Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1183/2024 04.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı2, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 5 saylı Bakı Cavabdeh3ndə Notariat ofisinə qarşı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X37 1 saylı Bakı Ərazi İdarəsinin də üçüncü şəxs qismində cəlb olunduğu “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 5 saylı Bakı Cavabdeh3ndə Notariat ofisinə qarşı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X37 1 saylı Bakı Ərazi İdarəsinin də üçüncü şəxs qismində cəlb olunduğu “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişlər ki, mərhum X19 ilə cavabdehlərdən Cavabdeh2 xx.xx.1975-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra, onların Aysel, Nigar, Aytən, Dilşad və Babək adında 5 övladları dünyaya gəlmişdir. Nikahda olan müddətdə ümumi birgə təsərrüfat aparılarkən Cavabdeh2 adına 28 oktyabr 1983-cü il tarixli müvafiq alqı-satqı müqaviləsi ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zakir Fərzəliyev küçəsində yerləşən 3/6 nömrəli fərdi yaşayış evinin ½ hissəsi alınmışdır. Qeyd olunan yaşayış sahəsi alındıqdan sonra, ailəliklə hər kəs orada yaşamış, onlar da həmin evdə böyüyüb boya başa çatmışlar. Onların atası X19 20 dekabr 1996-cı il tarixdə vəfat etmişdir. Həmin tarixdən bu günə kimi də onun övladlarının hamısı və eləcə də, həyat yoldaşı Cavabdeh2 bu günə kimi qeyd olunan fərdi yaşayış evində yaşamaqla orada qeydiyyatdadırlar. Onlardan bəzilərinin gəlin köçmək ehtimalını nəzərə alaraq, ümumi olaraq ailədə razılaşmışlar ki, yaşayış evini satmalı olduqları təqdirdə, satıldıqdan sonra hər kəs atalarından qalan paylarına münasibətdə özlərinə düşən hissələrini götürsünlər. Bunun üçün də onlardan İddiaçı4, X20 və İddiaçı2 01 iyul 2017-ci il tarixdə notariat kontoruna ərizələr verərək, haqqında danışılan fərdi yaşayış evinin ümumi olaraq satılmasına, dəyişdirilməsinə, istənilən şəxsə bağışlanmasına etiraz etmədiklərini bildirmişlər. Ancaq onlardan, yəni iddiaçılardan İddiaçı1 uzaqda yaşadığından həmin vaxt qeyd olunan ərizəni verə bilməmişdir. Bundan sonra, qeyd olunan ərizələr əsasında hansısa notariat işinin həyata keçirilməsi barədə onların xəbərləri olmamışdır. 2017-ci il tarixdə notariat qaydasında ərizələr verilmiş və yaşamaqlarına davam etmişlər. Lakin onlardan, yəni iddiaçılardan yalnız İddiaçı1 bu barədə 2023-cü il tarixdə bildirdikdən sonra digər iddiaçıların bundan xəbərləri olmuşdur. Yəni, İddiaçı1 digər bacılarına hansısa notariat ofisinə getdiyini və müvafiq ərizənin verilməsini demişdir. Həmin notariat kontorunda soruşmuşdur ki, bəs o biri bacıları niyə yoxdur (?), onda bildirmişlər ki, artıq onların ərizələri mövcuddur və heç bir problem yaratmadan ərizə vermişdir. Ancaq məsələnin o qədər də ciddi olmadığını nəzərə alıb bir neçə müddətdən sonra, bu barədə digər bacılarına (hazırki iş üzrə iddaçılara) bildirmişdir. Bir müddət sonra cavabdehlərdən Cavabdeh1 artıq dəfələrlə evin ona aid olduğunu demiş, bəzi hallarda da “sizin burada payınız yoxdur, istəsəm sizlərin hamınızı istənilən vaxt buradan çıxardaram” kəlmələrini işlətməyə başlamışdır. Hətta, “istədiyim vaxt evi satıb özümə ayrı ev alıb ora köçəcəm” deməsi artıq məsələnin ciddiliyindən xəbər vermişdir. Buna görə də ilk əvvəl, müraciət edərək Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Nümayəndələ müvafiq müqavilə imzalanmış və vəkil sorğuları hazırlanaraq müraciətlər edilmişdir. Bu sorğulardan biri xx.xx.2023-cü il tarixli, 1042 nömrəli olmaqla 1 saylı Bakı Əİ-nə ünvanlanmış və müraciət də sonuncu idarənin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-34298/2023 **********98 nömrəli məktubu ilə cavablandırılmışdır. Qeyd olunan məktubdan sonra bəlli olmuşdur ki, cavabdehlərdən Cavabdeh2 həyat yoldaşı X13 miras qalmış əmlakda onlara, yəni digər övladlarına çatmalı olan payları da qəsdən digər övladı Cavabdeh1 bağışlamışdır. Həmin cavab məktubu əldə edildikdən sonra, müvafiq qaydada notariat orqanlarına müraciətlər edilmişdir. Bunlardan birincisi 5 saylı Bakı Cavabdeh3ndə yerləşən notariat kontoruna, digər isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə olmuşdur. Sorğulara 5 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 2554 nömrəli, notariat arxiv idarəsinin isə xx.xx.2023-cü il tarixli, 3-16-5/6-14-8505/23 nömrəli məktubları ilə cavab verilmişdir. 5 saylı notariat ofisinin məktubu rəsmi qaydada xx.xx.2023-cü il tarixdə, arxiv idarəsinin məktubu isə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada daxil olmuşdur. Notariat işləri əldə edildikdən sonra müəyyən olunmuşdur ki, cavabdehlərdən Afiqə və Babək qəsdən, onlardan, yəni digər iddiaçılardan gizlətməklə əmlakı bilə-bilə Cavabdeh1 adına bağışlayaraq, digər payçıların paylarını mənimsəmişlər. Onlar hesab edirlər ki, aparılmış notariat işi üzrə bağışlama müqaviləsinin etibarsız hesab olunması və sonradan da Cavabdeh1 adına rəsmiləşdirilmiş mülkiyyət hüquqları barədə çıxarışın ləğv olunması qanunvericliklə əsaslı sayılmalı, mübahisəli fərdi yaşayış evinə onların hər birinin mülkiyyət hüquqları mərhum ataları X14 münasibətdə tanınmalıdır. İddiaçılar yuxarıda göstərilənləri nəzərə alaraq, 5 saylı Bakı Cavabdeh3 notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında 14 iyun 2022-ci il tarxdə bağlanmış (rəsmiləşdirilmiş), Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zakir Fərzəliyev küçəsində yerləşən 3/6 saylı fərdi yaşayış evinin ½ hissəsinin Cavabdeh1 adına keçirilməsini təsdiq edən bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər arasında bağlanmış 14 iyun 2022-ci il tarixli bağışlanma müqaviləsindən sonra Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zakir Fərzəliyev küçəsində yerləşən 3/6 saylı fərdi yaşayış evinin ½ hissəsi barədə Cavabdeh1 adına tərtib edilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********38 olan mülkiyyət hüquqlarını təsdiq edən Çıxarışın həmin hissədə ləğv edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zakir Fərzəliyev küçəsində yerləşən 3/6 saylı fərdi yaşayış evinin ½ hisəsinə onların, yəni İddiaçı1 1/6 hissədə, İddiaçı2 1/6 hissədə, İddiaçı4 1/6 hissədə və İddiaçı3 1/6 hissədə pay hüquqlarının tanınması və bu barədə mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 101 manat və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 11 manat olmaqla, ümumilikdə 112 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq onlara ödənilməsi (verilməsi) barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı2 və digər iddiaçıların nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmişlər və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Nümayəndə eyni zamanda qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxslərin, yəni hazırki iş üzrə iddiaçıların notariat ofisində ərizə verməkdə məqsədləri onlardan bəzilərinin gəlin köçmək ehtimalının olmasının nəzərə alınaraq, yaşayış evinin satılmalı olduğu təqdirdə, satıldıqdan sonra hər kəsə atalarından qalan evə münasibətdə özlərinə düşən hissələrini almaqdan ibarət olmuşdur. Bu səbəbdən də, iddiaçılardan İddiaçı4, X20 və İddiaçı2 01 iyul 2017-ci il tarixdə notariat kontoruna ərizələr verərək, mübahisə predmeti olan fərdi yaşayış evinin ümumi olaraq satılmasına, dəyişdirilməsinə, istənilən şəxsə bağışlanmasına etiraz etmədiklərini ərizələrində qeyd etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia ərizəsinə etiraz təqdim edərək, etiraz ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 müddətinin (kəsici) tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, müqavilənin 14 iyun 2022-ci il tarixdə bağlandığını və həmin tarixdən bir il müddətinə müqavilənin etibarsızlığı ilə bağlı iddia verməli olduqları halda, bu müddəti ötürdüklərindən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə digər cavabdehlər Cavabdeh2 və 5 saylı Bakı Cavabdeh3ndə Notariat ofisi və üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X37 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və ya nümayəndələrinin iştiraklarını məhkəmə iclasında təmin etməmişlər. Cavabdeh2 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq, iddiaçılar tərəfindən irəli sürülmüş iddia tələbini qəbul etdiyini, iddia tələblərində göstərilən bütün xüsusatların tam həqiqəti əks etdirdiyini və iddia tələbinin tam şəkildə təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, digər iddiaçıların nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” Notariat ofisi (xüsusi notarius X3) tərəfindən təsdiq edilmiş 14 iyun 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, hədiyyə verən Cavabdeh2 ilə hədiyyə alan Cavabdeh1 arasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə (Borovski) qəsəbəsi, Zakir Fərzəliyev (4-cü ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 41.6 kv/m, yardımçı sahəsi 35 kv/m olan 2 otaqlı fərdi yaşayış evinin ½ hissəsinə dair daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 250154 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 xx xxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X19, anası isə Cavabdeh2dır. İş materiallarında olan Xİ-ЖГ seriyalı, 321816 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı4 20 avqust 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X19, anası isə Cavabdeh2dır. İş materiallarında olan Xİİ-ЖГ seriyalı, 493871 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X19, anası isə Cavabdeh2dır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş Vİİ-ЖГ seriyalı, 447209 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X21 05 avqust 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X19, anası isə Cavabdeh2dır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X37 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zakir Fərzəliyev küçəsi, 3/6 saylı ev xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 01 iyul 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X37 1 saylı ünvan 2 ünvanlanmış 25 sentyabr 2023-cü il tarixli 3-21-3-30/2-34298/2023 saylı məlumatların verilməsi barədə cavab məktubundan görünür ki, ünvan 5 saylı fərdi yaşayış evi haqqında müvafiq məlumatların təqdim edilməsinə dair sorğuya Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri X37nin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır və bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zakir Fərzəliyev küçəsi, 3/6 saylı fərdi yaşayış evi ilkin olaraq X2 və X7 adına xx.xx.1971-ci il tarixdə qeydiyyata alınmışdır. Sözügedən mənzilin 1/2 hissəsi Bakı şəhəri 1 saylı DNK-nın 1 akn 728 reyestr nömrəli 1976-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X8 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 1 saylı DNKnın xx.xx.1983-cü il tarixli 1kn-204 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən qeyd olunan mənzilin 1/2 hissəsi Cavabdeh2 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 26 saylı DNK-nın 2B/01-30 reyestr nömrəli xx.xx.2001-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında sözügedən mənzilin 1/4 hissəsi X16 və X15 mülkiyyətinə keçmişdir. Bakı şəhəri 26 saylı DNK-nın 4Ə/01-144 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X4 payına düşən 1/4 hissə X15 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 26 saylı DNK-nın 4ə/1-100 reyestr nömrəli xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evinin 1/2 hissəsi X17 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 19 saylı NO-nun 4ə-527 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qeyd olunan mənzilin 1/2 hissəsi X9 adına rəsmiləşdirilmişdir. 5 saylı Bakı Cavabdeh3 notariusu tərəfindən təsdiqlənmiş 4ə-1116 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Məlumat üçün bildirilmişdir ki, ünvan 3 ünvanı hazırda hər birinə ½ hissə olmaqla X9 və Cavabdeh1 xüsusi mülkiyyətlərindədir. İş materiallarında olan AZ-İİ seriyalı 378310 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X25 20 dekabr 1996-cı il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan İ-ЖГ seriyalı 318425 nömrəli Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X19 ilə Cəfərova (Əliyeva) Afiqə Alı qızı arasında 21 may 1975-ci il tarixdə nikah bağlanmış və 322 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X37 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 24 may 2022-ci il tarixli 01A5/932 saylı arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə (Borovski) qəsəbəsi, Zakir Fərzəliyev (4-cü ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 02Rəs nömrəli reyestr kitabının 281 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanında İddiaçı1, X5, X10, İddiaçı4, X22 və İddiaçı3 qeydiyyatdadırlar. İş materiallarında olan ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 ünvanında İddiaçı2 qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş İV-ЖГ seriyalı, 425097 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 28 avqust 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X19, anası isə Cavabdeh2dır. İş materiallarında olan 1 saylı Bakı Cavabdeh3ndə notariat kontorunda Cavabdeh1 tərəfindən verilmiş ərizədən görünür ki, Cavabdeh1 01 iyul 2017-ci il tarixli ərizəsində Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Fərzəliyev küçəsində yerləşən 3/6 saylı fərdi yaşayış evinin satılmasına, dəyişdirilməsinə, istənilən şəxsə bağışlanılmasına etiraz etmədiyini qeyd etmişdir. İş materiallarında olan 1 saylı Bakı Cavabdeh3ndə notariat kontorunda İddiaçı3 tərəfindən verilmiş ərizədən görünür ki, İddiaçı3 01 iyul 2017-ci il tarixli ərizəsində Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Fərzəliyev küçəsində yerləşən 3/6 saylı fərdi yaşayış evinin satılmasına, dəyişdirilməsinə, istənilən şəxsə bağışlanılmasına etiraz etmədiyini qeyd etmişdir. İş materiallarında olan 1 saylı Bakı Cavabdeh3ndə notariat kontorunda X22 tərəfindən verilmiş ərizədən görünür ki, A.Abdinov 13 iyun 2022-ci il tarixli ərizəsində Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Fərzəliyev küçəsində yerləşən 3/6 saylı fərdi yaşayış evinin satılmasına, dəyişdirilməsinə, istənilən şəxsə bağışlanılmasına etiraz etmədiyini qeyd etmişdir. İş materiallarında olan 1 saylı Bakı Cavabdeh3ndə notariat kontorunda İddiaçı4 tərəfindən verilmiş ərizədən görünür ki, İddiaçı1 01 iyul 2017-ci il tarixli ərizəsində Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Fərzəliyev küçəsində yerləşən 3/6 saylı fərdi yaşayış evinin satılmasına, dəyişdirilməsinə, istənilən şəxsə bağışlanılmasına etiraz etmədiyini qeyd etmişdir. İş materiallarında olan 1 saylı Bakı Cavabdeh3ndə notariat kontorunda İddiaçı2 tərəfindən verilmiş ərizədən görünür ki, İddiaçı2 01 iyul 2017-ci il tarixli ərizəsində Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Fərzəliyev küçəsində yerləşən 3/6 saylı fərdi yaşayış evinin satılmasına, dəyişdirilməsinə, istənilən şəxsə bağışlanılmasına etiraz etmədiyini qeyd etmişdir. İş materiallarında olan 1 saylı Bakı Cavabdeh3ndə notariat kontorunda İddiaçı1 tərəfindən verilmiş ərizədən görünür ki, İddiaçı1 06 iyun 2022-ci il tarixli ərizəsində Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Fərzəliyev küçəsində yerləşən 3/6 saylı fərdi yaşayış evinin satılmasına, dəyişdirilməsinə, istənilən şəxsə bağışlanılmasına etiraz etmədiyini qeyd etmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş etiraz ərizəsindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 tərəfindən onunla Cavabdeh2 arasında bağlanmış 14 iyun 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağışlama müqaviləsi əsasında onun adına tərtib edilmiş ********** qeydiyyat nömrəli mülkiyyət hüquqlarını təsdiq edən Çıxarışın ləğv edilməsi və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zakir Fərzəliyev küçəsində yerləşən 3/6 saylı fərdi yaşayış evinin iddiaçıların adına pay hüquqlarının tanınması və çıxarışın verilməsi iddia tələbi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir. O, hesab edir ki, iddia tələbi tamamilə əsassız və qanunsuz olduğu üçün, o cümlədən iddia ərizəsində qeyd olunan faktlar həqiqətə uyğun olmadığı və təhrif edildiyi üçün rədd edilməlidir. İlk olaraq bildirmişdir ki, atası X19 vəfat etdikdən sonra 4 bacısının hər birinə onlar gəlin köçənədək, hətta ondan sonra belə atalıq etmiş, onların hər bir maddi və mənəvi tələblərini qarşılamış, cehizlərinə qədər təmin etmişdir. Hətta bacılarından biri - İddiaçı4 nikah qurduğu ərəfədə bir neçə banklardan böyük miqdarda (qırx min manatdan çox) borc pullar aldığı məlum olmuş və evləndikdən sonra bacısı üçün problem yaşanmasın deyə onun adına olan kreditlər anası Cavabdeh2 adına, zamin kimi isə onun adına rəsmiləşdirilmişdir. Bundan sonra 40.000 manatdan çox borc məbləği onun tərəfindən uzun müddət ödənilmiş və yerdə qalan 6000 manata yaxın məbləğ hələ də ödənilməmiş qalmışdır. Evin, anası və bacılarının bütün maddi təminatı onun tərəfindən qarşılanması, həyatını bütünlüklə onlara sərf etməsi və bu səbəbdən də, hətta bu yaşa qədər öz ailəsini qura bilməməsi artıq hər kəsə məlum idi. Buna görə də anası və bacıları bütün bunların qarşılığında anasının mülkiyyətində olmuş yaşayış evinin ona bağışlanması barədə razılığa gəlmiş və öz azad iradələri əsasında, könüllü surətdə notariusda bununla bağlı ərizələr vermişlər. Beləliklə, 14 iyun 2022-ci il tarixdə anası Cavabdeh2 ilə onun arasında daşınmaz əmlakın bağışlanması müqaviləsi imzalanmış və bununla Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zakir Fərzəliyev küçəsində yerləşən 3/6 saylı fərdi yaşayış evi onun mülkiyyətinə verilmişdir. İddiaçıların onun barəsində qeyd etdikləri, guya bacılarına onları “istədiyim vaxt evdən çıxararam, evi sataram kimi” ifadələr ümumiyyətlə həqiqətə uyğun deyildir və onun tərəfindən onlara belə sözlər deyilməmişdir. Əgər belə demiş olsa idi, bəs nə üçün bacılarının övladlarına həmin evə qeydiyyata alınmasına razılıq verim?! Sözügedən fakt iş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında arayışlarla təsdiq olunur. Göründüyü kimi iddiaçıların onun barəsində qeyd etdikləri ifadələr tamamilə əsassız və yalandan ibarətdir. O, həmin evə hətta bacılarının yoldaşları və yoldaşlarının ailə üzvlərinin qeydiyyata alınmasını istədiklərində bununla bağlı onlara heç bir etirazını bildirməmişdir. Digər tərəfdən iddia ərizəsində qeyd olunur ki, “iddiaçılardan bəzilərinin gəlin köçmək ehtimalını nəzərə alaraq ailədə razılaşmışlar ki, yaşayış evini satmalı olduqları təqdirdə, satıldıqdan sonra hər kəs atalarından qalan paylarına münasibətdə özlərinə düşən hissələrini götürsünlər. Bu səbəbdən iddiaçılar notariat kontorunda yaşayış evinin satılmasına, dəyişdirilməsinə, istənilən şəxsə bağışlanmasına etiraz etməmələri barədə ərizə vermişlər”. Bildirmişdir ki, sözügedən fakt da həm həqiqətə uyğun deyil, həm də ümumiyyətlə ağlabatan deyildir. Belə ki, evdə onsuzda hər bir vərəsənin pay hüququ vardır. Bunun üçün evi satmağa ehtiyac yoxdur. Digər tərəfdən əgər qeyd olunanlar həqiqəti əks etdirsə idi və evin hər övlada paylara bölünməsi zəruri idisə, bu zaman anasının adından bacılarına da evin paylara bölünərək bağışlanması barədə razılığa gələrdilər. Göründüyü kimi, bacılarının notariat kontorunda verdikləri ərizələrin məqsədi anasının və bacılarının ona olan maddi və mənəvi borcu qarşılığında yaşayış evinin onun adına bağışlamaq niyyətləri olmuşdur. Eyni zamanda bildirmişdir ki, atadan hər hansı miras pay, əmlak qalmamışdır. İş materiallarında olan arxiv sənədləri ilə təsdiq olunur ki, mübahisə predmeti olan sözügedən fərdi yaşayış evi 28 oktyabr 1983-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X23 mülkiyyətinə keçmiş və 15 dekabr 1983-cü il tarixdə № 30/808 ilə reyestrdə qeydiyyata alınmışdır. Bu səbəbdən iddiaçıların bildirdiyi Cəfərova X1 “miras” qalmış əmlakı qəsdən iddiaçılardan gizlədərək onun adına rəsmiləşdirməsi ilə bağlı iddiaları tamamilə əsassız və qanunsuz olmaqla, tamamilə boş fərziyyələrdən ibarətdir. Əvvəla, iş materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda da sözügedən yaşayış evinin ½ hissəsinin Cavabdeh2 mülkiyyətinə, daha sonra isə bağışlama müqaviləsi əsasında onun mülkiyyətinə keçməsi qeyd olunmuşdur. Göründüyü kimi həmin məktubda mülkiyyətçi kimi mərhum atası X11 adı belə keçmir. Digər tərəfdən, yaşayış evinin onun adına bağışlanması barədə bacılarının hər biri məlumatlı olmuş, hətta iş materiallarında bağışlama tarixindən bir həftə əvvəl bacısı İddiaçı1 notariat kontorunda əmlakın bağışlanmasına, satılmasına və s. etirazının olmaması barədə ərizə vermişdir. Hazırki vəziyyətdə, bacılarının hər birinin evin onun adına bağışlanmasına notarial qaydada razılıqlarını bildirmələrinə rəğmən ona qarşı bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı belə bir iddianı qaldırmaları mülki hüququn “vicdanlılıq”, “estoppel” kimi mühüm prinsiplərinə tamamilə ziddir və onlar tərəfdən bilərəkdən sui-istifadə edilməsi deməkdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, “..əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.” Eyni zamanda Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, “müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.” Həmçinin bildirmişdir ki, iddiaçıların hazırkı mübahisə üzrə irəli sürdükləri Cavabdeh2 ilə onun arasında bağlanmış 14 iyun 2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddia tələbləri üzrə Mülki Məcəllənin 354.2ci maddəsinə əsasən müqavilənin etibarsızlığının mübahisələndirilməsi iiçiin müəyyən olunmuş 1 (bir) illik kəsici müddət ötürüldüyündən, o, hesab edir ki, hazırkı iş üzrə əqdin mübahisələndirilməsi hüququnun xitamı barədə qətnamə çıxarılaraq iddia tələbi rədd edilməlidir. Belə ki, bağışlama müqaviləsi 14 iyun 2022-ci il tarixində bağlandığından iddiaçılar bu müqavilənin etibarsızlığı ilə bağlı iddia tələbini də həmin tarixdən (həmin tarixdə faktiki olaraq məlumatlı olmuşlar - İddiaçı1 xx.xx.2022-ci il tarixli notarial ərizəsi; İddiaçı3 oğlu X12 xx.xx.2022-ci il tarixli ərizəsi) 1 il müddətində verməli olduqları halda bu müddəti ötürmüşlər. Hər bir halda bacıların hər biri yaşayış evinin satılması, dəyişdirilməsi bağışlanmasına etiraz etməmələri barədə notarial ərizə verdiklərindən faktiki olaraq onlar belə bir bağışlanma müqaviləsinin bağlanmasından məlumatlı olmalı idilər. Buna baxmayaraq, onlar tərəfindən sözügedən əqdin mübahisələndirilməsi hüquqların suiistifadəsi deməkdir. Onu da qeyd etmişdir ki, hazırkı iş üzrə mülkiyyət sahibi Cavabdeh2 olduğundan və faktiki olaraq o, həyatda olduğundan Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən miras açıla bilməz. e-2(001)-7584/2023 saylı mülki iş üzrə 14 iyun 2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddia tələbinə dair kəsici müddətin ötürülmüş hesab edilməsini, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 tərəfindən ona qarşı verilmiş bütün iddia tələblərinin təmin edilmədən rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X28 tərəfindən qəbul edilmiş 08 yanvar 2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə borclular X18 və Cavabdeh1 müştərək qaydada 5903.69 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş kəsici müddətin tətbiqi ilə bağlı ərizədən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 tərəfindən onunla Cavabdeh2 arasında bağlanmış 14 iyun 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağışlama müqaviləsi əsasında onun adına tərtib edilmiş ********** qeydiyyat nömrəli mülkiyyət hüquqlarının təsdiq edən Çıxarışın ləğv edilməsi və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zakir Fərzəliyev küçəsində yerləşən 3/6 saylı fərdi yaşayış evinin iddiaçıların adına pay hüquqlarının tanınması və çıxarışın verilməsi iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər və bununla bağlı e-2(001)-7584/2023 saylı mülki iş icraatınıza götürülmüşdür. Ərizədə qeyd edilmişdir ki, iddiaçıların hazırkı mübahisə üzrə irəli sürdükləri Cavabdeh2 ilə onun arasında bağlanmış 14 iyun 2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddia tələbləri üzrə Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən müqavilənin etibarsızlığının mübahisələndirilməsi üçün müəyyən olunmuş 1 (bir) illik kəsici müddət ötürüldüyündən, o, hesab edir ki, hazırkı iş üzrə əqdin mübahisələndirillməsi hüququnun xitamı barədə qətnamə çıxarılaraq iddia tələbi rədd edilməlidir. Belə ki, bağışlama müqaviləsi 14 iyun 2022-ci il tarixində bağlandığından iddiaçılar bu müqavilənin etibarsızlığı ilə bağlı iddia tələbini də həmin tarixdən (həmin tarixdə faktiki olaraq məlumatlı olmuşlar - İddiaçı1 xx.xx.2022-ci il tarixli notarial ərizəsi, İddiaçı3 oğlu X12 xx.xx.2022-ci il tarixli ərizəsi) 1 il müddətində verməli olduqları halda bu müddəti ötürmüşlər. Hər bir halda bacılarının hər biri yaşayış evinin satılması, dəyişdirilməsi bağışlanmasına etiraz etməmələri barədə notarial ərizə verdiklərindən faktiki olaraq onlar belə bir bağışlanma müqaviləsinin bağlanmasından məlumatlı olmalı idilər. Buna baxmayaraq, onlar tərəfindən sözügedən əqdin mübahisələndirilməsi hüquqlarından sui-istifadə deməkdir. Göstərilənləri nəzərə alaraq, ərizədə iş üzrə 14 iyun 2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddia tələbinə kəsici müddətin ötürülmüş hesab edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin normalarına istinad ediləcək) 666.1-ci maddəsi müəyyən edir ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. (667.1-ci maddə) Bağışlama aşağıdakı hallarda etibarlıdır: daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə. (668-ci maddə). Nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər. (669-cu maddə). Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. (670-ci maddə) Göründüyü kimi, bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: • bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; • hədiyyə alanın əmlakı artır; • hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; • hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; • hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. (673-cü maddə). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. (Maddə 337.1) Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirlməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (Maddə 337.2) Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (Maddə 337.4) Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. (Maddə 337.5.) Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. (Maddə 339.2) Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdi mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. (Maddə 339.3) Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. (Maddə 347.1) Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: (Maddə 347.2) 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. (Maddə 354.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında Plenum qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. 2.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər.
3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır.
4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir.
5. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir.
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir.
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə, məhkəmədə bilavasitə tədqiq edilmiş subutlarla müəyyən olunmuşdur ki, X19 ilə Cavabdeh2 21 may 1975-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahlarından 5 övladları, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh1 adlı övladları dünyaya gəlmişlər. Nikahda olduqları müddət ərzində müvafiq alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zakir Fərzəliyev küçəsində yerləşən 3/6 nömrəli fərdi yaşayış evinin ½ hissəsini almışlar. Daha sonra 20 dekabr 1996-cı il tarixdə X19 vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X37 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 25 sentyabr 2023-cü il tarixli məlumatların verilməsi barədə məktubdan məlum olur ki, Bakı şəhəri 1 saylı DNK-nın 28 oktyabr 1983-cü il tarixli 1kn- 204 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən qeyd olunan mənzilin ½ hissəsi Cavabdeh2 adına qeydiyyata alınmışdır. 14 iyun 2022-ci il tarixdə Cavabdeh2 ilə Cavabdeh1 arasında 5 saylı Bakı Cavabdeh3 notariat ofisində daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmış, Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 112.7 kv/m, yaşayış sahəsi 41.6 kv/m, yardımçı sahəsi 35 kv/m olan 2 otaqlı fərdi yaşayış evinin ½ hissəsi Cavabdeh2 tərəfindən Cavabdeh1 hədiyyə edilmişdir. Həmin fərdi yaşayış evi ilə bağlı bağışlama müqaviləsi bağlanarkən hazırki iş üzrə iddiaçılardan İddiaçı2, İddiaçı3 və İddiaçı4 01 iyul 2017-ci il tarixdə 1 saylı Bakı Cavabdeh3 notariat kontorunda notarial qaydada ərizə verməklə həmin fərdi yaşayış evinin satılmasına, dəyişdirilməsinə, istənilən şəxsə bağışlanmasına etiraz etmədiklərini bildirmişlər. Digər iddiaçı isə İddiaçı1 isə 06 iyun 2022-ci il tarixdə Naxçıvan şəhəri 3 saylı notariat ofisində notarial qaydada ərizə verməklə həmin fərdi yaşayış evinin satılmasına, dəyişdirilməsinə, istənilən şəxsə bağışlanmasına etiraz etmədiyini bildirmişdir. Həmin sözügedən fərdi yaşayış evinin ½ hissəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 01 iyul 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçıların hər biri notarial qaydada tərəflərindən verilmiş ərizələrin başqa məqsəd üçün (onlardan bəzilərinin gəlin köçmək ehtimalının olmasını nəzərə alaraq, yaşayış evinin satılmalı olduğu təqdirdə, satıldıqdan sonra hər kəsə atalarından qalan evə münasibətdə özlərinə düşən hissələrini almaq) verdiklərini, əslində mübahisə predmeti olan daşınmaz əmlakın anaları tərəfindən qardaşlarına bağışlamaq niyyətindən xəbərdar olmadıqlarını bildirsələr də, bununla bağlı müvafiq mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Beləliklə, məhkəmə hesab edir ki, mübahisənin predmeti olan bağışlama müqaviləsi mülki qanunvericilikdə nəzərdə tutulmuş notarial qaydada qanunun tələblərinə uyğun olaraq təsdiq edilmiş, həmin müqavilədə hər hansı şərtlər müəyyən edilməmiş, tərəflərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-674-cü maddələrinin məzmunu izah edilmişdir. İddiaçı tərəf həmin bağışlama müqavilələrinin aldadılma nəticəsində bağlanmasını, yəni əslində notarial qaydada ərizələri başqa məqsəd üçün verdiklərini iddia etsələr də, aldadılmaları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişlər, həmin fakt öz təsdiqini tapmamışdır. Bununla yanaşı iddiaçılar aldadılma nəticəsində bağlanmış əqdin mübahisələndirilməsi ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddəti ötürmüşlər, cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsini və iddianın həm əsassız olduğu üçün, həm də müddətin ötürülməsi səbəbindən rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanıb, mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, mübahisənin predmeti olan bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş əsaslar müəyyən edilmədiyindən, həmçinin mübahisənin predmeti olan bağışlama müqaviləsi mübahisələndirilən əqd olduğuna görə iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia tələbi təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 5 saylı Bakı Cavabdeh3ndə Notariat ofisinə qarşı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X37 1 saylı Bakı Ərazi İdarəsinin də üçüncü şəxs qismində cəlb olunduğu “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiaları təmin edilməsin. İddia tələbləri təmin edilmədiyindən iddiaçılar tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Məmmədov