs qismində cəlb edilməsi barədə “ATS” X10 ərizəsi qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 263, 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün maraqlı şəxs qismində cəlb edilməsi barədə “ATS” X10 ərizəsi qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №27(1-8)-11/2026
Ali Məhkəmə Qərardad — İş №27(1-8)-11/2026
28.07.2026 · İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə ərizəsi üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver