Məhkəmə qərarları › İş №e-2(001)-1521/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1521/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1521/2024 06.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi İmanov nizami Bəxtiyar oğlunun iştirakı ilə İddiaçı (MMC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra İddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh yaranmış 3800,83 manat əsas borcun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 58,01 manatın tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 147 saylı “Alğı-satqı müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, iddiaçı inşaat materiallarını cavabdehə satmağı, cavabdeh isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 9.1-ci bəndinə əsasən bu Müsqavilə bağlandığı andan qüvvəyə minir və bir il müddətində qüvvədədir. Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Malların dəyərinin ödənilməsi bank köçürməsi yolu ilə və yaxud nağd hesablaşma (ödəniş) yolu ilə malların alıcıya, yəni cavabdehə təhvil verildiyi gündən 30 gün ərzində cavabdeh tərəfindən həyata keçirilir. Cavabdeh aldığı malların dəyərini tam ödəməmiş və nəticədə iddiaçıya ümumi borcu 3800,83 manat müəyyən edilmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilənin şərtlərini pozaraq, iddiaçıya borclu olduğu 3800,83 manat pulu ödəməmiş, buna görə də, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri ilə bağlı məhkəməni öncədən məlumatlandırmamışdır. Tədqiq edilən sübutlar: xx.xx.2023-cü il tarixli, 147 saylı “Alğı-satqı müqaviləsi”ndən görünür ki, Cavabdeh İddiaçı MMC-dən inşaat materialları almış və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli “Üzləşdirmə aktı”ndan görünür ki, Cavabdeh İddiaçı MMC-yə ümumi borcu 3800,83 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını araşdıraraq, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını rəhbər tutub, hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilədə və həmin müqaviləyə əlavələrdə digər şərtlərlə yanaşı məhsulların qiyməti, ödəniş qaydası, müddəti və məbləği də nəzərdə tutulmuşdur. xx.xx.2023-cü il tarixli, 147 saylı “Alğı-satqı müqaviləsi” və xx.xx.2023-cü il tarixli “Üzləşdirmə aktı” ilə Cavabdeh İddiaçı MMC-dən inşaat materialları alması sonradan isə onların dəyərini ödəmədiyindən nəticədə 3800,83 (üç min səkkiz yüz manat səksən üç qəpik) manat dəyərində borcun yaranması təsdiq olunur. Göründüyü kimi Cavabdeh müqaviləyə əsasən İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də, cavabdehdən iddia tələbində göstərilən məbləğdə borcun tutulmasına əsas yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia təmin edildiyindən, onun verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 58,01 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3800,83 (üç min səkkiz yüz manat səksən üç qəpik) manat əsas borc tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 58,01 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar