Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-107/2025 04.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Şirvan- Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 118.1-ci km-də, 39 T 0398550; ******* saylı koordinat üzrə, kəmərə paralel olmaqla 4-cü sırada, kəmərdən təqribən 40 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, tikilməkdə olan yarımtikilinin (ev) və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 118.1-ci kmdə, 39 T 0398550; ******* saylı koordinat üzrə, kəmərə paralel olmaqla 4-cü sırada, kəmərdən təqribən 40 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, tikilməkdə olan yarımtikili (ev) və hasar faktları aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yıgılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; AR Torpaq Məcəlləsinin 111-ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) “Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurguların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin AR Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən “tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.” Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddiasını müdafiə etmişdir. Əlavə olaraq bildirmişdir ki, rəylə tanış olmuşdur.
4. Cavabdeh iddiaya etirazında göstərir: iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi mənə qarşı evin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin mülki işə baxılması xx.xx.2025-ci il tarixa, saat 11:45-ə təyin edilmişdir. Hesab edirəm ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi tərəfindən mənə qarşı qaldırılmış iddia əsassız və qanunsuzdur. Belə ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2006 cı il tarixli 2673 saylı "torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında qərarına əsasən Binəqədi rayonu, Binəqədi qəsəbəsinin arazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 550 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ila mənim mülkiyyətimə ayrılması qərara alınmışdır.Sözügedən torpaq sahəsi 2006-cı ildən mənim mülkiyyətimdədir, mən həmin torpaq sahəsində ev tikdirmişəm va orada ailəmlə birlikdə yaşayıram, bütün kommunal xərcləri (qaz, su, işıq pulu) vaxtında ödəyirəm, həmin torpaq sahəsinin mənim mülkiyyətimdə olmasına dair plan və arxiv idarəsindən alınmış arayışlar vardır. Bununla da, Azarbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri idarəsi tərəfindən mənə qarşı iddia qaldırmaqla mənim gözlənilən mülkiyyət hüququma müdaxilədir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. SOCAR Təhlükəsizlik İdarəsinin 35 saylı komandasının qarovul rəisi X6 mühafizəçilər X4 və X3 iştirakı ilə tərtib edilən aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə 4 saylı qarovulun 1-ci iş növbəsində saat 12:45-de 13-14 saylı postların ərazisində, (Binəqədi rayonu, Biləcəri qəsəbəsi) Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 118.1-ci km-de, 39 T 0398550; ******* saylı koordinat üzrə, kəmərə paralel olmaqla 4-cü sırada, kəmərdən təqribən 40 metr aralı məsafədə, özünü ev sahibi kimi təqdim edən Cavabdeh tərəfindən, köhnədən hasarlanmış və içərisində yaşayış olan evin həyətyanı sahəsində, 13 metr uzunluğunda və 10 metr eninde, ev üçün nəzərdə tutulmuş təməlin içərisinə beton örtüyünün tökülməsi aşkar edildi. Mühafizə zonası daxilində görülən işlərin qanunazidd olduğu, həmin şəxsə izah edilərək görülən işin dayandırılması, həmçinin sökülməsi tələb edildi, lakin o, edilən qanuni tələblərə məhəl qoymayaraq davam etdirəcəyini bildirdi. Qeyd olunanları nəzərə alaraq vətəndaş Cavabdeh görülən işlərə, həmçinin əlavə işlərin aparılmamasına dair yazılı xəbərdarlıq təqdim edildi. Bu barədə ərazi üzrə sahə müvəkkili polis əməkdaşı Emin adlı şəxsə və İcra nümayəndəsi Samir adlı şəxsə saat 12:50-də məlumat verilsə də, lakin sözügedən qurumun əməkdaşları qeyd olunan ünvana daha sonra baxış keçirəcəklərini bildirdi. Faktla bağlı fotoşəkillər çəkilərək XTŞ-nin növbə rəisinə və NKİ-nin QİB-nə məlumat verildi.
6. 02 sentyabr 2023-cü il tarixli xəbərdarlıqda görünür ki, Neft kəmərlərinin mühafizə zonasında qanunsuz tikinti işləri apardığına görə Cavabdeh AR CM 222-2 maddəsinə görə cinayət məsuliyyəti daşıması barədə xəbərdar edilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 10/4183 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı Səmədzadə Orxanın mütəxəssis rəyində qeyd edilir ki, torpaq sahəsinə texniki baxış üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neft Kəmərləri" İdarəsinin nümayəndəsi ilə birgə ünvanda olduq. Lakin torpaq sahəsinə vizual olaraq baxış keçirildi. Vizual baxış zamanı müəyyən edildi ki,sahənin bir tərəfindən 33.9 m məsafədən diametri d=500.0 mm-lik olan yerüstü neft boru xətti keçir. Qeyd olunan torpaq sahəsinə dair sənəd təqdim edilməyib. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir və sahə neft kəmərinin mühafizə zolağında yerləşir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manatdır.
8. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 2673 saylı vətəndaş Cavabdeh torpaq sahəsinin alğı-satqı qaydasına ayrılması haqqında qərarın surətindən görünür ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 550 kv.m torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh alğı-satqı yolu ilə mülkiyyətini ayrılması və s. qərara alınmışdır.
9. X1 sistemindən Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən təqdim edilən çıxarışdan görünür ki, Cavabdeh əmlak və torpaq vergisi üzrə borcu yoxdur.
10. “Azəriqaz” İB tərəfindən verilən abonentin saldosundan görünür ki, Cavabdeh məxsus ünvana xx.xx.2014-cü il tarixində, Smart G-4 İtron Diafraqma tipli sayğac quraşdırılmışdır.
11. "xxxx" ASC tərəfindən verilən abunə haqqında sənəddən görünür ki, Cavabdeh məxsus ünvana quraşdırılan A22097081M270536 №-li saylı sayğacın, xx.xx.2023-cü il tarixli, 99353 son indeks göstəricilərinə əsasən qeyd edilən tarixə "xxxx" ASC-yə elektrik enerjisindən istifadəsinə görə borcu yoxdur.
12. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
13. Cavabdehə məxsus olan və neft kəmərinin mühafizə zolağı daxilində yerləşdiyi iddia edilən tikililər iddiaçının nümayəndələri tərəfindən aşkar edilmişdir. Tikililərin cavabdehin faktiki sahibliyində olması işin mübahisəsiz halıdır. Tikililərin neft kəmərinin mühafizə zolağında yerləşməsi keçirilmiş ekspertiza tədqiqatları ilə müəyyən olunur. Belə ki, ekspert rəyinə görə torpaq sahəsinə vizual olaraq baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki,sahənin bir tərəfindən 33.9 m məsafədən diametri d=500.0 mm-lik olan yerüstü neft boru xətti keçir və sahə bütünlüklə neft kəmərinin mühafizə zolağında yerləşir.
14. Cavabdeh isə iddianı qəbul etmir və həmin torpaq sahəsinə bələdiyyə qərarının olduğunu və gözlənilən mülkiyyət hüququnun olduğunu iddia edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
15. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci bəndində qeyd edilmişdir ki, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır.
16. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci bəndində qeyd edilmişdir ki, sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
17. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsində qeyd edilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66.1-ci maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 66.2-ci maddəsinə əsasən Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67.1-ci maddəsinə əsasən Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması(zəbt edilməsi)qanunla qadağ an olunur.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğul arın sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.2003-cü il tarixdə 2951 nömrəsi ilə qeydə alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.7-ci bəndində qeyd olunmuşdur ki, boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır
20. a) hər hansı tikinti və quraşdırma işləri;
21. b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması;
22. c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması;
23. d) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması;
24. e) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri;
25. f) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri.
26. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 saylı qərarına görə, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli Qərarı ilə təsdiq edilmiş İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının 1.1.-ci bəndində qeyd edilmişdir ki, Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində Bakı-Tbilisi- Ceyhan və Cənubi Qafqaz boru kəmərləri istisna olmaqla, istismar olunan neft ixrac boru kəmərlərinin qorunması, onların təhlükəsiz və etibarlı istismarı üçün normal şəraitin yaradılması və baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə hazırlanmışdır. 1.2. İxrac neft boru kəmərləri (bundan sonra - İNBK) - yeraltı, yer üzərində, tökmə torpaq altında, yerüstü dayaqlarda, sualtı boru kəmərləri və onlarla bağlı neftin istehlakçıya nəqlini, qəbulunu, təhvilini, boşaldılıb-yüklənməsini təmin edən nasos stansiyaları, neft anbarları və digər texnoloji obyektlərdən ibarət mühəndis qurğularıdır.1.3. Bu Qaydaların tələbləri torpaq mülkiyyətçiləri ilə yanaşı, torpaq istifadəçilərinə də şamil edilir. 4.1.İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir:1)İNBK-mn marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası_boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. 6.1. "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan aşağıdakılar üzrə işlərin edilməsi qadağandır: 1)bina və qurğuların tikintisi. 6.2. "Mühafizə Zonası"nda bu Qaydaların 5.1-ci bəndində göstərilmiş işlərin aparılması üçün rəsmi icazə almış fiziki və hüquqi şəxslər bu işləri boru kəmərlərinin mühafizəsini təmin edən şərtlərə riayət etməklə, həmin bəndin ikinci abzasında göstərilmiş işlərin aparılması aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə, üçüncü abzasında göstərilmiş işlərin aparılması Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə, dördüncü abzasında göstərilmiş işlərin aparılması Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə, beşinci abzasında göstərilmiş işlərin aparılması Meliorasiya və Su Təsərrüfatı Komitəsi ilə, altıncı abzasında göstərilmiş işlərin aparılması isə aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Tikinti və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırma əsasında həyata keçirməlidirlər. Bu şərtlər Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən müəyyən edilir.
28. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehin faktki sahibliyində olan sökülməsi tələb olunan fərdi yaşayış evi, tikilməkdə olan yarımtikili (ev) və hasar həqiqətən Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 118.1-ci km də kəmərin mühafizə zonası daxilində yerləşir.
29. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, belə nəticəyə gəlir ki, Socar-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 118.1-ci km-də, 39 T 0398550; ******* saylı koordinat üzrə, kəmərə paralel olmaqla 4-cü sırada, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında yəni kəmərin mühafizə zonasında tikinti işləri qanunla müəyyən olunmuş qaydada lazımi icazələr olmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla cavabdeh tərəfindən özbaşına aparıldığından, bu tikililər (fərdi yaşayış evi, tikilməkdə olan yarımtikili (ev) və hasar) neft kəmərinin mühafizə zonasında inşa edildiyindən, tikinti neft kəmərinin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən, ətrafdakı insanların sağlamlığı və əmlakı üçün ciddi təhlükə yaratdığından iddia ərizəsi əsaslıdır və buna görə iddia təmin edilməli, cavabdeh faktiki istifadə və sahibliyində olan qanunsuz tikililər(fərdi yaşayış evi, tikilməkdə olan yarımtikili (ev) və hasar) cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalıdır. Tətbiq edilən prosessual normalar:
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
31. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ-500 mmlik yerüstü neft kəmərinin 118.1-ci km-də, 39 T 0398550; ******* saylı koordinat üzrə neft kəmərinin mühafizə zonası daxilində, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, tikilməkdə olan yarımtikili (ev) və hasar cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalıdır.
32. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
33. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************).
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Şirvan- Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 118.1-ci km-də, 39 T 0398550; ******* saylı koordinat üzrə neft kəmərinin mühafizə zonası daxilində, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, tikilməkdə olan yarımtikili (ev) və hasar cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev