Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 27(1-8)-5/2026 16.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X2 cavabdeh X4 qarşı mülki iş üzrə QƏRARDADİ Kateqoriya (açar sözlər): işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunulduğu bildirilən şəxsin ərizəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X6 Qəzənfər qızının işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxs qismində Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən verdiyi ərizəsinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Iddiaçı X2 cavabdeh X4 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahları dövründə əldə edilmiş və cavabdehin adına qeydiyyatda olan “X1 111 CDI YÜK” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin (bundan sonra mübahisəli avtomobil) aralarında bölünməsi və həmin avtomobilin 50 faizi hissəsinə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Lənkəran Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia rədd olunmuşdur .
3. Iddiaçının apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə Lənkəran Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia təmin olunaraq mübahisəli avtomobilin üzərində iddiaçı X2 ikidə bir hissədə pay hüququnun müəyyən olunması qət edilmişdir.
Işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunması bildirilən şəxsin dəlilləri:
4. Ərizəni verən şəxs (vəkili və nümayəndəsi X3) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinə əsasən işdə iştirak etməyə cəlb olunmayan, lakin məhkəmə aktı ilə maraqlarına toxunulan şəxs kimi Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədrinə ərizə ilə müraciət etmiş, ərizəyə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə əlavə olunmuşdur.
5. Ərizəni verən şəxs məhkəmə aktı ilə maraqlarına toxunulan şəxs qismində verdiyi ərizəsini onunla əsaslandırılmışdır ki, mülki iş üzrə iddiaçı Xalidə Babayeva ilə cavabdeh Elçin Fərəcovun ailə münasibətləri faktiki olaraq 2006-cı ildən sona çatmış, onlar ayrı yaşamış və ümumi təsərrüfat aparmamışlar. Mübahisəli avtomobil isə ## ###### 2017-ci il tarixdə, X5 Fərəcova ilə # #### 2008-ci ildən faktiki, ## #### 2010-cu ildən isə rəsmi nikah münasibətində olduğu dövrdə, onların birgə vəsaiti və ümumi gəlirləri hesabına əldə edilmişdir. Ərizəni verən şəxs ilə cavabdehin nikahından üç övladı olmuşdur, onlar hazırda da bir ailə kimi yaşamaqdadırlar. Buna baxmayaraq, Şirvan Apellyasiya Məhkəməsi Ərizəni verən şəxs işdə iştirak etməyə cəlb etmədən və onun mübahisəli əmlak üzərində mövcud olan birgə mülkiyyət hüququnu nəzərə almadan avtomobilin 1/2 hissəsinə Xalidə Babayevanın mülkiyyət hüququnu tanımışdır. Bu hal maraqlı şəxsin məhkəmə müdafiəsi və birgə mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işə maraqlı şəxs kimi onun iştirakı ilə yenidən baxılmalıdır.
6. Ərizə Ali Məhkəmənin sədri tərəfindən iş materialları ilə birgə öyrənilməsi və apellyasiya instansiyası məhkəməsinin sözügedən qətnaməsindən işdə iştirak etməyə cəlb olunmayan şəxs qismində Ərizəni verən şəxs oğlunun kassasiya şikayəti verməsi üçün əsasların olubolmamasının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 3 hakimdən ibarət məhkəmə tərkibinə verilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
7. Maddə 403.2. Işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilər. Ərizədə qəbul edilmiş qətnamə və ya qərardadla şəxsin hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Ərizəyə kassasiya şikayəti əlavə edilməlidir.
8. Maddə 403.2-1. Ərizə Ali Məhkəmənin sədri tərəfindən işin materialları ilə birgə öyrənilməsi və apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və ya qərardadlarından işdə iştirak etməyə cəlb olunmayan şəxslərin kassasiya şikayətinin verilməsi üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və ya Kommersiya kollegiyalarına verilir.
9. Maddə 403.2-2. Işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin ərizəsi mülki və ya kommersiya kollegiyalarına daxil olan 3 hakimdən ibarət məhkəmə tərkibi tərəfindən məhkəmə baxışı keçirilmədən araşdırıldıqdan sonra, ərizəsinin təmin və yaxud rədd edilməsi barədə qərardad qəbul edilir.
Kasasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2022-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi işdə iştirak etməyə cəlb olunmamış şəxsin hüquq və qanunla qorunan mənafelərinə toxunduğunduğundan ərizə təmin edilməli, kassasiya şikayətinin Mülki Prosessual Məcəllə-nin tələblərinə uyğun tərtib olunub-olunmaması və kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası üçün əsasların olub-olmadığını müəyyən etmək üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir
11. Belə ki, işdən görünür ki, iddiaçı X2 ilə cavabdeh X4 # ####### 2005-ci il tarixdə nikaha daxil olmuş, tərəflərinə birgə nikahlarından bir nəfər uşağı olmuş, nikah Xətai Rayon Məhkəməsinin ## ###### 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamənin məzmunundan görünür ki, tərəflərin ailə münasibətləri nikaha daxil olduqdan qısa müddət sonra pozulmuş, onlar uzun müddət faktiki olaraq ayrı yaşamışlar.
12. Sonradan iddiaçı tərəfindən mübahisəli avtomobilin bölgüsünə dair qaldırılmış iddia ərizəsində də Xalidə Babayeva cavabdehlə təqribən bir il ər-arvad kimi yaşadıqlarını, bundan sonra isə faktiki ailə münasibətlərinin və ümumi təsərrüfatın mövcud olmadığını göstərmişdir. Əmlak tələbinə dair hazırkı mülki iş üzrə apellyasiya baxışı zamanı iddiaçı əvvəlki mövqeyindən fərqli olaraq cavabdehlə ailə münasibətlərinin 2017-ci il də daxil olmaqla davam etdiyini bildirmiş, apellyasiya instansiyası məhkəməsi isə həmin mövqeyi qəbul edərək mübahisəli avtomobilin ər-arvadın birgə vəsaiti hesabına əldə olunmuş ümumi əmlakı olması qənaətinə gəlmişdir.
13. Ərizəni verən şəxs ərizəyə əlavə etdiyi sənədlərdən görünür ki, o, X4 ilə ## #### 2010-cu il tarixdə dövlət qeydiyyatına alınmış nikah daxil olimuş, onların ## #### 2009-cu il təvəllüdlü Aytən, # ###### 2011-ci il təvəllüdlü Məryəm və # #### 2016-cı il təvəllüdlü Əlimuxtar adlı uşaqları vardır. Həmin nikah məhkəmə qaydasında etibarsız sayılmamışdır. Işə baxılan zaman Xalidə Bababyeva bu barədə məlumat verməmiş, yaxud da özünün məlumatı olmamışdır.
14. Göründüyü kimi mübahisənin predmeti olan avtomaşının əldə olunması maraqlarına toxunan şəxs kimi ərizə verən Ərizəni verən şəxs ilə cavabdeh Elçin Fərəcovun birgə yaşamaları, ümumi təsərrüfat aparmaları, həmin avtomaşının onların ümumi vəsaiti hesabına əldə satına alınmasına dair kifayət qədər əsaslar vardır. Bu baxımdan da qəbul edilmiş qətnamənin Ərizəni verən şəxs hüquqlarına və qanunla qorunan maraqlarına toxunması müəyyən edilir.
15. Oudr ki, məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ərizəçinin maraqlarına toxunduğundan onun məhkəmə aktını kassasiya qaydasında mübahisələndirmək hüququnun təmin edilməsi üçün maraqlı şəxs kimi mülki işə cəlb olunması barədə ərizəsi təmin olunmalıdır.
16. Bu səbəbdən, ərizəçi Ərizəni verən şəxs kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsi MPM-in 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməlidir.
17. Qeyd olunanları nəzərə alaraq və MPM-in 403-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Ərizəçi Ərizəni verən şəxs ərizəsi təmin edilsin və o, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən kassasiya şikayəti vermək üçün maraqlı şəxs kimi mülki işə cəlb olunsun. X6 Qəzənfər qızının kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsi MPM-in 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.