Məhkəmə qərarları › İş №27(1-8)-8/2026

Ali Məhkəmə Qərardad — İş №27(1-8)-8/2026

26.05.2026 · İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə ərizəsi üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 27(1-8)-8/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər - Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçılar X5, X10 və X11 cavabdehlər X12 və X6 qarşı torpaq sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin sökülməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # #### 2025-ci il tarixli qətnaməsindən Ərizəni verən şəxs işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxs qismində verdiyi ərizəyə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçılar X5, X10 və X11 cavabdehlər X12 və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in ** saylı Ərazi İdarəsi tərəfindən verilmiş ## #### 2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, onların paylı mülkiyyətində olan, Yevlax şəhəri Heydər Əliyev prospekti 59 ünvanında yerləşən 0,1298 torpaq sahəsindən cavabdehlərin çıxarılması və həmin torpaq sahəsinin onların sahibliyinə qaytarılması, həmin torpaq sahəsinin 12 kv.m hissəsində cavabdeh X15 və 20 kv.m hissəsində X4 tərəfindən onların xəbəri və icazəsi olmadan tikilmiş qeyri-yaşayış sahələrinin cavabdehlərin öz vəsaitləri hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Yevlax Rayon Məhkəməsinin *(***)-**/**** saylı mülki iş üzrə # ###### 2023-cü il tarixli qətnaməsi ilə (hakim Kamil Əliyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçılar birinci instansiyanın qəbul etdiyi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-**/**** nömrəli mülki iş üzrə ## #### 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - X17 (sədrlik edən və məruzəçi), X13 və X8) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin # ###### 2023-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qərarı ilə (hakimlər - Əhliman Xıdırov (məruzəçi), Elşad Şamayev və Elşanə Vəliyeva) iddiaçılar X5, X10 və X11 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** nömrəli mülki iş üzrə # #### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - X7 (sədrlik edən və məruzəçi), X14 və Şükürov İmanverdi Həşimxan oğlu) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək iddiaçılar X5, X10 və X11 mülkiyyətində olan Yevlax şəhəri, Heydər Əliyev prospekti 59 ünvanında yerləşən 0,1298 ha torpaq sahəsinin 9.3 kv.m hissəsindən cavabdeh X12, 17 kv.m hissəsindən isə cavabdeh X2 çıxarılması, həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin müvafiq hissələrdə cavabdeh X12 və cavabdeh X2 hesabına sökülməsi qət edilmişdir. Cavabdehlər X12 və X6 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə # ###### 2025-ci il tarixli qərarı ilə (hakimlər - X18 (məruzəçi), X3 və X1) cavabdehlər X12 və X6 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilmənmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # #### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ərizəni verən şəxs Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinə əsasən, işdə iştirak etməyə cəlb olunmayan, lakin məhkəmə aktı ilə maraqlarına toxunulan şəxs kimi Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədrinə ərizə ilə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)- ***/**** nömrəli, # #### 2025-ci il tarixli qətnaməsinin onun maraqlarına toxunduğunu nəzərə alaraq, ərizənin təmin olunması barədə qərardad çıxarılmasını, kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizəyə kassasiya şikayəti də əlavə edilmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, Ərizəni verən şəxs ərizəsi geri qaytarılmalıdır. Belə ki, ərizəçi müracitətində Mülki Prosessual Məcəllənin 403.2-ci maddəsinə əsaslanaraq, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # #### 2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün maraqlarına toxunan şəxs kimi işə cəlb olunmasını xahiş etmişdir. MPM-in 403.2-ci maddəsinə əsasən, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilər. Ərizədə qəbul edilmiş qətnamə və ya qərardadla şəxsin hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Ərizəyə kassasiya şikayəti əlavə edilməlidir. Həmin Məcəllənin 403.2-3-cü maddəsinə görə məhkəmə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin ərizəsinin təmin olunmasına dair qərardad qəbul etdikdə, ərizəyə əlavə edilmiş kassasiya şikayətini bu Məcəllənin 407 – 409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin mülki işin materiallarından görünür ki, cavabdehlərin kassasiya şikayəti əsasında işə kassasiya instansiya məhkəməsində artıq baxılmış və apellyasiya məhkəməsinin qətnaməsi bütovlükdə yoxlanılmaqla məhkəmə aktı dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda, işə kassasiya instansiya məhkəməsində yenidən baxılması mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən yolverilməzdir. Ona görə də, məhkəmə tərkibi hesab edir ki, ərizəçinin dəlillərinə mahiyyəti üzrə qiymət verilmədən məhz bu əsasla ərizə geri qaytarılmalı, ərizəçiyə baxılan iş üzrə Ali Məhkəmənin qərarına əlavə kassasiya qaydasında baxılması üçün ərizə ilə Ali Məhkəmənin Plenumuna müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, MPM-nin 423.2-ci maddəsinə görə, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının və Kommersiya kollegiyasının qərarlarından ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət edə bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2 və 423.2-ci maddələrini rəhbər tutaraq, Məhkəmə tərkibi qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # #### 2025-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs kimi Ərizəni verən şəxs verdiyi ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəni verən şəxs izah olunsun ki, onun Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qərarından əlavə kassasiya qaydasında Ali Məhkəmənin Plenumuna müraciət etmək hüququ vardır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar