Məhkəmə qərarları › İş №27(1-8)-12/2026

Ali Məhkəmə Qərardad — İş №27(1-8)-12/2026

24.07.2026 · İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə ərizəsi üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 27(1-8)-12/2026 24.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADI Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunulduğunu bildirən Ərizəni verən şəxs verdiyi ərizəyə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Iddiaçı “xxxx” MTK cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında ##.##.2021-ci il tarixli, *** saylı müqavilənin (bundan sonra – müqavilə) ləğv olunmuş hesab edilməsi, X1, azyaşlı Khadish Dorsa (##.##.2009-cu il təvəllüdlü) və qeyrilərinin “xxxx” MTK tərəfindən inşa edilən, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31A ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 15-Ci mərtəbəsində, 3 otaqlı, 125,5 kvm-dən ibarət ** №-li mənzildən (bundan sonra – mübahisəli mənzil) şəxsi əşyaları ilə birlikdə çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia onunla əsaslandırılmışdır ki, müqaviləyə əsasən iddiaçı mübahisəli mənzili tikib təhvil verməyi, cavabdeh isə mənzili qəbul edib ümumilikdə 163.000 manat məbləğində dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə görə cavabdeh ilkin olaraq 50.000 manat, qalan 113.000 manatı isə 12 ay ərzində aylıq 4.708,33 manat olmaqla ödəməli idi. Müqavilə şərtinə əsasən, ödəniş öhdəlikləri yerinə yetirilmədikdə iddiaçının müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ nəzərdə tutulmuşdur. Cavabdeh ilkin ödənişi etmiş, lakin sonrakı ödənişləri müqaviləyə uyğun həyata keçirməmiş, nəticədə müqavilə üzrə ödənilməli olan 163.000 manat əvəzinə cəmi 105.000 manat ödəmişdir. Bu müddətdə iddiaçının razılığı ilə mənzili təmir etmiş və ailəsi ilə həmin mənzildə məskunlaşmışdır. 2023cü ilin aprel ayından etibarən isə ödənişləri tam dayandırmış və 58.000 manat məbləğində borcu qalmışdır. Iddiaçı müqavilə şərtlərinin pozulmasını əsas gətirərək pretenziya məktubları ilə müqaviləyə birtərəfli qaydada xitam verdiyini bildirmiş və cavabdehdən 7 gün ərzində mənzili boşaltmağı tələb etmişdir. Lakin cavabdeh bu tələbi yerinə yetirməmişdir. Ardınca, X1 “xxxx” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MTK-ya 58.000 manat ödənilməklə, sonuncu tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müvafiq ərazi idarəsinə təqdim olunması üçün maliyyə arayışlarının və MTK-nın ümumi yığıncağının təsdiq olunmuş protokolunun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia onunla əsaslandırılmışdır ki, sözügedən müqavilə bağlanmazdan əvvəl cavabdehin direktoru Akif Sadıqovla şifahi razılıq əldə olunmuş, müqavilədə göstərilən ödəniş qrafikinin formal xarakter daşıdığı və ödənişlərin şifahi razılaşmaya uyğun aparılacağı bildirilmişdir. Həmçinin, binanın 6 ay ərzində istismara qəbul ediləcəyi, mənzilə çıxarış veriləcəyi və bunun hesabına bank krediti götürərək ödənişləri tamamlayacağı vəd edilmişdir. Bu səbəbdən müqavilə bağlayaraq ilkin ödənişi etmiş və sonradan mənzildə təmir işlərinə başlamışdır.Lakin, cavabdeh öhdəliklərini vaxtında yerinə yetirməmiş, mənzili vəd ediləndən gec təhvil vermiş, binanı istismara qəbul etdirməmiş və çıxarış almamışdır. Bu səbəbdən kirayədə qalmağa məcbur olmuş, maliyyə çətinlikləri yaşamışdır. Sonrakı danışıqlar zamanı A.Sadıqov tərəfindən ödəniş üçün əlavə vaxt verildiyi, bu barədə müqavilə üzərində qeyd aparıldığı və qalıq borcun bina istismara qəbul edilərək mənzillərə çıxarış verildikdən sonra ödənilməsinin razılaşdırıldığı bildirilmişdir. Bu razılaşmaya əsasən ümumilikdə 105.000 manat ödəniş etmiş, qalan 58.000 manatın isə çıxarış verildikdən sonra ödənilməsini öhdəsinə götürmüşdür. Lakin ##.##.2025-ci il tarixli məktubla “xxxx” MTK tərəfindən borcla əlaqədar mənzilin boşaldılması tələb edilmişdir. Buna cavab olaraq o, binanın istismara qəbul aktının alınması və mənzillərə çıxarış verilməsi barədə məlumat təqdim edilməsini xahiş etmiş, çıxarış verildikdən dərhal sonra qalıq borcu ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq MMC-nin sahibi Akif Sadıqov ona təzyiq göstərmiş, mənzilin boşaldılmasını və satışa çıxarılacağını bildirmişdir. Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilərək “xxxx” MTK ilə X1 arasında mübahisəli mənzilə dair bağlanmış müqavilənin ləğv olunması, X1 ailə üzvləri ilə həmin mənzildən şəxsi əşyaları ilə birlikdə çıxarılmaları, icraatı birləşmiş digər iş üzrə iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə X1 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktının maraqlarına toxunduğunu bildirən Ərizəni verən şəxs Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci (bundan sonra – MPM) maddəsinə əsasən, Ali Məhkəmənin sədrinə ərizə ilə müraciət edərək, hüquq və mənafelərinin müdafiəsi üçün apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən təqdimat verilməsini xahiş etmişdir. Ərizəni verən şəxs ərizəsini belə əsaslandırmışdır ki, sözügedən iş üzrə mübahisəli mənzil X3 birgə nikahı dövründə əldə edildiyi üçün, müqavilənin ləğvi, mənzildən çıxarılma ilə bağlı qəbul edilmiş qətnamə ilə işə cəlb edilməyən şəxs kimi mənzil üzərində mənzilə sahiblik, istifadə, gözlənilən mülkiyyət hüquqlarından qanunsuz olaraq məhrum edilmişdir. Ərizə Ali Məhkəmənin Mülki Kollegiyasının icraatında olduğu dövrdə, cavabdeh X1 apelyasiya instansiyası məhkəməsinin qeyd olunan qətnaməsindən verdiyi kassasiya şikayətinə baxılmış, Ali Məhkəmənin Mülki Kollegiyasının *(*-*)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə şikayət qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi X1 “ailə üzvlərinin şəxsi əşyaları ilə birlikdə mənzildən çıxarılması” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilərək iddia təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərkibi aşağıdakılara əsasən hesab edir ki, Ərizəni verən şəxs ərizəsi rədd edilməlidir. Əvvəla, tərəflər arasındakı mübahisə müqavilə münasibətlərindən irəli gələn öhdəliklərin icra edilməməsi ilə bağlı olmuşdur. Ərizəni verən şəxs isə “xxxx” MTK ilə X1 arasında bağlanmış müqavilənin tərəfi deyil. Bundan başqa, Ərizəni verən şəxs maraqlarına toxunduğunu bildirdiyi məhkəmə aktı X1 “ailə üzvlərinin şəxsi əşyaları ilə birlikdə mənzildən çıxarılması” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir. Mövcud vəziyyətdə Ərizəni verən şəxs qarşı qaldırılmamış və ya təmin olunmuş iddia yoxdur, başqa sözlə onun barəsində qətnamə çıxarılmamışdır. Belə olan halda, qətnamə Ərizəni verən şəxs maraqlarına toxunmadığına görə ərizənin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, MPM-in 403.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə tərkibi Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən Ərizəni verən şəxs verdiyi ərizə təmin edilməsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar