Məhkəmə qərarları › İş №e-2(001)-1657/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1657/2025

05.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1657/2025 05.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə (açar sözlər: qaz təchizatı, istehlakçı) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. 2.Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qanunsuz şəkildə sayğac kartı vasitəsi ilə ondan tutulmuş (ümumilikdə 444 manat vəsaitin geri ödənilməsi barədə qətnamnə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 3.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən həmin aktlar tərtib olunduğu zaman həmin ünvanda ümumiyyətlə yaşayış olmamışdır. Belə ki, iki il ərzində yaşayış olmayan evə cərimələr yazılmış, yazdıqları aktları özləri imzalamışlar. Cavabdeh əməkdaşları tərəfindən həmin aktlar tərtib olunduğu zaman həmin ünvanda yaşayış olmamış, akt birtərəfli olaraq özləri tərəfindən tərtib edilmiş və heç bir hüquqi əsası olmayan sənəd əsasında iddianı əsaslandırmağa cəhd edilmişdir. Sənədlərdən də göründüyü kimi həmin aktlarda nə mənim nə ailə üzvlərinin, nə də yerli aidiyyatların imzası olmamışdır. Daha əvvəl iddiaçı tərəfindən qaz çəkilişi ilə bağlı cavabdehin (Qarşılıqlı iddia üzrə) əməkdaşlarına müraciəti olmuşdur. Cavabdeh tərəfindən həmin xətt çəkilmiş və sayğacın yaxın günlərdə gətiriləcəyi söylənmişdir. Həmin dövrdə adı çəkilən ünvanda işıq belə yox idi. O zaman orada yaşamaq belə mümkün deyildir. Daha sonra həmin ərazinin qaz əməkdaşları tərəfindən məndən sayğac qoyulması üçün böyük məbləğdə pul tələb olundu. O, imtina etdi və ailə uşağının orada yaşamağı mümkün olmadığı üçün əvvəlcə Sabunçu qəs. Anaşkin 39 v ünvanında olan bir otaqlı evində, daha sonra Novxanı kəndində olan həyət evində yaşamaq məcburiyyətində qaldı. Cavabdeh əməkdaşları qəsdən yaşayış olmayan və heç bir zərər vurulmadığı halda əsassız cərimələr yazdılar. Daha sonra Novxanıdan uşaqlarının məktəbinə uzaq olduğu üçün işıq və qaz sayğaclarını sənədləşdirib 2023-cü ilin sonlarına yaxın həmin evə köçdülər. Cavabdeh tərəfindən qanunsuz şəkildə hesablanmış cərimələrlə bağlı məhkəməyə müraciət etmək niyyətində idi. Lakin evə köçdüyündə qış fəsli olduğundan onların insafsızcasına qışın soyuğundan istifadə edərək qoyduqları tələbləri qəbul etmək məcburiyyətində qaldı. Sayğacın kartına ödənilən məbləğ yarı olaraq sayğaca yüklənirdi. Cavabdeh ona qarşı yazılmış cərimələr əsasızdır və heç bir sübutu yoxdur. Buna görə də məhkəmə qətnaməsi ilə iddiası rədd edilmiş, lakin ödədiyi pul ona geri qaytarılmamışdır. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir kİ, əsassız hesablanmış borc üzrə onun tərəfindən təbbi qazdan istifadə üçün ödənilmiş puldan ümumilikdə 444 manat silinmişdir. Həmin məbləğin onun xeyrinə tutulmasını xahiş edir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə cavabdehin nümayəndəsi olmadan baxılmasını və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni istifadəsi aktlaşdırılmışdır. -Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacından qeyriqanuni istifadəyə görə xx.xx.2022-ci il tarixdə 22896 m3 qaz itkisi hesablanmışdır. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni istifadəsi aktlaşdırılmışdır. -Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacından qeyriqanuni istifadəyə görə xx.xx.2023-cü il tarixdə 2736 m3 qaz itkisi hesablanmışdır. -Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacından qeyriqanuni istifadəyə görə xx.xx.2023-cü il tarixdə 2520 m3 qaz itkisi hesablanmışdır. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni istifadəsi aktlaşdırılmışdır. -Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacından qeyriqanuni istifadəyə görə xx.xx.2023-cü il tarixdə 3024 m3 qaz itkisi hesablanmışdır. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni istifadəsi aktlaşdırılmışdır. -Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacından qeyriqanuni istifadəyə görə xx.xx.2023-cü il tarixdə 3024 m3 qaz itkisi hesablanmışdır. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni istifadəsi aktlaşdırılmışdır. -Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacından qeyriqanuni istifadəyə görə xx.xx.2023-cü il tarixdə 1944 m3 qaz itkisi hesablanmışdır. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni istifadəsi aktlaşdırılmışdır. -Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacından qeyriqanuni istifadəyə görə xx.xx.2023-cü il tarixdə 1944 m3 qaz itkisi hesablanmışdır. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni istifadəsi aktlaşdırılmışdır. -Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacından qeyriqanuni istifadəyə görə xx.xx.2023-cü il tarixdə 1404 m3 qaz itkisi hesablanmışdır. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni istifadəsi aktlaşdırılmışdır. -Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacından qeyriqanuni istifadəyə görə xx.xx.2023-cü il tarixdə 972 m3 qaz itkisi hesablanmışdır. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni istifadəsi aktlaşdırılmışdır. -Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacından qeyriqanuni istifadəyə görə xx.xx.2023-cü il tarixdə 972 m3 qaz itkisi hesablanmışdır. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni istifadəsi aktlaşdırılmışdır. -Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacından qeyriqanuni istifadəyə görə xx.xx.2023-cü il tarixdə 1908 m3 qaz itkisi hesablanmışdır. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3852/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. -Abonentin saldosundan görünür ki, abonent kodu **********00002 olan İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ünvanına 2023-cü ilin dekabr ayına 277, 2024-cü ilin aprel ayına 146,5 manat məbləğində qalıq və aktlar üzrə borc hesablanmışdır. -Abonentin saldosundan görünür ki, abonent kodu **********02166 olan İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evi ünvanına 2024-cü ilin iyun ayına 0 manat məbləğində qalıq və aktlar üzrə borc hesablanmışdır. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə müvafiq olaraq, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə görə, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (maddə 11.6.). Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Beləliklə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3852/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilmədiyindən əsassız hesablanmış borcun silinməsi zamanı iddiaçı tərəfindən ödənilmiş 444 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməli, Cavabdehndən 444 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduğundan cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehndən 444 (mdörd yüz qırx dörd) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı (abonent kodu: **********00002) ödənilsin. Cavabdehndən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar