Məhkəmə qərarları › İş №27(1-8)-6/2026

Ali Məhkəmə Qərardad — İş №27(1-8)-6/2026

16.06.2026 · İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə ərizəsi üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 27(1-8)-6/2026 16.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X2 cavabdeh X4 qarşı mülki iş üzrə QƏRARDADİ Kateqoriya (açar sözlər): işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunulduğu bildirilən şəxsin ərizəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, ərizəçi Ərizəni verən şəxs işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxs qismində Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən verdiyi ərizəsinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Iddiaçı X2 cavabdeh X4 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahları dövründə əldə edilmiş və cavabdehin adına qeydiyyatda olan “X1 111 CDI YÜK” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin (bundan sonra mübahisəli avtomobil) aralarında bölünməsi və həmin avtomobilin 50 faizi hissəsinə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Lənkəran Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia rədd olunmuşdur.

3. Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.

Işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunması bildirilən şəxsin dəlilləri:

5. Ərizəni verən şəxs (vəkili və nümayəndəsi X3) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinə əsasən işdə iştirak etməyə cəlb olunmayan, lakin məhkəmə aktı ilə maraqlarına toxunulan şəxs kimi Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədrinə ərizə ilə müraciət etmiş, ərizəyə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə əlavə olunmuşdur.

6. Ərizəçinin məhkəmə aktı ilə maraqlarına toxunulan şəxs qismində verdiyi ərizə onunla əsaslandırılmışdır ki, Ərizəni verən şəxs mübahisəli avtomobili ## ###### 2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında əldə etmiş və həmin tarixdən etibarən avtomobil onun adına dövlət qeydiyyatına alınmışdır. Bu hal nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə təsdiq olunur. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi onun mülkiyyət hüquqlarına birbaşa təsir göstərən qətnamə qəbul etsə də, onu iş üzrə maraqlı şəxs qismində məhkəmə icraatına cəlb etməmiş, nəticədə müdafiə və ədalətli məhkəmə araşdırması hüquqları pozulmuşdur. Iddiaçının öz izahatlarından görünür ki, o, cavabdehlə 2006-cı ildən faktiki olaraq ayrılmış, ayrı yaşamış və ayrı təsərrüfat aparmışdır. Bununla yanaşı, cavabdeh Elçin Fərəcov 2008-ci ildən etibarən digər şəxs – Gülruh Fərəcovla 2008-ci ildən faktiki, 2010cu ildən rəsmi ailə münasibətlərində olmuş, onların üç övladı dünyaya gəlmiş və mübahisəli avtomobil də həmin ailənin ümumi gəlirləri hesabına alınmışdır. Bu səbəbdən avtomobilin iddiaçı ilə cavabdehin birgə nikahı dövründə əldə edilmiş ümumi əmlak kimi qiymətləndirilməsi əsassızdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə mövcud sübutları tam və obyektiv araşdırmamış, yalnız iddiaçının izahatlarına istinad etməklə nəticəyə gəlmiş, avtomobilin qətnamə qəbul edilməzdən əvvəl onun mülkiyyətinə keçməsi faktını nəzərə almamışdır. Nəticədə onun mülkiyyət hüququ pozulmuş, lakin o, məhkəmə iclaslarında iştirak etmədiyindən öz hüquqlarını müdafiə etmək imkanından məhrum olmuşdur.

7. Ərizə Ali Məhkəmənin sədri tərəfindən iş materialları ilə birgə öyrənilməsi və apellyasiya instansiyası məhkəməsinin sözügedən qətnaməsindən işdə iştirak etməyə cəlb olunmayan şəxs qismində Fərəcova Gülruh Qəzənfər oğlunun kassasiya şikayəti verməsi üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 3 hakimdən ibarət məhkəmə tərkibinə verilmişdir. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

8. Maddə 403.2. Işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilər. Ərizədə qəbul edilmiş qətnamə və ya qərardadla şəxsin hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Ərizəyə kassasiya şikayəti əlavə edilməlidir.

9. Maddə 403.2-1. Ərizə Ali Məhkəmənin sədri tərəfindən işin materialları ilə birgə öyrənilməsi və apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və ya qərardadlarından işdə iştirak etməyə cəlb olunmayan şəxslərin kassasiya şikayətinin verilməsi üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və ya Kommersiya kollegiyalarına verilir.

10. Maddə 403.2-2. Işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin ərizəsi mülki və ya kommersiya kollegiyalarına daxil olan 3 hakimdən ibarət məhkəmə tərkibi tərəfindən məhkəmə baxışı keçirilmədən araşdırıldıqdan sonra, ərizəsinin təmin və yaxud rədd edilməsi barədə qərardad qəbul edilir.

Kasasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2022-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi işdə iştirak etməyə cəlb olunmamış şəxsin hüquq və qanunla qorunan mənafelərinə toxunmadığından ərizə təmin edilməməlidir.

12. Belə ki, ərizəçinin qeyd etdiyi mülki iş üzrə mübahisə keçmiş ər-arvad arasında birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə bağlı olmuş və iddiaçı Xalidə Babayeva mübahisəli avtomobil üzərində pay hüququnun tanınmasını tələb etmişdir. Məhkəmələr tərəfindən araşdırılan məsələ də həmin avtomobilin ər-arvadın ümumi birgə mülkiyyətinə aid olub-olmaması və iddiaçının onun üzərində pay hüququnun mövcudluğu ilə bağlı olmuşdur.

13. Iddia ərizəsində mübahisəli avtomobilin özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin geri qaytarılması və ya nəqliyyat vasitəsinin hazırkı sahibindən tələb olunması barədə hər hansı tələb irəli sürülməmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə həmin məsələlər həll edilməmişdir. Bu baxımdan, ərizəçinin avtomobili əldə etməsi və onun adına qeydiyyata alınması faktı mübahisənin predmetini təşkil etməmiş, qəbul edilmiş qətnamə ilə ərizəçinin hər hansı hüququ müəyyən edilməmiş, üzərinə vəzifə qoyulmamış, habelə onunla bağlanmış alqı-satqı müqaviləsinin etibarlılığı məsələsi həll edilməmişdir.

14. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ərizəçinin maraqlarına toxunmadığından onun məhkəmə aktını kassasiya qaydasında mübahisələndirmək hüququnun təmin edilməsi üçün maraqlı şəxs kimi mülki işə cəlb olunmasına dair ərizəsi təmin olunmamalıdır.

15. Qeyd olunanları nəzərə alaraq və MPM-in 403-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Ərizəçi Ərizəni verən şəxs Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən kassasiya şikayəti vermək üçün maraqlı şəxs qismində cəlb edilməsinə dair ərizəsi rədd edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar