Məhkəmə qərarları › İş №e-2(001)-1165/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1165/2023

26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1165/2023 26.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkizadə Fidumə Akif qızının katibliyi, İddiaçı2, iddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı «pul vəsaitinin, özgəsinin əmlakından qanunsuz istifadəyə görə dəymiş zərərin əvəzinin, əldən çıxmış fayda, dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik beş faizin tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdehnə qarşı «pul vəsaitinin, özgəsinin əmlakından qanunsuz istifadəyə görə dəymiş zərərin əvəzinin, əldən çıxmış fayda, dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik beş faizin tutulması» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə Cavabdeh MMC arasında 07 aprel 2021-ci il tarixdə mənzilin mülkiyyətə verilməsini nəzərdə tutan alğı-satqı müqaviləsi bağlanıb. Müqavilənin predmetinə görə, iddiaçı (müqavilə üzrə alıcı) T.Şıxəliyev küçəsi 12 ünvanında yerləşən, sökülmüş 18 saylı mənzilinin əvəzində cavabdehin (müqavilə üzrə satıcı) tikdiyi, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 8-ci mərtəbəsində 46 saylı, 3 otaqlı, ümumi sahəsi 123,2 kv.m. mənzili iddiaçının mülkiyyətinə verir, iddiaçı isə mənzilin dəyərini müqavilə ilə müəyyən edilmiş qaydada cavabdehə ödəyir. İddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra edərək sökülən mənzilinin əvəzində aldığı mənzilin dəyərini tam ödəyib. İddiaçıya aldığı mənzilə dair heç bir borcunun olmadığını təsdiq edən maliyyə arayış təqdim edilib. Bundan sonra iddiaçıya aldığı mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilib. Çıxarış verilərkən məlum olub ki, mənzilin sahəsi müqavilədə nəzərdə tutulduğundan 13,8 kv.m. az (11.2%), yəni 109,40 kv.m.-dir. Binanın tikintisi tamamlandığından və mənzillər digər sakinlər tərəfindən alındığından iddiaçının aldığı yeni mənzili müqavilədə nəzərdə tutulmuş ölçüdə başqa mənzillə əvəzləmək mümkün olmadığı üçün iddiaçı əskik hissəyə görə cavabdehdən kompensasiya tələb edib. Lakin cavabdeh kompensasiya verməkdən imtina edib. Mediasiya sessiyası zamanı da tərəflər arasında danışıqlar heç bir nəticə verməyib. Eyni zamanda cavabdehə pretenziya məktubu da göndərilib. Qeyd edilənlərə əsasən iddiaçı Cavabdeh MMC-dən məhrum edildiyi 13,8 kv.m. sahənin əvəzi olaraq bazar qiyməti 2000 manatdan hesablanmaqla 27600 manat pul vəsaitinin, özgəsinin əmlakından qanunsuz istifadəyə və şəxsi mülkiyyətindən məhrumetmə faktına görə 27000 manat, əldən çıxmış faydanın ondan məhrum edildiyi bütün dövr üçün hər aya 213 manatdan olmaqla 19 ay üçün 4047 manat, eləcə də mənəvi ziyan olaraq 27000, həmçinin pozuntuya görə 1350 manat dəbbə pulunun və gecikdirilmiş vaxt üçün illik 5% faizin yəni 1350 manat, məhkəmə üçün ödənilmiş rüsumun və vəkil üçün ödənilmiş 410 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbuledilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 1166/2023 saylı qərardadı ilə İddiaçı2 Cavabdehnə qarşı «pul vəsaitinin, özgəsinin əmlakından qanunsuz istifadəyə görə dəymiş zərərin əvəzinin, əldən çıxmış fayda, dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik beş faizin tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki iş bir icraatda baxılması üçün hazırkı işə birləşdirilmişdir. İddiaçı2 iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı2 ilə Cavabdeh MMC arasında 07 aprel 2021-ci ildə mənzilin mülkiyyətə verilməsini nəzərdə tutan alğı-satqı müqaviləsi bağlanıb. Müqavilənin predmetinə görə, iddiaçı (müqavilə üzrə alıcı) T.Şıxəliyev küçəsi 12 ünvanında yerləşən, sökülmüş 17 saylı mənzilinin əvəzində cavabdehin (müqavilə üzrə satıcı) tikdiyi, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində 25 saylı, 3 otaqlı, ümumi sahəsi 123,2 kv.m mənzili iddiaçının mülkiyyətinə verir, iddiaçı isə mənzilin dəyərini müqavilə ilə müəyyən edilmiş qaydada cavabdehə ödəyir. İddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra edərək sökülən mənzilinin əvəzində aldığı mənzilin dəyərini tam ödəyib. İddiaçıya aldığı mənzilə dair heç bir borcunun olmadığını təsdiq edən maliyyə arayış təqdim edilib. Bundan sonra iddiaçıya aldığı mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilib. Çıxarış verilərkən məlum olub ki, mənzilin sahəsi müqavilədə nəzərdə tutulduğundan 13,8 kv.m. az (11.2%), yəni 109,40 kv.m.-dir. Binanın tikintisi tamamlandığından və mənzillər digər sakinlər tərəfindən alındığından iddiaçının aldığı yeni mənzili müqavilədə nəzərdə tutulmuş ölçüdə başqa mənzillə əvəzləmək mümkün olmadığı üçün iddiaçı əskik hissəyə görə cavabdehdən kompensasiya tələb edib. Lakin cavabdeh kompensasiya verməkdən imtina edib. Mediasiya sessiyası zamanı da tərəflər arasında danışıqlar heç bir nəticə verməyib. Eyni zamanda cavabdehə pretenziya məktubu da göndərilib. Qeyd edilənlərə əsasən iddiaçı Cavabdeh MMC-dən məhrum edildiyi 13,8 kv.m. sahənin əvəzi olaraq bazar qiyməti 2000 manatdan hesablanmaqla 27600 manat pul vəsaitinin, özgəsinin əmlakından qanunsuz istifadəyə və şəxsi mülkiyyətindən məhrumetmə faktına görə 27000 manat, əldən çıxmış faydanın ondan məhrum edildiyi bütün dövr üçün hər aya 213 manatdan olmaqla 19 ay üçün 4047 manat, eləcə də mənəvi ziyan olaraq 27000, həmçinin pozuntuya görə 1350 manat dəbbə pulunun və gecikdirilmiş vaxt üçün illik 5% faizin yəni 1350 manat, məhkəmə üçün ödənilmiş rüsumun və vəkil üçün ödənilmiş 410 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbuledilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə mütəxəssis rəyi alındıqdan sonra iddiaçıların nümayəndəsi və vəkili Vəkil ərizələrlə məhkəməyə müraciət edərək, tələblərin həcmini artırmış və 1 kv.m-nin bazar dəyərinin 2000 manat deyil, mütəxəssis rəyinə əsasən, 2400 manat kimi hesablanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia ərizələrinin məzmununa uyğun izahat verdi və iddia ərizələrinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, tərəflər arasında bağlanmış müqavilələrin əsllərini məhkəməyə təqdim edilməsi mümkün deyil. Belə ki, müqavilələr çıxarış alınarkən aidiyyəti quruma təhvil verilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, tərəflər müqavilə bağlayarkən iddiaçıların cəmi 65 kv.m. sahəsi olan mənzili olub. Onlar ən hörmətli müştərilərdən olub və onlara kifayət qədər güzəşt edilib. Cavabdeh kommersiya şirkətidir və onun əsas məqsədi gəlir əldə etməkdir. Müqavilə bağlanarkən vətəndaşlar həmin müqavilənin bəndləri ilə razılaşmışlar. Müqavilədə də qeyd olunur ki, “mənzilin özünə məxsus divaraltı sahəsi tam, qonşu ilə ortaqlı divaraltı sahəsi isə 50 faiz hesablanır”. Buna dair vətədaşlara müvafiq izah da verilmişdir. Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydalarına görə, eyvanın da 3 kv.metri 1 kv.m. kimi hesablanır. Amma onlar həmin sahəni 1:1 hesablayır. Şirkət dövlət qurumu deyil ki, Qaydalara tam olaraq riayət etmək məcburiyyətində olsun. Ekspert rəyi ilə razı deyil. Ekspertiza onun iştirakı olmadan keçirilib. Qiymətləndirmə ilə də razı deyil. Belə ki, onlar təmirli mənzili 1700 manata satırlar. Heç 1700 manata da satışları yoxdur. İndi-indi qiymətlər bir az qalxıb. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizələri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış müqavilələrin surətlərindən görünür ki, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində Cavabdeh inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən 25 saylı və 8-ci mərtəbəsində yerləşən, 46 saylı, hər ikisinin ümumi sahəsi 123,2 kv.m. olan mənzilləri İddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olmuş Tələt Şıxəliyev küçəsində sökülmüş ev 12, 17 və 18 saylı mənzilləri ilə əvəz edilmişdir. İş materiallarında olan olan maliyyə arayışlarının surətlərindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində inşa edilən çoxmərtəbəli yaşayış evinin bina 1, 8-ci mərtəbəsində yerləşən 46 saylı (ümumi sahəsi 123,2 kv.m.) mənzilin dəyəri İddiaçı1 tərəfindən; Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində inşa edilən çoxmərtəbəli yaşayış evinin bina 1, 5-ci mərtəbəsində yerləşən 25 saylı (ümumi sahəsi 123,2 kv.m.) mənzilin dəyəri İddiaçı2 tərəfindən ödənilmiş və onların həmin mənzillərə dair borcları yoxdur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 70, M8, m4 (ünvan 1 ünvanında yerləşən və xx.xx.2021-ci il tarixdən İddiaçı1 xüsusi mülkiyyətində olan mənzilin ümumi sahəsi 109,40 kv.m. təşkil edir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 70, M5, m4 (ünvan 2 ünvanında yerləşən və xx.xx.2021-ci il tarixdən İddiaçı2 xüsusi mülkiyyətində olan mənzilin ümumi sahəsi 109,40 kv.m. təşkil edir. İş materiallarında olan Cavabdeh Nərimanov layihəsinin kataloqundan görünür ki, həmin kataloqda bina – 1-in 3 otaqlı mənzilinin ümumi sahəsi 123,2 kv.m. təşkil edir və ondan 24,5 kv.m. yataq otağı, 18,1 kv.m. yataq otağı, 17,0 kv.m. mətbəx, 28,2 kv.m. qonaq otağı, 15,8 kv.m. holl, 5,6 kv.m. və 5,9 kv.m. iki sanitar qovşağı, 4,2 kv.m. qarderob və 3,85 kv.m. eyvan. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2023-cü il tarixli, 10/1232 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... Baxış zamanı əldə edilən ölçü işlərinə əsasən aparılmış hesablamalar nəticəsində İddiaçı2 məxsus mənzilin ümumi sahəsi, eləcə də tikililərin ayrı-ayrılıqda sahələri aşağıdakı kimi müəyyən edilmişdir: 1 saylı dəhliz tikilisinin sahəsi 14.0 kv.metr 2 saylı yaşayış otağı tikilisinin sahəsi 25.1 kv.metr 3 saylı mətbəx tikilisinin sahəsi 15.1 kv.metr 4 saylı yaşayış otağı tikilisinin sahəsi 16.1 kv.metr 5 saylı yaşayış otağı tikilisinin sahəsi 21.8 kv.metr 6 saylı qarderob tikilisinin sahəsi 3.8 kv.metr 7 saylı sanitar qovşağı tikilisinin sahəsi 5,2 kv.metr 8 saylı sanitar qovşağı tikilisinin sahəsi 4.9 kv.metr 9 saylı balkon tikilisinin sahəsi 3,4 kv.metr (11.4 x 0.3) Cəmi: 109,4 kv.m. ... Baxış zamanı əldə edilən ölçü işlərinə əsasən aparılmış hesablamalar nəticəsində İddiaçı1 məxsus mənzilin ümumi sahəsi, eləcə də tikililərin ayrı-ayrılıqda sahələri aşağıdakı kimi müəyyən edilmişdir: 1 saylı dəhliz tikilisinin sahəsi 14.0 kv.metr 2 saylı yaşayış otağı tikilisinin sahəsi 25.1 kv.metr 3 saylı mətbəx tikilisinin sahəsi 15.1 kv.metr 4 saylı yaşayış otağı tikilisinin sahəsi 16.1 kv.metr 5 saylı yaşayış otağı tikilisinin sahəsi 21.8 kv.metr 6 saylı qarderob tikilisinin sahəsi 3.8 kv.metr 7 saylı sanitar qovşağı tikilisinin sahəsi 5,2 kv.metr 8 saylı sanitar qovşağı tikilisinin sahəsi 4.9 kv.metr 9 saylı balkon tikilisinin sahəsi 3,4 kv.metr (11.4 x 0.3) Cəmi: 109,4 kv.m. Eyni zamanda qeyd olunur ki, baxış zamanı mənzillərin arakəsmə divarları 0,1 və 0.4 metr qalınlığında kərpicdən inşa edildiyi müəyyən edilmişdir. Aparılmış hesablamalarla, mənzillərin arakəsmə divarlarının altına düşən sahənin 9,3 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. Mənzilin sahəsi arakəsmə divarların yerləşdiyi sahə nəzərə alındıqda, sözügedən mənzillərin ümumi sahəsi 115,1 kv.metr (109,4+5,7) təşkil edir”. Məhkəmə ekspert rəyinin yuxarıda qeyd olunan sonuncu cümləsinə tənqidi yanaşır. Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydalarının 3.2-ci bəndinə əsasən, yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Belə olan halda ekspert tərəfindən hansı qanuni əsaslarla həmin qeydi verməsi rəyin məzmunundan aydın deyil. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssis rəyində göstərilmişdir ki, “ ... Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində Cavabdeh tərəfindən inşa edilmiş yüksək mərtəbəli yaşayış binasında təmirsiz mənzillərin 1 kv.m-nin orta bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində aşağıdakı kimi müəyyən olunmuşdur: 2100 manat. Həmin binada təmirli mənzillərin 1 kv.m-nin orta bazar qiyməti təmirin və təmir zamanı istifadə edilən materialların keyfiyyətindən asılı olaraq minimum 2400 manat təşkil edir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 404.1-ci maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin 421.1-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 762.2-ci maddəsinə müvafiq olaraq, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Mülki Məcəllənin 773-cü maddəsinə görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Mülki Məcəllənin 775-ci maddəsinə əsasən, əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya istinad edə bilməz. Məhkəmə cavabdehin nümayəndəsinin müqavilədə qeyd olunan və tərəflərin razılaşdırdığı müvafiq 3.4-cü bəndin mövcud olması və həmin bəndin hazırkı tələbi istisna etməsi barədə dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı təmin edilməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. ... Öhdəlik hüququnda isə müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir”. Eyni zamanda cavabdehin arqumentlərinə münasibətdə təkrarən qeyd edilməlidir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydalarının 3.2-ci bəndinə əsasən, yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Binanın isidilmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir. Açıq yerləşgələrin (balkon, lociya, terras, eyvan) sahələri onların daxili konturu boyu (binanın divarı ilə məhəccər arasında) məhəccərin yerləşdiyi sahə nəzərə alınmadan hesablanmış ölçüləri üzrə müəyyən edilir. Həmin Qaydaların 3.8-ci bəndinə müvafiq olaraq, mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X1rşı” işi üzrə qəbul etdiyi xx.xx.2004-cü il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir ki, “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdə formal təsnifatdan asılı deyil və müvafiq olaraq fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqlar” sayılır və mülkiyyət kimi qiymətlədirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Məhkəmə iddiaçılara dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında aşağıdakılar göstərilmişdir: “... mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Beləliklə məsuliyyətin yaranması üçün mülki-hüquq pozuntsunun tərkibini təşkil edən aşağıdakı elementlərin olması zəruridir: ziyanın vurulması; ziyanvuranın hüquqa və ya qanunazidd hərəkəti; əvvəlki iki elementlər arasında səbəbli əlaqə; ziyanvuranın təqsiri. Hazırkı işdə qeyd olunan dörd elementin mövcudluğu obyektiv olaraq öz təsdiqini tapmır. Bununla yanaşı məhkəmə iddiaçıların “özgəsinin əmlakından qanunsuz istifadəyə və şəxsi mülkiyyətindən məhrumetmə faktına görə 27000 manat, əldən çıxmış faydanın ondan məhrum edildiyi bütün dövr üçün hər aya 213 manatdan olmaqla 19 ay üçün 4047 manat, eləcə də mənəvi ziyan olaraq 27000, həmçinin pozuntuya görə 1350 manat dəbbə pulunun və gecikdirilmiş vaxt üçün illik 5% faizin yəni 1350 manat” tələblərini də əsaslı hesab etmir və qeyd edir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçıların halhazırda mövcud olan yeni tikili inşa edildiyi ərazidə mənzilləri mövcud olmuş və cavabdeh şirkət tərəfindən yeni tikili inşa edilərkən həmin mənzillərin yeni tikilidə hərəsinin sahəsi 123,2 kv.m. olan iki mənzillə əvəzləşdirilməsinə dair tərəflər arasında müqavilələr bağlanmışdır. Mənzillər və mənzillərə dair müvafiq sənədlər iddiaçılara təhvil verilmiş və mənzillər həmin sənədlərə əsasən dövlət qeydiyyatına alındıqda, mənzillərin real sahəsinin müqavilələrdə qeyd olunmuş sahədən 13,8 kv.m. az olması müəyyən edilmişdir. Həmin mərhələdə təbii ki, cavabdehlərə əvvəllər məxsus olmuş daşınmaz əmlaklar artıq mövcud olmamış, yerində yeni tikili inşa edilmişdir. Cavabdehin (*məhkəmə iclasında nümayəndəsi tərəfindən səsləndirilmiş) arqumenti ondan ibarətdir ki, məqsədi gəlir əldə etməkdir və bunun üçün mənzillərin ümumi sahəsini dövlət qurumundan fərqli qaydada hesablayır - nəticədə belə uyğunsuzluqlar yaranır. Məhkəmə qeyd olunan arqumenti əsaslı hesab etmir və qeyd etməyi zəruri hesab edir ki, hal-hazırda qüvvədə olan yuxarıda sadalanan qanunvericilik normaları fəaliyyət sahəsindən asılı olmayaraq istənilən subyekt üçün məcburi xarakter daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdehin nümayəndəsi həm ekspert, həm də mütəxəssis rəyindən narazı olduğu təqdirdə, tərkrar ekspertiza və qiymətləndirmənin apa Məhkəmə iddia ərizələyə əsaslandırılmış vəsatət təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə görə, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. ən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizələri qismən təmin edilməli, 33120 (13,8 kv.m. x 2400) manat məbləğində pul, vəkilin göstərdiyi Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı1; 33120 (13,8 kv.m. x 2400) manat məbləğində pul, vəkilin göstərdiyi cavabdeh əsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı2 ödənilməlidir.Yuxarıda şərh edilən Məhkəmə iddia ərizələrini “vəkil üçün ödənilmiş 410 manat məbləğində pulun” tələb edilməsi hissəsində qismən – hər iddiaçıya münasibətdə 200 manat hissəsində ağlabatan hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. lərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizələri qismən təmin edilsin. 33120 (otuz üç min yüz iyirmi) manat məbləğində pul, vəkilin göstərdiyi yardıma görə ödənilmiş xərcin 200 (iki yüz) manat hissəsi və ödənilmiş dövlət rüsumunun 189,36 (yüz səksən doqquz manat otuz altı qəpik) manat hissəsi Cavabdehndən tutularaq İddiaçı1 ödənilsin. 33120 (otuz üç min yüz iyirmi) manat məbləğində pul, vəkilin göstərdiyi yardıma görə ödənilmiş xərcin 200 (iki yüz) manat hissəsi və ödənilmiş dövlət rüsumunun 189,36 (yüz səksən doqquz manat otuz altı qəpik) manat hissəsi Cavabdehndən tutularaq İddiaçı2 ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. İddia ərizələri qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar