Məhkəmə qərarları › İş №e-2(001)-1086/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1086/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1086/2023 10.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X4, Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı (X14 iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “lizinq obyekti olan mənzilə istifadə hüququna xitam verilməsi, lizinq müqaviləsi üzrə əsas məbləğin, cərimənin tutulması və lizinq obyektinin boşaldılaraq qaytarılması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada xx.xx.2021-ci il tarixli, D095 X29 üzrə 30 097 manat lizinq mükafatı və cərimə üzrə hesablanmış 17 280 manat olmaqla, cəmi 47 377 manat, xx.xx.2021-ci il tarixli, D096 saylı X29 üzrə isə 29 675 manat lizinq mükafatı və cərimə üzrə hesablanmış 17 064 manat olmaqla, cəmi 47 739 manat Lizinq borcunun, Ümumilikdə 59 972 manat lizinq mükafatı və 34 344 manat hesablanmış cərimə borcunun (Cəmi 94 116 manat), həmçinin ödənilmiş 372.40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına, İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi, ev 17 ünvanında yerləşən 159 və 160 nömrəli mənzillərin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X14 İddiaçı MMC-yə müraciət edərək ünvan 2 və ünvan 1 ünvanında yerləşən hər iki əmlakı lizinqə götürməklə əldə etmək istədiyini bildirmişdir. Bundan sonra İddiaçı MMC xx.xx.2021-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən əmlakı 210 000 manata və ******* saylı müqavilə üzrə ünvan 3 ünvanında yerləşən əmlakı da 210 000 manata almışdır. Mənzillər alındıqdan sonra İddiaçı MMC ilə X14 asında xx.xx.2021-ci il tarixli D095 və xx.xx.2021-ci il tarixli D096 saylı X24 bağlanmışdır: · xx.xx.2021-ci il tarixli D095 saylı X19 predmeti olan mənzil ünvan 2; xx.xx.2021-ci il tarixli D096 saylı X19 predmeti isə Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi ev17, mənzil 160. xx.xx.2021-ci il tarixli, D095 saylı X25 əsasən İddiaçı MMC-nin mülkiyyətində olan mənzil lizinq məbləği 145.000,00 (bir yüz qırx beş min) manat, lizinq müddəti 12 ay və lizinq mükafatı illik 26% olmaq şərtilə X8 lizinqə verilmişdir. Eyniylə, xx.xx.2021-ci il tarixli, D096 saylı X25 əsasən də İddiaçı MMC-nin mülkiyyətində olan mənzil lizinq məbləği 145.000,00 (bir yüz qırx beş min) manat, lizinq müddəti 12 ay və lizinq mükafatı illik 26% olmaq şərtilə X8 lizinqə verilmişdir. Tərəflər arasında bağlanmış Lizinq müqaviləsi üzrə öhdəliklər X7 və Cavabdeh1 qarşılıqlı razılığı ilə, həmçinin İddiaçı MMC-nin icazəsi ilə Cavabdeh1 ötürülmüşdür. Öhdəliklərin ötürülməsinə dair xx.xx.2021-ci il tarixli iki müqavilə bağlanmış və həmin müqavilələrə görə xx.xx.2021-ci il tarixli D095 və xx.xx.2021-ci il tarixli D096 saylı X24 üzrə öhdəliklər tam olaraq Cavabdeh1 ötürülmüşdür. Lizinq üzrə ödənişlər müqavilə ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli idi. Lakin, cavabdeh elə ilk aylardan başlayaraq müqavilə üzrə öhdəliklərini pozmuş, lizinq ödənişlərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Bundan başqa öhdəliklərin icrasının təmini olaraq Tərəflər, İddiaçı MMC, Cavabdeh1 və Cavabdeh2 MMC arasında xx.xx.2022-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdr. Həmin müqavilənin 2-ci bəndinə əsasən “Lizinq verən” və Lizinq Alan” arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh1 ötürülən öhdəliklərə görə (xx.xx.2021-ci il tarixli D095 və xx.xx.2021-ci il tarixli D096 saylı X20 müəyyən edilmiş bütün öhdəliklər) Zamin Lizinq alanla birlikdə Lizinq verən qarşısında birgə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 MMC bu müqavilə üzrə yaranmış məcmu borcun 350 000 manatlıq hissəsinin və həmin hissəyə ödəniş qrafikinə uyğun müvafiq lizinq ödənişlərinə zəmanət verir. Əlavə olaraq bu zaminlik üzrə borc öhdəliyinin xx.xx.2022-ci il tarixində tam bağlanması şərtləşdirilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən “Zamin” Lizinq alanın Lizinq verən qarşısında bağlanmış A673, D095 və D096 saylı X24 üzrə Lizinq verənə olan borcu və ona hesablanmış faizlərin və borcun tutulması üzrə məhkəmə xərclərinin və Lizinq alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Lizinq verənə dəyən digər zərərin (komisyo, cərimə, məhkəmə xərcləri və. S) əvəzinin ödənilməsi də daxil olmaqla yaranan və yarana biləcək hər cür zərər üçün Lizinq alanla eyni həcmdə məsuliyyət daşıyır. Müqavilə şərtlərinə baxmayaraq cavabdehlər üzərlərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir. İddiaçı MMC tərəfindən tərtib olunmuş 0600/22 saylı xx.xx.2022-ci il tarixli borca dair arayışından görünür ki,hazırda cavabdehin İddiaçı MMC-yə arayış tarixinədək xx.xx.2022-ci il tarixli, D095 saylı lizinq müqaviləsi üzrə 30 097 Manat lizinq mükafatı və gecikdirilmiş günlər üzrə 17 280 Manat həcmində cərimə borcu, xx.xx.2022-ci il tarixli, D096 saylı lizinq müqaviləsi üzrə 29 675 Manat lizinq mükafatı və gecikdirilmiş günlər üzrə isə 17 064 Manat həcmində cərimə borcu olmaqla, ümumilikdə 2 müqavilə üzrə 59 772 manat lizinq mükafatı, 34 344 manat hesablanmış cərimə borcu mövcuddur. (Cəmi 94 116 manat) Cavabdehə müqavilə öhdəliklərinin icrası ilə bağlı dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar olunmuş, öhdəliklərin icrası tələb olunmuş və əks təqdirdə müqavilənin ləğv edilərək əmlakın geri alınacağı barədə xəbərdar edilmişdir. Odur ki, hesab edilir ki, lizinq müqaviləsi ləğv edilməli, lizinq obyekti cavabdehlərin istifadəsindən geri alınmalı və lizinq üzrə ödənilməmiş lizinq məbləği, hesablanmış lizinq mükafatı və cərimə tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Belə ki, sözügedən X19 3.1-ci bəndinə əsasən, lizinq ödənişləri müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1 ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli idi. Müqavilənin 4.2.5-ci bəndinə əsasən, lizinq alan lizinq ödənişlərini gecikdirməmək öhdəliyini üzərinə götürmüşdür. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən isə, lizinq ödənişinin vaxtında edilməməsi üçün hər gecikdirilmiş gün üçün qalıq məbləğin 0.1 faizi məbləğində cərimə nəzərdə tutulmuşdur. Lizinq müqaviləsinin 6.1.4-cü maddəsinə əsasən Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödənişi ödəmə müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin lizinq obyektini mübahisəsiz qaydada geri almaq hüququ vardır.

3. Daha sonra Cavabdeh1 23 fevral 2023-cü il tarixində elektron qaydada məhkəməyə qarşılıqlı iddia ərizəsini və qarşılıqlı iddia ərizəsinin verilməsi ilə bağlı ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə təqdim etmiş, qarşılıqlı iddianın verilməsi üçün ötürülmüş müddətin bərpa edilməklə, ilkin iddia üzrə İddiaçı iddia tələbinin rədd edilməsi, Cavabdeh1 "xxxx" MMC arasında bağlanmış ünvan 4 ünvanında yerləşən mənzilin xx.xx.2021-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsinin, ünvan 5 ünvanında yerləşən mənzilin alqı-satqısına dair eyni tarixli, ******* saylı alqı-satqı müqaviləsinin, "xxxx" MMC ilə X15 arasında bağlanmış xx.xx.2021-ci il tarixli D095 və eyni tarixli D096 saylı X24nin, "xxxx" MMC ilə X14 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli "D095 və D096 saylı X24 üzrə öhdəliklərin ötürülməsi barədə" müqavilələrin va "xxxx" MMC, Cavabdeh1 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "Faktor Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə Binəqədi Rayon məhkəməsinə müraciət edərək (iş № e-2(001)-1086/2023) lizinq obyekti olan mənzilə dair istifadə hüququna xitam verilməsi, Lizinq müqaviləsi üzrə əsas məbləğin, cərimənin tutulması və lizinq obyektinin boşaldılaraq iddiaçıya qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin həqiqi halları ondan ibarətdir ki, Cavabdeh1 "xxxx" MMC-nin direktoru X30 ilə birgə iş görmək üçün anlaşmışdır. Birgə fəaliyyətə maya qoyulması qərara alınmışdır. Eyni zamanda "xxxx" MMC-də "xxxx" MMC ilə anlaşaraq sonuncunun tikdiyi binada işlərin görülməsi ilə bağlı razılığa gəlmişdir. İşlərin görülməsi üçün "xxxx" MMC "xxxx" MMC-nin sahibinə qeyriyaşayış obyekti vermişdir. Bununla yanaşı "xxxx" MMC-nin direktoru X5 Elşad Aydın oğluna birgə fəaliyyətə maya qoymaq üçün lizinq şirkətindən pul götürməyi təklif etmişdir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 xx.xx.2021-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən, ünvan 4 ünvanında yerləşən əmlakı 210 000 manata və eyni tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə ünvan 5 ünvanında yerləşən əmlak 210 000 manata "xxxx" MMC-yə satmışdır. Hazırda "xxxx" MMC iddia edir ki, X15 "xxxx" MMC-yə müraciət edərək, ünvan 10 və ünvan 3 ünvanında yerləşən əmlakı lizinqə götürməklə əldə etmək istədiyini bildirmişdir. Bundan sonra "xxxx" MMC xx.xx.2021-ci il tarixli, ******* saylı və ******* saylı alqı-satqı müqavilələrinə əsasən qeyd olunan mənzillərin hər birini 210.000 manata qarşılıqlı iddia üzrə iddiaçıdan almış və xx.xx.2021-ci il tarixli, D095 və D096 saylı lizinq müqaviləsi ilə mənzilləri X8 lizinqə vermişdir. Daha sonra öhdəliklərin ötütrülməsinə dair xx.xx.2021-ci il tarixli müqavilələrə uyğun olaraq lizinq müqaviləsi üzrə öhdəliklər ilkin iddia üzrə Cavabdeh1 ötürülmüşdür. Bundan sonra da tərəflər "xxxx" MMC, Cavabdeh1 va "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İşin halları ilə bağlı məhkəmənin diqqətinə çatdırılır ki, hazırki iş üzrə iddiaçı həm lizinq müqaviləsini həm də öhdəliklərin ötürülməsi haqqında müqaviləni imzalayarkən aldadılmışdır. Belə ki, məlum mənzillər "xxxx" MMC-nin təkidi ilə formal olaraq Cavabdeh1 tərəfindən onlara satılmışdır. Həmin mənzillər daha sonra "xxxx" MMC-nin direktoru X3 X8 formal olaraq lizinqə verilmişdir. Daha sonra hüquqların ötürülməsi barədə müqavilə bağlanmışdır. "xxxx" MMC-nin direktoru X30 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli protokoldan da görünür ki, birgə fəaliyyət göstərilməsi üçün 220000 AZN (yəni lizinq şirkətinin verdiyi pul) X26 verilmişdir. Daha sonra "xxxx" MMC bütün razılaşmaları pozaraq "xxxx" MMC-ya vəd etdiyi işlərin görülməsi ilə bağlı podrat müqaviləsini bağlamamış, verdiyi qeyri-yaşayış əmlakının pulunu tələb etmişdir. "xxxx"MMC-nin sahibi qeyri-yaşayış əmlakının pul əvəzi olaraq Cavabdeh1 adına olan lizinq müqaviləsi üzrə borcu ödəmək öhdəliyini qəbul etmiş, nəticədə onu da ödəməmişdir. Belə ki, işin hallarına və iddiaçının iddia ərizəsində qeyd ediyi xüsusatlara adi sadə məntiq ilə yanaşıldıqda yuxarıda qeyd olunanların həqiqətə uyğun olmadığını aşkar şəkildə görünür. Çünki öz mülkiyyətində olan əmlakı satdıqdan (xx.xx.2021) 4 gün sonra (xx.xx.2021) yenidən həmin əmlakı lizinqə götürmək nə həqiqətə uyğun razılaşmadır, nə də Cavabdeh1 elə bir niyyəti olmuşdur. Şəxsin əvvəllər öz mülkiyyətində olmuş və sonradan satmış olduğu mənzilləri yenidən əldə etmək istəyi, həm də özünün deyil, digər şəxsin bu mənzillər qarşısında olan öhdəliklərini öz üzərinə götürmək niyyəti ağlabatan deyil. Və bir daha qeyd edilir ki, Cavabdeh1 elə bir niyyəti olmamış, digərləri tərəfindən aldadılaraq onun bu müqaviləyə imza etməsinə nail olunmuşdur.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 1086/2023 saylı qərardadı ilə qarşılıqlı iddianın qismən icraata qəbul edilməsi, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “lizinq obyekti olan mənzilə istifadə hüququna xitam verilməsi, lizinq müqaviləsi üzrə əsas məbləğin, cərimənin tutulması və lizin obyektinin boşaldılaraq qaytarılması” tələbinə dair mülki iş üzrə Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən, yəni Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış ünvan 4 ünvanında yerləşən mənzilin xx.xx.2021-ci il tarixli, ******* saylı alqısatqı müqaviləsinin, ünvan 5 ünvanında yerləşən mənzilin alqı-satqısına dair eyni tarixli, ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində icraata qəbul edilməsi, qarşılıqlı iddia ərizəsinin digər, yəni ““Faktor Lizinq" MMC ilə X15 arasında bağlanmış xx.xx.2021-ci il tarixli D095 və eyni tarixli D096 saylı X24nin, "xxxx" MMC ilə X14 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli "D095 və D096 saylı X24 üzrə öhdəliklərin ötürülməsi barədə" müqavilələrin və "xxxx" MMC, Cavabdeh1 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində iddiaçıya geri qaytarılması qərara alınmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

6. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X6 izahatında bildirmişdir ki, tərəflər arasında hər hansı barışıq yoxdur. Məhkəmənin keçirilmiş iclaslarında cavabdehlə MMC arasında müqavilələr üzrə ödəniş edilməsinə şərait yaradılması üçün lizinq müqaviləsinin müddətinin uzadılması barədə razılaşma imzalansa da, həmin razılaşmadan sonra belə ödəniş edilməmişdir. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranıb və həmin öhdəliklər Cavabdeh1 ötürülüb. Ümumiyyətlə Cavabdeh1 və Ələkbər Məmmədov "xxxx" MMC ilə biznes əlaqələri qurmaq istəsələr də, həmin münasibətlərə iddiaçının aidiyyəti yoxdur. Belə ki, iddiaçının Cavabdeh1la əvvəllər avtomobilin alınması ilə bağlı lizinq münasibətləri olmuşdur. Bu münasibətlər əsasında Cavabdeh1 MMC-yə yaxınlaşaraq ev almaq istədiyini bildirib. Ələkbər Məmmədov isə əlində ev almaq üçün kifayət qədər imkanı olan biri kimi yaxınlaşmaqla, mənzillərə görə 65000 manatdan ilkin ödəniş etmiş və mənzillərin alğısatqısı baş tutmuşdur. Cavabdeh iddia edir ki, MMC tərəfindən ödənilmiş məbləğlər onun tərəfindən qəbul edilməyib, halbuki, bütün ödənişlər nağdsız formada və notarial qaydada notariusun depozit hesabına və banklardakı hesablara köçürülməklə alınıb. Hesablaşma qəbzlərində də, alan şəxs Cavabdeh1dur. Elşad pulu almadığını təkid etsə də, sənədlər bunun tam əksini sübut edir. Bundan başqa "xxxx" MMC ilə Cavabdeh2 MMC arasında biznes əlaqələri olub. Belə ki, Cavabdeh2 MMC "xxxx" MMC-yə, "xxxx" MMC isə Cavabdeh1 pul verməlidir. Hər iki şirkət pulun ödənilməsini bir-birinin üstünə atdığından Cavabdeh1 ortada qalmış və pulunu ala bilməmişdir. Bütün bunların isə İddiaçı MMC-yə aidiyyəti yoxdur. Göründüyü kimi "xxxx" MMC Cavabdeh1 özünə şərik kimi istəyirdisə, aldığı mənzillərin pulunun ödənilməsini Cavabdeh2 MMC-yə həvalə edirsə, sonuncu isə borcun ödənilməsi üçün lizinq müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün zamin durmaq üçün müqaviləni imzalayıbsa, İddiaçı MMC bu müqavilənin bağlanmasından və zaminlikdən imtina edə bilməzdi bunu qəbul etmək məcburiyyətində idi. Çünki ortada olan məbləğ heçdə az deyil. İddiaçının da, yerinə yetirməli olduğu öhdəlikləri var. Zaminlik müqaviləsinin tarixində və məzmununda yol verilmiş səhvlər, əməkdaşların texniki səhvindən qaynaqlanır. Belə ki, zaminlik müqaviləsində nəzərdə tutulan A673 saylı müqavilənin hazırkı mübahisəyə aidiyyəti yoxdur.

7. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri X27(direktor) və X22(təsisçi) hər ikisi eyni məzmunlu izahat verərək bildirmişlər ki, X14 İddiaçı MMC-yə müraciət edərək ünvan 2 və ünvan 1 ünvanında yerləşən hər iki əmlakı lizinqə götürməklə əldə etmək istədiyini bildirmişdir. Bundan sonra İddiaçı MMC xx.xx.2021-ci il tarixli, ******* saylı Alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən əmlakı 210 000 manata və ******* saylı müqavilə üzrə ünvan 3 ünvanında yerləşən əmlakı da 210 000 manata almışdır. Mənzillər alındıqdan sonra İddiaçı MMC ilə X14 asında xx.xx.2021-ci il tarixli D095 və xx.xx.2021-ci il tarixli D096 saylı X24 bağlanmışdır: xx.xx.2021-ci il tarixli D095 saylı X19 predmeti olan mənzil Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi ev17, mənzil 159; xx.xx.2021-ci il tarixli D096 saylı X19 predmeti isə Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi ev 17, mənzi 160 olmuşdur. Hər iki lizinq müqaviləsi üzrə mənzillərin lizinq məbləği 145000 manat müəyyən edilmiş, lizinq müddəti 12 ay və lizinq mükafatı illik 26% olmaq şərtilə X8 lizinqə verilmişdir. Tərəflər arasında bağlanmış Lizinq müqaviləsi üzrə öhdəliklər X7 və Cavabdeh1 qarşılıqlı razılığı ilə, həmçinin İddiaçı MMC-nin icazəsi ilə Cavabdeh1 ötürülmüşdür. Öhdəliklərin ötürülməsinə dair xx.xx.2021-ci il tarixli iki müqavilə bağlanmış və həmin müqavilələrə görə xx.xx.2021-ci il tarixli D095 və xx.xx.2021-ci il tarixli D096 saylı X24 üzrə öhdəliklər tam olaraq Cavabdeh1 ötürülmüşdür. İddiaçı MMC , Cavabdeh1 və Cavabdeh2 MMC arasında xx.xx.2022-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən “Lizinq verən” və Lizinq Alan” arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh1 ötürülən öhdəliklərə görə (xx.xx.2021-ci il tarixli D095 və xx.xx.2021-ci il tarixli D096 saylı X20 müəyyən edilmiş bütün öhdəliklər) Zamin Lizinq alanla birlikdə Lizinq verən qarşısında birgə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 MMC bu müqavilə üzrə yaranmış məcmu borcun 350 000 manatlıq hissəsinin və həmin hissəyə ödəniş qrafikinə uyğun müvafiq lizinq ödənişlərinə zəmanət verir. Əlavə olaraq bu zaminlik üzrə borc öhdəliyinin xx.xx.2022- ci il tarixində tam bağlanması şərtləşdirilmişdir. Bundan başqa Lizing müqaviləsinin sonuncu ödəniş cədvəlində göstərilir ki, bir müqavilə üzrə 210000 manata lizinq obyekti alınır, 65000 manatı lizinq alan ödəyir, 145000 manatı isə lizinq təşkilatı ödəyir. Bundan başqa Cavabdeh1 pulu götürür, "xxxx" MMC-nin direktoru X26 verir və onunla biznes əlaqəsinə girir. Daha sonra Cavabdeh1 bildirməsinə görə "xxxx" MMC ilə və ya X14 ilə biznes münasibətləri alınmayıb, onlardan əmlaklarını geri qaytarılmasını istəyir. Onlar tərəfindən Cavabdeh1 əmlaklarını yanlız pulu ödədiyi təqdirdə geri qaytarıla biləcəyini bildirilir. Bundan sonra öhdəliklərin ötürülməsinə dair Cavabdeh1la müqavilə bağlanılır və o, aylıq ödənişlərinə başlayır. Bundan başqa tərəflər arasında iki dəfə barışıq sazişi bağlanlıb, məhkəmədə təsdiq etmək istədikdə bir dəfə Cavabdeh1 bir dəfə də Cavabdeh2 MMC geri çəkilib. Vaxt verilib ödəniş olsun, onlara Cavabdeh1 əmlakı lazım deyil. Bu günədək 45000 manat bizə ödəniş olunub. İddiaçı maliyyə işini həyata keçirir. Mustafa gəldi ki, böyük işlər görürük, Ağdam da tikinti işləri görürük. Zaminlik müqaviləsi bağlayaq, onlar da bağladılar, sonra barışığa əməl olunmadı. Cavabdeh1 barışığa meylli idi ki, Cavabdeh2 MMC pulu ödəsin. Daha sonra onlar Cavabdeh1 borcun bağlanmasın bildirdilər, Cavabdeh1 bildirdi ki, pul ondadır, borcu bağlayacaqdır. Sonra Cavabdeh1 vəsaiti əlindədir, lakin işə düşmüşdür. Elşad sonradan onlara etiraf etmişdir ki, əlində olan pulu hansısa işə qoymuşdur. Onlar məhkəməyə müraciət etdikdə Elşad əlində pul olanda borcu ödəmədiyinə görə peşmançılıq hissi keçirtdiyini onlara bildirmişdir. Həmçinin suallara cavab olaraq bildirmişlər ki, onlar lizinq təşkilatı olduqları üçün heç kimə 145000 manat məbləğində pul vermədiklərini, tərəflər arasında alqı-satqı müqaviləsi bağlandığını, Lizinq müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanıldığını, öhdəliklərin ötürülməsi haqqında müqavilə isə xx.xx.2021-ci il tarixdə bağlanıldığını, onlar Ələkbər Məmmədovun niyyətini bilmədiklərini, onlar evi Cavabdeh1 aldıqlarını və pulu Cavabdeh1 verdiklərini, daha sonra Cavabdeh1 pulu isə Rüfət Qocayevə verdiyini, Cavabdeh1la Rüfət Qocayev arasında münasibətlər pozulandan sonra Cavabdeh1 "xxxx" MMC-yə gələrək Ələkbər Məmmədovun daha pulu verməyəcəyəni bildirərək bütün öhdəliklərin ona ötürülməsini xahiş etmiş, müqavilənin müddəti uzadılsa da, Cavabdeh1 ödəniş etməmiş, 65000 manatın hər iki müqavilə üzrə ilkin ödəniş olduğunu, mükafatın 145000 manata hesablandığını, Cavabdeh1 420000 manat pulu "xxxx" MMC-yə verdiyini, bütün bu hadisələrin 5 gün içərisində olduğunu, ödənişin tam həyata keçirtdikdən sonra mülkiyyət Cavabdeh1 qalacağını, Cavabdeh1 iddia ilə razı olmasa idi, iki dəfə ödəniş etməyəcəyini, öhdəlik müqaviləsi ilə pay və borc öhdəlik götürən şəxsə keçdiyini, Cavabdeh1 Ələkbər Məmmədov barəsində müsbət xarakteristika verdiyini və tanıdığını, Ələkbəri Elşadın təqdim etdiyini, onların bank əməliyyatlarını Unibankla həyata keçirdiklərini, Əmlak 210000 manata alındığını, 65000 manatı Ələkbər Məmmədovun ödədiyini, 145000 manat borclu qaldıqlarını, iddiaçının xeyri bir müqavilə üzrə 210000 manat olduğunun, Ələkbər Məmmədovun 65000 manatı ödəməsi ilə bağlı qəbz olduğunu, onlar hər dəfə əməliyyat bitəndən sonra qəbzləri aldıqlarını, ilk əvvəl hər iki mənzilin satıldığını, sonradan hər ikisi gələrək işlərinin alınmadığını, Cavabdeh1 mənzilləri realda satmaq istəmədiyini bilmədiklərini, 1 ay ərzində Elşadın mənzilləri boşaltmalı olduğunu, Elşadla maşın alqısatqısı ilə bağlı münasibətləri olduğunu, birinci dəfə Elşad müraciət edib ki, evini satır və onlara da demişdir ki, almaq istəyən var vəsait çatmır. Müştərinin Elşadın özü tapdığını, mənzillərə baxdıqlarını, mənzilin dəyərinin 210000 manata dəydiyini, likvid qiymətin 210000 manat olduğunu, hətta artıqda ola biləcəyini, qiymətləndirməni onların etdiklərini, onlara müraciət edənlərin niyyətin onlara maraqlı olmamasını, əməliyyat baş tutmadığı və ya geri qaytardırmaq istədiyi halda qadağanın olmadığını, lizinq müqaviləsi bağlandıqda ödəmə qabiliyyəti onları maraqlandırmadığını, razılıqları olmadan öhdəlik başqa şəxsə köçürülə bilmədiyini, direktorun bütün səs yazılarının yazıldığını, rüşvət halının onlarda ola bilməməsini, bu vaxtadək pulun alınmaması ilə bağlı heç bir müraciət olunmadığını bildirmişlər.

8. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianın təmin edilməsini və əvvəlki məhkəmə iclaslarındakı izahatlarının nəzərə alınmasını xahiş edir. Əlavə olaraq bildimişdir ki, ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili izahatında bildirdi ki, İddiaçı MMC öhdəliyi ötürməyə məcbur olub. Halbuki, qanunvericilikdə belə bir anlayış yoxdur. Bu hal tamamilə iradə ifadəsi ilə bağlıdır. Görünür ki, qarşılıqlı iddia ərizəsində göstərilən hallar, İddiaçı MMC-yə məlum olub. Yəni, İddiaçı MMC cavabdehlə müqavilə imzalayarkən, həmin müqavilələrin formal olduğunu, əslində cavabdehin evini satmaq niyyətində olmadığını bilirdi. Keçirilmiş məhkəmə iclaslarında da, müəyyən olundu ki, tərəflər arasında olan münasibətlər 5-6 gün içində yaranmışdır. Heç kim 5-6 gün içində ev almaq daha sonra onu satmaq fikrinə düşmür. Lap belə bir hal olmasa belə, hazırda heç bir bank, şirkət 5-6 gün içində müqavilə öhdəliklərini İİİ şəxsə ötürmür. Bu da, bir daha sübut edir ki, iddiaçı cavabdehin mənzilləri satmaq niyyətinin olmadığını bilirdi. Çünki həmin mənzillər cavabdehin özünün qaldığı və yaşadığı evlərdir. Bundan başqa İddiaçı MMC iddia edirdi ki, həmin mənzillər dəyərləndirilmişdir. Lakin həmin mənzillərin dəyərləndirilməsi ilə bağlı da, məhkəməyə sübut təqdim edə bilməmişlər. Müqavilədə öz əksini tapan rəqəmlərdən də görünür ki, İddiaçı MMC-nin bu münasibətlərdə lizinq məqsədi olmamışdır. Bağlanan alğı-satqı müqavilələrinin məqsədi də, alğı-satqı olmayıb. X7 pulu alması ilə bağlı iş materiallarında olan protokol, həmin protokolun tarixi ilə müqavilə münasibətlərinin yaranma tarixlərinin üst üstə düşməsi sübut edir ki, İddiaçı MMC qanunvericilikdə və nizamnaməsində nəzərdə tutulan və tələb edilən qaydada hərəkət etməyib.

9. Əvvəlki məhkəmə iclaslarında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 izahatlarında bildirmişdir ki, Cavabdeh1 "xxxx" MMC-nin direktoru X30 ilə birgə iş görmək üçün anlaşmışdır. Birgə fəaliyyətə maya qoyulması qərara alınmışdır. Eyni zamanda "xxxx" MMC-də "xxxx" MMC ilə anlaşaraq sonuncunun tikdiyi binada işlərin görülməsi ilə bağlı razılığa gəlmişdir. İşlərin görülməsi üçün "xxxx" MMC "xxxx" MMC-nin sahibinə qeyri-yaşayış obyekti vermişdir. Bununla yanaşı "xxxx" MMC-nin direktoru X5 Elşad Aydın oğluna birgə fəaliyyətə maya qoymaq üçün lizinq şirkətindən pul götürməyi təklif etmişdir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 xx.xx.2021-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən, ünvan 4 ünvanında yerləşən əmlakı 210 000 manata və eyni tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə ünvan 5 ünvanında yerləşən əmlak 210 000 manata "xxxx" MMC-yə satmışdır. Hazırda "xxxx" MMC iddia edir ki, X15 "xxxx" MMC-yə müraciət edərək Bakı şəh, Nərimanov ray, Malik Məmmədov küç, ev 17, man.159 və ünvan 6 ünvanında yerləşən əmlakı lizinqə götürməklə əldə etmək istədiyini bildirmişdir. Bundan sonra "xxxx" MMC xx.xx.2021-ci il tarixli, ******* saylı və ******* saylı alqı-satqı müqavilələrinə əsasən qeyd olunan mənzillərin hər birini 210.000 manata qarşılıqlı iddia üzrə iddiaçıdan almış və xx.xx.2021-ci il tarixli, D095 və D096 saylı lizinq müqaviləsi ilə mənzilləri X9 lizinqə vermişdir. Daha sonra öhdəliklərin ötütrülməsinə dair xx.xx.2021-ci il tarixli müqavilələrə uyğun olaraq lizinq müqaviləsi üzrə öhdəliklər ilkin iddia üzrə Cavabdeh1 ötürülmüşdür. Bundan sonra da tərəflər "xxxx" MMC, Cavabdeh1 va "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İşin halları ilə bağlı məhkəmənin diqqətinə çatdırılır ki, hazırki iş üzrə iddiaçı həm lizinq müqaviləsini həm də öhdəliklərin ötürülməsi haqqında müqaviləni imzalayarkən aldadılmışdır. Belə ki məlum mənzillər "xxxx" MMC-nin təkidi ilə formal olaraq Cavabdeh1 tərəfindən onlara satılmışdır. Həmin mənzillər daha sonra "xxxx" MMCnin direktoru X3 X8 formal olaraq lizinqə verilmişdir. Daha sonra hüquqların ötürülməsi barədə müqavilə bağlanmışdır. "xxxx" MMC-nin direktoru X30 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli protokoldan da görünür ki, birgə fəaliyyət göstərilməsi üçün 220000 AZN (yəni lizinq şirkətinin verdiyi pul) X26 verilmişdir. Daha sonra "xxxx" MMC bütün razılaşmaları pozaraq "xxxx" MMC-ya vəd etdiyi işlərin görülməsi ilə bağlı podrat müqaviləsini bağlamamış, verdiyi qeyri-yaşayış əmlakının pulunu tələb etmişdir. "xxxx"MMC-nin sahibi qeyri-yaşayış əmlakının pul əvəzi olaraq Cavabdeh1 adına olan lizin müqaviləsi üzrə borcu ödəmək öhdəliyini qəbul etmiş, nəticədə onu da ödəməmişdir. Belə ki, işin hallarına və iddiaçının iddia ərizəsində qeyd ediyi xüsusatlara adi sadə məntiq ilə yanaşsaq yuxarıda qeyd olunanların həqiqətə uyğun olmadığını aşkar şəkildə görə bilərik. Çünki öz mülkiyyətində olan əmlakı satdıqdan (xx.xx.2021) 4 gün sonra (xx.xx.2021) yenidən həmin əmlakı lizinqə götürmək nə həqiqətə uyğun razılaşmadır, nə də Cavabdeh1 elə bir niyyəti olmuşdur. Şəxsin əvvəllər öz mülkiyyətində olmuş və sonradan satmış olduğu mənzilləri yenidən əldə etmək istəyi, həm də özünün deyil, digər şəxsin bu mənzillər qarşısında olan öhdəliklərini öz üzərinə götürmək niyyəti ağlabatan deyil. Və bir daha qeyd edilir ki, Cavabdeh1 elə bir niyyəti olmamış, digərləri tərəfindən aldadılaraq onun bu müqaviləyə imza etməsinə nail olunmuşdur. Cavabdeh1 hazırda həmin evdə ailəsi ilə birlikdə yaşayır, heç vaxt mənzilləri satmaq niyyəti olmayıb. Lizinq müqaviləsi yalan əqddir. Lizing müqaviləsi Cavabdeh1 borc müqaviləsini pərdələmək məqsədi ilə bağlanmışdır. Cavabdeh1 öz evinin yarım milyon qiyməti olan evini satmağa ehtiyacı yox idi. Cavabdeh1 290000 manat pul lazım olub. Cavabdeh1 420000 manat məbləğində vəsait götürməyib. Əgər Cavabdeh1 420000 manata ev satmışdırsa, 290000 manat Cavabdeh1 nə üçün lazım idi. Aralarında olan razılaşmaya əsasən pulu Cavabdeh2 MMC ödəyəcəkdir. Eyni zamanda Cavabdeh1 İddiaçı MMC-nin direktoruna 30000 manat rüşvət verib. Həmçinin verilmiş suallara cavab olaraq Cavabdeh1 420000 manat pul heç kimdən almadığını, ümumiyyətlə müqavilələrin formal olaraq bağlanıldığını, Cavabdeh1 290000 manat məbləğində pulu da almadığını, X7 Sabah MMC-nin rəhbəri Rüfət Qocayevin sürücüsü olmasını, pulu götürən "xxxx" MMC-nin direktoru X21 olmasını, İddiaçı MMC-nin Rüfətə pul vermək niyyətində olmasını, Elşadın ev satmaq fikrinin olmamasını, 290000 manat pul "xxxx" MMC-nin direktoru X23 olmasını, bununla bağlı "xxxx" MMC-nin möhürlü arayışı olmasını, Cavabdeh2 MMC-nin X26 borcu olduğu üçün zaminlik müqaviləsi bağlandığını, Cavabdeh1 420000 manat pulu götürmədiyini, Cavabdeh1 çağırılıb, müqavilələr Elşad tərəfindən imzalanıb, lakin hazırda həmin müqavilənin etibarlığını qəbul etmədiklərini bildirdilər.

10. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixli, D095 saylı X25 əsasən İddiaçı MMC-nin mülkiyyətində olan mənzil lizinq məbləği 145.000,00 (bir yüz qırx beş min) manat, lizinq müddəti 12 ay və lizinq mükafatı illik 26% olmaq şərtilə X8 lizinqə verilmişdir. Eyniylə, xx.xx.2021-ci il tarixli, D096 saylı X25 əsasən də İddiaçı MMC-nin mülkiyyətində olan mənzil lizinq məbləği 145.000,00 manat, lizinq müddəti 12 ay və lizinq mükafatı illik 26% olmaq şərtilə X8 lizinqə verilmişdir. X14 və İddiaçı MMC arasında bağlanmış Lizinq müqaviləsi üzrə öhdəliklər X7 və onun qarşılıqlı razılığı ilə, həmçinin İddiaçı MMC-nin icazəsi ilə ona ötürülmüşdür. Öhdəliklərin ötürülməsinə dair xx.xx.2021-ci il tarixli iki müqavilə bağlanmış və həmin müqavilələrə görə xx.xx.2021-ci il tarixli D095 və xx.xx.2021-ci il tarixli D096 saylı X24 üzrə öhdəliklər tam olaraq ona ötürülmüşdür. Bundan başqa öhdəliklərin icrasının təmini olaraq tərəflər, İddiaçı MMC, mənim və Cavabdeh2 MMC arasında xx.xx.2022-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bugünədək MMC-yə təxminən 48.000-50.000 manat ödəniş etmişdir. Maddi durumu aşağı olduğundan bir müddət kredit ödənişlərini həyata keçirə bilməmişdir. Dəfələrlə MMC ilə razılığa gəlmək üçün müraciət etmişdir. İddia tələbində qeyd edilən faiz borcu çoxdur.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

12. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC nümayəndəsi və vəkili Nümayəndə ilkin iddianı əvvəl qismən qəbul edərək, faiz borcu hissəsində mübahisələndirsə də, sonradan ilkin iddianın ümumiyyətlə onlara aid hissəsində rədd edilməsini xahiş etmişdir. Bundan başqa nümayəndəsi olduğu MMC-in rəhbərinin ona bildirməsinə görə MMC-nin rəhbərinin Cavabdeh1 borcu olmasını bildirmişdir. Həmçinin verilən suallara cavab olaraq borcun nə qədər olması və haradan qaynaqlanması haqda məlumatının olmaması, növbəti məhkəmə iclasında bütün bu halların dəqiqləşdirib məlumat verəcəyini bildirmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

14. İddiaçı MMC ilə X14 arasında bağlanan xx.xx.2021-ci il tarixli, D095 saylı X29ndən görünür ki, lizinq verən İddiaçı MMC satıcıdan əldə edəcəyi ünvan 7 ünvanında yerləşən daşınmaz əmlakı lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alanın ilkin maliyyə öhdəliyi 145000 manat müəyyən edilir. Lizinq alanın məcmu öhdəliyi son ödəniş tarixinədək bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavənin tərtibi metodikasına uyğun olaraq hesablanacaq məbləğdə ödənilir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin müddəti 12 ay müəyyən edilir.

15. X14 tərəfindən İddiaçı MMC-nin direktoru R.N.Alıyevə yazılan xx.xx.2021-ci il tarixl ərizənin surətindən görünür ki, o, ünvan 7 ünvanında yerləşən daşınmaz əmlakı almaq niyyətində olduğunu, qiymətini satıcı ilə razılaşdırdığını, bununla bağlı 145000 manat vəsaitə ehtiyacı olduğunu bildirmiş, bu vəsaitin ona lizinq şərtləri ilə MMC tərəfindən maliyyələşdirilməsini xahiş etmişdir.

16. xx.xx.2021-ci il tarixli 24 №-li ödəniş tapşırığından görünür ki, X14 tərəfindən D095 saylı lizinq müqaviləsi üzrə İddiaçı MMC-nin hesabına 65000 manat məbləğində avans ödənilmişdir.

17. xx.xx.2021-ci il tarixli, D095 saylı X25 1 saylı əlavədən görünür ki, ünvan 7 ünvanında yerləşən daşınmaz əmlakın lizinq predmeti kimi dəyəri 210000 manat olmaqla, mənzil üçün 65000 manat ilkin ödəniş edilmiş, 145000 manat dəyərində lizinq predmeti illik lizinq mükafatı kimi 26 faizlə, 12 ay müddətinə, aylıq annutet 13852 manat olmaqla X8 lizinqə verilmişdir.

18. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2022-ci il tarixli D095 saylı X25 əlavə razılaşmadan görünür ki, xx.xx.2021-ci il tarixli, D095 saylı X19 2.1-ci bəndi dəyişdirilərək, müqavilənin bitmə müddəti daha 12 ay uzadılır və xx.xx.2023-cü il təyin edilir. D095 saylı X19 digər şərtləri olduğu kimi qüvvədə saxlanılır.

19. İddiaçı MMC ilə X14 arasında bağlanan xx.xx.2021-ci il tarixli, D096 saylı X29ndən görünür ki, lizinq verən İddiaçı MMC satıcıdan əldə edəcəyi ünvan 8 ünvanında yerləşən daşınmaz əmlakı lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alanın ilkin maliyyə öhdəliyi 145000 manat müəyyən edilir. Lizinq alanın məcmu öhdəliyi son ödəniş tarixinədək bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavənin tərtibi metodikasına uyğun olaraq hesablanacaq məbləğdə ödənilir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin müddəti 12 ay müəyyən edilir.

20. X14 tərəfindən İddiaçı MMC-nin direktoru R.N.Alıyevə yazılan xx.xx.2021-ci il tarixl ərizənin surətindən görünür ki, o, ünvanında yerləşən daşınmaz əmlakı almaq niyyətində olduğunu, 210000 manat qiymətini satıcı ilə razılaşdırdığını, bununla bağlı 145000 manat vəsaitə ehtiyacı olduğunu bildirmiş, bu vəsaitin ona lizinq şərtləri ilə MMC tərəfindən maliyyələşdirilməsini xahiş etmişdir.

21. xx.xx.2021-ci il tarixli 24 №-li ödəniş tapşırığından görünür ki, X14 tərəfindən D096 saylı lizinq müqaviləsi üzrə İddiaçı MMC-nin hesabına 65000 manat məbləğində avans ödənilmişdir.

22. xx.xx.2021-ci il tarixli, D096 saylı X25 1 saylı əlavədən görünür ki, ünvan 8 ünvanında yerləşən daşınmaz əmlakın lizinq predmeti kimi dəyəri 210000 manat olmaqla, mənzil üçün 65000 manat ilkin ödəniş edilmiş, 145000 manat dəyərində lizinq predmeti illik lizinq mükafatı kimi 26 faizlə, 12 ay müddətinə, aylıq annutet 13851,87 manat olmaqla X8 lizinqə verilmişdir.

23. İddiaçı MMC ilə lizinq alan Cavabdeh1 və zamin Cavabdeh2 MMC arasında bağlanan A673, D095, D096 saylı xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki:

24. “Lizinq verən” ilə “Lizinq alan” arasında xx.xx.2021-ci il tarixdə bağlanmış A673 saylı X29 ilə əlaqədar olaraq, “Lizinq alan” “Lizinq verən” qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “Zamin” “Lizinq alan” ilə birlikdə “Lizinq verən” qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür.

25. “Lizinq verən” ilə “Lizinq alan” arasında xx.xx.2021-ci il tarixdə bağlanmış D095 saylı X29 ilə əlaqədar olaraq, “Lizinq alan” “Lizinq verən” qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “Zamin” “Lizinq alan” ilə birlikdə “Lizinq verən” qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür.

26. “Lizinq verən” ilə “Lizinq alan” arasında xx.xx.2021-ci il tarixdə bağlanmış D096 saylı X29 ilə əlaqədar olaraq, “Lizinq alan” “Lizinq verən” qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “Zamin” “Lizinq alan” ilə birlikdə “Lizinq verən” qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür.

27. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən olan çıxarışdan görünür ki, ünvan 7 xüsusi mülkiyyət hüququ ilə xx.xx.2021-ci il tarixində İddiaçı MMC-nin adına qeydiyyatdan keçmişdir.

28. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən olan çıxarışdan görünür ki, ünvan 8 xüsusi mülkiyyət hüququ ilə xx.xx.2021-ci il tarixində İddiaçı MMC-nin adına qeydiyyatdan keçmişdir.

29. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 8 ünvanında X16 başqa qeydiyyatda olan şəxs yoxdur.

30. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 7 ünvanında X16 başqa qeydiyyatda olan şəxs yoxdur.

31. İddiaçı MMC ilə lizinq alan Cavabdeh1 və zamin Cavabdeh2 MMC arasında bağlanan xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki:

32. “Lizinq verən” ilə “Lizinq alan” arasında xx.xx.2021-ci il tarixdə bağlanmış D095 və xx.xx.2021-ci il tarizdə bağlanmış D096 saylı X24 ilə əlaqədar olaraq “Lizinq alan” “Lizinq verən” qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin “lizinq alan” ilə birlikdə “Lizinq verən” qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür.

33. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəliyin əsası xx.xx.2021-ci il tarixdə bağlanmış D095 və xx.xx.2021-ci il tarixdə bağlanmış D096 saylı X29ndən irəli gələn bütün öhdəliklərdir.

34. Müqavilənin 2.2-ci bəndinə əsasən təmin edilən müqavilənin predmetini ünvan 10 və ünvan 8 ünvanlı daşınmaz əmlakı lizinqə verilməsi üzrə ödənilməli olan 258500 manat məbləğində lizinq öhdəliyi (lizinq mükafatı ilə birlikdə təşkil edir)

35. Müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilə ilə təmin edilmiş öhdəliyin icra müddəti lizinq alanın lizinq verən qarşısında xx.xx.2021-ci il tarixdə bağlanmış D095 və xx.xx.2021-ci ildə bağlanmış D096 saylı X29 və bu müqaviləyə gələcəkdə ediləcək əlavələrdən irəli gələn bütün öhdəlikləri tam yerinə yetirilənədək olan dövrü əhatə edir.

36. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin lizinq verən qarşısında bu müqavilənin 3.1-ci bəndində göstərilən, Müqavilə üzrə yaranan və yarana biləcəkhər hansı məbləği lizinq verənin ilk tələbində heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür.

37. İddiaçı MMC ilə X14 və Cavabdeh1 arasında bağlanan xx.xx.2021-ci il tarixli D096 saylı X25 əlavə razılaşmadan ( öhdəliyin ötürülməsi haqqında) görünür ki, öhdəlik götürən X14 lizinq verənin razılığı ilə D096 saylı X29 üzrə bütün hüquq və öhdəliklərini, borcunü öhdəlik götürənə- Cavabdeh1 verir, sonuncu isə bunları bütünlüklə qəbul edir.

38. İddiaçı MMC ilə X14 və Cavabdeh1 arasında bağlanan xx.xx.2021-ci il tarixli D095 saylı X25 əlavə razılaşmadan ( öhdəliyin ötürülməsi haqqında) görünür ki, öhdəlik götürən X14 lizinq verənin razılığı ilə D095 saylı X29 üzrə bütün hüquq və öhdəliklərini, borcunü öhdəlik götürənə- Cavabdeh1 verir, sonuncu isə bunları bütünlüklə qəbul edir.

39. İddiaçı MMC tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 D095 saylı müqavilə üzrə 30097 manat lizinq mükafatı və gecikdirilmiş günlər üzrə 17280 manat həcmində cərimə, D096 saylı müqavilə üzrə 29675 manat lizinq mükafatı və gecikdirilmiş günlər üzrə 17064 manat həcmində cərimə borcu vardır. Müqavilələr üzrə ödəniş cədvəlinə əsasən hər birinə 13852 manat ödəniş olmaqla 2 müqavilə üzrə 27704 manat ödəniş təyin edilmişdir. Lizinq alan müqavilə müddəti bitənə qədər 2 müqavilə üzrə ümumilikdə 332448 manat məbləğində ödəniş etməli idi. Lakin bu günə qədər cəmi 45860 manat məbləğdə ödəniş olunmuşdur. Bu məbləğdən 17235 manat lizinq mükafatına, 28 625 manat əsas lizinq borcuna silinmə aparılmışdır.

40. "xxxx" MMC-nin direktoru X30 ilə Cavabdeh1 arasında baş verən təhviltəslim hərəkətinə görə tərtib edilən xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Cavabdeh1 gələcəkdə birgə sahibkarlıq fəaliyyəti görmək üçün 220000 manat məbləğində pulu X26 təhvil vermiş, sonuncu da təhvil almışdır. Hərəkətin icrasına X31, X14 şahidlik etmişlər. Protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır.

41. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən olan çıxarışdan görünür ki, ünvan 8 xüsusi mülkiyyət hüququ ilə xx.xx.2021-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçmişdir.

42. Cavabdeh1 tərəfindən 9 saylı notariat ofisində yazılan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o,alıcı İddiaçı MMC ilə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 108,4 kv.m olan mənzilin 210000 manata satılmasına razılıq əldə etdiyini bildirmişdir.

43. Cavabdeh1 ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 108,4 kv.m olan mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsini satıcı Cavabdeh1 alıcı İddiaçı MMC-nin mülkiyyətinə verir. Satıcı əmlakı 210000 manata satmış, alıcı isə həmin qiymətə almışdır.

44. X17 Bakı şəhəri 9 saylı notariat ofisində yazılan **********452 saylı ərizəsinin surətindən görünür ki, o, Cavabdeh1 məxsus olan ünvan 9 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. Gələcəkdə də, bununla bağlı heç bir iddia və tələbi olmayacağını bildirmişdir.

45. xx.xx.2021-ci il tarixli, ********* saylı ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən D096 saylı alğı-satqı müqaviləsinin predmetinin dəyəri olan 210000 manat məbləğində pul vəsaiti alan müştəri X10 hesabına ödənilmişdir.

46. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən olan çıxarışdan görünür ki, ünvan 7 xüsusi mülkiyyət hüququ ilə xx.xx.2021-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçmişdir.

47. Cavabdeh1 tərəfindən 9 saylı notariat ofisində yazılan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o,alıcı İddiaçı MMC ilə ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 108,7 kv.m olan mənzilin 210000 manata satılmasına razılıq əldə etdiyini bildirmişdir.

48. Cavabdeh1 ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki,ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 108,7 kv.m olan mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsini satıcı Cavabdeh1 alıcı İddiaçı MMC-nin mülkiyyətinə verir. Satıcı əmlakı 210000 manata satmış, alıcı isə həmin qiymətə almışdır.

49. X11 9 saylı notariat ofisində yazılan **********447 saylı ərizəsinin surətindən görünür ki, o, əri Cavabdeh1 məxsus olan ünvan 11 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. Gələcəkdə də, bununla bağlı heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. (AZ-İ seriyalı, 227913 saylı nikah haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 arvadı)

50. xx.xx.2021-ci il tarixli, ********* saylı ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən D095 saylı alğı-satqı müqaviləsinin predmetinin dəyəri olan 210000 manat məbləğində pul vəsaiti alan müştəri X10 hesabına ödənilmişdir.

51. İlkin iddia ərizəsinin məhkəmədə qaldırılması üçün ilkin iddiaçı tərəfindən 372,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

52. Qarşılıqlı iddianın məhkəmədə qaldırılması üçün qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

53. Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi, ev 17 ünvanında yerləşən 159 və 160 saylı mənzillər Cavabdeh1(bundan sonra-borclu) mülkiyyətində olmuşdur və hal-hazırda borclu ailəsi ilə birlikdə həmin mənzillərdə yaşayır. Borclu avtomobil ticarəti ilə məşğul olur və bu səbəblə İddiaçı MMC(bundan sonra-Lizinq şirkəti) ilə işgüzar münasibətləri vardır.

54. Lizinq şirkətinin iddiasına görə borclu onlara evlərini satmaq niyyətində olduğunu və evləri alacaq müştərisinin olduğunu, lakin həmin şəxsin kifayət qədər vəsaitinin olmadığını bildirmişdir. Bundan sonra borclu, X12(bundan sonra-üçüncü şəxs) onlara təqdim edərək, evi həmin şəxsin almaq istədiyini və onun adına lizinq müqaviləsini rəsmiləşdirməyi təklif etmişdir. Lizinq şirkəti razılıq verdikdən sonra üçüncü şəxs yazılı qaydada ərizə ilə xx.xx.2021-ci il tarixdə Lizinq şirkətinə müraciət etmiş və müraciətində bildirmişdir ki, daşınmaz əmlak almaq niyyətindəyəm, əmlakı satıcı ilə 210000 manata qiymətə razılaşdırmışam bununla bağlı 145000 manat vəsaitə ehtiyacım vardır. Bu vəsaitin ona lizinq şərtləri ilə maliyyələşdirməsini xahiş edirəm. Qeyd olunan əmlak icarəyə verilmək məqsədilə alınır və icradan əldə olunan gəlir lizinq öhdəliklərinin ödənilməsinə yönələcəkdir.Bundan başqa öz sahibkarlıq fəaliyyətimdən də əldə olunan gəlirlərdən lizinq öhdəliklərinin ödənişi aparılacaqdır və.s. Bundan sonra, yəni xx.xx.2021-ci il tarixdə Lizinq şirkəti ilə üçüncü şəxs arasında D095 və D096 saylı X24 bağlanmış və müqavilələrin predmeti lizinq verənin satıcıdan əldə edəcəyi Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi, ev 17 ünvanında yerləşən 159 və 160 saylı daşınmaz əmlakları lizinq alanın istifadəsinə vermək, lizinq alanın müqavilədə nəzərdə tutulmuş pul öhdəliklərini icra etmək olmuşdur. Müqavilənin müddəti 12 ay müəyyən edilmiş, lizinq alanın ilkin maliyyə öhdəliyi hər müqavilə üzrə 145000 manat olmuşdur. Eyni zamanda müqavilədə nəzərdə tutulmuşdur ki, müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyekti lizinq verənin mülkiyyətində olur və müqavilə üzrə öhdəliklər müqavilənin 1.2 maddəsinə müvafiq olaraq tam yerinə yetirildikdən sonra lizinq obyekti Lizinq alanın mülkiyyətinə keçir. Eyni tarixdə borclu ilə Lizinq şirkəti arasında həmin mənzillərə dair ayrı-ayrılıqda notarial qaydada daşınmaz əmlakın alqı-satqı müqavilələri bağlanmışdır. Alqı-satqının qiyməti hər müqavilə üzrə 210000 manat məbləğində müəyyən edilmişdir. Lizinq şirkətinin həmin mənzillər üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır. Eyni gündə lizinq şirkəti, üçüncü şəxs və borclu arasında D095 və D096 saylı X24 üzrə öhdəliklərin ötürülməsi haqqında müqavilələr bağlanmış və həmin lizinq müqavilələri üzrə öhdəliklər borcluya, yəni Cavabdeh1 ötürülmüşdür.

55. Lizinq şirkəti həmin məsələni onunla əsaslandırmışdır ki, X29 bağlandıqdan 5 gün sonra üçüncü şəxs öhdəliyini icra edə bilməyəcəyini bəyan etmiş və borclu da həmin öhdəliyi qəbul edə biləcəyinə razılıq vermişdir. Onlar da məcbur qalaraq öhdəlikləri ötürmək barədə tərəflərin qarşılıqlı razılıqlarına etiraz etməyərək müqaviləni rəsmiləşdirmişlər. Eyni zamanda tarixi və məzmunu qeyri-dəqiq olan, lakin iddiaçı tərəfin texniki olaraq səhv göstərildiyini bildirdiyi və əslində xx.xx.2022-ci il(müqavilədə xx.xx.2021-ci il və müqavilənin predmetində D096 saylı X19 tarixi xx.xx.2021 qeyd edilmiş, bundan əlavə mübahisə predmeti ilə əlaqəsi müəyyən edilməyən başqa X29 də müqavilənin predmetini təşkil etmişdir) tarixli Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 MMC(bundan sonra-zamin) D095 və D096 saylı lizinq müqavilələri üzrə lizinq alanla birgə məsuliyyət daşımağı barədə öhdəlik götürmüşdür. Hansı ki, həmin müqavilə üzrə Cavabdeh1 lizinq alan kimi müqavilənin tərəfi olaraq qeyd edilmişdir. Bundan əlavə iddiaçı tərəf məhkəməyə Cavabdeh2 MMC ilə lizinq şirkəti və lizinq alan Cavabdeh1 arasında 16 yanvar 2023-cü il tarixdə bağlanmış Zaminlik müqaviləsini də təqdim etmişdir, hansı ki, zaminliklə təmin edilən öhdəlik xx.xx.2021-ci il tarixdə bağlanmış D095 və D096 saylı X29ndən irəli gəlmişdir.

56. Borclu tərəf isə baş verən prosesləri əksini iddia etməklə əsaslandırmışdır. Onların iddiasına görə Cavabdeh1 "xxxx" MMC-nin direktoru X30 ilə birgə iş görmək üçün anlaşmışdır. Birgə fəaliyyətə maya qoyulması qərara alınmışdır. Eyni zamanda "xxxx" MMC-də "xxxx" MMC ilə anlaşaraq sonuncunun tikdiyi binada işlərin görülməsi ilə bağlı razılığa gəlmişdir. İşlərin görülməsi üçün "xxxx" MMC "xxxx" MMC-nin sahibinə qeyriyaşayış obyekti vermişdir. Bununla yanaşı "xxxx" MMC-nin direktoru X5 Elşad Aydın oğluna birgə fəaliyyətə maya qoymaq üçün lizinq şirkətindən pul götürməyi təklif etmişdir. Qeyd olunan mənzillər "xxxx" MMC-nin təkidi ilə formal olaraq Cavabdeh1 tərəfindən onlara satılmışdır. Həmin mənzillər daha sonra "xxxx" MMC-nin direktoru X3 X8 formal olaraq lizinqə verilmişdir. Daha sonra hüquqların ötürülməsi barədə müqavilə bağlanmışdır. "xxxx" MMC-nin direktoru X30 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli protokoldan da görünür ki, birgə fəaliyyət göstərilməsi üçün 220000 AZN (yəni lizinq şirkətinin verdiyi pul) X26 verilmişdir. Daha sonra "xxxx" MMC bütün razılaşmaları pozaraq "xxxx" MMC-ya vəd etdiyi işlərin görülməsi ilə bağlı podrat müqaviləsini bağlamamış, verdiyi qeyri-yaşayış əmlakının pulunu tələb etmişdir. "xxxx" MMC-nin sahibi qeyri-yaşayış əmlakının pul əvəzi olaraq Cavabdeh1 adına olan lizinq müqaviləsi üzrə borcu ödəmək öhdəliyini(zamin olaraq) qəbul etmiş, nəticədə onu da ödəməmişdir.

57. Daha sonra məhkəmə iclaslarında tərəflər barışığa cəhd etməyə çalışsalar da, hətta müqavilə müddətini uzatmaqla barışıq sazişi təsdiq etmək istəsələr də sonradan bu baş tutmamışdır. Hər iki tərəf müqavilə müddətinin uzadılması ilə bağlı razılaşmadan faktiki olaraq imtina etmişdir. Belə ki, tərəflər müqavilə müddətini 1 il uzatmaları barədə razılığa gəlmiş olsalar da, həmin razılıq barışıq sazişi ilə bağlı olmuşdur.

58. İddiaçı tərəf lizinq müqaviləsi və öhdəliyin ötürülməsi barədə müqavilə üzrə cavabdehlərin öhdəliyini lazımi qaydada icra etmədiyinə əsaslanaraq, lizinq mükafatı və cəriməni, o cümlədən lizinq predmetinin boşaldılaraq təhvil verilməsini tələb edir. Eyni zamanda bağlanmış müqavilələrin tərəflərin həqiqi niyyətlərini əks elətdirdiyinə əsaslanaraq qarşılıqlı iddianı qəbul etmir.

59. Cavabdeh1 iddianı qəbul etməyərək, bağlanmış müqavilələrin, o cümlədən alqı-satqı müqavilələrinin formallığına istinad edərək etibarsızlığını tələb edir.

60. Cavabdeh1 dolayısı ilə 290000 manatı qəbul etdiyini təsdiq edir, belə ki, etirazının dəlillərindən biri 220000 manat məbləğində pul vəsaitini "xxxx" MMC-nin direktoru X2 fəaliyyəti görmək üçün verdiyidir. Nəticədə bu müqavilələri lizinq şirkətindən borca pul almaq niyyəti ilə bağladığını qəbul edir. Əvvəlcə faiz məbləği ilə razılaşmasa da, daha sonra müqavilələrin etibarlılığını mübahisələndirmişdir.

61. İddiaçı tərəf borclunun hər iki müqavilə üzrə 45860 manat ödədiyini təsdiq edir, borclu isə bunu qəbul edir.

62. Digər Cavabdeh2 MMC məhkəmə iclaslarında nümayəndə vasitəsilə təmsil olunsa da, faktiki olaraq iddialara münasibətdə konkret olaraq mövqe bildirməmişdir.

63. Borclu üçüncü şəxsin "xxxx" MMC-nin direktoru X3 olduğunu və 220000 manatı direktora təqdim edərkən şahidlik etdiyini bildirsə də, iddiaçı tərəf bu faktı mübahisələndirməmiş və faktiki olaraq izahatları ilə həmin məsələ barədə məlumatlı olduqlarını göstərmişlər. Bundan əlavə üçüncü şəxsin evin alqı-satqısı zamanı ödədiyi bildirilən 130000 manat mübahisə predmeti olmamışdır. Belə ki, Lizinq şirkəti həmin məbləğin borclu tərəfindən üçüncü şəxə qaytarıldığını ehtimal edir, borclu tərəf isə həmin məbləğin ümumiyyətlə dövriyyədə olmadığını bildirmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

64. Konstitusiya Məhkəməsinin Qərarlarında formalaşmış hüquqi mövqeyə görə, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

65. Bununla yanaşı Ali Məhkəmənin məhkəmə təcrübəsini vahidliyini təmin edən qərardadında da eyni hüquqi mövqe müdafiə olunmuşdur.

66. Beləliklə, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

67. Məhz qeyd edilən hüquqi mövqedən yanaşaraq məhkəmə o qənaətə gəlir ki, ilkin iddianın əsasını lizinq müqavilələrinə əlavə razılaşmaya(öhdəliyin ötürülməsi haqqında) əsaslanaraq pul tələbi və.s təşkil edir, cavabdehlər lizinq müqaviləsini etirazları ilə, alqı-satqı müqavilələri isə qarşılıqlı iddia ilə mübahisələndirildiyindən ilk növbədə qeyd edilən əqdlərin etibarlılığına hüquqi qiymət verilməli və mübahisənin eyni hüquqi dəlillərə əsaslandığı nəzərə alınaraq hər iki iddia üzrə vahid hüquqi dəyərləndirmə aparılmalıdır.

68. Əvvəla məhkəmə lizinq müqaviləsinin mahiyyəti və təbiəti ilə bağlı formalaşmış hüquqi mövqelərə və qanunvericilikdə təsbit olunmuş normalara nəzər yetirilməsini zəruri hesab edir.

69. Lizinq beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alətin unikallığı ondan ibarətdir ki, o özündə icarə, kredit və alğı-satqı müqavilələrinin elementlərini birləşdirərək bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırır. Bu müqavilə konstruksiyasının hər üç tərəfi onun faydalarından mikrosəviyyədə, dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar. Belə ki, lizinq alan maliyyələşmə alətindən istifadə etməklə, bu və ya digər əmlakı daha sürətlə ödəmə qabiliyyətinin daha az maliyyə analizinə cəlb etməklə nisyə satın alır, lizinq verən lizinq obyektinin lizinq müddətində onun mülkiyyətində qalmaqla daha təminatlı şəkildə maliyyələşməsini həyata keçirir, satıcı isə bu üsulla daha məhsuldar satışlar həyata keçirir.

70. Mülki Məcəllədə mülki-hüquqi müqavilələrin bir növü kimi nəzərdə tutulmuş lizinq, əsasən iqtisadi dövriyyənin müqavilə növlərindən biridir. İştirak edən subyektlərin risklilik dərəcəsini balanslaşdırmaq məqsədi ilə mülki qanunvericilikdə müəyyən mülkihüquqi müqavilələrin subyekt tərkibinə dair xüsusi tələblər ola bilər. Lakin hazırda qüvvədə olan mülki qanunvericilikdə lizinq müqaviləsinin tərəflərinə dair hər hansı bir xüsusi tələb müəyyən olunmayıb.

71. Mülki Məcəllənin 747.1-ci maddəsində lizinq müqaviləsinin anlayışı verilmişdir. Həmin maddəyə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

72. Mülki Məcəllənin 747-1-ci maddəsində lizinq müqaviləsinin subyektləri müəyyən olunmuşdur. Məcəllənin 747-1.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Mülki Məcəllənin 747-1.3-cü maddəsinə görə, lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir.

73. Məcəllənin 747-1.5-ci maddəsinə uyğun olaraq, bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və hallarda Azərbaycan Respublikasının istənilən rezidenti və qeyri-rezidenti lizinq müqaviləsinin subyekti ola bilər.

74. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenum qərarında qeyd edilmişdir ki, sahibkarlıqla məşğul olmayan fiziki şəxsin lizinq münasibətinin iştirakçısı olduğu halda hər hansı sui-istifadələrin qarşısını almaq məqsədilə qanunvericilik və ya nəzarət orqanları tərəfindən xüsusi qaydaların müəyyən olunması məqsədəuyğun olar. Xüsusilə lizinq şirkətləri maliyyə bazarının peşəkar iştirakçısı olduğundan, bu növ lizinq münasibətlərində onlara daha yüksək vicdanlılıq və ehtiyatlılıq standartları tətbiq oluna bilər. İstehlakçı ilə müqayisədə daha peşəkar biliyə və imkanlara malik olan lizinq şirkəti tərəfindən risklərin qiymətləndirilməsi və mümkün nəticələr barədə istehlakçının məlumatlandırılması lizinq şirkətinin ağlabatan dərəcədə ehtiyatlılığının göstəricisi ola bilər.(KM xx.xx.2020-ci il tarixli qərarı)

75. Bundan əlavə Konstitusiya Məhkəməsi Lizinq obyektindən gəlir götürmək məqsədi olmadığı halda lizinq müqaviləsinin kredit müqaviləsi hesab edilməsinin müqavilə azadlığı prinsipinə zidd olub-olmaması, həmçinin mənzilə dair lizinq müqaviləsinin kredit müqaviləsini pərdələmək məqsədi ilə bağlanması məsələləri ilə bağlı qeyd etmişdir ki, lizinq təşkilatı kredit təşkilatı olmadığından və pul vəsaiti borca verilmədiyindən, lizinq müqaviləsinin kredit müqaviləsinə çevrilməsi praktiki olaraq qeyrimümkündür, yalnız lizinq alan kredit götürməklə lizinq ödənişini həmin kredit hesabına maliyyələşdirə bilər.

76. Bununla yanaşı qeyd edilməlidir ki, müqavilə azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342 və 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır.

77. Həmçinin müqavilənin düzgün müəyyənləşdirilməsi üçün onun məzmununun, ondan irəli gələn hüquq və vəzifələrin, onun bütün şərtlərinin düzgün anlaşılmasının böyük əhəmiyyəti vardır.Belə ki, Tərəflərin hansı müqavilə münasibətlərinin qurulması üçün iradələrini ifadə etdikləri müəyyən olunmalı, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.5-ci maddəsi). Bunun üçün bütün hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər və tərəflərin sonrakı davranışları nəzərə alınmalıdır (Mülki Məcəllənin 404.2-ci maddəsi).

78. Yuxarıda göstərilənlər və işin müəyyən edilmiş halları baxımından məhkəmə o qənaətə gəlir ki, lizinq şirkəti ilə borclu arasında bağlanmış öhdəliklərin ötürülməsi müqaviləsi və onlar arasında bağlanmış alqı-satqı müqavilələri etibarlı hesab edilə bilməz.

79. Məhkəmənin mövqeyi tərəflər arasında olan işin bütün halları, onlar arasında müqaviləyə qədərki danışıqlar, tərəflərin sonrakı davranışları əsasında formalaşmışdır.

80. İşin müəyyən edilmiş hallarından göründüyü kimi Cavabdeh1 əvvəlcə satıcı, sonra lizinq alan olmuşdur. Belə ki, lizinq şirkəti bunu lizinq müqaviləsi üzrə öhdəliklərin ötürülməsi kimi və ya öhdəliyin üçüncü şəxs tərəfindən icrasına razılıq kimi qələmə verməyə çalışsa da, faktiki olaraq lizinq şirkəti ilə Cavabdeh1 arasında lizinq müqaviləsi bağlanmışdır. Hansı ki, iddiaçının təqdim etdiyi zaminlik müqavilələrində də Cavabdeh1 “lizinq alan” olaraq müqavilə tərəfi kimi çıxış etmişdir. Eyni zamanda öhdəliklərin ötürülməsi haqqında müqavilələrin 2-ci bəndində qeyd edilmişdir ki, lizinq müddəti bitdikdən sonra “öhdəlik götürən” üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdikdə və ya müqavilə şərtlərini vaxtından əvvəl icra etdikdə, lizinq obyektinə mülkiyyət hüququ lizinq obyektinin müvafiq dövlət orqanlarında yenidən qeydiyyatı ilə bağlı bütün xərclərin “öhdəlik götürən” in ödəməsi şərtilə “öhdəlik götürən”ə keçir

81. Göründüyü kimi 5 gün əvvəl mənzillərini satmaq niyyətində olan “satıcı”, hazırda lizinq müqaviləsi üzrə “lizinq alan” olmuşdur. Nəticədə alqı satqı müqaviləsi üzrə lizinq şirkəti tərəfindən ödənilən 290000 manat məbləğində pul vəsaiti lizinq predmetini təşkil etmişdir. Bu isə lizinq müqaviləsinin mahiyyətinə və onun hüquqi təbiətinə uyğun hesab edilə bilməz.

82. Məhkəmə bununla bağlı iddiaçı tərəfin dəlillərini inandırıcı hesab etmir. Belə ki, mənzillərini satmaq niyyəti olan satıcının sonradan mənzilləri yenidən qaytarmaq üçün borclu olması, üzərinə öhdəlik götürməsi lizinq münasibətlərinin mahiyyəti baxımından hər hansı məntiqə sığmır. Çünki Lizinq şirkətinin Cavabdeh1 və Məmmədov Ələkbər(və ya sürücüsü olduğu "xxxx" MMC-nin direktoru R.Qocayevlə) arasında olan işgüzar münasibətlərdən xəbərdar olmaması indandırıcı deyil. Hansı ki, məhkəmə proseslərində dəfələrlə bu hal müzakirə olunmuş və lizinq şirkəti X7 həqiqətən müqavilə münasibətlərində formal iştirakı olmadığına dair hər hansı sübut təqdim etməmiş, ən azından izahatı ilə belə münasibət bildirilməmişdir.

83. Hansı ki, lizinq şirkətləri maliyyə bazarının peşəkar iştirakçısı olduğundan, peşəkar biliyə və imkanlara malik olan lizinq şirkəti tərəfindən risklərin qiymətləndirilməsi və mümkün nəticələr barədə istehlakçının məlumatlandırılması ilə bağlı onun ağlabatan dərəcədə ehtiyatlılığını tələb edirdi. Yəni lizinq şirkəti hər ay 27704 manat lizinq ödənişi etməli olan lizinq alanın ən azından maliyyə imkanlarını(gəlirini, əmək haqqını və.s) təsbit etməli, ona lizinq verərkən riskləri qiymətləndirilməli olduğu halda bunu etməməsi o qənaətə gəlməyə əsas verir ki, borclunun etirazının dəlilləri daha inandırıcıdır.

84. Üstəlik lizinq müqaviləsi bağlanan vaxt zaminlik müqaviləsinin bağlanmaması bu riskləri nəzərə almalı olan lizinq şirkətinin lizinq alana formal yanaşdığı qənaətini gücləndirir. Çünki zaminlik müqaviləsi borclunun ödənişləri gecikdirməsindən sonra, yəni xx.xx.2021-ci il tarixdə(müqavilənin tarixinin texniki olaraq səhv göstərildiyi ehtimal olunsa belə) bağlanması bu qənaətə gəlməyə əsas verir.

85. Bundan başqa borclu tərəfdən təqdim edilən xx.xx.2021-ci il tarixli Protokoldan da müəyyən edilir ki, X14 yaranmış həmin münasibətlərdə təsadüfi adam olmamış, "xxxx" MMC-nin direktoru ilə X1 fəaliyyəti ilə bağlı münasibətlərinə şahidlik etmişdir. Hansı ki, artıq lizinq şirkəti ilə onun arasında bağlanmış olan lizinq müqavilələri faktiki olaraq ləğv edilmişdir.(bax 38-ci bənd)

86. Bununla yanaşı lizinq müqaviləsi bağlanan zaman üçüncü şəxsin həmin əmlakları icarəyə vermək məqsədilə əldə etmək istədiyi barədə ərizə də, tərəflərin əslində lizinq münasibətlərində olmadığını təsdiq edir. Belə ki, həmin əmlaklar qeyri-yaşayış sahəsi olmamış və faktiki olaraq borclu ailəsi ilə yaşamış, lizinq şirkəti isə həmin mənzillərin təyinatından məlumatlı olmuşdur.

87. Bununla yanaşı qeyd edilən alqı-satqı müqavilələrində nəzərdə tutulmuşdur ki, satıcı daşınmaz əmlakları xx.xx.2021-ci il tarixədək alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Hansı ki, lizinq müqavilələrinin şərtlərinə görə lizinq verən satıcıdan əldə edəcəyi daşınmaz əmlakları lizinq alanın istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Lakin nə lizinq verən, nə lizinq alan öhdəliyin ötürülməsi anına qədər belə tələblə satıcıya müraciət etməmişdir.

88. Göründüyü kimi həm lizinq verən, həm lizinq alan, həm də satıcı arasında qarşılıqlı razılaşma əsasında kredit və(və ya) ipoteka müqavilələrini pərdələmək məqsədilə alqı-satqı, lizinq, öhdəliyin ötürülməsi barədə müqavilələr bağlamışlar. Belə ki, lizinq şirkəti kredit təşkilat olmadığından və satıcı, həm də lizinq alan ola bilməyəcəyindən bu yolla iradə ifadələrini pərdələmişlər. Sual ortaya çıxa bilər ki, əgər tərəflər qarşılıqlı razılıq əsasında bunu etmişdilərsə, sonradan onlar arasında mübahisənin yaranmasına nə səbəb olmuşdur.

89. Lakin bu məqamda məhkəmə qeyd edir ki, yalan əqd elə, müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir.

90. Eyni zamanda borclunun tələbi ondan irəli gəlmişdir ki, ondan tələb edilən faiz məbləği həddindən artıq yüksəkdir, lizinq şirkəti yüksək həddə tələb etdiyi lizinq mükafatı və cərimələri tələb etməklə yanaşı faktiki sahibliyində və istifadəsində olan mənzilləri də ondan almaq istəyir. Eyni zamanda onda elə təəssürat yaranmışdır ki, lizinq şirkətinin ona məxsus olan mənzillərə dair tələb hüququ yoxdur, çünki lizinq predmetini pul vəsaiti təşkil etmişdir.

91. Bu barədə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər.

92. Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir.

93. Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.

94. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri).

95. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir.

96. Həmin Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

97. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır.

98. Beləliklə məhkəmə o qənaətə gəlir ki, İddiaçı MMC, X14 və Cavabdeh1 arasında bağlanmış D095 və D096 saylı X13 əlavə razılaşmalar (öhdəliyin ötürülməsi haqqında) barədə xx.xx.2021-ci il tarixli müqavilələr, o cümlədən Cavabdeh1 ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* saylı və Cavabdeh1 ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqavilələri yalan əqd olmaqla etibarsız hesab edilməlidir.

99. Etibarsız əqdlər isə onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmadığından tərəflər əvvəlki vəziyyətə qaytarılmalıdır.

100. Odur ki, həm İddiaçı MMC, X14 və Cavabdeh1 arasında bağlanmış D095 və D096 saylı X13 əlavə razılaşmalar (öhdəliyin ötürülməsi haqqında) barədə xx.xx.2021-ci il tarixli müqavilələrin, həm də Cavabdeh1 ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* saylı və Cavabdeh1 ilə İddiaçı MMC arasında xx.xx.2021ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqavilələrin predmeti 290000 vəsaitin verilməsi-alınması olduğundan, ödənişlər nəzərə alınmaqla əvvəlki vəziyyətə qaytarılmalıdır.

101. Bu səbəbdən məhkəmə hesab edir ki, qeyd edilən müqavilələr üzrə ödənilmiş 45860 manat məbləğində vəsait nəzərə alınmalı və Cavabdeh1 244140 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

102. Bundan əlavə Mülki Məcəllənin 460.3-cü maddəsində qeyd edilmişdir ki, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur.

103. Odur ki, ilkin iddia üzrə zaminə qarşı yönələn tələb də əsassız hesab edilməlidir. Tətbiq edilən prosessual normalar:

104. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

105. Həmin məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

106. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

107. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

108. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

109. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı(X14 iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “lizinq obyekti olan mənzilə istifadə hüququna xitam verilməsi, lizinq müqaviləsi üzrə əsas məbləğin, cərimənin tutulması və lizinq obyektinin boşaldılaraq qaytarılması” tələbinə dair ilkin iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməli, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış ünvan 2 ünvanında yerləşən mənzilə dair xx.xx.2021-ci il tarixli, ******* saylı alğı-satqı müqaviləsi və ünvan 5 ünvanında yerləşən mənzilə dair xx.xx.2021-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh1 244140 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməli, ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı (X14 iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “lizinq obyekti olan mənzilə istifadə hüququna xitam verilməsi, lizinq müqaviləsi üzrə əsas məbləğin, cərimənin tutulması və lizinq obyektinin boşaldılaraq qaytarılması” tələbinə dair ilkin iddiası təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış ünvan 2 ünvanında yerləşən mənzilə dair xx.xx.2021-ci il tarixli, ******* saylı alğı-satqı müqaviləsi və ünvan 5 ünvanında yerləşən mənzilə dair xx.xx.2021-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. İddiaçı Cavabdeh1 244.140 (iki yüz qırx dörd min, yüz qırx manat) manat məbləğində pul vəsaiti tutularaq cavabdeh "xxxx" MMC-yə ödənilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar