Məhkəmə qərarları › İş №e-2(001)-203/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-203/2023

11.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-203/2023 11.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi Nümayəndə Məmmədhüseyn oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı hasarın üzərində 60 sm hündürlüyündə, 6 metr uzunluğunda, digər tərəfində isə 40 sm hündürlüyündə 10 metr uzunluğunda tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: ddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı hasarın üzərində 60 sm hündürlüyündə, 6 metr uzunluğunda, digər tərəfində isə 40 sm hündürlüyündə 10 metr uzunluğunda tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR-ın “Neft Kəmərləri" İdarəsinin istismarında olan Şirvan-Bakı Dş-500 neft kəmərinin 119.2-ci km-də, 39 T 0400470;4477669 saylı koordinatlar üzrə, kəmərdən 25 metr aralı məsafədə, kəmərə paralel, 1-ci sırada, neft kəmərinin mühafizə zonasında Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında Cavabdeh tərəfindən natamam hasarlanmış, boş ərazinin hasarının üzərində 60 sm hündürlüyündə, 6 metr uzunluğunda, digər tərəfində isə 40 sm hündürlüyündə və 10 metr uzunluğunda yeni hörgü işlərinin aparılması həmçinin ərazidə dam örtüyünün vurulması üçün nəzərdə tutulmuş tikinti materiallarının yığılması faktları aşkar olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi Nümayəndə Məmmədhüseyn oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, iddia tələbini qəbul etmir. Həmin tikilini “əl damı” kimi istifadə edir. Sadəcə yağış zamanı həyətinə yoldan su daşmasın deyə hasarın üzərindən əlavə iki daş hörüb. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazə almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.4-cü maddəsinə müvafiq olaraq, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 saylı qərarına görə, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Potensial təhlükəli ərazidə yaşayış evinin mövcudluğu, həmin evdə yaşayanlar üçün daim yaşamaq hüququnun pozulması ilə bağlı riski şərtləndirir. Dövlət vətəndaşların həyat və sağlamlıq hüququnun mühafizəsinə görə məsuliyyət daşıyır. Ona görə də, vətəndaşların həyat üçün təhlükəli ərazidə yaşamasının qarşısını almalıdır. “X4rşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur. Həyata qarşı ehtimal olunan hər bir təhlükə Konvensiya üzrə dövlət orqanlarının üzərinə həmin riskin qarşısını almaq üçün konkret tədbirlər görmək öhdəliyini qoymasa da, məsələn, əgər müəyyən edilsə ki, dövlət orqanları insanın və ya insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar idilər və ya xəbərdar olmağa borclu idilər və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görməyiblər, o halda vəziyyət fərqlidir (müvafiq dəyişiklərlə X1rşı məhkəmə işi üzrə xx.xx.1998-ci il tarixli qərar, Rezorts 1998-Vİİİ s.3159.b.116). “Kalvelli və Çiqlio İtaliyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1863 saylı ekspert rəyində göstərilmişdir ki, ... mütəxəssis rəyində qeyd edilir ki, faktiki göstərilən torpaq sahəsi hasar daxili 150 kv.m. təşkil edir. Torpaq sahəsinin üzərində tikintialtı sahəsi 60 kv.m. olan tikililər mövcuddur. Sözügedən torpaq sahəsinin yaxınlığından müxtəlif diametrli bir neçə boru keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Dövlət Neft Şirkətinin ərazisi olmaqla neft kəmərinin mühafizə zolağında yerləşir. ... mütəxəssis rəyində qeyd edilir ki, göstərilən faktiki torpaq sahəsi hasar daxili 150 kv.m. təşkil edir. Torpaq sahəsinin üzərində tikintialtı sahəsi 60 kv.m. olan tikililər mövcuddur. ... mütəxəssis rəyində qeyd edilir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Dövlət Neft Şirkətinin ərazisi olmaqla neft kəmərinin mühafizə zolağında yerləşir. Cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında inşa olunmuş tikililərin Şirvan-Böyükşor DŞ-500 mm-lik magistral yerüstü neft kəmərindən 23.40 metr məsafədə yerləşdiyi nəzərə alınarsa, həmin tikililərin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə ^Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istö^Shnda texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olundu". Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ-500 mmlik yerüstü neft kəmərinin 119.2-ci km-də, 39 T 0400470;4477669 saylı koordinatlar üzrə, kəmərdən təqribən 25 metr aralı məzafədə, kəmərə paralel, 1-ci sırada,neft kəmərinin mühafizə zonasınada Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 3 ünvanında cavabdeh X2 tərəfindən natamam hasarlanmış, boş ərazinin hasarının üzərində 60 sm hündürlüyündə, 6 metr uzunluğunda digər tərəfində isə 40 sm metr hündürlüyündə və 10 metr uzunluğunda tikili cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Şirvan- Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 119.2-ci km-də, 39 T 0400470;4477669 saylı koordinatlar üzrə, kəmərdən təqribən 25 metr aralı məzafədə, kəmərə paralel, 1-ci sırada,neft kəmərinin mühafizə zonasınada Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 3 ünvanında cavabdeh X2 tərəfindən natamam hasarlanmış, boş ərazinin hasarının üzərində 60 sm hündürlüyündə, 6 metr uzunluğunda digər tərəfində isə 40 sm metr hündürlüyündə və 10 metr uzunluğunda tikili Cavabdeh hesabına sökülərək ərazidən çıxarılsın. İddia ərizəsi verilərkən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçınə (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h:AZ33AİİB**********0422933107, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar