Məhkəmə qərarları › İş №e-2(001)-113/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-113/2024

24.01.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-113/2024 24.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh Cavabdeh1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı AR DNŞ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Socar-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 118-ci km-də, 39 T 0399128; ******* saylı koordinat üzrə, kəmərə paralel, 1-ci sırada kəmərdən təqribən 25 metr aralı məsafədə, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov döngə 3 ünvanında Cavabdeh1 tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evinin, hasarın və digər tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı Socar-ın İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbi onunla əsaslandırlmışdır ki, Socar-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü neft kəmərinin 118-ci km-də kəmərdən təxminən 25 metr aralı məsafədə (koordinatlar: 39T 0399128; 4477643) ünvan 2 ünvanında, Cavabdeh1 tərəfindən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış olan evin yan hissəsində, natamam inşa edilmiş 2.5 metr enində 4 metr uzunluğunda olan dam örtüyün vurulması faktı aşkar edilmişdir. Bu səbəbdən də iddiaçı mövcud tikilinin sökülməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək, tələbin təmin edilməməsini xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixdə tərtib olunmuş aktdan görünür ki, əraziyə baxış keçirilən zaman Socar-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü magistral neft kəmərinin 118-ci km-də kəmərdən təxminən 25 metr aralı məsafədə (koordinatlar: 39T 0399128; 4477643) ünvan 2 ünvanında, Cavabdeh1 tərəfindən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış olan evin yan hissəsində, natamam inşa edilmiş 2.5 metr enində 4 metr uzunluğunda olan dam örtüyün vurulması məqsədi ilə atma milləri faktı aşkar edilmiş və tikilinin sahibi olduğunu iddia edən Cavabdeh1 mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu izah edilərək görülən işin sökülməsi tələb edilmiş, lakin o, tikintinin sökməkdən imtina etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/4305 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin və hasar tikilisinin mövcud olduğu müəyyən olundu. Baxış zamanı aparılmış ölçü işləri nəticəsində neft kəməri ilə hasarın arasındakı məsafənin 8.6 metr, fərdi yaşayış evi arasında məsafəni isə 10 metr olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən magistral qaz kəmərlərinin mühafizə zonalarında hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.23-cü bəndinin tələblərinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Qanunun tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafıq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması(zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrə ilə qeyd alınmış, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən "Neft Kəmərləri" İdarəsinin rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və quraşdırma işlərin və s. aparılması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının qanuni istifadəsində olan sahədə cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikili dam örtüyün vurulması məqsədi ilə, atma milləri cavabdehin hesabına sökülməli və ərazi boşaldılaraq iddiaçının istifadəsinə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, mübahisə predmetini təşkil edən özbaşına tikili tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikintinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı Qərarını nəzərə alaraq, qeyd edir ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətdə dözümlülüyü iddiaçı tərəfindən cavabdehə qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməz. Birincisi, onun inşa etdiyi özbaşına tikili Mülki Məcəllənin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməz. İkincisi, bu cür iddiaların qaldırılması üçün müddət məhdudiyyəti yoxdur. Odur ki, cavabdeh onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkmir və onun hər hansı hüquqları pozulmur. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Belə ki, mübahisələndirilən torpaq sahəsinin Cavabdeh2 istifadə və sahibliyində olmasına. Həmçinin qanunsuz tikililərin onun tərəfindən inşa olunduğuna dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia tələbi yalnız Cavabdeh1 münasibətdə təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Socar-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü magistral neft kəmərinin 118-ci kmdə kəmərdən təxminən 10 metr aralı məsafədə (koordinatlar: 39T 0399128; 4477643) ünvan 2 ünvanında Cavabdeh1 tərəfindən inşa edilmiş ev, hasar və yardımçı tikililər Cavabdeh1 hesabına sökülərək ərazidən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Socar-ın İddiaçı istismarında olan Bakı şəhəri, Binəqədi r-nu, Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü magistral neft kəmərinin 118-ci km-də kəmərdən təxminən 10 metr aralı məsafədə (koordinatlar: 39T 0399128; 4477643) ünvan 2 ünvanında Cavabdeh1 tərəfindən inşa edilmiş ev, hasar və yardımçı tikililər Cavabdeh1 hesabına sökülsün və həmin ərazidən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat ekspertiza xərci Cavabdeh1 tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar