Məhkəmə qərarları › İş №e-2(001)-1342/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1342/2024

18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1342/2024 18.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X7 katibliyi ilə İddiaçı Cavabdeh qarşı “etibarsız əqd üzrə alınanların qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 18 mart 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Hacıyev X10 Akif Balaca oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında ünvan 1, mənzil 88 ilə əlaqədar bağlanmış 31 mart 2021-ci il tarixli, AZ-İ ******* saylı “daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nə əsasən cavabdehə ödədiyi 65000 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 275 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 31 mart 2021-ci il tarixli, AZ-İ ******* saylı “daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nə əsasən, Cavabdeh ünvan 1 ünvanında yerləşən 88 saylı mənzili 65000 manata İddiaçı satmışdır. 13 aprel 2021-ci il tarixli AZ-İ - 929950 saylı “daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nə əsasən, İddiaçı həmin mənzili 64000 manata X1. Cavabdeh X4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin onun mülkiyyətində olan həmin mənzildən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X5 isə cavabdehlər Cavabdeh, X14, X8, X6 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin mənzillə bağlı X2 adından X17 ilə Cavabdeh arasında 11 saylı notariat kontorunda bağlanmış 18 iyul 2019-cu il tarixli alğı-satqı müqaviləsinn, həmin mənzillə bağlı Cavabdeh ilə İddiaçı arasında bağlanmış 31 mart 2021-ci il tarixli alğı-satqı müqaviləsinin, habelə, İddiaçı ilə X9 arasında bağlanmış 13 aprel 2021-ci il tarixli alğısatqı müqaviləsinin etibarsız hesab edilməsinə və X2 həmin mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(005)-1926/2021 saylı qətnaməsinə əsasən, həm ilk, həm də qarşılıqlı iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2022-ci il tarixli qətnaməsinə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul edilərək, ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia təmin olunaraq, sözügedən mənzillə bağlı X20 adından cavabdehlər X17 ilə Cavabdeh arasında bağlanmış 18 iyul 2019-cu il tarixli alğı-satqı müqaviləsi, həmin mənzillə bağlı Cavabdeh ilə İddiaçı arasında bağlanmış 31 mart 2021-ci il tarixli alğı-satqı müqaviləsi, həmin mənzillə bağlı İddiaçı ilə X9 arasında bağlanmış 13 aprel 2021-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş və X2 həmin mənzilə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(102)-5051/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 23 may 2022-ci il tarixli qətnaməsinin qarşılıqlı iddia tələbinin İddiaçı ilə X9 arasında bağlanmış 13 aprel 2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və X2 həmin mənzilə köçürülmələri hissələrində ləğv edilməsi, mülki işin həmin hissələrdə yeni apellyasiya baxışına göndərilməsi, qətnamənin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qətnaməsinin iddiaçı Cavabdeh X4 qarşı cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mübahisəli mənzildən istifadə hüququnun itirilməsi barədə ilk iddia tələbinin rədd edilməsi hissəsinin ləğv edilərək, iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, iddiaçı Cavabdeh və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissədə, yəni qarşılıqlı iddia tələbinin həmin mənzillə bağlı X20 adından cavabdehlər X17 ilə Cavabdeh arasında bağlanmış 18 iyul 2019-cu il tarixli alğı-satqı müqaviləsinin, həmin mənzillə bağlı cavabdehlər Cavabdeh ilə İddiaçı arasında bağlanmış 31 mart 2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 22 fevral 2023-cü il tarixli, 2(103)-735/2023 saylı qətnaməsinə əsasən, həmin mənzillə bağlı İddiaçı ilə X9 arasında bağlanmış 13 aprel 2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı X9nın xeyrinə 64000 manat pulun tutulması, X3 həmin mənzilə köçürülməsi qərara alınmışdır. Beləliklə, yekun nəticə ondan ibarətdir ki, İddiaçı sözügedən mənzilə görə Cavabdeh 65000 manat ödəməyinə baxmayaraq, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, həmin mənzillə bağlı cavabdehlə aralarında bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Buna görə də o, hazırda cavabdehdən 65000 manat pulunun qaytarılmasını tələb edir. Cavabdeh məhkəməyə “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış şəxsi kabineti vasitəsilə ərizə ünvanlayaraq, iddianı qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Lakin işin hallarından görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul olunmalı və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia təmin olunduğundan onun verilməsi üçün ödənilmiş 275 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı etibarsız əqd üzrə alınanların qaytarılması tələbinə dair iddiası təmin olunsun. 65000 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 275 manat məbləğində pul vəsaiti də Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar