Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2017/2022 03.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilmiş 8.390,47 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 103,90 manat məbləğində pulun cavabdedən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəməyə barışıq sazişi təqdim edərək iddiaçı ilə aralarında razılıq əldə olunaraq barışıq sazişi imzalandığını, barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələrinin onlara aydın olduğunu bildirərək, həmin barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh barışıq sazişinin şərtləri ilə razı olduğunu, barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələrinin ona aydın olduğunu bildirərək barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəməyə təqdim edilmiş barışıq sazişinin şərtləri aşağıdakılardır: İddiaçı (birinci tərəf) və Cavabdeh (ikinci tərəf) razılığa gəlirlər ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-2017/2022 saylı mülki iş üzrə mübahisəni sazişin aşağıdakı bəndlərində göstərilən şərtlərlə həll edirlər:
1. “İkinci tərəf” “Birinci tərəf”ə olan 8.390,47 (səkkiz min üç yüz doxsan manat, qırx yeddi qəpik) manat borcun 4.100 (dörd min yüz) manat hissəsini bu saziş imzalandığı an “Birinci tərəf”ə ödəyir, “İkinci tərəf” isə birinci tərəfin qalan 4.290,47 (dörd min iki yüz doxsan manat, qırx yeddi qəpik) manat hissəsini “İkinci tərəf”ə güzəştə gedir və tələb etmə hüququndan imtina edir.
2. Mülki iş üzrə məhkəməyə müraciət olunması üçün ödənilmiş dövlət rüsumu “Birinci tərəf”ə aid edilir və tərəflər bununla bağlı mübahisə yaratmayacaqlar.
3. Məhkəmə araşdırması zamanı tərəflərin çəkdiyi digər real xərclər tərəflərin özünə aid ediləcək.
4. Tərəflər bu barışıq sazişi üzrə məlumatları gizli saxlayacaq, onları yaymayacaq, bir- birinin əleyhinə istifadə etməyəcəklər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; 191.1-ci maddəsinə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq etməklə məhkəmə tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
qərara a l d ı:
İddiaçı ilə Cavabdeh arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən barışıq sazişi təsdiq edilsin:
1. “İkinci tərəf” (Cavabdeh) “Birinci tərəf”ə (İddiaçı) olan 8.390,47 (səkkiz min üç yüz doxsan manat, qırx yeddi qəpik) manat borcun 4.100 (dörd min yüz) manat hissəsini bu saziş imzalandığı an “Birinci tərəf”ə ödəyir, “İkinci tərəf” isə birinci tərəfin qalan 4.290,47 (dörd min iki yüz doxsan manat, qırx yeddi qəpik) manat hissəsini “İkinci tərəf”ə güzəştə gedir və tələb etmə hüququndan imtina edir.
2. Mülki iş üzrə məhkəməyə müraciət olunması üçün ödənilmiş dövlət rüsumu “Birinci tərəf”ə aid edilir və tərəflər bununla bağlı mübahisə yaratmayacaqlar.
3. Məhkəmə araşdırması zamanı tərəflərin çəkdiyi digər real xərclər tərəflərin özünə aid ediləcək.
4. Tərəflər bu barışıq sazişi üzrə məlumatları gizli saxlayacaq, onları yaymayacaq, bir birinin əleyhinə istifadə etməyəcəklər. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Məhəmməd Rüstəmli