Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-109/2025 09.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə (açar sözlər: Daxili lizinq müqaviləsi, mükafat, borc tələbi) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 aprel 2021-ci il tarixli MAS-3544 saylı “Daxili lizinq” müqaviləsi üzrə 03 may 2023-cü il tarixə 12290,04 manat əsas, 172,22 manat gecikdirilmiş mükafat, ümumilikdə 12462,26 manat borc və ödənilmiş 127,39 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X5 arasında bağlanmış 05 sentyabr 2022-ci il tarixli MAS-5465 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı, “Kazar SD” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 16000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17.5 % hesablanmaqla 47 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 407.70 manat, ümumilikdə isə 21362 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 21362 manatın 16000 manatı əsas məbləğ təşkil edir. 10 sentyabr 2022-ci il tarixdə X5, Cavabdeh və İddiaçı MMC arasında MAS-5465 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 05 sentyabr 2022-ci il tarixli MAS-5465saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. İddiaçı MMC-nin mülkiyyətində olan Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Kazar SD” markalı, 77-PB650 dövlət qeydiyyat nişanlı avtomobil 03 may 2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində yararsız vəziyyətə düşmüş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 12341.55 manat məbləğində ziyan dəymişdir. “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyekti olan avtomobilin dəyəri 16000 manat məbləğində müəyyən edilmişdir. Qüsur aktından göründüyü kimi avtomobilin bərpa edilməsi üçün çəkilən xərc 70 % çox olduğundan avtomobil tam yararsız kimi qimətləndirilmişdir. “Daxili Lizinq” müqaviləsinin 5.4-cü bəndinə əsasən, lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cərməni isə məhv olma anına ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etmək və lizinq verənin mülkiyyətinə rəsmiləşdirməyi dərhal həyata keçirməlidir. Cavabdeh “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinin məhv olma anına03 may 2023-cü il tarixə 12290.04 manat əsas, 172.22 manat gecikdirilmiş mükafat, ümumilikdə 12462.26 manat məbləğində borcu yaranmışdır. İİ.Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İİİ.İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - İddiaçı MMC ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-5465 nömrəli “Daxili lizinq” müqaviləsinə və 3 nömrəli Əlavəyə əsasən, “Khazar SD” minik markalı avtomobil illik 17,5% olmaqla, 47 ay müddətinə X2 müvəqqəti sahiblik və istifadəsinə verilmiş və lizinq müqaviləsinin ümumi məbləği 16000 manat təşkil etmiş, sonuncu lizinq müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək hər ay 407.7 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür (ümumi olaraq 21362 manat). - İddiaçı MMC, X5 və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS- 5465 nömrəli “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Cavabdeh X2 İddiaçı MMC qarşısında gğtürdüyü öhdəlikləri öz üzərinə götürmüşdür. - Maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixli MAS-5465 saylı “Daxili lizinq” müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 12290,04 manat əsas, 172,22 manat mükafat borcu olmaqla, ümumilikdə 12462,26 manat borcu yaranmışdır. - xx.xx.2022-ci il tarixli təhvil-təslim aktınan görünür ki, İddiaçı MMC və lizinq alan Cavabdeh və X5 “Khazar SD” minik markalı avtomobilin təhvil təslimini aparmış və bunu öz imzaları ilə təsdiq etmişlər. - “X8” MMC-nin qüsur aktından gürünür ki, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyan 12341,55 manat məbləğindədir. - xx.xx.2023-cü il tarixli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı məlumat göndərilərək borcun dərhal ödənilməsi xahiş olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1070 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “Khazar SD” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 9787 manat təşkil edir. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/920-8/375 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1a. Khazar LX markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilə vizual baxış keçirilərkən zədələnmiş hissələr rəyin tədqiqi hissəsində göstərilmişdir. Qeyd edilir ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən avtomobilə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, avtomobildə daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, avtomobil ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Avtomobilin tam şəkildə hansı hissələrinin zədələnməsini avtomobilin ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Nəzəri hesablama yolu ilə, İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Khazar LX” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 11830,0 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti -- 8790,0 manat; Təmir-bərpa işlərinin qiyməti - 3040,0 manat. Avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11478,0 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti -- 8438,0 manat; Təmirbərpa işlərinin qiyməti - 3040,0 manat. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunur. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7183 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərdən, yerli internet saytlarında və eləcə də Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərardadda qeyd edilən 2021-ci il buraxılışlı “Khazar SD” markalı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 13000 manat müəyyən olunur. Qeyd edilir ki, zədələnməmişdən əvvəlki orta bazar qiyməti 13000 manat olmuş avtomobilin təmirinə 12341,55 manat manat xərc çəkilib təmir edilməsi məqsədə müvafiq və rentabelli hesab edilmir. Təqdim edilmiş iş materiallarında olan İddiaçı MMC servis tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına qeyd edilən məlumatlar müqayisə olunduqda salamat qalmış hissələr faiz ifadəsi ilə avtomobilin dəyərinin təxminən 20%-ni təşkil etməsi ehtimal olunur. Beləliklə, təmiri məqsədəmüvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 13000 manat olmuş 2021-ci il buraxılışlı “Khazar SD” markalı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 10400 (13000,00-20%) manat müəyyən edilir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısmda məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun mövafiq hissəsinin icra edildiyi gün üçün bank faizinin uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasmda tutulduqda məhkəmə kreditorun tələbini qərarı çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qeyd edilən Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması öçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1-ci maddəsinə əsasən, kreditor ilə müqaviləyə əasən öhdəlik üçün şəxsə verilə bilər; bunun nəticəsində o, əvəlki borclunu əvəz edir. Həmin məcəllənin 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Maddə 747.1. Lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-1.12. Lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; Maddə 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir; Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişlər hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəməkvəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər Beləliklə müqavilənin 9.1-ci bəndində lizinq verənin birtərəfli qaydada müqaviləyə xitam verməsi hüququ nəzərdə tutulmuş, lizinq verən də bu bəndin tələbinə müvafiq olaraq xəbərdarlıq məktubu göndərərək müqavilənin birtərəfli qaydada ləğv ediləcəyini, borcun və zərərin məhkəmə qaydasında ondan tutulacağını bildirmişdir. Mulki Məcəllənin 748-1.8-ci bəndinə əsasən lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Məhz bu normanın və bu barədə müqavilə şərtinin pozulması lizinq verənə müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ vermiş və müqavilə birtərəfli qaydada ləğv edilmişdir. İddia tələbinin zərərin əvəzinin ödənilməsi barədə hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə X5 arasında bağlanmış 05 sentyabr 2022-ci il tarixli MAS-5465 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı, “Kazar SD” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 16000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 10 sentyabr 2022-ci il tarixdə X5, Cavabdeh və İddiaçı MMC arasında MAS- 5465 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 05 sentyabr 2022-ci il tarixli MAS-5465saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüş,xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi vaxtı Cavabdeh yüksək təhlükə mənbəyi olan avtomobili idarə etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.4.2-ci bəndində lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, 4.4.3-cü bəndində lizinq obyektindən faktiki istifadə olunmasından asılı olmayaraq, habelə təmir, lizinq obyektinin itirilməsi və ya tam məhv olması dövründə lizinq ödənişləri qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəmək, 5.1-ci bəndində bütün risklərin lizinq alanın üzərində olduğu qeyd edilir. İş üzrə cavabdeh isə lizing alanın öhdəliklərini öz üzərinə götürmüşdür. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh – lizinq alan öhdəliyini icra etməməklə, müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən, lizinq verilməsi müqabilində almağa ümid etdiyi pul vəsaitindən məhrum olmuşdur. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh 9787 manat dəymiş zərər, 172.22 manat mükafat olmaqla, cəmi 9959.22 manat pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 110 manat məbləğində pul vəsaiti cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Ekspertizanın keçirilməsi ilə bağlı ümumilikdə 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. V. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 9787 (doqquz min yeddi yüz səksən yeddi) manat dəymiş zərər, 172.22 (yüz yetmiş iki manat iyirmi iki qəpik) manat mükafat olmaqla, cəmi 9959.22 (doqquz min doqquz yüz əlli doqquz manat iyirmi iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №e-2(001)-109/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-109/2025
09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver