Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1482/2025 28.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X23 Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (X18 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində işə cəlb edilməklə) “pul” tələbinə dair, iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddianın predmetini dəyişməklə cavabdehdən zərər qismində 102000 manat məbləğində pul vəsaitinin, hüquqi xidmət üçün vəkilə ödənilmiş 300 manat və 392 manat dövlət rüsumunun əvəzinin tutulmaqla, iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 113 nömrəli “Cavabdeh Elmi-İstehsalat Müəssisəsində tikilməkdə olan binasında mənzil almaq” haqqında müqavilə (bundan sonra müqavilə) bağlanılmışdır. Müqavilənin 2-ci maddəsinə əsasən cavabdeh Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsi, ATS-in qərbində inşa edilən yaşayış binasının mansard mərtəbəsində ümumi sahəsi 102 kv.m. olan qeyri-yaşayış sahəsinin (mansard) Alıcıya verilməsinə, iddiaçı Alıcı isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyə və həmin yaşayış sahəsinin təyin edilmiş dəyərini vaxtında ödəməyə zəmanət vermişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 37 saylı Maliyyə arayışına əsasən yaşayış binasının 102 kv.m. olan qeyri-yaşayış (mansard) sahəsinin payçısı İddiaçı tərəfindən tam pay dəyəri ödənildiyi müəyyən olunur. Göründüyü kimi müqavilə bağlanılarkən qüvvədə olmuş Mülki Məcəllənin 178.8-ci maddəsinə (“Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.”) əsasən mənzilin dəyəri tam ödənildyindən iddiaçının xx.xx.2014-cü il tarixdən həmin mansard sahəsinə mülkiyyət hüququ yaranmışdır. Tərəflərindən iddiaçının mülkiyyət hüquqlarının təmin olunması üçün müqavilə ilə müəyyən edilmiş mansard sahəsinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə irəli sürülmüş hazırki iddia üzrə mülki işin hazırlıq mərhələsində iddiaçı tərəfə aydın oldu ki, iddiaçı ilə müqavilə bağlanmasına və həmin sahəyə Maliyyə Arayışı verilməsinə baxmayaraq həmin sahə sonradan başqasına satılmışdır. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan mübahisə predmeti olan əmlakın yerləşdiyi mansard sahəsinin ümumi sahəsinin 887 kv.m olduğu müəyyən olunur. Hansı ki, cavabdeh həmin sahənin 102 kv.m olan hissəsini müqavilə ilə iddiaçıya satmışdır. Lakin təqdim olunan çıxarışlardan iddiaçı tərəfə məlum olmuşdur ki, mansard sahəsinin 873 kv.m hissəsi iddiaçıdan savayı üçüncü şəxslərə də satılmış və hətta həmin şəxslərin adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bu baxımdan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yeni sübutlarla əlaqədar vəziyyətin dəyişməsinə, yəni cavabdehin müqavilə öhdəliklərini və iddiaçının mülkiyyət hüquqlarını pozmasına görə hazırki iddia tələbinin təmin olunması üçüncü şəxslərin hüquq və maraqlarına toxunacağından, habelə gələcəkdə qətnamənin icrası da faktiki qeyri-mümkün olacağından iddia predmetinin dəyişdirilməsi zərurəti yaranmışdır. Yuxarıda da qeyd olunduğu kimi, İddiaçı Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə bağladığı müqavil ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsi, ATS-in qərbində inşa edilən yaşayış binasının mansard mərtəbəsində ümumi sahəsi 102 kv.m. olan qeyri-yaşayış, yəni mansard sahəsini (müqavilə qiymətini tam məbləğdə ödəməklə) alaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması gözləntisi yaranmışdır. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq mansard sahəsini sonradan üçüncü şəxslərə sataraq iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Nəticədə mülkiyyət hüququ yaranmasına baxmayaraq, cavabdehin qanunsuz hərəkətləri nəticəsində daşınmaz əmlakından məhrum olan iddiaçıya mənzilin hazırki bazar qiyməti məbləğində ziyan dəymişdir. Bu baxımdan hesab edir ki, müqavilə öhdəliklərini icra etməyərək pozuntuya yol vermiş cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməlidir. Hazırda həmin ərazidə analoji sahələrin bazar dəyəri 1000 manat/1m2 məbləğindədir ki, iddiaçının aldığı sahənin bazar dəyəri hazırda 102000 manat təşkil edir. Məhkəmədən də xahişi budur ki, həmin məbləğ cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməlidir
3. İddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh direktoru kimi qeyd olunan X19 ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 113 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehə qarşı qaldırdığı iddiasında onunla Cavabdeh Elmi-İstehsalat Müəssisəsi arasında bağlanılmış xx.xx.2014cü il tarixli, 113 nömrəli “Cavabdeh Elmi-İstehsalat Müəssisəsində tikilməkdə olan binasında mənzil almaq” haqqında müqavilə üzrə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsi, ATS-in qərbində inşa edilən yaşayış binasının mansard mərtəbəsində ümumi sahəsi 102 kv.m. olan qeyri-yaşayış (mansard) sahəsinin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh Elmi-İstehsalat Müəssisəsinin üzərinə qoyulması, Cavabdeh Elmi-İstehsalat Müəssisəsindən hüquq xidmətinə görə vəkilə ödənilmiş 300 manat və ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə məcburi qaydada tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra isə iddiaçının nümayəndəsi iddia predmetinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əslində isə tamamilə yeni iddia irəli sürərək, Cavabdeh Elmi-İstehsalat Müəssisəsindən zərər qismində 102000 manat məbləğində pul vəsaitinin, hüquqi xidmət üçün vəkilə ödənilmiş 300 manat və 392 manat dövlət rüsumunun əvəzinin tutulmaqla iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən istinad edilən müqavilədə icraçı Cavabdeh Elmi-İstehsalat Müəssisəsinin direktoru kimi qeyd edilən X19 əslində həmin dövrdə və ümumiyyətlə müəssisəsinin icraçı direktoru olmamış, ona hər hansı səlahiyyət verilməmişdir. Belə ki, Cavabdeh Elmi-İstehsalat Müəssisəsinin direktoru X4r. Müəssisədə icraedici orqan icraçı direktordur. Müəssisənin direktoru təsisçinin razılığı ilə müəssisə əmlakı üzərində sərəncam verir. Bu müqavilə bağlanarkən isə nə təsisçinin razılığı alınmamış, nə də ki, X19 direktor olmamışdır. X11 müqavilə bağlamaq və pul almaq səlahiyyəti olmamışdır. Müqavilə üzrə ödənilmiş vəziyyət müəssisənin balansına daxil olmamışdır. Bundan başqa 2014-cü ildə bir kv.metri 120 manata qeyri-yaşayış sahəsinin satılması mümkünsüzdür. Bazar qiymətləri nəzərə alınarsa, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində bir kv metri 120 manata mənzil satılması həqiqətə uyğun deyil. Yəni 12240 manata 102 kv.m qeyri-yaşayış sahəsinin satılması mümkünsüzdür. Bundan başqa müqavilədə nəzərdə tutulan 102 kv.m qeyriyaşayış sahəsi ayrılaraq, texniki göstəriciləri İddiaçı verilməmişdir. Təqdim olunna çıxarışlardan görünür ki, 102 kv.m sahə mansardda mövcud olmamışdır. Mansardın ümumi sahəsi 887,2 kv.mdir. Həmin sahə də müxtəlif şəxslərin adına çıxarışla rəsmiləşdirilmişdir. Bu illər ərzində göstərilən sahələr satılan zaman İddiaçı tərəfindən heç vaxt həmin hissənin ona məxsus olması ilə bağlı pretenziya göndərilməmiş və müqavilə öhdəliyi üzrə pulun ödənilməsi ilə bağlı məlumat verilməmişdir. Səlahiyyəti olmayan şəxs tərəfindən müqavilənin bağlanması, Nizamnaməyə əsasən təsisçinin razılığı olmadan ona məxsus mülkiyyətin satılması və hətta bununla bağlı real bazar qiymətinin dəyərindən çox aşağı həddə müqavilənin bağlanması həmin müqaviləni özlüyündə etibarsız edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X7 izahatlarında bildirmişdir ki, qarşı tərəfin 102 kv.m sahənin mövcud olmaması iddiaçının ödəniş edib aldığı sahənin, cavabdeh tərəfindən qanunsuz olaraq, başqa şəxslərə satmasından qaynaqlanır. Belə ki, satılan mansard sahəsinə dair artıq digər alıcıların çıxarışları mövcuddur.
6. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatlarında bildirmişdir ki, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin gec verilməsinin səbəbi cavabdehin ardıcıl olaraq, iclaslara gəlməməsindən qaynaqlanırdı. Cavabdeh məhkəmə iclaslarında iştirak etdikdən sonra, yeni hallar müəyyən edilmişdir.
7. Məhkəmə iclasında iştirak edən birləşdirilmiş iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, ekspert rəyi ilə razılaşmır. Olmayan bir sahəyə baxış keçirilməsi mümkünsüzdür. Ona edilən zənglərdə dəfələrlə mütəxəssislərə bu barədə məlumat vermişdir. Binada 102 kv.m sahə yoxdu, ərazisi müəyyən deyil. Ona görə də həmin sahəyə baxış keçirilməsi və rəyin verilməsi mümkünsüzdür. Apellyasiya Məhkəməsində baxılan mülki iş üzrə də yerində baxış zamanı həmin sahə fərqləndirilə bilinməmişdir. Ümumiyyətlə ekspert rəyi formal mülahizə əsasında verilib. Mansarda çıxılmış olsaydı, mütləq komendantın iştirakı zəruridir. Onun iştirakı olmadan ora çıxmaq mümkün deyil. Bu ərazidə iddia edilən sahə mövcud deyildir. Birləşdirilən iş üzrə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, ilkin iddianın rədd edilməsini, birləşdirilən iş üzrə iddianın təmin edilməsini xahiş edir. Müqaviləni bağlayan şəxsin müəssisədə işləmiş olması, pulun ödənilməsi, ödənilən pulun müəssisənin büdcəsinə daxil olması müəyyən edilmir.
8. Əvvəlki məhkəmə iclasında iştirak edən birləşdirilmiş iş üzrə iddiaçının nümayəndəsi və vəkili izahatlarında bildirmişdir ki, müəssisədə Qəniyev Cavid adlı direktoru olmayıb və bu barədə reyestrdən çıxarışı məhkəməyə təqdim etməmişdir. Belə olan halda həmin şəxslə bağlanılan alqı-satqı müqaviləsinə görə müəssisə məsuliyyət daşımır. Belə ki, İddiaçı qeyd edir ki, o, Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə bağladığı müqavilədə Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsi, ATS-in qərbində inşa edilən yaşayış binasının mansard mərtəbəsində ümumi sahəsi 102 kv.m olan qeyri-yaşayış, mansard sahəsini alaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması gözləntisi yaranmışdır. Qeyd etmək istəyir ki, istinad edilən müqavilədə “İcraçı” qismində çıxış edən Cavabdeh direktoru kimi qeyd edilən X19 əslində həmin dövrdə və ümumiyyətlə Müəssisəsin icraçı direkoru olmamış və ona müqavilə bağlamaq səlahiyyəti verilməmişdir. Belə ki, təqdim etdiyi reyestrdən çıxarışdan görünür ki, Cavabdeh direktoru X4r. Müəssisənin nizamnaməsinə nəzər yetirilərkən bəlli olur ki, Müəssisədə icraedici orqan Müəssisənin direktorudur. Müəssisənin direktoru təsisçinin razılığı ilə müəssisənin əmlakı üzərində sərəncam verir. Yəni bu müqavilə bağlanarkən nə təsisçinin razılığı alınıb, nə də ki, C.Qəniyev Müəssisənin direktoru olmayıbdır. Belə bir pozuntu ilə bağlanmış müqavilə və müqaviləyə əsasən direktor kimi qeyd olunmuş C.Qəniyev adlı şəxsin bu müqaviləni bağlamaq və onun müqabilində pul almaq səlahiyyəti olmamaışdır. Hətta qeyd edir ki, qəbzdə qeyd edilən pul vəsaiti Müəssənin balansına daxil olmamışdır. Qeyd edilənlərə uyğun olaraq hesab edir ki, İddiaçı ilə “Zaman" X14 ilə xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilə etibarsız hesab olunmalıdır. Qəniyev Cavidin imzası ilə bağlanan başqa müqavilələr yoxdur. Kassa mədaxil orderindəki möhür onlara aid deyil və həmin şəxsin imzalamaq səlahiyyəti olmayıb. Ağdam Rayon Məhkəməsində ona görə iddia qaldırmışdılar ki, müqavilənin etibarlı olub-olmamasını müəyyənləşdirsinlər. Qəniyev Cavid etibarnamə əsasında müəssisənin direktoru olaraq müqaviləyə qol çəkib. Lakin sorğu verdikdə müəyyən edildi ki, Qəniyev Cavidin adına etibarnamə verilməyib. Onun müəssisədə direktor olması ilə bağlı hər hansı bir rəsmi sənəd olmamışdır. X24 idi, o da 2010-2015-ci illər arasında Qəniyev Cavidə etibarnamə verməmişdir. Müqavilələrdən yalnız birini, 112 saylı müqaviləni qəbul edirlər ki, o da müəssisənin rəsmi kassa mədaxil orderi ilə satılmışdır. Eyni zamanda Qəniyev Cavid tərəfindən imzalanmış müqavilənin mövcudluğunu da mübahisələndirirlər. Möhürün Cavid tərəfindən saxtalaşdırıldığını güman edirlər. Elşən Aslanov adlı şəxsə Rəhimov İlqar etibarnamə vermişdir. Həmin vaxtda bina istismara hazır idi. Evlərin alqı-satqısı ilə bağlı müraciət edən vətəndaşların siyahısının içərisində iddiaçı da olub. X28 bildirir ki, həmin vaxt iddiaçının ödəniş etməsi ilə bağlı müəssisədə rəsmi məlumat yoxdur. İddiaçı iddia predmetinin dəyişdirilməsinə dair ərizə verərək, Cavabdeh Elmi-İstehsalat Müəssisəsindən zərər qismində 102000 manat məbləğində pul vəsaitinin, hüquqi xidmətinə görə vəkilə ödənilmiş 300 manat və ödənilmiş 392 manat dövlət rüsumunun əvəzinin məcburi qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yeni iddia ərizəsini qəbul etmir və hesab edir ki, o, icraata qəbul edilməməli və baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair, 12 iyul 2016-cı il qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (Mülki Prosessual Məcəllənin 53 və 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti -iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. Göründüyü kimi iddiaçının ilkin iddia tələbi müqavilə öhdəliyinin icrası ilə bağlı olmuş və pretenziya ilə MTK-ya da müraciəti məhz onunla bağlı olmuşdur. Hal-hazırda isə iddianın predmetini dəyişərək zərər qismində pul tələb etməsi ilkin iddia ilə heç bir aidiyyatı yoxdur. Yəni Konstitusiya Məhkəməsinin Plenumunun qərarından göründüyü kimi iddiaçı iddia tələbi artırılıb azaldılarkən bütövlükdə iddia predmeti deyil yalnız maddi obyektin həcmində dəyişiklik azaldılıb artırma ola bilər. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, yeni sübutlara əsasən vəziyyətin dəyişməsi iddia tələbinin təmin olunacağı halda üçüncü şəxslərin hüquqlarına toxunacağından o, iddia predmetinin dəyişmidir. Artıq iddia ərizəsində tam şəkildə iddia tələbinin predmeti dəyişdiyindən, həmin iddia ərizəsinə əlavə icraata qəbul edilməməlidir.
9. Bundan başqa cavabdehin nümayəndsi iddiaya yazılı etirazında əlavə olaraq göstərir ki, qeyri-yaşayış sahələri ayrı-ayrı şəxslərin xüsusi mülkiyyətində və istifadəsindədir. Müqavilədə nəzərdə tutulan 102 kv metr qeyri-yaşayış sahəsi ayrılaraq texniki göstəricisi İddiaçı verilməmişdir və təqdim olunan çıxarışlardan da görünür ki, 102 kv metr sahə mansardda mövcud olmamışdır. Mansardın ümumi sahəsi 887,2 kv metrdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin verdiyi çıxarışlardan da bəlli olur ki, ümumi sahəsi 113,5 kv metr olan qeyri-yaşayış sahəsi X15, 240,60 kv metr sahə X13, 220,46 kv mtr sahə X2, 124,5 kv metr sahə X12, 168,4 kv metr isə X5 adına rəsmi qeydiyyata alınmışdır. Həmin Çıxarışların və Texniki pasportun surəti də məhkəməyə təqdim olunmuşdur. Hətta bu illər ərzində qeyri-yaşayış sahəsi satılarkən belə İddiaçı tərəfindən heç vaxt həmin hissənin ona məxsus olması ilə bağlı pretenziya göndərilməmiş və müqavilə öhdəliyi üzrə pul ödəməsi ilə bağlı rəsmi məlumat verilməmişdir. Direktor olmayan şəxs tərəfindən müqavilənin bağlanması, Nizamnaməyə əsasən təsisçinin razılığı olmadan ona məxsus mülkiyyətin satılması və hətta bununla bağlı real bazar dəyərindən çox aşağı həddə müqavilə bağlaması həmin müqaviləni öz-özlüyündə şübhə altına alır.
10. Məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında iştirak etmədiyinə görə, məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
11. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərinin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, xx.xx.1994-cü ildə qeydiyyata alınan Cavabdeh Elmi-İstehsalat Müəssisəsinin qanuni təmsilçisi X4r.
12. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 22821,0 kv.m sahəsi olan çoxmərtəbəli yaşayış binası Cavabdeh Elmi-İstehsalat Müəssisəsinə məxsusdur.
13. İcraçı Cavabdeh Elmi-İstehsalat Müəssisəsi ilə alıcı İddiaçı arasında bağlanan Cavabdeh Elmi-İstehsalat Müəssisəsinin tikilməkdə olan binasında mənzil almaq haqqında xx.xx.2014-cü il tarixli, 112 saylı müqavilənin surətindən görünür ki, müəssisə alıcıya Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsinin qərb hissəsi, ATS-in qərbində inşa edilən yaşayış binasında 18 mərtəbədə, 2 otaqlı mənzilin verilməsinə, alıcı isə mənzili qəbul etməyə və dəyərini vaxtında ödəməyə zəmanət verir.
14. Cavabdeh Elmi-İstehsalat Müəssisəsi tərəfindən verilən (direktor C.S.Qaniyev) xx.xx.2014-cü il tarixli 96 saylı maliyyə arayışının surətindən görünür ki, müəssisə Binəqədi rayonu, Kazımovski küçəsi 56 ünvanında inşa etdiyi binasının sahəsi 75 kv.m olan 2 otaqlı, 88 saylı mənzilin payçısı İddiaçı tərəfindən mənzilin tam pay dəyəri ödənilmişdir.
15. Satıcı Cavabdeh Elmi-İstehsalat Müəssisəsi (nümayəndə X21) ilə alıcı İddiaçı arasında bağlanan AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanda (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 71 kv.m sahəsi olan mənzili 10125 manata alıcıya satmağı, alıcı isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
16. Cavabdeh Elmi-İstehsalat Müəssisəsi tərəfindən verilən 426888 saylı kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2014-cü il tarixli müqavilə üzrə 10125 manat məbləğində ödəniş edilmişdir.
17. İcraçı Cavabdeh Elmi-İstehsalat Müəssisəsi (direktor C.S.Qaniyev) ilə alıcı İddiaçı arasında bağlanan Cavabdeh Elmi-İstehsalat Müəssisəsinin tikilməkdə olan binasında mənzil almaq haqqında xx.xx.2014-cü il tarixli, 113 saylı müqavilənin surətindən görünür ki, müəssisə alıcıya Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsinin qərb hissəsi, ATS-in qərbində inşa edilən yaşayış binasının mansard mərtəbəsində 102 kv.m qeyri-yaşayış sahəsini 1 kv.m-ni 120 manatdan hesablamaqla, 12240 manata verməyi, alıcı isə dəyərini ödəməyi öhdəsinə götürür.
18. Cavabdeh Elmi-İstehsalat Müəssisəsi tərəfindən verilən (direktor C.S.Qaniyev) xx.xx.2014-cü il tarixli, 37 saylı maliyyə arayışının surətindən görünür ki, müəssisənin Binəqədi rayonu, Kazımovski küçəsi 56 ünvanında inşa etdiyi binasının sahəsi 102 kv.m olan qeyri-yaşayış mansardın payçısı İddiaçı tərəfindən tam pay dəyəri ödənilmişdir.
19. Cavabdeh Elmi-İstehsalat Müəssisəsi tərəfindən verilən 426889 saylı kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2014-cü il tarixli, 113 saylı müqavilə üzrə 12240 manat məbləğində ödəniş edilmişdir.
20. "xxxx" MMC tərəfindən verilən daşınmaz əmlakın dəyərləndirilməsi barədə xx.xx.2025-ci il tarixli hesabatdan görünür ki, ünvan 4 ünvanında 18.19 mərtəbəli binanın 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 102 kv.m sahəsi olan, mənzilin, qeyri-yaşayış sahəsinin bazar dəyər 80000 manat, likvid dəyəri 76000 manat müəyyən edilmişdir.
21. İlkin iddianın qaldırılması üçün 392 manat məbləğində dövlət rüsumu, birləşdirilən iş üzrə iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
22. Məhkəmə qərardadına əsasən "xxxx" MMC tərəfindən verilən xx.xx.2026-cı il tarixli, 0347 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsinin qərb hissəsi, ATS-in qərbində inşa edilən yaşayış binasının (ünvan 5 ünvanında) mansard mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin bazar qiyməti 92000 manat, likvid qiyməti 83000 manat müəyyən edilmişdir.
Tədqiq edilmiş sübutlar və tərəflərin izahatları ilə müəyyən edilən işin faktiki halları:
23. İddiaçı Abbas oğlu ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 113 nömrəli “Cavabdeh Elmi-İstehsalat Müəssisəsində tikilməkdə olan binasında mənzil almaq” haqqında müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M. Ə. Rəsulzadə qəsəbəsinin qərb hissəsi, ATS-in qərbində inşa edilən binanın mansard mərtəbəsində 102 m2 qeyri-yaşayış sahəsi, 1 m2 dəyəri 120 manat olmaqla, 12240 manat məbləğində iddiaçı tərəfindən alınmışdır. Müqaviləni cavabdeh tərəfindən Qəniyev C.Ş. imzalamış və cavabdehin möhürü ilə təsdiq edilmişdir. Həmin müqavilə əsasında verilmiş xx.xx.2014-cü il tarixli, 37 saylı Maliyyə Arayışına əsasən mansard sahəsinin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Arayışı cavabdeh tərəfindən Qəniyev C.Ş. imzalamış və cavabdehin möhürü ilə təsdiq edilmişdir. 426889 saylı Kassa Mədaxil orderinin qəbzinə əsasən həmin müqavilə əsasında 12240 manat pul vəsaiti Cavabdehnə mədaxil edilmişdir. Maliyyə sənədini cavabdeh tərəfindən Baş mühasib və kassir imzalamış və cavabdehin möhürü ilə təsdiq edilmişdir. Həmçinin İddiaçı Abbas oğlu ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 112 nömrəli “Cavabdeh Elmi-İstehsalat Müəssisəsində tikilməkdə olan binasında mənzil almaq” haqqında müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsi, ATS-in qərbində inşa edilən binanın 18-ci mərtəbəsində 75 m2 ümumi sahəli 2 otaqlı yaşayış sahəsi, 1 m2 dəyəri 135 manat olmaqla, 10125 manat məbləğində iddiaçı tərəfindən alınmışdır. Müqaviləni cavabdeh tərəfindən Qəniyev C.Ş. imzalamış və cavabdehin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı 12 saylı Notariat Ofisində bağlanmış daşınmaz əmlakın alğı-satqısı müqaviləsinə əsasən, mənzilin dəyərinin xx.xx.2014-cü il tarixli 426888 saylı qəbzlə ödənildiyi müəyyən edilmişdir. Habelə notariat işinə xx.xx.2014-cü il tarixli, 112 nömrəli müqavilə, 36 saylı Maliyyə Arayışı və 426888 saylı Kassa Mədaxil orderi əlavə edilmişdir. Müqaviləni cavabdeh adından cavabdehin qanuni təmsilçisi X9 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli notarial etibarnamə əsasında səlahiyyətli nümayəndə X21 imzalamışdır.
24. Bundan başqa məhkəmənin sorğusuna əsasən Bakı 12 saylı Notariat Ofisitərəfindən məhkəməyə təqdim olunmuş müqavilələrin surətindən görünür ki, digər şəxslərlə bağlanılan müqavilələr də nümayəndə X21 tərəfindən imzanamışdır.
25. Müəyyən edilmişdir ki, mansardın sahəsi 887.2 m2 təşkil edir və ayrı- ayrı şəxslərə satılmaqla, dövlət qeydiyyatına alınmışdır. Belə ki, ilk iddia üzrə cavabdeh, birləşdirilmiş iş üzrə iddiaçının nümayəndəsinin öz etirafına görə ümumi sahəsi 113,5 kv metr olan qeyri-yaşayış sahəsi X15, 240,60 kv metr sahə X13, 220,46 kv metr sahə X2, 124,5 kv metr sahə X12 adına dövlət qeydiyyatına alınmış, 168,4 kv metr isə X5 adına rəsmi qeydiyyata alınmışdır.
26. Birləşdirilmiş iş üzrə iddiaçı Müqavilə və Maliyyə Arayışında imzası olan C.Ş.Qəniyevin hüquqi şəxsin qanuni təmsilçisi olmadığını və müəssisənin əmlakından satış etmək səlahiyyətinin ona verilmədiyini, bu baxımdan həmin hüquqi sənədlərin də heç bir hüquqi etibarlılığının olmadığını bildirir. Həmçinin iddia müddətinin keçməsi barədə ərizə verərək iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir.
Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
27. Məhkəmə tələblərin mahiyyətini nəzərə alaraq ilk növbədə birləşdirilən iş üzrə iddiaçının tələbinə hüquqi qiymət verilməsinin zəruri olduğu qənaətinə gəlir. Belə ki, ikinci iddianın təmini onsuz da birinci iddianın təmin olunmasını istisna edir. Bu baxımdan ilkin mərhələdə ikinci iddia üzrə hüquqi dəyərləndirilmə aparılması məqsədəmüvafiqdir.
28. Bununla bağlı məhkəmə qeyd edir ki, ikinci iddiaya hüquqi qiymət verilməsindən əvvəl həmin iddiaçının mübahisə ilə bağlı müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. Belə ki, tərəfin etibarlı hesab etdiyi müqavilələrə istinad edərək irəli sürdüyü tələbin hüquqi əsasının olub-olmaması, ilk növbədə istinad olunan müqavilənin etibarlılığından asılıdır və tələbin əsaslandığı müqavilənin etibarlılığı təsdiq olunmadığı təqdirdə, həmin müqaviləyə əsaslanan tələbin, hətta etibarsızlıq tələbinin irəli sürülməsi barədə hüquq istisna edilir. Çünki etibarsızlığı tələb edən tərəfin subyektiv hüququ, hazırki halda mübahisəli qeyri-yaşayış sahəsinə dair mövcud olmasını hesab etdiyi hüquqlarının pozulması ehtimalından irəli gəlir.
29. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
30. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır.
31. Bundan başqa Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. - 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. - 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. - 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. - 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. - 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. - 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. - 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır - 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər - 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. - 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir vəonlara xitam verir. - 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. - 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. - 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
32. Müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən 22821,0 kv.m sahəsi olan çoxmərtəbəli yaşayış binası Cavabdeh Elmi-İstehsalat Müəssisəsinə məxsusdur. “İcraçı” adlanan Cavabdeh tərəfindən direktor S.C.Qəniyevin, “sifarişçi” adlanan İddiaçı (çıxış etdiyi tərəflər arasında) Binəqədi Rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Kazımovski küçəsi 54-55 ünvanda tikiləcək binadan mənzilin alğı-satqısı üçün xx.xx.2014-cü il tarixli, 112 nömrəli və qeyri-yaşayış sahəsinin alğı-satqısı üçün xx.xx.2014-cü il tarixli 113 nömrəli müqavilələr imzalanmışdır. Hazırda İddiaçı xx.xx.2014-cü il tarixli, 112 nömrəli müqavilə əsasında Cavabdeh Elmi-İstehsalat Müəssisəsindən aldığı mənzillə bağlı (alğı-satqı müqaviləsi bağlanılmaqla) çıxarış verilmişdir. Lakin cavabdeh xx.xx.2014-cü il tarixli, 113 nömrəli müqavilə üzrə predmetin movcud olmadığını, müəssisə tərəfindən müqaviləni imzalayan şəxsin belə bir səlahiyyətinin olmadığını, müqavilə üzrə ödənilən vəsaitin müəssisənin balansına daxil olmadığını bildirir.
33. Məhkəmə cavabdeh olan MMC-nin yuxarıda qeyd edilmiş etirazlarına növbə ilə qiymət verilməsini məqsədə müvafiq hesab edir.
34. Əvvəla cavabdeh MMC hesab edir ki, birinci iddiaçının müqavilələrinin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması, yəni direktorun yerinə başqa şəxsin imza etməsi onun etibarsızlığına dəlalət edir.
35. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 358.1-ci maddəsində qeyd edilmişdir ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
36. Həmin Məcəllənin 358.2-ci maddəsində isə qeyd edilmişdir ki, əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
37. İşin hallarından da göründüyü kimi cavabdeh 113 nömrəli müqavilə imzalanan vaxt imza səlahiyyəti olmadığı iddia edilən C.S.Qəniyev tərəfindən iddiaçı ilə bağlanmış başqa bir 112 saylı müqavilənin (yaşayış sahəsi sayılan mənzillə bağlı) etibarlılığını mübahisələndirməyərək bəyənmişdir. Yəni həmin müqavilə əsasında notarial qaydada alqısatqı aparılmış və müəssisə C.S.Qəniyev tərəfindən bağlanan müqavilənin qanuni və əsaslığını qəbul etmişdir. Bu fakt isə müqavilənin etibarlılığını şübhə altına almır. İkinci növbədə 113 saylı müqavilə üzrə ödənişlərin kassaya mədaxil edilməməsi ilə bağlı cavabdeh MMC-nin dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, bu hal müqavilənin etibarsızlığına dəlalət etməməklə alıcının hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir. Bundan başqa həmin ödənişin tam şəkildə ödənilməsi barədə iddiaçıya möhürlə təsdiq edilmiş arayış verilmişdir. Məhkəmə qeyd edir ki, eyni şəxs tərəfindən, eyni gündə imzalanmış müqavilələrdən birinin bəyənilərək qəbul edilməsi, digərinin isə etibarsız hesab edilməsi barədə cavabdehin mövqeyi anlaşılan deyil.
38. Odur ki, hüquqi şəxsin təmsilçisinin əldə olunmuş mənfəəti kassaya mədaxil etməməklə hüquqi şəxsə zərər vurması hüquqi şəxsin daxili məsələsidir. Bu faktın mövcudluğu təsdiq olunmuş olsa belə, hüquqi şəxsi öz təmsilçiləri vasitəsilə öhdəsinə götürdüyü mülki vəzifələrdən azad etmir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. (Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3011/2025 saylı, xx.xx.2025-ci il tarixli anoloji mübahisə üzrə 3 ulduzlu qərarı)
39. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir. Belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli Qərarı).
40. Beləliklə, məhkəmə o qənaətə gəlir ki, xx.xx.2014-cü il tarixli, 113 saylı müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən müqavilə etibarlı əqd hesab olunaraq onun etibarlılığından irəli gələn hüquqi nəticələrə səbəb olmalıdır.
41. İşin bir digər müəyyən edilmiş və mübahisələndirilməyən halı, müəssisənin inşa etdiyi binanın mansard hissəsinin satılmış olması və alıcılar tərəfindən çıxarışla rəsmiləşdirilmiş olmasıdır.
42. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
43. Əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
44. Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri).
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
46. Belə ki , Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.
47. Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır.
48. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı, həmçinin Mülki Məcəllənin 157.1-ci maddəsində öz əksini tapmışdır.
49. Bununla yanaşı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 17.2-ci maddəsinə müvafiq olaraq tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər. Həmin Qanunun 17.5-ci maddəsində isə göstərilmişdir ki, bu Qanunun 17.2-17.4cü maddələrində nəzərdə tutulmuş qaydalar tikintisi başa çatdırılmış binanın da tərkib hissələrinə şamil edilir. Bu mənada “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 17.2-ci maddəsində nəzərdə tutulmuş qayda mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmiş mülkiyyətçinin mülkiyyət hüququnun tanınması tələbini gələcəkdə həyata keçirməsi üçün əlavə təminat kimi qəbul edilməlidir. Xüsusi konstitusiya icraatının predmetini təşkil edən məsələnin həlli baxımından 2009-cu il oktyabr ayının 1-dən qüvvəyə minmiş, digər vacib məsələlərlə yanaşı özəl mənzil fonduna daxil olan yaşayış sahələrindən istifadə edilməsi, mənzil-tikinti kooperativlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələrini tənzimləyən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra — Mənzil Məcəlləsi) bəzi müddəaları da diqqətəlayiqdir. Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.
50. Göründüyü kimi, İddiaçı Cavabdeh Elmi-İstehsalat Müəssisəsi ilə bağlamış olduğu xx.xx.2014-cü il tarixli, 113 nömrəli müqavilənin predmeti olan 102 kv.m sahəli qeyri yaşayış sahəsi (mansard üçün) müqavilə üzrə tələb edilən həcmdə 12240 manat ödəniş etmiş, bu faktı kassa məxaric orderi və müəssisənin maliyyə arayışı ilə sübut etmişdir. Bu isə İddiaçı xx.xx.2014-cü il tarixli, 113 nömrəli müqavilənin predmeti olan 102 kv.m sahəli qeyri- yaşayış sahəsinin mülkiyyətçisi kimi tanınması üçün kifayətdir.
51. Lakin cavabdeh tərəfindən sözü gedən qeyri-yaşayış sahəsi başqa şəxslərə satılmaqla, mülkiyyətçinin hüquqlarını pozmuşdur. Nəticədə mülkiyyət hüququ yaranmasına baxmayaraq, cavabdehin qanunsuz hərəkətləri nəticəsində daşınmaz əmlakından məhrum olan iddiaçı ona vurulan zərərin əvəzini tələb etməkdə haqlı olmuşdur.
52. Vurulmuş zərərin məbləği isə "xxxx" MMC tərəfindən verilən xx.xx.2026-cı il tarixli, 0347 saylı mütəxəssis rəyinə əsasən 92000 manat məbləğində qiymətləndirilməlidir. Birləşdirilmiş iş üzrə iddiaçı verilən rəylə razılaşmasa da özü etiraf edir ki, mansard artıq başqa şəxslərə satılıb. Belə olan halda təqdim edilmiş mütəxəssis rəyinin məhz ölçü işlərinin aparılmaması və ya yerində baxış keçirilməməsi əsası ilə etibarsız hesab edilməsinə əsas yoxdur. Çünki mümkün tədqiqat metodları ilə rəy verilmişdir.
53. Cavabdehin (birləşdirilmiş iş üzrə iddiaçının) iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir.
54. Bundan başqa ilkin iddia üzrə iddiaçı hüquqi yardım üçün ödənilmiş 300 manat vəsaitin cavabdehdən tutulmasını xahiş etsə də, tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Tətbiq edilən prosessual normalar:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
55. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
58. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
59. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə:
60. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı (X18 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində işə cəlb edilməklə) “pul” tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdehndən 92000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, dövlət rüsumunun əvəzi qismində 392 manat məbləğində pul vəsaiti Cavabdehndən tutulmaqla İddiaçı ödənilməli, iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
61. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qətetdi:
İddiaçı Cavabdehnə qarşı (X18 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində işə cəlb edilməklə) “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehndən 92.000 (doxsan iki min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun əvəzi qismində 392 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Birləşdirilmiş iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova