Məhkəmə qərarları › İş №e-2(001)-1601/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1601/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1601/2025 05.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair (açar sözlər: borc tələbi) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 603, 402, 302 və 202 saylı icarə müqavilələrinə əsasən cavabdehin 30.441.04 AZN borcunun və iddia ərizəsinin verilməsinə görə MMC tərəfindən ödənilmiş 181.33 AZN dövlət rüsumu olmaqla, ümumilikdə 30.622.37 AZN (otuz min altı yüz iyirmi iki manat 37 qəpik) məbləğin Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Cavabdeh arasında Bakı şəh., Nəsimi ray., M.Füzuli və S.Vurğun küçələrinin kəsişməsi ünvanındakı “X6” yaşayış kompleksində yerləşən binanın 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 125.11 kv.m. olan 603 saylı mənzilin icarəsinə dair 7020/603 saylı xx.xx.2024-cü il tarixli, “X6” yaşayış kompleksində yerləşən binanın 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 66 kv.m. olan 302 saylı mənzilin icarəsinə dair 7070/302 saylı, xx.xx.2023-cü il tarixli, “X6” yaşayış kompleksində yerləşən binanın 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 160 kv.m. olan 402 saylı mənzilin icarəsinə dair 707A/402 saylı xx.xx.2023-cü il tarixli, “X5” yaşayış kompleksində yerləşən binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 160 kv.m. olan 202 saylı mənzilin icarəsinə dair 707A/202 xx.xx.2023-cü il tarixli müqavilə imzalamışdır. 7020/603 saylı xx.xx.2024-cü il tarixli müqavilənin 1 saylı Əlavəsinə əsasən, İcarəçi (yəni cavabdeh) Şirkətə icarə haqqı müqabilində aylıq 2230 AZN və göstərilən xidmətlərin müqabilində Şirkətə aylıq 75 AZN Xidmət haqqı ödəyəcək. 7070/302 saylı, xx.xx.2023-cü il tarixli müqavilənin 1 saylı Əlavəsinə əsasən, İcarəçi (yəni cavabdeh) Şirkətə icarə haqqı müqabilində aylıq 1062 AZN və göstərilən xidmətlərin müqabilində Şirkətə aylıq 40 AZN Xidmət haqqı ödəyəcək. 707A/402 saylı, xx.xx.2023-cü il tarixli müqavilənin 1 saylı Əlavəsinə əsasən, İcarəçi (yəni cavabdeh) Şirkətə icarə haqqı müqabilində aylıq 1850 AZN və göstərilən xidmətlərin müqabilində Şirkətə aylıq 64 AZN Xidmət haqqı ödəyəcək. 707A/202 saylı, xx.xx.2023-cü il tarixli müqavilənin 1 saylı Əlavəsinə əsasən, İcarəçi (yəni cavabdeh) Şirkətə icarə haqqı müqabilində aylıq 2035 AZN və göstərilən xidmətlərin müqabilində Şirkətə aylıq 64 AZN Xidmət haqqı ödəyəcək Bu müqavilələrin 2 saylıƏlavəsində icarəçiyə (cavabdehə) göstərilən xidmətlər ətraflı sadalanır. Bu müqavilələrin 2.4-cü bəndinə əsasən, kirayəçi bu Müqavilə üzrə ödəmələri vaxtında aparmadığı halda Kirayəyə verən ödənişin gecikdirildiyi hər bir təqvim günü üçün ödənilməli məbləğin 0.1 faiz məbləğində dəbbə pulu almaq hüququ var. Həmin müqavilənin 2 saylı Əlavəsinin 4 (a) bəndinə əsasən, Kirayəçi kirayə, xidmət haqqını və sayğac göstəricilərinə əsasən kommunal xidmətlərdən istifadə haqqını bu kirayə müqaviləsinin şərtlərinə müvafiq qayadada 5 iş günü ərzində ödəmək öhdəliyi daşıyır. Cavabdeh 402 saylı mənzil üzrə 15.118.13 AZN (14.362.98 AZN kirayə və xidmət haqqı, 755.15 AZN kommunal xidmətlər üzrə haqq),603 saylı mənzil üzrə isə 13.739.16 AZN (13.599.5 AZN kirayə və xidmət haqqı, 139.66 AZN kommunal xidmətlər üzrə haqq), 402 saylı mənzil üzrə 1488.42 AZN (1300.36 kirayə və xidmət haqqı, 123.1 AZN kommunal xidmətlər üzrə haqq) və 202 saylı mənzil üzrə isə 95.33 ancaq kommunal xidmətlər üzrə borc məbləği təşkil edir ki, beləliklə ümumilkdə dörd mənzil üzrə cavabdehin 30.441.04 AZN borcu yaranmışdır. Əlavə olaraq, cavabdehə xx.xx.2024-cü il tarixli pretenziya göndərilərək borcun ödənilməsi tələb edilmiş və ağlabatan müddət müəyyən edilmiş, lakin cavabdeh tərəfindən borcun ödənilməsi ilə bağlı irəliləyiş olmamışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, göründüyü kimi iddiaçı Şirkət müqavilə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri icra etmiş, icarə predmetini təhvil vermiş və xidmətləri göstərmişdir, lakin cavabdeh israrla bu günə qədər göstərilən xidmətlərə görə xidmət haqqını ödəməkdən boyun qaçırır. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, cavabdehlə mübahisənin barışıqla həll edilməsi üçün danışıqlar edilmiş, cavabdeh tərəfindən müqavilələr üzrə 1000 və 8000 olmaqla iki dəfə ödəniş edilsə də, qalan məbləğ ödənilməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - İddiaçı MMC Cavabdeh arasında Bakı şəh., Nəsimi ray., M.Füzuli və S.Vurğun küçələrinin kəsişməsi ünvanındakı “X6” yaşayış kompleksində yerləşən binanın 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 125.11 kv.m. olan 603 saylı mənzilin icarəsinə dair 7020/603 saylı xx.xx.2024-cü il tarixli, “X6” yaşayış kompleksində yerləşən binanın 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 66 kv.m. olan 302 saylı mənzilin icarəsinə dair 7070/302 saylı, xx.xx.2023-cü il tarixli, “X6” yaşayış kompleksində yerləşən binanın 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 160 kv.m. olan 402 saylı mənzilin icarəsinə dair 707A/402 saylı xx.xx.2023-cü il tarixli, “X5” yaşayış kompleksində yerləşən binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 160 kv.m. olan 202 saylı mənzilin icarəsinə dair 707A/202 xx.xx.2023-cü il tarixli müqavilə imzalamışdır. - 7020/603 saylı xx.xx.2024-cü il tarixli müqavilənin 1 saylı Əlavəsinə əsasən, İcarəçi (yəni cavabdeh) Şirkətə icarə haqqı müqabilində aylıq 2230 AZN və göstərilən xidmətlərin müqabilində Şirkətə aylıq 75 AZN Xidmət haqqı ödəyəcək. - 7070/302 saylı, xx.xx.2023-cü il tarixli müqavilənin 1 saylı Əlavəsinə əsasən, İcarəçi (yəni cavabdeh) Şirkətə icarə haqqı müqabilində aylıq 1062 AZN və göstərilən xidmətlərin müqabilində Şirkətə aylıq 40 AZN Xidmət haqqı ödəyəcək. - 707A/402 saylı, xx.xx.2023-cü il tarixli müqavilənin 1 saylı Əlavəsinə əsasən, İcarəçi (yəni cavabdeh) Şirkətə icarə haqqı müqabilində aylıq 1850 AZN və göstərilən xidmətlərin müqabilində Şirkətə aylıq 64 AZN Xidmət haqqı ödəyəcək. - 707A/202 saylı, xx.xx.2023-cü il tarixli müqavilənin 1 saylı Əlavəsinə əsasən, İcarəçi (yəni cavabdeh) Şirkətə icarə haqqı müqabilində aylıq 2035 AZN və göstərilən xidmətlərin müqabilində Şirkətə aylıq 64 AZN Xidmət haqqı ödəyəcək. Müqavilələrin 2.4cü bəndinə əsasən, kirayəçi bu Müqavilə üzrə ödəmələri vaxtında aparmadığı halda Kirayəyə verən ödənişin gecikdirildiyi hər bir təqvim günü üçün ödənilməli məbləğin 0.1 faiz məbləğində dəbbə pulu almaq hüququ var. Həmin müqavilənin 2 saylı Əlavəsinin 4 (a) bəndinə əsasən, Kirayəçi kirayə, xidmət haqqını və sayğac göstəricilərinə əsasən kommunal xidmətlərdən istifadə haqqını bu kirayə müqaviləsinin şərtlərinə müvafiq qayadada 5 iş günü ərzində ödəmək öhdəliyi daşıyır. - xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh İddiaçı MMC ilə 707A/402 saylı, xx.xx.2023-cü il tarixli və kirayə müqaviləsi ilə kirayəyə götürülmüş 402 saylı mənzilə dair icarə haqqı, xidmət haqqı və kommunal haqların xx.xx.2024-cü il tarixinə olan qalıq borcu 36460,33 manat təşkil edir. Cavabdeh 10 gün ərzində borcunu ödəmədiyi təqdirdə, məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2025-ci il tarixli Milliön elektron ödəmə sisteminin qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən 416973******4470 saylı kart nömrəsinə 1000 manat və 8040 manat pul köçürülmüşdür. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700-cü maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 675-ci maddəsinə görə, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 684.1-ci maddəsinə müvafiq olaraq, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Mülki Məcəllənin 684.2-ci maddəsinə əsasən, kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. Mülki Məcəllənin 685.2-ci maddəsinə görə, kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Mülki Məcəllənin 689.1-ci maddəsinə müvafiq olaraq, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Mülki Məcəllənin 697.1-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında münasibətlər xx.xx.2023-cü il tarixdə başlanmış, iddiaçı üzərinə bağlanmış icraə müqaviləsi üzrə müqavilələrin 2 saylı Əlavələr üzrə öhdəliklər götürmüş, müqavilələrdə qeyd olunan mənzilləri cavabdehə təhvil vermiş və tərəflər arasında icarə müqavilələri bağlanmışdır. Həmin müqavilənin 2 saylı Əlavəsinin 4 (a) bəndinə əsasən, Kirayəçi kirayə, xidmət haqqını və sayğac göstəricilərinə əsasən kommunal xidmətlərdən istifadə haqqını bu kirayə müqaviləsinin şərtlərinə müvafiq qayadada 5 iş günü ərzində ödəmək öhdəliyi daşıyır. Lakin cavabdeh tərəfindən öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində 402 saylı mənzil üzrə 15.118.13 AZN (14.362.98 AZN kirayə və xidmət haqqı, 755.15 AZN kommunal xidmətlər üzrə haqq),603 saylı mənzil üzrə isə 13.739.16 AZN (13.599.5 AZN kirayə və xidmət haqqı, 139.66 AZN kommunal xidmətlər üzrə haqq), 402 saylı mənzil üzrə 1488.42 AZN (1300.36 kirayə və xidmət haqqı, 123.1 AZN kommunal xidmətlər üzrə haqq) və 202 saylı mənzil üzrə isə 95.33 ancaq kommunal xidmətlər üzrə borc məbləği təşkil edir ki, beləliklə ümumilkdə dörd mənzil üzrə cavabdehin 30.441.04 AZN borcu yaranmışdır. Həmçinin işin gedişatı müddətində Cavabdeh tərəfindən 416973******4470 saylı kart nömrəsinə 1000 manat və 8040 manat pul köçürülmüşdür. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 21401,04 manat məbləğində icarə borcu və 154 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 21401,04 (iyirmi bir min dörd yüz bir manat dörd qəpik) manat məbləğində icarə borcu və ödənilmiş 154 (yüz əlli dörd) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar