Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-162/2025 14.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X11 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin Cavabdeh qarşı ("X24" Şirkəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb edilməklə)“neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Şirvan- Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 114.9-cu km-də, kəmərə paralel 1-ci sırada, təqribən neft boru kəmərindən 27 metr aralı məsafədə, 39 T 397076; ******* saylı koordinatda, neft boru kəmərinin mühafizə zonasında Binəqədi rayonu Xocasən qəsəbəsi ünvanında cavabeh X12 tərəfindən inşası davam etdirilən yarımtikili fərdi yaşayış evinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 114.9-cu kmdə, kəmərə paralel 1ci sırada, təqribən neft boru kəmərindən 27 metr aralı məsafədə, 39 T 397076; ******* saylı koordinatda, neft boru kəmərinin mühafizə zonasında Binəqədi rayonu Xocasən qəsəbəsi ünvanında cavabeh X12 tərəfindən inşası davam etdirilən yarımtikili fərdi yşayş evi faktı aşkar olunmuşdur Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; AR Torpaq Məcəlləsinin 111ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) “Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurguların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin AR Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən “tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.” Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddiasını müdafiə etmişdir. Əlavə olaraq bildirmişdir ki, məhkəmənin icraatından anoloji işləri çoxdur və mütəmadi olaraq iddiaları təmin edilir. Çıxarılmış qətnamələrin bir qismi icra olunur. Adətən dövlət ehtiyacları üçün zəruri olduqda, artık söküntü işlərinə başlanılır. Cavabdehin mülkiyyət hüququnun yaranmasına əsas verən icra hakimiyyətinin sərəncamını inzibati məhkəmədə mübahisələndirsələr də, yekun qərardan məlumatı yoxdur.
4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, cavabeh tərəf etirazında qeyd edir ki, neft kəmərinin mühafizə zonasının 50 metr olması məlum deyil. Halbuki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın təsdiq edilməsi barədə 13 aprel 2023-cü il tarixli qərarında mühafizə zonası göstərilmişdir. Bundan başqa neft kəməri hazırda şirkətin istismarındadır. Hətta təşkilat olan kəmərdən keçən neft, təzyiqi barədə məlumat verə, hətta arayış təqdim edə bilər. Digər bir məqam isə neft kəmərinin magistral neft kəməri olmaması ilə bağlıdır. Halbuki, uzunluğu 7-8 km olan kəmərlər magistral neft kəmərləri hesab olunur. İddiaçının hazırki iddianın qaldırılmasına subyektiv hüququnun olmaması ilə bağlı etirazın dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının belə bir hüququnun olması barədə Ali Məhkəmənin qərarı vardır. Belə ki, doğrudur mülkiyyət hüququ konstitusion hüquq olsa da, təhlükəsiz yaşamaq da, bu hüquqlardan biridir. Yuxarı instansiya məhkəmələri isə təhlükəsiz yaşamaq hüququnun, mülkiyyət hüququndan üstün olması qənaətindədirlər. Cavabdeh tərəfin təqdim etdiyi çıxarışın, həmin torpaq sahəsinə aid olması da, mübahisəli məsələdir. Dəfələrlə praktikada olub ki, torpağa dair çıxarış təqdim edilsə də, çıxarış həmin torpaq sahəsinə aid olmayıb.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, tikilinin yerləşdiyi torpaq sahəsi ilk başlarda 10 sot olub. Həmin sahənin 5 sotu başqa bir şəxsə satılır. Alan şəxs həmin 5 sotun 2 sotunu hazırki cavabdehə satır. Cavabdeh 40 il əziyyət çəkib, işləyib, qazanc əldə edərək həmin evi tikir və torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış alır. Cavabdehin torpaq sahəsinə xüsusi mülkiyyət hüququ 2023-cü ildə dövlət qeydiyyatına alınır. O vaxta qədər torpaq sahəsinin hüquqi vəziyyəti ilə bağlı İH-nin müvafiq sərəncamı ilə ilkin qeydiyyat aparılır. İddiaçı tərəf sərəncamın etibarsızlığı ilə bağlı iddia qaldırsa da, iddia mümkünsüz sayılmışdır. Sərəncamın etibarsız sayılması üçün iddia müddəti bir ildir. İddianı əsassız edən digər bir məqam isə ondan ibarətdir ki, cavabdeh torpaq sahəsini alan üçüncü şəxsdir. Yəni, vicdanlı alıcı hesab edilir. Nə torpaq sahəsi alınanda, nə plan-xəritəsi çıxarılandə şirkətin hər hansı br iddiası və xəbərdarlığı olmur. Hətta torpağın təyinatı yaşayış məntəqələrinin torpaqları kimi qeyd olunur. Əgər neft torpaqları kimi qeyd olunmuş olsaydı, bu barədə cavabdehin məlumatı olmuş olardı. 2024-cü ilin yanvar ayında Dövlət Şəhərsalma və Arxitektura idarəsinə və İcra Hakimiyyətinə müraciət edilmiş və tikinti üçün lazımı icazələr alınmışdır. Hazırda cavabdeh tikilmiş evdə yaşayır. Evə qaz 3 ay, işıq 9 ay, su isə 7 aydır ki, çəkilmişdir. İddiaçının iddia etdiyi ərazidə kəmər yaxınlığı 5 metr olan minlərlə ev var. Mübahisəli evin yanında otel kompleksi, yolun əks tərəfində boruya yaxın çoxmərtəbəli yaşayış kompleksi tikilir. Lakin bu tikililərlə bağlı hər hansı tədbir görülməmişdir. Hazırda cavabdehin torpağa xüsusi mülkiyyət hüququna dair rəsmi qaydada dövlət qeydiyyatına alınmış çıxarışı var. Torpaq üzərində olan tikiliyə isə gözlənilən mülkiyyət hüququ var. Artıq həmin evdə iddiaçı və ailəsi yaşayır və evə dair çıxarışın alınması üçün müraciət edilib. Evin tikintisini qadağan edən müvəqqəti təminat tədbirinə apellyasiya icraatında baxılan zaman qarşı tərəfin mühafizə xidmətindən 6 nəfər cavabdehlə mübahisə edir. Həmin mübahisə polis idarəsində sonlanır. Lakin özünün müdaxiləsi nəticəsində material açılmadan bağlanır.
6. İddiaçının nümayəndəsi və vəkili əvvəlki məhkəmə iclaslarında bildirmişdir ki, Azərbaycan Respublikasının Tikinti Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən mübahisəli sahəyə tikintilərin dövlət reyestrindən internet səhifəsindən çıxarış təqdim olunmuşdur ki, həmin çıxarışda da xx.xx.2024-cü çil tarixdə mübahisəli torpaq sahəsində tikinti aparılmasına icazə verilmişdir. Hazırda mübahisəli torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. Sözügedən ünvana işıq və Socar tərəfindən qaz xətti çəkilmişdir və evə qaz sayğacı quraşdırılmışdır. Bu barədə elektron sistemə qaz sayğacının fotoşəklini, texniki şərti və layihəni təqdim etmişdir. Mübahisəli ərazi ümumilikdə 10 sot olmuşdur. Torpaq sahəsinin əvvəlki sahibi X15 topraq sahəsinin 2 sotunu cavabdehə satmışdır. Bundan başqa cavabdeh vicdanlı alıcıdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilən zaman mübahisəli torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin balansında olması barədə məlumat verilməmişdir. Biz mübahisəli torpaq sahəsi mühafizə zolağına düşməsini qəbul edirik. Cavabdeh həmçinin Binəqədi Rayon İcra Hakimiyyətini məlumatlandıraraq ev tikmişdir. Ev tikilən zaman Binəqədi Rayon İcra Hakimiyyəti etiraz etməmişdir. Bundan başqa iddiaçının əməkdaşları cavabdehi döyərək ona xəsarət yetirmişlər. Hətta iddiaçının əməkdaşları cavabdehi döydükdən sonra polis bölməsinə döyülmələri ilə bağlı şikayət etmişlər. İddiaçının nümayəndəsinin təqdim etdiyi qərarlar 3 ulduzlu yekun məhkəmə aktları deyil. Həmin ərazidə, özü də hətta boru kəmərinin 5-6 metrliyində xeyli sayda tikililər, fərdi yaşayış evləri mövcuddur, o cümlədən yeni tikilmiş yüksəkmərtəbəli, yəni 18 mərtəbəli yaşayış kompleksi Aral Group-un unikal yeni "Greenville Residence" yaşayış kompleksi də inşa edilmişdir ki, həmin evlər və binalar Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən boru kəmərinə daha yaxın məsafədə yerləşir. Belə olan halda, əgər Cavabdeh tam qanuni əsaslarla əldə etdiyi və mülkiyyətində olan torpaq sahəsi neft boru kəmərinin mühafizə zonası daxilinə düşürsə, onda həmin torpaq sahəsindən daha yaxın ərazilərdə minlərlə tikililərin, fərdi yaşayış evlərinin, xüsusilə də 16 mərtəbəli yeni yaşayış binasının necə və hansı qaydada inşa edilməsinə iddiaçı mütləq aydınlıq gətirməlidir. Bundan başqa cavabdehin evinin yanında məşhur Çinarlı oteldə yerləşir. Həmin otelində çıxarışı vardır. Hazırda cavabdeh çıxarışın alınması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir.
7. İddiaçının nümayəndəsi və vəkili iddiaya dair yazılı etirazında göstərir: 3.1. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “Neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, - SOCAR-ın İddiaçı istismarında olan ŞirvanBöyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 114.9-cu km-də, kəmərə paralel 1-ci sırada, təqribən neft boru kəmərindən 27 metr aralı məsafədə, 39 T 397076; ******* saylı koordinatda, neft boru kəmərinin mühafizə zonasında Binəqədi rayonu Xocasən qəsəbəsi ünvanında cavabeh X12 tərəfindən inşası davam etdirilən yarımtikili fərdi yaşayış evinincavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.2. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı daha əvvəl, yəni xx.xx.2024-cü il tarixində müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 114.9-cu km-də, kəmərə paralel 1-ci sırada, təqribən neft boru kəmərindən 27 metr aralı məsafədə, 39 T 397076; ******* saylı koordinatda Binəqədi rayon, Xocasən qəsəbəsi ünvanında hər hansı tikinti işlərinin aparılmasının Cavabdeh qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 3.3. Binəqədi rayon Məhkəməsinin (hakim İlkin Əliyev) icraatında olan e-16(001)-13/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. 3.4. İddia tələbi və müvəqqəti təminat tədbiri barədə ərizə onunla əsaslandırılmışdır ki, - SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 114.9-cu km-də, kəmərə paralel 1-ci sırada, təqribən neft boru kəmərindən 27 metr aralı məsafədə, 39 T 397076; ******* saylı koordinatda, neft boru kəmərinin mühafizə zonasında Binəqədi rayonu Xocasən qəsəbəsi ünvanında Cavabdeh tərəfindən inşası davam etdirilən yarımtikili fərdi yşayş evi faktı aşkar olunmuşdur. - Belə ki, xx.xx.2024-cü il tarixdə saat 15:00-də Binəqədi rayon, Xocasən qəsəbəsi, ünvanında, Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 114.9-cu km-də, kəmərə paralel 1-ci sırada, təqribən neft boru kəmərindən 27 metr aralı məsafədə, 39 T 397076; ******* saylı koordinatda Cavabdeh tərəfindən boş ərazidə 10 metr enində, 10 metr uzunluğunda ev tikintisi üçün özül tökülməsi işləri tərəfimizdən aşkar olunmuşdur. - Özünü zəbt olunan ərazinin sahib kimi təqdim edən Cavabdeh neft boru kəmərinin mühafizə zonası daxilində gördüyü işlərin qanunazidd olduğu dəfələrlə izah edilsə də, yazılı xəbərdarlıq götürməkdən imtina edərək tikinti işlərini dayandırmayacağını bildirmişdir. Müvafiq akt tərtib olunan zaman cavabdehə xəbərdarlıq edilərək, neft boru kəmərinin mühafizə zonasında tikinti işlərinin aparılmasının qanunla qadağan olunduğu izah edilmiş və tikinti işlərinin aparılmasının dərhal dayandırılması tələb edilmişdir. Ən qısa müddətdə qanunsuz tikilinin sökülməsi tələbinə dair müvafiq iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət ediləcəkdir. - Cavabdeh iddiaçının bütün xəbərdarlıqlarına baxmayaraq neft kəmərinin mühafizə zonasında tikinti işlərini davam etdirir. Qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə yekun qərar qəbul edilib qanuni qüvvəyə minməsi (bütün instansiya məhkəmələri daxil) ən azı bir il davam edəcəkdir. - Cavabdeh isə neft kəmərinin mühafizə zonasında inşa etdiyi hasarı qısa müddətdə tamamlayacaqdır. Bununla da cavabdeh fərqində olmadan özünü və ailəsini böyük təhlükə qarşısında qoymuş olacaq. Bu da öz növbəsində aşağıda qeyd olunan maddi hüquq normalarının tələblərini heçə endirir və həmin normalarının çatmaq istədiyi məqsədə mane olur. 3.5. Aşağıdakı əsaslara görə həmin iddianı qanunsuz və əsassız hesab edir. 3.5.1. Belə ki: 3.5.1.2. X3 ilə digər şəxs - satıcı arasında Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə dair bağlanmış və Bakı şəhəri 51 saylı Notariat Ofisinin notariusu tərəfindən xx.xx.2021-cü il tarixdə təsdiq edilmiş və reyestrdə 4Ə-1421 nömrəsi qeyd edilmiş Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən alıcı həmin torpaq sahəsini ondan əvvəlki mülkiyyətçidən almışdır. 3.5.1.3. Həmin alqı-satqı müqaviləsinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X8 adına Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə dair qeydiyyat aparılmış (torpaq sahəsinnin kateqoriyası: yaşayış məntəqələrinin torpaqları, reyestr nömrəsi: **********56, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021-ci il), bu barədə çıxarış verilmişdir. 3.5.1.4. Həmçinin həmin alqı-satqı müqaviləsinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X8 adına xx.xx.2021-cü il tarixdə 0,10 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. 3.5.1.5. Bundan sonra, yəni 2022-ci ildə müvafiq alqı-satqı müqaviləsinə əsasən həmin alqı-satqı müqaviləsinə əsasən 0,05 ha hissəsi başqa bir şəxsə satılmış, qalan 0,05 ha hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrində X8 adına qeydiyyat aparılmış (reyestr nömrəsi: **********80, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2022-ci il), bu barədə çıxarış verilmişdir. 3.5.1.6. Bundan sonra, yəni 2023-cü ildə X15 ilə ilə X12 arasında sahəsi 0,05 ha olan həmin torpaq sahəsinin 0,02 ha hissəsinə dair Bakı şəhəri 23 saylı Notariat Ofisinin notariusu tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və reyestrdə 4Ə-2338 nömrəsi qeyd edilmişdir. 3.5.1.7. Həmin alqısatqı müqaviləsinə əsasən AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X4 adına qeydiyyat aparılmış (torpaq sahəsinnin kateqoriyası: yaşayış məntəqələrinin torpaqları, reyestr nömrəsi: **********56, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023-cü il) və bu barədə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində (yeni qaydalarla: ünvan 5) yerləşən 0,02 ha torpaq sahəsinə dair çıxarış verilmişdir. 3.5.1.8. Həmçinin həmin alqı-satqı müqaviləsinə əsasən AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X4 adına xx.xx.2023-cü il tarixdə 0,02 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. 3.5.1.9. Bundan sonra müvafiq lisenzyalı firma tərəfindən həmin ünvanda tikiləcək 1 mərtəbəli fərdi yaşayış evinin Eskiz Layihəsi tərtib olunmuşdur. 3.5.1.10. Bundan sonra isə həmin torpaq sahəsinə dair müvafiq sənədlər təqdim edilməklə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olaraq yaşayış evinin tikintisi ilə bağlı məlumatlandırma icraatı qaydasında X12 tərəfindən elektron ərizə ilə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edilərək, 1 mərtəbəli fərdi yaşayış evinin tikinti niyyəti barədə məlumat verilmiş və qanunla müəyyən edilmiş 10 günluk müddət gözlənilmiş, lakin bu günə qədər heç bir cavab verilməmişdir. 3.5.1.11. Onu da qeyd edək ki, iddia ərizəsi və müvəqqəti təminat tədbiri barədə ərizədə göstərilənlərin əksinə olaraq, bu müddətdə ərazidə heç bir inşaat işləri aparılmamış və təbii ki, “inşası davam etdirilən yarımtikili fərdi yşayış evi faktının aşkar olunması” barədə xüsusat tamamilə əsassızdır. 3.5.1.12. Bundan başqa, “özünü zəbt olunan ərazinin sahib kimi təqdim edən Cavabdeh neft boru kəmərinin mühafizə zonası daxilində gördüyü işlərin qanunazidd olduğu dəfələrlə izah edilməsi, Cavabdeh bu barədə yazılı xəbərdarlıq götürməkdən imtina edərək tikinti işlərini dayandırmayacağını bildirməsi, müvafiq akt tərtib olunan zaman cavabdehə xəbərdarlıq edilərək, neft boru kəmərinin mühafizə zonasında tikinti işlərinin aparılmasının qanunla qadağan olunduğunun izah edilməsi və tikinti işlərinin aparılmasının dərhal dayandırılması tələb edilməsi” barədə xüsusat tamamilə əsassızdır. 3.5.1.13. Belə ki, əvvəla, ona görə ki, Cavabdeh “özünü zəbt olunan ərazinin sahib kimi təqdim edən” şəxs yox, həmin həmin torpaq sahəsinin vicdanlı alıcısı (belə ki, torpaq sahəsinin ən azı üçüncü alıcısıdır) və mülkiyyətçisidir. 3.5.1.14. Belə olan halda, torpaq sahəsinin vicdanlı alıcısı və mülkiyyətçisi olan Cavabdeh həmin torpaq sahəsini zəbt edən şəxs adlandırılması tamamilə qanunsuz və əsassızdır. 3.5.1.15. Həmçinin, Cavabdeh neft boru kəmərinin mühafizə zonası daxilində gördüyü işlərin qanunazidd olduğu dəfələrlə izah edilməsi və onun bu barədə yazılı xəbərdarlıq götürməkdən imtina edərək tikinti işlərini dayandırmayacağını bildirməsi və s. kimi bu kimi dəlililər yalandır və heç bir fakta əsaslanmır. 3.5.1.16. Nəhayət, əslində isə hadisə bu cür olmuşdur: Cavabdeh tərəfindən həmin torpaq sahəsinin onun mülkiyyətində olmasını və tam qanuni əsaslarla əldə etməsini təsdiq edən sənədləri həmin şəxslərə təqdim etməsinə baxmayaraq, həmin şəxslər müvafiq sənədlərə heç bir əhəmiyyət verməmişlər. 3.5.1.17. Bir faktı da qeyd edək ki, hazırkı ETİRAZa əlavə edilən fotoşəkillərdən göründüyü kimi, həmin ərazidə, özü də hətta boru kəmərinin 5-6 metrliyində minlərlə tikililər, fərdi yaşayış evləri mövcuddur, o cümlədən yeni tikilmiş yüksəkmərtəbəli, yəni 18 mərtəbəli yaşayış kompleksi (Aral Groupun unikal yeni "Greenville Residence" yaşayış kompleksi) da inşa edilmişdir ki, həmin evlər və binalar Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən boru kəmərinə daha yaxın məsafədə yerləşir. 3.5.1.18. Belə olan halda, əgər Cavabdeh tam qanuni əsaslarla əldə etdiyi və mülkiyyətində olan torpaq sahəsi neft boru kəmərinin mühafizə zonası daxilinə düşürsə, onda həmin torpaq sahəsindən daha yaxın ərazilərdə minlərlə tikililərin, fərdi yaşayış evlərinin, xüsusilə də 16 mərtəbəli yeni yaşayış binasının necə və hansı qaydada inşa edilməsinə iddiaçı mütləq aydınlıq gətirməli, Məhkəmə isə bu hala müvafiq hüquqi qiymət verməlidir. 3.5.1.19. Beləliklə, göründüyü kimi, iddiaçı, guya cavabdehin halına yanırmış kimi, bilə-bilə, əsassız iddia qaldırmaqla, həmçinin bundan əvvəl də müvəqqəti təminat tədbiri barədə ərizə verməklə, əslində Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən istifadəyə qanunsuz maneələr yaratmış, müvəqqəti təminat tədbiri barədə ərizənin təmin olunmasına nail olmaqla, cavabdehə külli miqdarda ziyan vurmuş və ziyan vurmaqda davam edir. Təbii ki, gələcəkdə iddiaçının qanunsuz hərəkətləri nəticəsində cavabdehə vurulmuş ziyanın ödənilməsi barədə müvafiq iddia qaldırılacaqdır. 3.5.2. Onu da qeyd edək ki, iddiaçının istinad etdiyi maddi hüquq normalarının da, o cümlədən Azərbaycan Respublikası MM-in 180.4-cü maddəsinin işin hallarına heç bir aidiyyəti yoxdur. 3.5.2.1. Belə ki, əvvəla Azərbaycan Respublikası MM-in 180-ci maddəsi özbaşına tikinti və onun nəticələri ilə bağlı münasibətləri tənzimləyir ki, mübahisəli torpaq sahəsi Cavabdeh mülkiyyətində olduğundan, tikinti məqsədləri üçün ayrıldığından və həmin torpaq sahəsində tikinti normaları və qaydalarına ciddi surətdə əməl etməklə yaşayış evinin tikilməsi nəzərdə tutulduğundan, orada inşa ediləcək daşınmaz əmlak özbaşına tikinti sayıla bilməz. 3.5.2.2. İkincisi, Cavabdeh mülkiyyətində olan torpaq sahəsində hələ ki heç bir tikinti aparılmamışdır. 3.5.2.3. Belə olan halda, MM-in 180.4-cü maddəsinə istinad olunaraq, möcud olmayan tikilinin skülməsi barədə iddia ilə müraciətin özü də tamamilə qanunsuzdur. 3.5.2.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞ “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi QAYDALARİ”nın 1.1-ci bəndinə əsasən: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində Bakı-Tbilisi-Ceyhan və X30 kəmərləri istisna olmaqla, istismar olunan neft ixrac boru kəmərlərinin qorunması, onların təhlükəsiz və etibarlı istismarı üçün normal şəraitin yaradılması və baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə hazırlanmışdır. 3.5.2.5. Məlumat üçün bildiririk ki, hal-hazırda Azərbaycanın enerji resursları bir-neçə marşrutla dünya bazarına çıxarılır. Bunlar: Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərləri, həmçinin X31 layihəsi əsasında reallaşan genişləndirilmiş X30 Kəməri, TANAP (X10 Pipeline) və TAP (X18) qaz boru kəmərləridir. 3.5.2.6. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində Bakı-Tbilisi-Ceyhan və X30 kəmərlərindən başqa Bakı-Novorossiysk, Bakı- Supsa neft boru kəmərləri, TANAP (X10 Pipeline) və TAP (X18) qaz boru kəmərləri də vardır ki, bunların hamısı ixrac neft boru kəmərləridir. 3.5.2.7. Onu da bildiririk ki, X27-500 mm-lik yerüstü neft kəməri ixrac neft boru kəməri deyildir. 3.5.2.8. İşin nəticəsinə təsir etməsə belə, onu da məlumat üçün bildiririk ki, Şirvan-Böyük Şor yerüstü neft kəməri Dş- 500 mm-lik yox, Dş-300 mm-likdir. 3.5.2.9. Nəhayət onu da bildiririk ki, Şirvan-Böyük Şor yerüstü neft kəməri hazırda işləmir və işlək vəziyyətdə deyildir. 3.5.2.10. X27-500 mm-lik yerüstü neft kəməri respublika daxili neft kəmərlərinə aiddir. 3.5.2.11. Belə ki, mühüm respublika daxili neft kəmərləri Şirvan (keçmiş Əli Bayramlı)-Bakı (130 km), Şirvan (keçmiş Əli Bayramlı)-Daşgil (40 km), Dübəndi-Böyük Şor (40 km), Dübəndi-Keşlə (40 km), Dübəndi-Suraxanı-Böyük Şor (40 km), Daşgil-Sanqaçal-Keşlə (90 km), BuzovnaSabunçu (20 km), Binəqədi-Keşlə (8 km) hesab edilir və və müxtələf ölçülü diametrlərdə fəaliyyət göstərir. 3.5.2.12. İddiaçının istinad etdiyi 50 metrlik mühafizə zonası isə “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi QAYDALARİ”nın təsiri altına düşür, yəni respublika daxili neft kəmərlərinə, konkret halda X27-500 mm-lik yerüstü neft kəmərinə, başqa sözlə, həm də Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. 3.5.2.13. Bundan başqa, İddiaçının istinad etdiyi “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik QAYDALARİ”nda 50 metrlik məsafə ilə bağlı heç bir bənd, yəni müddəa yoxdur. 3.5.2.14. Digər tərəfdən, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik QAYDALARİ”nın 1.24-cü bəndinə əsasən “Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərindəki hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar”. 3.5.2.15. Göründüyü kimi, həmin norma da iddiaçının iddiasının tamamilə qanunsuz və əsassız olmasını təsdiq edir. 3.5.3. Bundan başqa, iddiaçı Dövlət Neft Şirkətinin İddiaçı hazırkı iş üzrə iddianı qaldırmağa subyektiv hüququ da yoxdur. 3.5.3.1. Belə ki, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat sənədlərindən (çıxarışlardan) göründüyü kimi, hazırda Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin kateqoriyası “yaşayış məntəqələrinin torpaqları”na aiddir. 3.5.3.2. Qanunun tələbinə görə, dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. 3.5.3.3. Beləliklə, göründüyü kimi, mübahisəli torpaq sahəsinin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilmir. 3.5.3.4. Qeyd etməyi zəruri hesab edirik ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 3.5.3.2. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki mübahisəli torpaq sahəsinə hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. 3.5.3.3. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə də, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. 3.5.3.4. Qeyd olunan məsələ ilə bağlı M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 3.5.3.5. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla hesab edirik ki, iddiacı Dövlət Neft Şirkətinin İddiaçı hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, torpaq sahəsinin mülkiyyətçisi tərəfindən onunla müvafiq alqı-satqı müqaviləsi bağlanmamış, yaxud torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmiş, həmçinin iddiacı həmin torpaq sahəsi üzərindəki tikilinin ona aid olmasını təsdiq edən və işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. 3.5.3.6. Beləliklə, göründüyü kimi, iddiacı İddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququ yoxdur. 3.5.4. Beləliklə, göründüyü kimi, iddia tamamilə əsassızdır.
8. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X16 izahatında bildirmişdir ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Baxılan mübahisə birbaşa onların maraqlarına toxunur. Ətraf ərazilərdəki tikililərə qarşı anoloji iddiaların qaldırılmış olmaması, qaldırılmayacağını deməyə əsas vermir. Təbii ki, xüsusi mülkiyyətə əsas verən sənədlər inzibati qaydada onlar tərəfindən mübahisələndiriləcək. Lakin hazırki mübahisə ilə bağlı inzibati məhkəmə icraatında baxılan iddiaları yoxdur. Tikilinin yanında fəaliyyətdə olan neft quyusu yoxdur. Lakin bu hal orada quyunun qazılmayacağını deməyə əsas vermir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
9. SOCAR Təhlükəsizlik İdarəsinin 3 saylı komandasının qarovul rəisi məmmədov Sərxan Sahib oğlu, mühafizəçilər X9 və NKİ QİB NBKXS-nin rəisi X5 iştirakı ilə tərtib edilən aktda göstərilir: xx.xx.2024-cü il tarixdə, 1 saylı qarovulun, 1-ci iş növbəsində, saat 15:00-da 4-5 saylı postların (NKİ Şirvan-Böyükşor neft kəməri 92-115. 2 km və kəmərə birləşən Bibiheybət xətti, avtomobildə səyyar) ərazisində X7 istismarında olan Şirvan-Böyükşor Dş500 mm-lik yerüstü neft kəmərinin 114.9-cu km-də Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni qaydalarla: Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Qaraqoyunlu küçəsi, 16 ünvanında (39T397076 ******* koordinatında) X6 məxsus olduğu bildirilən boş ərazidə kəmərə paralel 1-ci sırada, kəmərin təqribən 27 metrliyində, 10 metr enində və 10 metr uzunluğunda ev tikintisi üçün özül tökülməsi işləri aşkar olunmuşdur. Sözügedən şəxsə (tel: ***-***-**-**) mühafizə zonası daxilində gördüyü işin qanunaidd olduğu izah edilərək, işlərin dərhal dayandırılması tələb olunsa da, o, heç bir xəbərdarlığa məhəl qoymayaraq, əlində torpağın çıxarışının olmasını əsas gətirərək, işləri davam etdirəcəyini bildirmişdir. A.D.Niftəliyevlə aparılan profilaktik söhbətlər nəticəsiz qaldığına görə işə müdaxilə etmələri üçün tərəflərindən NKİ-nin QİB NBKXS-nin rəisi X13 dəvət olundu və DİN 102 xidmətinə müraciət edildi və s.
10. X1 ilə alıcı Cavabdeh arasında bağlanan AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, satıcı Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ünvanında yerləşən 0,05 ha olan torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus olan hissəsindən 0,02 ha sahəsini 22000 manat müqabilində alıcı Cavabdeh satmışdır.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən olan çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ünvanında təyinatı yaşayış məntəqələrinin torpaqları olan 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixində X8 adına qeydiyyatdan keçmişdir.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən olan çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ünvanında (Yeni qaydalarla: ünvan 5) təyinatı yaşayış məntəqələrinin torpaqları olan 0,02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixində Cavabdeh adına qeydiyyatdan keçmişdir.
13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı ərazi idarəsi tərəfindən verilən B№208309 seriyalı torpaq sahəsinin planı və ölçüsünə dair sənəddən görünür ki, ünvan 5 ünvanında yerləşən torpağın təyinatı yaşayış məntəqələrinin torpaqları kimi göstərilir.
14. Şirvan-Bakı DŞ-500 mm magistral neft kəməri haqqında arayışdan görünür ki, uzunluğu 134.276 km olan Şirvan-Bakı DŞ-500 mm-lik (şərti diametri 500 mm-dir) yerüstü magistral neft kəmərinin tikintisinə 1963-cü ildə başlanılmış və xx.xx.1964-cü ildə tikintisi başa çatdırılaraq, istismara buraxılmışdır. Kəmərin ilkin layihə təzyiqi 4.5 Mpa, işçi təzyiqi isə 2.5 Mpa-dır. Hal-hazırda kəmərlə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin NQÇİləri və Əməliyyat şirkətləri tərəfindən hasil edilən neftlər H.Əliyev adına Bakı Neft Emalı Zavoduna nəql olunur. Neft Kəmərinin tikintisi SSRİ “Baş Qaz Cənub Qaz Kəmər Tikinti Tresti” tərəfindən aparılmışdır. Neft kəməri hal-hazırda işlək vəziyyətdədir və X14 tərəfindən istismar olunur. Neft kəməri 1964-cü ildən bu günə kimi tikildiyi marşrut üzrə yerləşir və İddiaçı Balansındadır.
15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində göstərilir: Bildiririk ki, göstərilən torpaq sahəsi çıxarışa (reyestr nömrəsi **********56) əsasən və faktiki olaraq 200 kv.m təşkil edir. Torpaq sahəsi digər sahələrlə bir ərazi daxilindədir. (ara sərhədləri şərtidir) Sahə üzərində tikili mövcuddur. Faktiki olaraq göstərilən 200,0 kv.m torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir. Sahə tamamilə qaz kəmərinin (730 mm-lik yüksək təzyiqli yerüstü) və neft kəmərinin (530 mm-lik yerüstü, Şirvan-Bakı) mühafizə zolağında yerləşir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 10/7464 ekspert rəyində göstərilir: ekspert Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı Səmədzadə orxanın mütəxəssis rəyində qeyd edilir ki, göstərilən torpaq sahəsi çıxarışa (reyestr nömrəsi **********56) əsasən və faktiki olaraq 200 kv.m təşkil edir. Torpaq sahəsi digər sahələrlə bir ərazi daxilindədir. (ara sərhədləri şərtidir) Sahə üzərində tikili mövcuddur. Faktiki olaraq göstərilən 200,0 kv.m torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir. Sahə tamamilə qaz kəmərinin (730 mm-lik yüksək təzyiqli yerüstü) və neft kəmərinin (530 mm-lik yerüstü, Şirvan-Bakı) mühafizə zolağında yerləşir.
17. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
18. İddiaçı iddia edir ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 114.9-cu km-də, kəmərə paralel 1-ci sırada, təqribən neft boru kəmərindən 27 metr aralı məsafədə, 39 T 397076; ******* saylı koordinatda, neft boru kəmərinin mühafizə zonasında Binəqədi rayonu Xocasən qəsəbəsi ünvanında cavabeh Cavabdeh tərəfindən inşa edilən fərdi yaşayış evi cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalıdır.
19. Cavabdeh isə iddiaya etirazında göstərir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən olan çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ünvanında (Yeni qaydalarla: ünvan 5) təyinatı yaşayış məntəqələrinin torpaqları olan 0,02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixində Cavabdeh adına qeydiyyatdan keçmişdir.
20. Mübahisənin həlli üçün məhkəmə tərəfindən tikinti-texniki ekspertizası keçirilir, həmçinin müvafiq mütəxəssis rəyi alınır.
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 10/7464 ekspert rəyində ekspert Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı Səmədzadə Orxanın mütəxəssis rəyinə istinad etməklə qeyd edir ki, göstərilən torpaq sahəsi çıxarışa (reyestr nömrəsi **********56) əsasən və faktiki olaraq 200 kv.m təşkil edir. Torpaq sahəsi digər sahələrlə bir ərazi daxilindədir. (ara sərhədləri şərtidir) Sahə üzərində tikili mövcuddur. Faktiki olaraq göstərilən 200,0 kv.m torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir(Binəqədi Oil). Sahə tamamilə qaz kəmərinin (730 mm-lik yüksək təzyiqli yerüstü) və neft kəmərinin (530 mm-lik yerüstü, Şirvan-Bakı) mühafizə zolağında yerləşir.
22. İşin mübahisəsiz halları: cavabdehin mübahisələndirilən fərdi yaşayış evinin tikildiyi 0.02 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmış olması; çıxarışda torpaq sahənin təyinatının yaşayış məntəqələrinin torpaqları kimi göstərilməsi; torpağın tamamilə qaz kəmərinin (730 mm-lik yüksək təzyiqli yerüstü) və neft kəmərinin (530 mm-lik yerüstü, Şirvan-Bakı) mühafizə zolağında yerləşmiş olması;
23. İşin mübahisələndiriən halı: Torpaq sahəsində yerləşən fərdi yaşayış evinin sökülməli olub-olmaması; iddiaçının buna subyektiv hüququnun olub-olmaması Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
24. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:
25. 22-ci maddəsinin 2-ci bəndində qeyd edilmişdir ki, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır.
26. 22-ci maddəsinin 5-ci bəndində qeyd edilmişdir ki, sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
27. 55-ci maddəsində qeyd edilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
28. 66.1-ci maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
29. 66.2-ci maddəsinə əsasən Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
30. 67.1-ci maddəsinə əsasən Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
32. 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 39- 1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd.
33. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
34. 180. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
35. 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.
36. 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.
37. 240.3. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir.
38. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
39. AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”-nın:
40. 6.2. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir.
41. 6.3. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır.
42. 6.4. Boru kəmərlərinin mühafizə zonasına daxil olan, torpaq sahəsi, torpaq istifadəçilərindən, mülkiyyətçilərdən və icraçılardan alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir.
43. 6.7. Boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri.
44. 6.12. Tikinti-quraşdırma və sifarişçi təşkilatlar tərəfindən müvafiq qaydada tikilmiş boru kəmərlərinin faktiki vəziyyətinin (icra sxeminin) və digər lazımi sənədlərin, torpaq istifadəsi xəritəsinə salınması üçün rayon (şəhər) icra hakimiyyəti orqanlarına verilməlidir. İcra hakimiyyəti orqanı boru kəmərlərinin yerləşdiyi yerlər haqqında, maraqlı olan hüquqi və fiziki şəxslərə məlumat verir.
45. 6.19. Boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. 6.29. Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən neft kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Kəmərlərin yerləşdiyi rayonda yaşayış massivlərinin (məntəqələrinin), sənaye, kənd təsərrüfatı müəssisələrinin, tikililərin (yaşayış və qeyri yaşayış) tikintisinə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən təsdiq olunmuş magistral boru kəmərlərinin layihələndirilməsi qaydaları və tikinti normalarında nəzərdə tutulduğu kimi obyektlə kəmərin mərkəzi oxu arasındakı minimal məsafə ciddi gözlənilməklə icazə verilir.Şəhər və digər əhalisi olan məntəqələrə qədər məsafələr əlavə 16-da göstərilir.
46. Məhkəmə əvvəla qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi kimi ilk addım iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılması və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olub-olmasının yoxlanılmasıdır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
47. Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
48. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyini, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur.
49. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı).
50. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normanın məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.
51. Avropa Məhkəməsinin bir sıra qərarlarında qeyd edilmişdir ki, öz səhvləri nəticəsində dövlətin mülkiyyət hüquqlarına zərər vurulduğu hallarda “lazımi idarəetmə” (good governance) prinsipi baxımından, dövlət vaxtında, düzgün və ardıcıl hərəkət etməli (Osipkovs və digərləri Latviyaya qarşı iş üzrə § 80, 2017-ci il 4 may, Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə §§ 138-139, 2018-ci il 12 iyun, Maltseva və digərləri Rusiyaya qarşı iş üzrə § 32, 2019-cu il 17 dekabr tarixli Qərarlar) və həmçinin belə səhvlərin aradan qaldırılmasının müvafiq şəxsin hüquqlarının pozulması ilə nəticələnməməsinə xüsusi diqqət yetirməlidir (Qladışeva Rusiyaya qarşı iş üzrə § 80, 2011-ci il 6 dekabr, Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə § 140, 2018-ci il 12 iyun tarixli Qərarlar).
52. Seryogin və digərləri Rusiyaya qarşı iş üzrə 2021-ci il 16 mart tarixli Qərarında Avropa Məhkəməsinin ifadə etdiyi mövqeyə əsasən, torpaqların əldə edilməsinə maneə törədə biləcək mümkün pozuntuların üzə çıxarılmasında məhdud imkanlara malik olan, qanuni əsaslara və öz hərəkətlərinin qanunauyğunluğunun həmçinin dövlət orqanlarının hərəkətləri ilə inkar edilməməsinə də güvənən şəxslər vicdanlı və qanun çərçivəsində davranan hesab edilir.
53. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 4 aprel tarixli Qərarında göstərmişdir ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
54. Bundan əlavə Konstitusiya Məhkəməsinin Plenumunun bir çpx qərarlarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır.Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində müəyyən edilmişdir.Həmin Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir ("xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 18 iyul il tarixli Qərarı). Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə etdiyini güman edən şəxslərin hüquqları dövlət tərəfindən qorunur.
55. Hazırki işin müəyyən edilən hallarından da göründüyü kimi iddiaçının sökülməsini tələb etdiyi və neft kəmərinin mühafizə zolağında yerləşən tikilinin yerləşdiyi torpaq sahəsi cavabdehin xüsusi mülkiyyətindədir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ləğv edilməmiş qeyd mövcuddur. Bundan başqa həmin torpaq sahəsi cavabdehə qədər də xüsusi mülkiyyət hüququ ilə başqasının olmuş, cavabdeh isə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad göstərək alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini almışdır. Eyni zamanda cavabdeh şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə tikəcəyi evi layihələndirmiş və məlumatlandırma icraatı qaydasında müvafiq icra hakimiyyəti orqanına məlumat vermişdir, öz növbəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən layihəyə dair hər hansı irad bildirilməmiş və nəticə etibarı tikinti başa çatıdırılmışdır. Eyni zamanda cavabdeh tikilinin dövlət reyestrində qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmişdir.
56. Odur ki, yuxarıda sadalanan qanunvericiliyin normaları, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi və Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır. Tətbiq edilən prosessual normalar:
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
58. Beləliklə, məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
59. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************).
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin Cavabdeh qarşı ("X24" Şirkəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb edilməklə)“neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev