Məhkəmə qərarları › İş №e-2(001)-1497/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1497/2024

26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1497/2024 26.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair (açar sözlər: subroqasiya, sığorta,dəymiş zərər) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ödənilmiş 21536 manat məbləğində sığorta ödənişi, 154,61 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı olmaqla, cəmi 21691,01 manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində Cavabdeh1 məxsus olan, etibarnamə ilə idarəetmə hüququ əsasında Cavabdeh2 verilmiş və Cavabdeh3 idarə etdiyi “Khazar SD” markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış “Kia Carnival” markalı ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Hadisənin baş verməsində “Khazar SD” markalı, ** EO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh3 təqsirli bilinmiş və Bakı şəhər Səbail RPİ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən onun barəsində materiallar AR İXM-in 327.1-ci maddəsi ilə inzibatiməsuliyyətə cəlb edilməsi üçün Səbail RPİ-nin DYPŞ-nə göndərilmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün ASC tərəfindən “Kia Carnival” markalı ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 21536 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yolnəqliyyat hadisəsi ilə bağlı Səbail RPİ-nin TŞ-nin təhqiqatçısı Pərviz Mustafayev tərəfindən araşdırma aparılaraq, Cavabdeh3 Oktay oğlu hadisənin baş verməsində təqsirli bilinmişdir və xx.xx.2023-cü il tarixli qərara əsasən onun barəsində cinayət işinin başlanması rədd edilərək, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün Səbail RPİ-nin DYPŞ-ə göndərilmişdir. Bundan sonra Cavabdeh3 barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli“əmlak sığortası” müqaviləsindən müəyyən olunur ki,“Kia Carnival” markalı ** MM *** dövlət qeydiyyat nişanlı avtomobil ASC-də əmlak sığortası qaydasında sığortalanmışdır. Səbail RPİ-nin TŞ-nin təhqiqatçısı Pərviz Mustafayevin xx.xx.2023-cü il tarixli qərarından, xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan, Bakı şəhər Səbail RPŞ DYPİ-nin 21.08..2023-cü il tarixli TP ******* saylı qərarından və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış” dan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə “Khazar SD” markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobillə “Kia Carnival” markalı ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh3 Oktay oğlu hadisənin baş verməsində təqsirli bilinmişdir və xx.xx.2023-cü il tarixli qərara əsasən onun barəsində cinayət işinin başlanması rədd edilərək, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün Səbail RPİ-nin DYPŞ-ə göndərilmişdir. Bundan sonra Cavabdeh3 barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “İSB” az portalından çıxarışdan müəyyən olunur ki, yolnəqliyyat hadisəsi baş verən anda “Khazar SD” markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti icbari qaydada sığortalanmamışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli etibarnamədən və xx.xx.2023-cü il tarixli beh müqaviləsindən müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi baş verən anda “Khazar SD” markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 məxsus olmuş və etibarnamə ilə idarəetmə hüququ əsasında Cavabdeh2 verilmişdir. Zərərin hesablanması aktına və sığorta aktına əsasən yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Carnival” markalı ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilə 21636 manat məbləğində zərər dəymiş, 100 manat şərtsiz azadolma məbləği çıxılmaqla 21536 manat məbləğində sığorta ödənişinin edilməli olduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən ASC tərəfindən “Kia Carnival” markalı ** MM *** dövlətqeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 21536 manat məbləğində sığorta ödənişi edilmişdir. xx.xx.2023-cü il tarixli, BS-S-23/2605 saylı geriyə tələb məktubundan müəyyən edilir ki, ödənilmiş 21536 manat məbləğində sığorta ödənişinin geri ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. İİ. Tərəflərin mövqeləri: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil verdiyi izahatında bildirdi ki, iddia tələbi hüquqlarını müdafiə etdiyi şəxsə münasibətdə Bu səbəbdən də rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 verdiyi izahatında bildirdi ki, iddia qanunsuz və əsassızdır. Bu səbəbdən də rədd olunmasını xahiş etdi. Cavabdeh3 hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 məxsus olan, etibarnamə ilə idarəetmə hüququ əsasında Cavabdeh2 verilmiş və Cavabdeh3 idarə etdiyi “Khazar SD” markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış “Kia Carnival” markalı ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarıın surətindən görünür ki, yol-nəqliyyat hadisəsi ilə bağlı Səbail RPİ-nin TŞ-nin təhqiqatçısı Pərviz Mustafayev tərəfindən araşdırma aparılaraq, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin baş verməsində “Khazar SD” markalı, ** EO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh3 hadisənin baş verməsində təqsirli bilinmiş və cinayət işinin başlanması rədd oğlu təqsirli bilinmiş və Bakı şəhər Səbail RPİ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilmiş, onun barəsində materiallar AR İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Səbail RPİ-nin DYPŞ-nə göndərilmişdir. - xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protocol əsasında tərtib edilmiş Bakı şəhər Səbail RPŞ DYPİ-nin xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarının surətindən görünür ki, Cavabdeh3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, 40 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. - 23.10.2023-cü il tarixli zərərin hesablanması aktının surətindən görünür ki, “Kia Carnival” markalı ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində 21636 manat zərər dəymişdir. - xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən ASC tərəfindən “Kia Carnival” markalı ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 21536 manat məbləğində sığorta ödənişi edilmişdir. - 07.11.2023-cü il tarixli "xxxx" ASC-nin xəbərdarlıq məktubunun surətindən görünür ki, ASC tərəfindən “Kia Carnival” markalı ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 21536 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. - xx.xx.2023-cü il tarixli, ********** nömrəli “əmlak sığortası” müqaviləsinin suerətindən görünür ki, “Kia Carnival” markalı ** MM *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də əmlak sığortası qaydasında sığortalanmışdır. - “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış” dan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə “Khazar SD” markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobillə “Kia Carnival” markalı ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh3 Oktay oğlu hadisənin baş verməsində təqsirli bilinmişdir və xx.xx.2023-cü il tarixli qərara əsasən onun barəsində cinayət işinin başlanması rədd edilərək, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün Səbail RPİ-nin DYPŞ-ə göndərilmişdir. Bundan sonra Cavabdeh3 barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. - “İSB” az portalından çıxarışdan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi baş verən anda “Khazar SD” markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti icbari qaydada sığortalanmamışdır. - xx.xx.2023-cü il tarixli etibarnamədən və xx.xx.2023-cü il tarixli beh müqaviləsindən müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi baş verən anda “Khazar SD” markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 məxsus olmuş və etibarnamə ilə idarəetmə hüququ əsasında Cavabdeh2 verilmişdir. - xx.xx.2023-cü il tarixli, BS-S-23/2605 saylı geriyə tələb məktubunun surətindən görünür ki, ödənilmiş 21536 manat məbləğində sığorta ödənişinin geri ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. - ƏN-Vİİ seriyalı, 730737 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh1 “Khazar SD” markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsini Cavabdeh2 3 il müddətinə etibar etmişdir. - 03.06.2024-cü il tarixli, 9/1608-8/652 nömrəli ekspert rəyində göstərilmişdir ki, ... 2021-ci il buraxılışlı, “Kia Carnival” markalı ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3540 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti 18090 manat; təmir-bərpa işlərinin qiyməti 3540 manat. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1097.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcələnin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1114.1-ci maddəsinə müvafiq olaraq, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Baxılan iş üzrə yüksək təhlükə mənbəyi olan Cavabdeh1 məxsus avtomobil yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh3 tərəfindən idarə edilmişdir, yol nəqliyyat hadisəsini törətmiş şəxs avtomobili qanuni əsas üzrə idarə etmişdir. Avtomobil mülkiyyətçi tərəfindən avtomobilə dair alqısatqı, bağışlama hərəkətlərin edilməsi məqsədi ilə mülkiyyətçinin oğlu, iş üzrə Cavabdeh2 etibarnamə verilmiş, sonuncu həmin etibarnamə əsasında avtomobili Cavabdeh3 vermişdir. Bu baxımdan yol-nəqliyyat hadisəsi üzrə Cavabdeh1 və Cavabdeh2 mülki hüquqi məsuliyyəti istisna olunur. Belə ki, yuxarıda sadalanan maddələrdən müəyyən edildiyi kimi zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Belə ki, sığortalı (faydalanan şəxs) əksər hallarda ona vurulmuş zərəri əhatə edən sığorta ödənişini almaqla, sonrakı tutulmaya marağını itirir. Nəticədə zərər vuran şəxs məsuliyyətdən yayına bilər. Yalnız subroqasiya zərər vuran şəxsdən zərərin əvəzinin tutulmasını təmin edir. Beləliklə, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh3 qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə onun təqsiri müəyyən edilmişdir. Nəticədə sığorta ödənişi vermiş iddiaçının (sığortaçının) Cavabdeh3 (hadisəni törətmiş şəxsə) qarşı subroqasiya hüququ yaranmış, avtomobilin mülkiyyətçisi Cavabdeh1 və münasibətdə təmsilçi olan Cavabdeh2 hərəkətlərində qanunsuzluq olmamış, hadisə ilə səbəbli əlaqə müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 20211 manat məbləğində pul Cavabdeh3 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş -154,61 (yüz əlli dörd manat altmış bir qəpik) manat dövlət rüsumu Cavabdeh3 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. V. Nəticə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 20211 (iyirmi min iki yüz on bir) manat məbləğində pul və 154,61 (yüz əlli dörd manat altmış bir qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh3 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar