Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1051/2025 26.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası DNŞ İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası DNŞ İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Bakı Dş 500 mmlik yerüstü neft kəmərinin 123.5 ci km-də, 39 T 043598; ******* saylı koordinat üzrə, kəmərdən təqribən 43 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında Binəqədi rayon, Biləcəri qəsəbəsi, Baksol yoluu 6 ünvanında Cavabdehməxsus hasar, darvaza və qeyri-yaşayış obyekti faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yıgılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; AR Torpaq Məcəlləsinin 111-ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) “Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurguların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Bakı Dş 500 mm-lik yerüstü neft kəmərinin 123.5 ci km-də, 39 T 043598; ******* saylı koordinat üzrə, kəmərdən təqribən 43 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında Binəqədi rayon, Biləcəri qəsəbəsi, Baksol yolu 6 ünvanında Cavabdeh məxsus hasarın, darvazanın və qeyriyaşayış obyektinin 50 m hissəsi cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh xx.xx.2024-cü il tarixdən aktiv VÖENə malik olmaqla iddiaçı tərəfin sökülməsini tələb etdiyi qeyri-yaşayış sahəsini müqavilə əsasında icarəyə verməklə gəlir əldə edir. Mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsi məsələsi məhkəmə iclasında müzakirə olunduğu zaman cavabdeh tərəf məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İddiaçının nümayəndəsi elektron sistem vasitəsilə müraciət edərək onun iştirakı olmadan keçirilməsini və iş üzrə eksperiza təyin edilməsini xahiş edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, mülki iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. İş materiallatına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: AZEMİS elektron portaldan çıxarışdan müəyyən olunur ki, Cavabdeh fərdi sahibkardır və onun çayxanalar tərəfindən xidmətlərin göstərilməsi üzrə VÖEN-i (**********) mövcud olmaqla, hazırda fəaliyyəti müvəqqəti dayandırılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********2 saylı arayışına əsasən Cavabdeh ünvan 3 ünvanı üzrə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. xx.xx.2024cu il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli icarə müqavilələrin surətindən müəyyən olunur ki, Cavabdeh ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasını öz ticarət fəaliyyətini həyata keçirmək məqsədilə icarəyə verir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.4-cu maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 44.2.2-ci maddəsinə görə, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarının “... MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ... Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. ... Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. ... Məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır”. 28-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Məhkəmənin mövqeyi: Məhkəmə hazırki mülk işin məhkəmə aidiyəti üzrə kommersiya məhkəməsində baxılmasının mümkünlüyü nəticəsinə gəlməmişdən öncə yuxarı instansiya məhkəməsinin aidiyyət məsələsinin müəyyən edilməsi zamanı diqqət yetirilməli məqamlara, yəni mübahisənin subyekt tərkibi, predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət üç qiymətləndirici meyarların hər üçünün qarşılıqlı bağlılığını araşdırmağı zəruri bilir. İlk öncə mübahisənin subyektiv tərkibi olaraq iddiaçı hüquqi şəxsdir, sahibkarlıq fəaliyyəti ilə məşğul olur, vergi ödəyicisi kimi aktiv VÖENə malikdir. Həmçinin cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, hazırda mübahisəsi gedən qeyri-yaşayış binasını öz ticarət fəaliyyətini həyata keçirmək məqsədləri üçün icarəyə verir. Həmçinin mübahisənin predmeti - iddia ərizəsinin icraata götürülməsi zamanı icraatın mümkünlük mərhələsində şəxsin əmlak, əşya hüququndan qaynaqlanan mübahisəsindən yaranması ilkin görünüş yaratsa da, sonradan cavabdehin sahibkar kimi sökülməsi tələb edilən obyektdə aktiv sahibkarlıq fəaliyyəti ilə məşğul olması və bu məqsədlə həmin obyekti icarəyə verməsi müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan hər üç qiymətləndirici meyarın qarşılıqlı bağlı olmasını, baxılan hazıki məsələ üzrə gələcəkdə çıxarılacaq məhkəmə qərarının cavabdehin sözügedən ünvanda bir sahibkar kimi həyata keçirmiş olduğu kommersiya fəaliyyətinə birbaşa təsir imkanını nəzərə alıb belə nəticəyə gəlir ki, mülki işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılıb hüquqi qiymət verilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24- 26, 44, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası DNŞ İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(001)-1051/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1051/2025
26.02.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver