Məhkəmə qərarları › İş №e-2(001)-1385/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1385/2023

10.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1385/2023 10.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin Cavabdeh qarşı Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyük-Şor Dş-500 mmlik yerüstü neft kəmərinin 119.6-cı km-də, 39 T 0400065; ******* saylı koordinat üzrə 2-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 25 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, çardağın, dəmir löhvənin, metal tordan ibarət çəpərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi Cavabdeh qarşı Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyük-Şor Dş-500 mmlik yerüstü neft kəmərinin 119.6-cı km-də, 39 T 0400065; ******* saylı koordinat üzrə 2-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 25 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, çardağın, dəmir löhvənin, metal tordan ibarət çəpərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Azərbaycan Respublikası DNŞ-nin Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 119.6-cı km-də 39 T 0400065; ******* saylı koordinat üzrə 2-ci sırada kəmərə paralel, kəmərdən təqribən 25 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh tərəfidən inşa edilmiş fərdi yaşayış evi çardaq və dəmir löhvə, metal tordan ibarət çəpər faktları aşkar edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın, partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirə, ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Ona görə də Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 119.6-cı km-də, 39 T 0400065; ******* saylı koordinat üzrə 2-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 25 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, çardağın, dəmir löhvənin, metal tordan ibarət çəpərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası DNŞ-nin Neft Kəmərləri İdarəsinin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1.Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 111. 1.Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 2.Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır; 3.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları: Bənd 6.2. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. Bənd 6.3. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; Çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; Bənd 6.4. Boru kəmərlərinin mühafizə zonasına daxil olan, torpaq sahəsi, torpaq istifadəçilərindən, mülkiyyətçilərdən və icraçılardan alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. Bənd 6.7. Boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına, yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən təşkilatın yerli orqanları tərəfindən təyin edilir və müvafiq yerli icra hakimiyyəti və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Socarın Təhlükəsizlik İdarəsinin 35 saylı komadasının əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş aktdan müəyyən olunur ki, Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 119.6-cı km-də, 39 T 0400065; ******* saylı koordinat üzrə 2-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 30 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh aid olması iddia edilən fərdi yaşayış evi, çardaq, dəmir löhvə, metal tordan ibarət çəpər aşkar edilmiş, aparılan quraşdırma işlərinin qanunsuz olması, dayandırılması və sökülməsi barədə şəxsə xəbərdarlıq olunmuşdur. Neft Kəmərləri İdarəsinin xx.xx.2022-ci il tarixli xəbərdarlığından müəyyən olunur ki, Cavabdeh Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 119.6-cı km-də, kəmərin mühafizə zonasında tikinti işlərinin aparılmasının yolverilməzliyi barədə xəbərdarlıq edilmiş, Cavabdeh xəbərdarlığı imza etməklə tanış olmasını təsdiq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2355 saylı rəyindən müəyyən olunur ki, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin qurtaracağının Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərindən 30 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin torpaq sahəsində yerləşən tikililərin (hasar, fərdi yaşayış evi, köməkçi tikililər və s.) bütövlükdə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış Magistral neft kəmərinin istismarında texniki təhlükəsizlik Qaydalarına əsasən Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunur. Rəydən daha sonra müəyyən olunur ki, rəyin tədqiqat hissəsindəqeyd olunanları nəzərə alaraq, cavabdeh tərəfindən inşa olunmuş tikililərin tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh X3 İdarəsinin istismarında olan Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərindən 30 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 1 ünvanında qanunsuz tikili - fərdi yaşayış evi, çardağ, dəmir löhvə, metal tordan ibarət çəpər inşa etməklə Neft Kəmərləri İdarəsinə məxsus neft kəmərinin mühafizə zonasına daxil olmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin X3 İdarəsinin mühafizə zonasında özbaşına tikili - fərdi yaşayış evi, çardağ, dəmir löhvə, metal tordan ibarət çəpər inşa etməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddia ərizəsi əsaslıdır, ona görə də təmin edilməlidir. Məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 119.6-cı km-də, 39 T 0400065; ******* saylı koordinat üzrə 2-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 30 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, çardağ, dəmir löhvə, metal tordan ibarət çəpər cavabdehin hesabına sökülərək cavabdeh mühafizə zonasından çıxarılsın. Cavabdeh dövlət rüsumuna görə 100 manat Neft Kəmərləri İdarəsinin xeyrinə tutulsun. Cavabdeh ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar