Məhkəmə qərarları › İş №e-2(001)-1347/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1347/2023

13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1347/2023 13.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsinin qadağan edilməsi və sair” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsinin qadağan edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə onunla arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4 ədəd müqavilənin ləğv edilməsinin qadağan olunması, 4 ədəd müqavilədə qeyd olunan mənzillərin hər birinə nömrə verilməklə mərtəbənin müəyyən olunması, 20.000 manat razılaşdırılmış məbləğin və əldən çıxmış mənfəət olaraq 4.000 manat vəsaitin alınıb ona veilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə şifahi vəsatət verərək bildirdi ki, Cavabdeh 2022-ci ildə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 81,0 kv.m sahədən ibarət 2 otaqlı mənzilin, 80.0 kv.m sahədən ibarət 2 otaqlı mənzilin, 60 kv.m sahədən ibarət 1 otaqlı mənzilin verilməsinə dair xx.xx.2021-ci il tarixli müqavilənin dəyişdirilərək, İddiaçı istifadə və sahibliyində olmuş, 80.55 kv.m kimi ölçülən yaşayış sahəsinin, 31,46 kv.m kimi ölçülən həyətyanı torpaq sahəsinin, 19.05 kv.m sahə kimi ölçülən yardımçı tikilinin, 11.08 kv.m kimi ölçülən ikinci yardımçı tikilinin, ümumilikdə 142.14 kv.m sahəyə 20 faiz əlavə edilməklə ümumilikdə 170.5 kv.m sahədən ibarət mənzilin və mənzil təhvil verilən günədək kirayə haqqı kimi 400 manatın verilməsi, 42.24 kv.m kimi ölçülən qarajın əvəzində ümumi sahəyə 20 faiz əlavə edilməklə kv.m sahədən ibarət qarajın verilməsini xahiş etmişdir. Odur ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün hazırki mülki işin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-398/2023 saylı mülki işə birləşdirilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı, nümayəndəsi və vəkilinin vəsatətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə hazırlıq iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki mülki iş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı və X1 qarşı “müqavilənin dəyişdirilməsi və sair” tələbinə dair e-2(006)-398/2023 nömrəli mülki işə birləşdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi” barədə iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəmənin icraata qəbul edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə iddiaçı Cavabdeh Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə “iddia tələbinin dəqiqləşdirilməsi və əlavə cavabdehin cəlb edilməsi” barədə ərizə ilə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 81,0 kv.m sahədən ibarət 2 otaqlı mənzilin, 80.0 kv.m sahədən ibarət 2 otaqlı mənzilin, 60 kv.m sahədən ibarət 1 otaqlı mənzilin verilməsinə dair xx.xx.2021-ci il tarixli müqavilənin dəyişdirilərək, İddiaçı istifadə və sahibliyində olmuş, 80.55 kv.m kimi ölçülən yaşayış sahəsinin, 31,46 kv.m kimi ölçülən həyətyanı torpaq sahəsinin, 19.05 kv.m sahə kimi ölçülən yardımçı tikilinin, 11.08 kv.m kimi ölçülən ikinci yardımçı tikilinin, ümumilikdə 142.14 kv.m sahəyə 20 faiz əlavə edilməklə ümumilikdə 170.5 kv.m sahədən ibarət mənzilin və mənzil təhvil verilən günədək kirayə haqqı kimi 400 manatın verilməsi, 42.24 kv.m kimi ölçülən qarajın əvəzində ümumi sahəyə 20 faiz əlavə edilməklə kv.m sahədən ibarət qarajın verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 167.2-ci maddəsinə əsasən hakim işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri də edir. Göründüyü kimi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü və bir-birilə əlaqəli mülki iş vardır və həmin mülki iş xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. Belə olan halda da məhkəmə hesab edir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün hazırki mülki iş Nəsimi Rayon Məhkəməsinin icraatında olan mülki işə birləşdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçının nümayəndəsi və vəkilinin vəsatəti təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsinin qadağan edilməsi və sair” tələbinə dair 2(001)-1347/2023 saylı mülki iş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı və X1 qarşı “müqavilənin dəyişdirilməsi və sair” tələbinə dair e- 2(006)-398/2023 saylı mülki işlə birlikdə birləşdirilərək, baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar