Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1109/2025 08.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı QSC Cavabdeh Cavabdeh Öhdəliyə əsas olan müqavilənin TTL000949 saylı, xx.xx.2022-ci il tarixli nömrəsi və tarixi: nisyə alqı-satqı müqaviləsi Müqavilənin son tarixi: xx.xx.2024 Borc barədə məlumat Verilən borcun/kreditin məbləği: 990 Faiz dərəcəsi: 0% Müddətin müqaviləsi : 18 ay Ödənilməmiş əsas borc: 483 Ödənilməmiş faiz borcu: 0 Tələb olunan dəbbə pulu məbləği: 72,45 Tutulmalı olan cəmi məbləğ: 555,45 Valyuta növü: AZN Hüquqi əsaslandırma Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələri Prosessual Məcəlləsinin maddələri 194, 196, 3483,1, 427.3, 442, 443.1, 119, 284-1, 284-2, 284-3, 284-5, 284-6. 445, 448, 462, 567, 600, 601, 655, 657. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehlərə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Onlara iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim etmələri xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək TTL000949 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 483 manat borcun, 72,45 manat cərimə borcunun, 30,40 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X4 ilə Cavabdeh arasında bağlanmış TTL000949 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 990 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürüb. X4 cavabdehə qarşı bu müqavilədən irəli gələn pul tələbini İddiaçı QSC-yə güzəşt edilmişdir. Cavabdeh müqavilənin şərtini pozaraq öhdəliyini vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə onun 483 manat borcu, 72,45 manat cərimə borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilsə də borc yenə də ödənilməmişdir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də onun tərəfindən iddiaya qarşı hər hansı əsaslandırılmış etiraz məhkəməyə göndərilməmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - TTL000949 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, satıcı X4 ilə alıcı Cavabdeh arasında bağlanılmış müqaviləyə əsasən satıcı bu müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi hesab edilən Əlavə 1-də göstərilən dəyəri 990 manat olan malı alıcıya nisyə satmağı, alıcı isə həmin malı qəbul edib Əlavə 1-də yer alan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. - Həmin müqavilənin 2.4.4-cü bəndindən görünür ki, alıcı qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,5%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürmüşdür. - Həmin müqavilənin 2.1.3-cü bəndindən görünür ki, satıcı alıcıya qarşı müqvilədən irəli gələn pul tələbini istənilən vaxt İddiaçı QSC-yə və ya digər üçüncü şəxslərə güzəşt edə bilər. - xx.xx.2022-ci il tarixli Təhvil-təslim aktından görünür ki, satıcı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan 990 manat dəyərində olan 1 ədəd Shivaki 12000 BTU kondisioner alıcıya təhvil vermişdir. - Nisyə alqı-satqı müqaviləsinə Əlavə 1-dən görünür ki, alıcı aylıq ödəniş 55 manat olmaqla, cəmi 990 manat məbləğində pulu 18 ay ərzində satıcıya ödəniş etməlidir. - R-709/21 saylı, xx.xx.2021-ci il tarixli tələbin güzəşti barədə Faktorinq müqaviləsi və ona əlavə olunan R-7xx/xx-0068 saylı, xx.xx.2022-ci il tarixli Sazişdən görünür ki, satıcı X2 alıcı Cavabdeh malların satılmasından irəli gələn pul tələbi İddiaçı QSC-yə (iddiaçıya) güzəşt edilmişdir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından (hesabdan çıxarış) görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə 483 manat əsas borc, 72,45 manat cərimə borcu olmaqla, cəmi 555,45 manat borcu vardır. - 15.10.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmiş, cavabdehə borcunu xx.xx.2024-cü il tarixinədək ödəmədiyi təqdirdə borcun və borcun qaytarılması ilə bağlı çəkiləcək xərclərin tutulması barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. Beləliklə, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, satıcı X4 ilə alıcı Cavabdeh arasında TTL000949 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış, satıcı müqavilədə nəzərdə tutulan malı alıcıya təhvil vermiş, alıcı isə malın dəyərini müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliklərini pozmuşdur. X4 həmin müqavilədən irəli gələn tələb etmə hüququnu faktorinq müqaviləsinə əsasən İddiaçı QSC-yə güzəşt etdiyindən nəticədə Cavabdeh İddiaçı QSC qarşısında icra edilməmiş 483 manat əsas borc, 72,45 manat cərimə borcu olmaqla, cəmi 555,45 manat pul öhdəliyi yaranmışdır. Məhkəmə həmçinin iddia tələbinin cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddiaçı cavabdehdən əsas borca görə cərimə borcu tələb etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Məhkəmə qanunvericiliyin tələblərini və iş materiallarını nəzərə alaraq qeyd edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 483 manat əsas, 72,45 manat cərimə olmaqla, cəmi 555,45 manat borc İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 483 manat əsas, 72,45 manat cərimə olmaqla, cəmi 555,45 manat (beş yüz əlli beş manat qırx beş qəpik) borc və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinun Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(001)-1109/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1109/2025
08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver