Məhkəmə qərarları › İş №e-2(001)-1414/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1414/2025

29.10.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1414/2025 29.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı SOCAR-ın İddiaçı etibarnamə əsasında nümayəndəsi X3 iştirakı ilə, İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şirvan- Böyükşor Dş-500 mmlik yerüstü neft kəmərinin 116.7-ci km-də, 39 T 03997373; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar 1-ci sırada, kəmərdən təqribən 10 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında vətəndaş Cavabdeh məxsus fərdi yaşayış evi, darvaza, hasar, çardaq və talvar tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 116.7-ci km-də, 39 T 03997373; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar 1-ci sırada, kəmərdən təqribən 10 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında vətəndaş Cavabdeh məxsus fərdi yaşayış evi, darvaza, hasar, çardaq və talvar tikilisi faktları aşkar edilmişdir. Belə ki, qeyd edilən fərdi yaşayış evinə quraşdırılmış **********242 nömrəli qaz sayğacı əsasından “Azəriqaz” İB-dən müəyyən edilmişdir ki, fərdi yaşayış evi Cavabdeh məxsusdur. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: İddiaçı 35 saylı komandasının qarovulun rəisi X1, mühafizəçilər X2 və X5 iştirakları ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə 2 saylı qarovulun 1-ci iş növbəsində saat 15:20-də 13-14 saylı postların ərazisində (Binəqədi rayonu, Biləcəri qəsəbəsi) Şirvan Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 116.7ci km-də, 39 T03997373,4477532 saylı koordinatlar üzrə, kəmərə perpendikulyar 1-ci sırada, kəmərdən təqribən 10 metr aralı məsafədə X4 aid olduğu iddia edilən, köhnədən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış olan evin həyətyanı sahəsində mövcud 4 metr enində, 5 metr uzunluğunda talvarın üzərinə dam örtüyünün vurularaq tamamlanması aşkar edildi. Qapı bağlı olduğundan hüquqi prosesləri həyata keçirmək mümkün olmadı və bununla bağlı ərazi üzrə icra nümayəndəsi Rövşən adlı şəxsə 15:15də məlumat verildi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən; Sözügedən mübahisəli torpaq sahəsinə vizual olaraq baxış keçirildi. Vizual baxış zamanı müəyyən edildi ki, sahənin şimal tərəfindən 2.0 m-4.0 məsafədən yüksək gərginlikli elektrik hava xətti keçir. Həmçinin sahənin cənub tərəfindən təqribən 0.3m - 0.4 - 5.0 məsafələrdə yerüstü boru xətti keçir. Bundan əlavə şimal tərəfdən 12.0 m-13.0 məsafələrdən yerüstü boru xətti keçir. Mübahisəli torpaq sahəsi ilə bağlı hüquqmüəyyənədici sənəd təqdim edilməyib. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatla verilmiş ərazidə hasarın qarşısından ortofotoya və mütəxəssisin qeydinə əsasən yüksək gərginlikli elektrik xətti keçir. Həmçinin qeyd olunan boru xətləri şimaldan hasardan təqribən 12.0 aralıda və cənubdan hasar boyu geden boru xətləri elektron bazada su boruları kimi qeydə alınmışdır. Bazaya əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisi deyildir. Tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/4929 nömrəli rəyinə əsasən; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-29958/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, sözügedən mübahisəli torpaq sahəsinə vizual olaraq baxış keçirildi. Vizual baxış zamanı müəyyən edildi ki, sahənin şimal tərəfindən 2.0 m-4.0 mesafeden yüksək gərginlikli elektrik hava xətti keçir. Həmçinin sahənin cənub tərəfindən təqribən 0.3 m - 0.4 - 5.0 məsafələrdə yerüstü boru xətti keçir. Bundan əlavə şimal tərəfdən 12.0 m-13.0 məsafələrdən yerüstü boru xətti keçir. Mübahisəli torpaq sahəsi ilə bağlı hüquqmüəyyənədici sənəd təqdim edilməyib. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatla verilmiş ərazidə hasarın qarşısından ortofotoya və mütəxəssisin qeydinə əsasən yüksək gərginlikli elektrik xətti keçir. Həmçinin qeyd olunan boru xətləri şimaldan hasardan təqribən 12.0 metr aralıda və cənubdan hasar boyu geden boru xətləri elektron bazada su boruları kimi qeydə alınmışdır. Bazaya əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisi deyildir. Tədqiqatın dəyəri 100 manat təşkil edir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, SOCAR-ın İddiaçı istismarında olan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şirvan-Böyükşor Dş-500 mmlik yerüstü neft kəmərinin 116.7-ci km-də, 39 T 03997373; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar 1-ci sırada, kəmərdən təqribən 10 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında vətəndaş Cavabdeh məxsus fərdi yaşayış evi, darvaza, hasar, çardaq və talvar tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasını tələb edilmiş, lakin iş üzrə keçirilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/4929 nömrəli rəyi ilə vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatla verilmiş ərazidə hasarın qarşısından ortofotoya və mütəxəssisin qeydinə əsasən yüksək gərginlikli elektrik xətti keçməsi, qeyd olunan boru xətlərinin şimaldan hasardan təqribən 12.0 metr aralıda və cənubdan hasar boyu geden boru xətləri elektron bazada su boruları kimi qeydə alındığı və bazaya əsasən sahənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi olmadığı müəyyən edilmişdir. Göründüyü kimi hazırki iş üzrə iddia tələbində sökülməsi tələb edilən ərazi boru xətləri şimaldan hasardan təqribən 12.0 aralıda və cənubdan hasar boyu gedən boru xətləri elektron bazada su boruları kimi qeydə alınmışdır. Yəni, həmin ərazinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə heç bir aidiyyəti yoxdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, sökülməsi tələb edilən ərazinin iddiaçıya aid olması barədə iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə əsasən ekspert rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş «şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydaları»-nın 5-ci bəndinə əsasən yerli icra hakimiyyəti ilə obyektdə dəyişiklik edilməsi razılaşdırıldıqdan və bu məqsədlə işlənmiş layihə-smeta sənədləri Bakı şəhər Baş Memarlıq və Şəhərsalma idarəsi tərəfindən təsdiq olunduqdan sonra bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma, yenidənqurma işlərinin aparılması və müvafiq qaydada tikinti işlərinin icrasına başlanmasına yol verilir. Bununla yanaşı nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçı SOCAR-ın İddiaçı istismarında olan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şirvan-Böyükşor Dş-500 mmlik yerüstü neft kəmərinin 116.7-ci km-də, 39 T 03997373; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar 1-ci sırada, kəmərdən təqribən 10 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında vətəndaş Cavabdeh məxsus fərdi yaşayış evi, darvaza, hasar, çardaq və talvar tikildiyini bildirsə də, həmin hallara dair hər hansı sübut təqdim etməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sökülməsi tələb edilən ərazi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi deyildir. Bütün bunlar isə iddiaçının iddiasının əsassız olduğunu göstərməklə onun təmin olunmasını mümkünsüz edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ekspertiza tədqiqatın cəmi dəyərini təşkil edən 100 manat məbləğində vəsait də iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsaiti iddiaçı SOCAR-ın İddiaçındən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar