Məhkəmə qərarları › İş №e-2(001)-191/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-191/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-191/2025 23.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1656,81 manat sığorta ödənişinin məbləğinin və ödənilmiş 36,57 manat dövlət rüsumunun və 0,4 manat məbləğində xidmət haqqının, cəmi 1693,78 manat pul məbləğinin cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Chevrolet Cruze” markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobillə "xxxx" ASC-də “əmlak sığortası” qaydasında sığortalanmış “Changan Uni-K” markalı, **-PU-*** dövlət nömrə nişanlı avtomobilə maddi zərər vurulmuşdur. xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Changan Uni-K” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər 6761 (altı min yeddi yüz altmış bir) manat məbləğində qiymətləndirilmiş, həmin məbləğdən 400 (dörd yüz) manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra tərəflərindən 6361 (altı min üç yüz altmış bir) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin sığorta ödənişinin 4704.19 (dörd min yeddi yüz dörd manat, on doqquz qəpik) manat məbləğində olan hissəsi cavabdehin məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ASCyə ödənilmiş, 1656,81 (min altı yüz əlli altı manat, səksən bir qəpik) manat məbləğində pul ödənilməmiş qalmışdır. Cavabdeh 06 mart 2024-cü il tarixində məhkəməyə iddia ərizəsinə etiraz göndərərək, sözügedən iş üzrə tələbi ilə ondan istənilən məbləğlə razı olmadığını, belə ki, iş üzrə ekspertiza təyin edilməklə məhkəmə araşdırılmasının aparılmasına zərurət olduğunu bildirib, iş üzrə araşdırmanın iddia icraatı qaydasında aparılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli e-2(001)- 2496/2024 nömrəli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbinə dair kiçik iddia üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclaslarının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə portaldan çıxarışdan görünür ki, “Chevrolet Cruze” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığorta olunmuşdur. xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir; Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 09:00 radələrində A.Gəraybəyli–S.Bəhlulzadə küçəsinin kəsişməsində Cavabdeh məxsus “Chevrolet Cruze” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Changan Uni-K” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, bu barədə xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, hadisə nəticəsində əmlaka zərər vurulmuşdur; "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-ci il tarixli sığorta aktından görünür ki, “Changan Uni-K” markalı, **-PU-*** dövlət minik markalı avtomobil "xxxx" ASC-də nəqliyyat vasitəsinin kasko sığortası növündə sığortalanmışdır. Sığortalı (faydalanan şəxs) "xxxx" MMC, azadolma məbləği isə 400 manat müəyyənləşdirilmişdir. "xxxx" MMC (Changan Servis) tərəfindən tərtib edilmiş icra edilmiş xidmətlərə dair xx.xx.2024-cü il tarixli aktdan görünür ki, **-PU-*** dövlət qeydiyyat nişanlı “Changan UNİ K” minik markalı avtomobilin təmir bərpa işlərinə çəkilən xərc 6.761 manat təşkil edir; xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına 6361 manat məbləğində vəsait köçürülmüşdür; xx.xx.2024-cü il tarixli ödəniş çıxarışından görünür ki, "xxxx" ASC tərəfindən 4.704,19 manat ödəniş edilmişdir. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, sonuncuya baş vermiş sığorta hadisəsi nəticəsində “Changan Uni-K” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği barədə məlumat verilmiş və 5 gün müddətində zərərin ödənilməsi təklif edilmişdir. Əks təqdirdə bununla bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir; xx.xx.2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 36,57 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 898.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər; 898.4-cü maddəsinə əsasən şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir; 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə cavabdehin idarə etdiyi “Chevrolet Cruze” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə "xxxx" ASC tərəfindən “avto kasko” sığorta növü üzrə sığortalanmış “Changan Uni-K” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə yol nəqliyyat hadisəsi zamanı sonuncu avtomobilə 6.761 manat məbləğində zərər dəymiş, hadisə nəticəsində "xxxx" ASC tərəfindən 400 manat məbləğində azadolma nəzərə alınaraq zərər vurulmuş avtomobilin təmir-bərpa işləri üçün "xxxx" MMC-yə 6.361 manat məbləğində pul vəsaiti ödənilmişdir. Həmin zərərin 4704,19 manatının cavabdehin mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qanuni əsaslarla idarə edilərkən mülki hüquq pozuntusu (delikt) törətməsi və bunun nəticəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalıya sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapdığından iddiaçının cavabdehə qarşı tələbi əsaslıdır və iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin vəsatəti əsasında ekspertiza təyin edilsə də, lakin ekspert ekspertiza keçirməkdən imtina etmiş və imtina səbəbi olaraq qeyd etmişdir ki, Changan markalı avtomobillərin ehtiyat hissələrinin qiymətinə dair yerli internet saytlarında məlumat yoxdur. Ona görə də Məhkəmə vurğulayır ki, “Changan Uni-K” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil Changan Servisin ("xxxx" MMC) özü tərəfindən təmir edildiyindən, həmin markalı avtomobillərin ehtiyat hissələrinin qiyməti də servis tərəfindən müəyyən edildiyindən məhkəmə iş materiallarında olan qüsur aktını mötəbər sübut kimi nəzərə alır. Həmçinin nəzərə alınmalıdır ki, cavabdehin özü də etirazını təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh 1656,81 manat məbləğində sığorta ödənişinin əvəzi, 36,57 manat ödənilmiş dövlət rüsumu və 0.4 manat bank xidmət haqqının əvəzi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1656,81 (min altı yüz əlli altı manat, səksən bir qəpik) manat məbləğində sığorta ödənişi, 36,57 (otuz altı manat, əlli yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi və 0,4 (qırx qəpik) bank xidmət haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar