Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1809/2025 22.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Məmmədov Əli İlham oğlunun katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair ilkin, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada xx.xx.2023-cü il tarixli, 428 nömrəlialğı-satqı müqaviləsi üzrə ödənilməmiş 6643 manat məbləğində pulun, öhdəliyin icrasının gecikdirildiyi müddət üzrə hesablanmış 1491 manat məbləğində dəbbə pulunun və 102 manat təşkil edən məhkəmə xərclərinin tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixində, 428 №-li alğı-satqı müqaviləsi (bundan sonra – “Müqavilə”) bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrində nəzərdə tutulmuş malları dəyəri nağd və ya hissə-hissə ödənilməklə cavabdehə satmağı, cavabdeh isə malları qəbul edib Müqavilədə və/və ya əlavələrdə müəyyən edilmiş məbləğdə və şərtlərlə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən icra olunmuş və eyni tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh Müqavilə üzrə nəzərdə tutulmuş malları iddiaçıdan təhvil almış, yoxlayaraq qəbul etmişdir. Həmin tarixdə Müqaviləyə əlavə olaraq imzalanmış ödəniş cədvəlinə əsasən,cavabdeh iddiaçıya cəmi 24 ay müddətində hər ay 937.50, sonuncu ay isə 938 manat olmaqla, ümumilikdə 40,000 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh ödənişləri ödəniş cədvəlində nəzərdə tutulduğu məbləğdə və qaydada icra etməmiş, bu günədək Müqavilə üzrə ödənilməli məbləğdən 33357 manat ödəmiş, cavabdehin iddiaçıya 6643 manat məbləğində əsas borcu qalmışdır. Cavabdeh tərəfindən Müqavilə üzrə son ödəniş xx.xx.2024-cü il tarixdə həyata keçirilmiş, son ödəniş tarixindən indiyədək 5 aydan çox müddət keçmiş, dəfələrlə xəbərdarlıqlar və bildirişlər edilməsinə baxmayaraq, cavabdeh öhdəliyinin icrasından yayınmış, satın aldığı malların ödənişini həyata keçirməmişdir. Habelə, Müqavilənin 3 saylı Əlavəsinin 5-ci bəndinə əsasən, alıcının ödənişi gecikdirdiyi halda hər gecikdirilmiş gün üçün həmin ayın ödənilməyən məbləğinin 1% həcmində satıcıya cərimə ödəyir. Belə olan halda, cavabdehin ödənişin icra edilməli olduğu gündən (xx.xx.2024) xx.xx.2025-ci il tarixinədək 1491 manat (937.50 x 1% x 159 gün) məbləğində cərimə borcu yaranmışdır. Bundan əlavə, iddiaçı ilə Cavabdeh2 (bundan sonra – “Zamin”) arasında xx.xx.2023-cü il tarixində Zaminlik Müqaviləsi bağlanmış, Zamin iddiaçı ilə cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən cavabdehin öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdeh ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd 4S (Four Season) lazer aparatının İddiaçı MMC-yə geri qaytarılması və ödədikləri 33357 manat pulun geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə aralarında bağlanmış 428 №li xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən 1 ədəd 1 ədəd 4S (Four Season) lazer aparatını 40000 manat almışdır. Müqavilə üzrə 33357 manat ödəniş edilmişdir. Avadanlığı qəbul edəndə MMC-nin direktoru Y.Rəhimov bildirmişdir ki, yaxın zamanda aparatın pasportunu və uyğunluq sertifikatını təqdim edəcəklər. Hər dəfə avadanlığın pasportunu və uyğunluq sertifikatını tələb etdikdə yaxın vaxta kimi veriləcəyi deyilsə də, verilməmişdir. Odur ki, 2024-cü ildən ödənişi dayandırmaqla, müqavilədən imtina etmişlər. İlkin iddia üzrə iddiaçının nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, tərəflər arasında mübahisə ilə bağlı razılıq əldə edildiyini və barışıq sazişinin imzalandığını, barışıq sazişinin hüquqi nəticələrinin aydın olduğu bildirmiş, sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı barışıq sazişinin şərtlərinin və nəticəsinin ona aydın olduğunu və iş üzrə icraata xitam verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Bir tərəfdən, bundan sonra "birinci tərəf" adlandırılacaq, etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil ilə təmsil olunan iddiaçı "xxxx" MMC (VÕEN: **********), digər tərəfdən, bundan sonra "ikinci tərəf adlandırılacaq, Cavabdeh1 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191-ci maddəsinə uyğun olaraq bu barışıq sazişini imzalamaqla öz aralarında olan hüquqlar və iddialar barəsində hal-hazırda Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (sədrlik edən İlkin Əliyev) icraatında e-2(001)-1809/2025 saylı, "müqavilə uzrə pulun ödənilməsi tələbinə dair" dair mülki mübahisəni bu Sazışdə göstərilən qaydada həll etməyi öhdələrinə götürürlər. İİ. Barışıq sazişinin şərtləri və tərəflərin öhdəlikləri 2.1. Tərəflər təsdiq edir ki, öz maraqları naminə və çəkişməli məhkəmə proseslərinin davam etməməsi üçün Cavabdeh1 tərəfindən "xxxx" MMC-yə borc məbləğinin ödənilməsi və "xxxx" MMC tərəfindən Cavabdeh1 uyğunluq sertifikatının təqdim edilməsi ilə bağlı razılıq əldə olunmuşdur. 2.2 06 may 2025-ci il tarixində Cavabdeh1 6643 manat borcundan 3000 manat həcmində "xxxx" MMC-yə ödəniş etmişdir. Həmin tarixdə "xxxx" MMC tərəfindən Cavabdeh1 uyğunluq sertifikatı təqdim edilmişdir. 2.3. "xxxx" MMC qalıq borc məbləğinın, yəni 3643 (üç min altı yüz qırx üç) Azərbaycan manatı dəyərində borc məbləğinin Cavabdeh1 tərəfindən ödənilməsi müqabilində ilkin iddia tələbindən imtina edir. Cavabdeh1 qarşılıqlı iddia tələbindən imtina edir. 2.4. Cavabdeh1 3 ay müddətində 3643 (üç min altı yüz qırx üç) Azərbaycan manatı məbləğində borcu hissəli şəkildə ödəməyi öhdəsinə götürür. 2.5. Ödəniş qaydası: xx.xx.2025-ci il tarixdən gec olmayaraq, 1214,33 (bir min iki yüz on dörd manat otuz üç qəpik) Azərbaycan manatı, xx.xx.2025-ci il tarixdən gec olmayaraq, 1214,33 (bir min iki yüz on dörd manat otuz üç qəpik) Azərbaycan manatı, xx.xx.2025-cü il tarixdən gec olmayaraq, 1214,33 (bir min iki yüz on dörd manat otuz üç qəpik) Azərbaycan manatı pul Cavabdeh1 tərəfindən "xxxx" MMC-yə ödəniləcəkdir. 2.6. Ödəniş üsulu: Ödənişlər nağd qaydada və ya bank köçürməsi yolu ilə həyata keçiriləcəkdir. 2.7. Tərəflər bu sazışın 1-ci bəndində qeyd olunan iddia tələbləri ilə bağlı gələcəkdə bir-birinə qarşı hər hansı tələbi irəli sürməyəcəklərini öhdələrinə götürürlər. Həmin məsələlər gələcəkdə tərəflər arasında və məhkəmədə mübahisə predmeti ola bilməz. 2.8. Tərəflər arasında bu saziş ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respulikasının qanunvericiliyi ilə tənzim olunur. 2.9. Barışıq sazişi, digər məhkəmə xərcləri, digər zəruri məsrəfləri Tərəflər bərabər şəkildə qarşılamağı öhdəsinə götürür. 2.10. Tərəflər sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsını ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. Məhkəmə barışıq sazişini, iş materiallarını araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.4-cü maddəsinə əsasən məhkəmə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.2-1-ci maddəsinə əsasən tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflərin razılığa gələrək imzalamaqla təsdiq etdikləri barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli və nəticədə yuxarıda qeyd edilən tələblərlə bağlı mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52-ci, 191-ci, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair ilkin,iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə bir tərəfdən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC, digər tərəfdən, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 arasında bağlanan xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıda qeyd edilən şərtləri ilə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: İİ. Barışıq sazişinin şərtləri və tərəflərin öhdəlikləri 2.1. Tərəflər təsdiq edir ki, öz maraqları naminə və çəkişməli məhkəmə proseslərinin davam etməməsi üçün Cavabdeh1 tərəfindən "xxxx" MMC-yə borc məbləğinin ödənilməsi və "xxxx" MMC tərəfindən Cavabdeh1 uyğunluq sertifikatının təqdim edilməsi ilə bağlı razılıq əldə olunmuşdur. 2.2 06 may 2025-ci il tarixində Cavabdeh1 6643 manat borcundan 3000 manat həcmində "xxxx" MMC-yə ödəniş etmişdir. Həmin tarixdə "xxxx" MMC tərəfindən Cavabdeh1 uyğunluq sertifikatı təqdim edilmişdir. 2.3. "xxxx" MMC qalıq borc məbləğinın, yəni 3643 (üç min altı yüz qırx üç) Azərbaycan manatı dəyərində borc məbləğinin Cavabdeh1 tərəfindən ödənilməsi müqabilində ilkin iddia tələbindən imtina edir. Cavabdeh1 qarşılıqlı iddia tələbindən imtina edir. 2.4. Cavabdeh1 3 ay müddətində 3643 (üç min altı yüz qırx üç) Azərbaycan manatı məbləğində borcu hissəli şəkildə ödəməyi öhdəsinə götürür. 2.5. Ödəniş qaydası: xx.xx.2025-ci il tarixdən gec olmayaraq, 1214,33 (bir min iki yüz on dörd manat otuz üç qəpik) Azərbaycan manatı, xx.xx.2025-ci il tarixdən gec olmayaraq, 1214,33 (bir min iki yüz on dörd manat otuz üç qəpik) Azərbaycan manatı, xx.xx.2025-cü il tarixdən gec olmayaraq, 1214,33 (bir min iki yüz on dörd manat otuz üç qəpik) Azərbaycan manatı pul Cavabdeh1 tərəfindən "xxxx" MMC-yə ödəniləcəkdir. 2.6. Ödəniş üsulu: Ödənişlər nağd qaydada və ya bank köçürməsi yolu ilə həyata keçiriləcəkdir. 2.7. Tərəflər bu sazışın 1-ci bəndində qeyd olunan iddia tələbləri ilə bağlı gələcəkdə bir-birinə qarşı hər hansı tələbi irəli sürməyəcəklərini öhdələrinə götürürlər. Həmin məsələlər gələcəkdə tərəflər arasında və məhkəmədə mübahisə predmeti ola bilməz. 2.8. Tərəflər arasında bu saziş ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respulikasının qanunvericiliyi ilə tənzim olunur. 2.9. Barışıq sazişi, digər məhkəmə xərcləri, digər zəruri məsrəfləri Tərəflər bərabər şəkildə qarşılamağı öhdəsinə götürür. 2.10. Tərəflər sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi ıradəsını ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. İlkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 102 (yüz iki) manat dövlət rüsumu ilkin iddia üzrə iddiaçı "xxxx" MMC-yə, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 dövlət büdcəsindən geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-1809/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1809/2025
22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver