Məhkəmə qərarları › İş №e-2(001)-1201/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1201/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1201/2023 19.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 5000 (beş min) manat məbləğində vəsaitin, 70 (yetmiş) manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində Cavabdeh2 məxsus **-HT-*** dövlət qeydiyyat nişanlı “BMW 728” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə Cavabdeh2 məxsus Cavabdeh1 tərəfindən idarə etdiyi **-HT-*** dövlət qeydiyyat nişanlı “BMW 728” markalı həmin avtonəqliyyat vasitəsi ilə **-VV-*** dövlət qeydiyyat nişanlı “BMW 528İ” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı “BMW 320” markalı və **- TV-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtonəqliyyat vasitələrinə zərər vurulmuşdur. Tərtib olunmuş TP5102632 saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən məlum olmuşdur ki, Cavabdeh1 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmişdir. İcbari sığorta üzrə zərər çəkmiş avtonəqliyyat vasitələrinə vurulan zərərin əvəzində proposianal bölgü qaydalarına uyğun olaraq sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət edilmişdir. Yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli bilindiyi üçün **-VV-*** dövlət qeydiyyat nişanlı “BMW 528İ” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı “BMW 320” markalı və **-TV-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtonəqliyyat vasitələrinə dəymiş zərər qiymətləndirilmiş, ümumilikdə 5000 manat (beş min) məbləğində sığorta ödənişi, “Sığorta aktları”na əsasən müvafiq hesablara köçürülmüşdür. xx.xx.2022-ci il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən baş vermiş yol nəqliyyat hadisələri üzrə ümumilikdə 5240,00 manat sığorta ödənişinin həmçinin 72,40 manat dövlət rüsumunun və 0,80 bank xidməti xərclərinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 xx.xx.2022-ci il tarixində yenidən yol nəqliyyat hadisəsi törədərək, **-OK-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Zərərçəkmiş nəqliyyat vasitəsinə Şirkət tərəfindən 240 manat sığorta ödənişi köçürülmüşdür. Qeyd olunanlara əsasən hesab edirlər ki, iddia ərizəsinin tələb hissəsi artırılmalıdır. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qəbul etmədiyini, “BMW 728” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə Cavabdeh1 satdığını, hadisəni Rəşadın törətdiyini və həmçinin avtomobilin icbari sığortasının onun tərəfindən yox qardaşı X12 tərəfindən edildiyini bildirmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilmədiyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, ərizəsində iştirak edə bilməməsinin üzürlü səbəblərini qeyd etməmiş və hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh2 işə mahiyyəti üzrə baxılmasını tələb etdiyinə görə məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, “BMW 728” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində olsa da, həmin avtomobili etibarnamə əsasında satmış, baş vermiş yolnəqliyyat hadisələri barədə məlumatı olmamış və həmin hadisələrdə onun heç bir təqsiri olmamışdır. Ona görə də iddia tələbinin ona aid hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh1 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə Cavabdeh2 izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İcbari Sığorta müqaviləsinə dair 28 yanvar 2022-ci il tarixli PPA********** saylı məlumatdan görünür ki, “BMW 728” minik markalı **-HT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən əmlaka vurulan zərər görə 5.000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5.000 manat, bir hadisə üzrə 50.000 manat məbləğində sığortalanmışdır. Müqavilənin qüvvəyə minmə tarixi 28 yanvar 2022-ci il, müqavilənin qüvvədən düşmə tarixi isə 28 yanvar 2023-cü ildir; AD seriyalı 975700 №-li Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW 728” minik markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2dur. Daxili İşlər Nazirliyinin X18 Web Portalından çıxarışdan görünür ki, Cavabdeh2 “BMW 728” minik markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobili 15 aprel 2022-ci il tarixdə 15 aprel 2023-cü il tarixədək Cavabdeh1 Etibar oğluna etibar etmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 12 aprel 2022-ci il tarixli arayışdan görünür ki, 18 mart 2022-ci il tarixdə saat 18:10 radələrində X11 etibarnamə və sürücülük vəsiqəsi olmadan Bakı şəhəri Nərimanov rayonu ərazisində X9 məxsus “Renault Megane” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərəkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “X24 Prado” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. 29 iyun 2022-ci il tarixli İXP4724595 №-li inzibati xəta haqqında protokolun və 29 iyun 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində Bakı şəhəri ərazisində “BMW 728” minik markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. AD seriyalı 594268 №-li Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius” markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil X13 mülkiyyətindədir. 06 noyabr 2019-cu il tarixli Etibarnamənin surətindən görünür ki, X17 “Toyota Prius” markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə etmək hüququnu 06 noyabr 2029-cu il tarixədək X6 etibar etmişdir. AC seriyalı 028477№-li Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW 320” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir. 25 aprel 2021-ci il tarixli Etibarnamənin surətindən görünür ki, X7 “BMW 320” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə etmək hüququnu 21 aprel 2031-ci il tarixədək X8 etibar etmişdir. AE seriyalı 114416 №-li Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW 528i” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 21 iyun 2021-ci il tarixli “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”ından görünür ki, “BMW 528i” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 9159 manat məbləğində zərər dəymişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 27 iyun 2022-ci il tarixli “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”ından görünür ki, “BMW 320” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 790 manat məbləğində zərər dəymişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 23 iyun 2022-ci il tarixli “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”ından görünür ki, “Toyota Prius” markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 726 manat məbləğində zərər dəymişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 06 iyul 2022-ci il tarixli sığorta aktından və 15 iyul 2022-ci il tarixli ödəniş tapşırığının təsdiq edilmiş surətlərindən görünür ki, 19 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu Ə.Rəcəbli küçəsində “BMW 728” minik markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Toyota Prius” markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, sonuncu avtomobilə 726 manat məbləğində zərər dəymiş və həmin zərərin 340,05 manatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X15 ödənilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 06 iyul 2022-ci il tarixli sığorta aktından və 08 iyul 2022-ci il tarixli ödəniş tapşırığının təsdiq edilmiş surətlərindən görünür ki, 19 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu Ə.Rəcəbli küçəsində “BMW 728” minik markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə “BMW 528i” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, sonuncu avtomobilə 9159 manat məbləğində zərər dəymiş və həmin zərərin 4289,93 manatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 ödənilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 22 iyul 2022-ci il tarixli sığorta aktından və 25 iyul 2022-ci il tarixli ödəniş tapşırığının təsdiq edilmiş surətlərindən görünür ki, 19 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu Ə.Rəcəbli küçəsində “BMW 728” minik markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə “BMW 320” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, sonuncu avtomobilə 790 manat məbləğində zərər dəymiş və həmin zərərin 370,02 manatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X15 ödənilmişdir. 17 oktyabr 2022-ci il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə saat 07:50 radələrində Bakı şəhəri ərazisində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “BMW 728” minik markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək yol nəqliyyat hadisəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes 190” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 19 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, 15 sentyabr 2022-ci il tarixdə saat 07:50 radələrində Cavabdeh1 sürücülük vəsiqəsi olmadan Bakı şəhəri Binəqədi rayonu ərazisində “BMW 728” minik markalı, **- HT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərəkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “Mercedes 190” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 16 sentyabr 2022-ci il tarixli “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”ından görünür ki, “Mercedes 190” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 240 manat məbləğində zərər dəymişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 26 oktyabr 2022-ci il tarixli sığorta aktından və 26 oktyabr 2022-ci il tarixli ödəniş tapşırığının təsdiq edilmiş surətlərindən görünür ki, 15 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində “BMW 728” minik markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes 190” markalı, **-OK- ***dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, sonuncu avtomobilə 240 manat məbləğində zərər dəymiş və həmin zərər "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X5 ödənilmişdir. 23 dekabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 70 manat məbləğində dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, "xxxx" ASC icbari sığorta ilə sığortalanmış Cavabdeh1 tərəfindən idarə olunan “BMW 728” minik markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 19 iyun 2022-ci il və 15 sentyabr 2022-ci il tarixlərdə törədilən yol-nəqliyyat hadisələri zamanı vurduğu zərərlə əlaqədar iddiaçı tərəfindən ümumilikdə 5240 manat məbləğində pul vəsaitinin ödənildiyi müəyyən edilir. Lakin, baş vermiş yol-nəqliyyat hadisələri zamanı sürücü Cavabdeh1 nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etdiyindən sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Hazırda iddiaçı, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh1 sürücülük vəsiqəsi olmadan idarə etdiyini bildirərək, cavabdehlərdən subroqasiya qaydasında 5240 manat məbləğində sığorta ödənişi tələb edir, Cavabdeh2 isə iddianı ona aid hissədə qəbul etməyərək bildirir ki, avtomobil onun mülkiyyətində olsa da, lakin o, avtomobili satmışdır. Hazırda avtomobil onun sahibliyində deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3cü maddələrinə əsasən, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, sözügedən yol-nəqliyyat hadisəsinin baş verdiyi 19 iyun 2022-ci il və 15 sentyabr 2022-ci il tarixlərdə Cavabdeh1 “BMW 728” minik markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərkən, mülki hüquq pozuntusu (delikt) törətməsi və bunun nəticəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalıya sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapdığından iddiaçının Cavabdeh1 qarşı tələbi əsaslıdır və iddia bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin digər cavabdehə münasibətdə isə qeyd edir ki, iddiaçının Cavabdeh2 qarşı tələbi maddi zərər vuran avtomobilin sonuncunun mülkiyyətində olmasına əsaslanır. Cavabdeh2 iddiaçı qarşısında “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi ilə subroqasiya qaydasında məsuliyyət daşımaması üçün onun sözügedən avtomobilin hüququ olmayan Cavabdeh1 tərəfindən istismar edilməsi barədə məlumatlı olmamasının müəyyən edilməsi lazımdır ki, Cavabdeh2 tərəfindən “BMW 728” minik markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 15 aprel 2022-ci il tarixdə 15 aprel 2023-cü il tarixədək Cavabdeh1 Etibar oğluna etibar edilmişdir. Bu hal isə, ona dəlalət edir ki, Cavabdeh2 yol-nəqliyyat hadisələrinin baş verdiyi gün həmin nəqliyyat vasitəsinin Cavabdeh1 Etibar oğlunun nəqliyyat vasitəsini idarə etmək hüququnun olmaması barədə məlumatlı olması hüquqi və faktiki baxımdan mümkün deyil. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdeh1 5240 (beş min iki yüz qırx) manat məbləğində sığorta ödənişinin əvəzi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edildiyindən iddiaçının iddia qaldırılması üçün ödədiyi 70 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 5240 (beş min iki yüz qırx) manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar