Məhkəmə qərarları › İş №e-2(001)-1262/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1262/2024

12.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1262/2024 12.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədzadə Fitat Eldar qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçının vəkili X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı “müqavilənin etibarsız hesab olunması və s.” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 11 saylı Notariat Kontoruna, Cavabdeh3, Cavabdeh4 qarşı “müqavilənin hissəvi etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 11 saylı Notariat Kontorunun xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab olunması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh4 adına verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın ləğv olunması, ünvan 1 ünvanında yerləşən mənzilin alqı-satqısı ilə bağlı AN-İ № ******* saylı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv olunması, ünvan 1 ünvanında yerləşən mənzilə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh3 adına verilmiş çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Bakı şəhəri 11 saylı Notariat Kontorunun xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab olunması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh4 adına verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın ləğv olunması, ünvan 1 ünvanında yerləşən mənzilin alqı-satqısı ilə bağlı AN-İ № ******* saylı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, ünvan 1 ünvanında yerləşən mənzilə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh3 adına verilmiş çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili R.Qurbanov iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan digər mülki işlə bir icraatda birləşdirilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı Cavabdeh4 cavabdehlər Cavabdeh3 və X1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ziyanın tutulması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində digər hakimin icraatında mülki iş vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə iddia ərizəsini araşdırıb və iş materiallarını nəzərdən keçirərək, məhkəmənin icraatında eyni növlü iki işin olduğunu nəzərə alaraq hesab edir ki, həmin işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi məqsədə müvafiqdir. Odur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-1262/2024 saylı və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-101/2024 saylı mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidirlər. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı “müqavilənin etibarsız hesab olunması və s.” tələbinə dair iddiası üzrə 2(001)-1262/2024 saylı mülki işlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh4 cavabdehlər Cavabdeh3 və X1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ziyanın tutulması” tələbinə dair iddiası üzrə 2(001)-101/2024 saylı mülki iş birlikdə baxılmaları üçün bir icraatda birləşdirilsin. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar