Məhkəmə qərarları › İş №e-2(001)-1562/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1562/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1562/2024 06.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq, 520 manat və 4200 manat olmaqla, ümumilikdə 4720 manat zərər məbləğinin və ödənilmiş 67,2 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Hava limanı yolu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Audi A4” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsus “Kia Carens” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı və X3 məxsus “VAZ-21144” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə sonunculara maddi ziyan dəymişdir. “Audi A4” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixli qiymətləndirmə aktına əsasən, “Kia Carens” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 520 manat məbləğində, xx.xx.2020-ci il tarixli qiymətləndirmə aktına əsasən, “VAZ-21144” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4200 manat məbləğində dəymiş zərər müəyyən olunmuşdur. xx.xx.2021-ci il tarixli ödəniş sənədindən aydın görünür ki, zərərin məbləği olaraq 520 manat sığorta ödənişi iddiaçı tərəfindən X1 bank hesabına ödənilmişdir. xx.xx.2021-ci il tarixli ödəniş sənədindən aydın görünür ki,zərərin məbləği olaraq 4200 manat sığorta ödənişi iddiaçı tərəfindən X4 bank hesabına ödənilmişdir. Suraxanı rayon DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından və onun əsasında tərtib edilmiş YNH-nin təfərrüatları barədə arayışından göründüyü kimi, Bəkirli X7 Xətalar Məcəlləsinin 327.6-cı (hadisə yerindən yayınma) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2023-cü il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, xx.xx.2020-ci il tarixində PXA********** №-li icbari sığorta mağlanaraq, “Audi A4” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə əmlaka və sağlamlığa vurulan zərərin hər birinə görə 5000 manat həddində sığortalanmışdır. İş materiallarında olan Suraxanı rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli TP ******* №-li qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh idarə etdiyi “Audi A4” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Həsən Əliyev prospektində yol hərəkəti qaydalarını pozaraq hadisə yerindən yayınmışdır. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, ona 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışlardan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Hava limanı yolu ərazisində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Audi A4” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsus “Kia Carens” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı və X3 məxsus “VAZ-21144” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə sonunculara maddi ziyan dəymişdir. İş materiallarında olan AutoBox avtomobil servisi tərəfindən tərtib edilmiş xx.xx.2020ci il tarixli qüsur aktlardan görünür ki, “Kia Carens” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 520 manat, “VAZ-21144” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil 4200 manat zərər dəydiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş PXA78729 saylı sığorta aktından və xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, PXA********** №-li Sığorta şəhadətnaməsi ilə sığortalanmış “Audi A4” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh idarə etdiyi həmin avtomobillə xx.xx.2020-ci ildə yol-nəqliyyat hadisəsi törətmiş və həmin hadisə nəticəsində “Kia Carens” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 520 manat məbləğində maddi zərər vurulmuş olduğundan, ödənilməli olan sığorta ödənişinin miqdarı 520 manat məbləğində müəyyən edilmiş və bununla əlaqədar "xxxx" ASC ASC tərəfindən X2 ********** nömrəli plastik kart vasitəsilə 52 manat məbləğində sığorta ödənişi verilmişdir. İş materiallarına əlavə edilmiş PXA72097 saylı sığorta aktından və xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, PXA********** №-li Sığorta şəhadətnaməsi ilə sığortalanmış “Audi A4” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh idarə etdiyi həmin avtomobillə xx.xx.2020-ci ildə yol-nəqliyyat hadisəsi törətmiş və həmin hadisə nəticəsində “VAZ-21144” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4200 manat məbləğində maddi zərər vurulmuş olduğundan, ödənilməli olan sığorta ödənişinin miqdarı 4200 manat məbləğində müəyyən edilmiş və bununla əlaqədar "xxxx" ASC ASC tərəfindən X5 ********** nömrəli plastik kart vasitəsilə 4200 manat məbləğində sığorta ödənişi verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli məktubdan və məktubun göndərilməsini təsdiq edən qaimədən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə də, "xxxx" ASC icbari sığorta ilə sığortalanmış Cavabdeh tərəfindən idarə olunan ““Audi A4” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2020-ci ildə törədilən yol-nəqliyyat hadisəsi zamanı vurduğu zərərlə əlaqədar iddiaçı tərəfindən “Kia Carens” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 520 manat, “VAZ- 21144” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 4200 manat məbləğində pul vəsaitinin ödənildiyi müəyyən edilir. Lakin, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü Cavabdeh hadisə yerindən yayınmış olduğundan sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə Binəqədi Rayon Məhkəməsinin hesabına 67,20 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ həmin Məcəllənin 936.6 maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərər görə məsuliyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2 maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir) və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən, bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və xx.xx.2020-ci ildə "xxxx" ASC tərəfindən icbari sığorta ilə sığortalanmış və Cavabdeh tərəfindən idarə olunan “Audi A4” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol-nəqliyyat hadisəsi zamanı vurulmuş zərərə görə ödənilmiş cəmi 520 manat və 4200 manat məbləğində sığorta ödənişləri subroqasiya qaydasında Cavabdeh tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 67,2 (altmış yeddi manat 20 qəpik) manat dövlət rüsumu ödəmişdir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 67,2 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 4720(dörd min yeddi yüz iyirmi) manat məbləğində ödənilmiş sığorta ödənişinin əvəzi və 67,2 (altmış yeddi manat 20 qəpik) dövlət rüsumu olmaqla, cəmi 4787,20 (dörd min yeddi yüz səksən yeddi manat 20 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar