Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2032/2024 04.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 1989-cu il təvəllüdlü Cavabdeh 08 oktyabr 2021-ci il tarixli, 28K5528383 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 2662 manat əsas borc, müqavilə üzrə hesablanmış 300 manat faiz borcu, 05 may 2021-ci il tarixli, 28K561801 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 318 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat faiz borcu, 28 iyun 2021-ci il tarixli, 28K527690 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1393 manat əsas borc, müqavilə üzrə hesablanmış 200 manat faiz borcu 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 5043 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 08 oktyabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 3404 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 2662 manat əsas borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 11979 manat faiz borcu yaranmışdır (2662 manat x 450 gün x 1%=11979 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 300 manat məbləğində tələb edir. Bundan başqa, Cavabdehİddiaçı MMC ilə müddəti12 ay olmaqla 05 may 2021- ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 644 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 318 manat əsas borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1908 manat faiz borcu yaranmışdır (318 manat x 600 gün x 1%=1908 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 100 manat məbləğində tələb edir. Bundan başqa, Cavabdehİddiaçı MMC ilə müddəti12 ay olmaqla 28 iyun 2021- ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 2688 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1393 manat əsas borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 7940 manat faiz borcu yaranmışdır (1393 manat x 570 gün x 1%=7940 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 200 manat məbləğində tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 08 oktyabr 2021-ci il tarixli, 28 K5528383saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 2662 manat əsas borc, müqavilə üzrə hesablanmış 300 manat faiz borcu, 05 may 2021-ci il tarixli, 28K561801saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 318 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat faiz borcu, 28 iyun 2021-ci il tarixli, 28K527690saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1393 manat əsas borc, müqavilə üzrə hesablanmış 200 manat faiz borcu 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 5043 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Tərəflərin izahatları və iddiaya münasibətləri:
3. İddiaçının nümayəndəsi məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 may 2021-ci il tarixli, №28K561801 saylı müqavilədən görünür ki, qiyməti 644 manat olan məişət avadanlığı 8 manat ilkin ödənişlə Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində aylıq 53 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur.
6. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 iyun 2021-ci il tarixli, №28K527690 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 2688 manat olan məişət avadanlığı 300 manat ilkin ödənişlə Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində aylıq 199 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur.
7. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 oktyabr 2021-ci il tarixli, №28K528383 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 3404 manat olan məişət əşyası 500 manat ilkin ödənişlə Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində aylıq 242 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur.
8. 15 may 2023-cü il maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 318 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1393 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2662 manat əsas, olmaqla, ümumilikdə 3 müqavilə üzrə 4373 manat əsas borcu vardır.
9. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
10. İddiaçı ilə Cavabdeh arasında 05 may 2021-ci il tarixli, №28K561801 saylı, 28 iyun 2021-ci il tarixli, №28K527690 saylı, 08 oktyabr 2021-ci il tarixli, №28K528383 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilələr bağlanmış, nəticədə İddiaçı MMC müqavilələr üzrə əşyaları cavabdehə nisyə satmış, cavabdeh isə həmin əşyaları qəbul etmiş, hər bir müqavilədə nəzərdə tutulmuş ödəniş şərtlərini pozduqda əlavə olaraq Şirkətə qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra)1% həcmində mübahisəsiz olaraq cərimə ödəməyi barədə öhdəlik götürmüşdür.
11. Hazırda iddiaçı müqavilələr üzrə yaranmış 08 oktyabr 2021-ci il tarixli, 28K5528383 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 2662 manat əsas borc və hesablanmış 300 manat faiz borcu, 05 may 2021-ci il tarixli, 28K561801 saylı nisyə alqısatqı müqaviləsinə əsasən 318 manat əsas borc və müqavilə üzrə hesablanmış 100 manat faiz borcu, 28 iyun 2021-ci il tarixli, 28K527690 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1393 manat əsas borca, müqavilə üzrə hesablanmış 200 manat faiz borcunun tutulmasını xahiş edir.
12. İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilsə də, məhkəmədən 70 manat məbləğində dövlət rüsmunun cavabdehdən tutulması xahiş edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
14. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
15. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
16. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
17. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
18. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
19. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
20. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür;
21. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir;
22. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər;
23. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
24. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış borc müqaviləsi adı ilə əslində nisyə alğı-satqı müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən iddiaçı müqavilələrin predmetləri olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər etməmişdir. Bununla da müqavilələrin şərtlərini pozmuşdur.
25. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
26. Müqavilələr üzrə tələb olunan cərimə məbləği ilə bağlı məhkəmə qeyd edir ki, üç müqavilə üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı müqavilələr üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hər 3 müqavilə üzrə ümumilikdə hesablanmış dəbbə pulunun ödənilməsini tələb edir.
27. Məhkəmə iddia tələbini cərimə borcunun tutulması hissəsində qismən əsaslı hesab edir.
28. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
29. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
30. Ona görə də məhkəmə əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, dəbbə pulu hesablanarkən mütənasiblik qorunmamış və bu səbəbdən hər üç müqavilə üzrə hesablanmış dəbbə pulunun məbləği azaldılaraq, 1)05 may 2021-ci il tarixli, №28K561801 saylı müqavilə üzrə 16 manat, 2) 28 iyun 2021-ci il tarixli, №28K527690 saylı müqavilə üzrə 70 manat, 3) 08 oktyabr 2021-ci il tarixli, №28K528383 saylı müqavilə üzrə 130 manat məbləğində müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:
31. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin:
32. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
33. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
35. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Nəticə:
37. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1) 05 may 2021-ci il tarixli, №28K561801 saylı müqavilə üzrə əsas borca görə 318 manat, cərimə borcuna görə 16 manat, 2) 28 iyun 2021-ci il tarixli, №28K527690 saylı müqavilə üzrə əsas borca görə 1393 manat, cərimə borcuna görə 70 manat, 3) 08 oktyabr 2021-ci il tarixli, №28K528383 saylı müqavilə üzrə əsas borca görə 2662 manat, cərimə borcuna görə 130 manat olmaqla, ümumilikdə 4589 manat məbləğində pul vəsaiti və 70 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
38. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. 1) 05 may 2021-ci il tarixli, №28K561801 saylı müqavilə üzrə əsas borca görə 318 manat, cərimə borcuna görə 16 manat, 2) 28 iyun 2021-ci il tarixli, №28K527690 saylı müqavilə üzrə əsas borca görə 1393 manat, cərimə borcuna görə 70 manat, 3) 08 oktyabr 2021-ci il tarixli, №28K528383 saylı müqavilə üzrə əsas borca görə 2662 manat, cərimə borcuna görə 130 manat, olmaqla, ümumilikdə 4589 (dörd min beş yüz səksən doqquz) manat məbləğində pul vəsaiti və 70 (yetmiş) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev