Məhkəmə qərarları › İş №e-2(001)-2155/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2155/2024

06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2155/2024 06.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil1, Cavabdehin nümayəndəsi, Vəkil2 iştirakı ilə İddiaçı(VÖEN: **********) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 2 380 980 (iki milyon üç yüz səksən min doqquz yüz səksən) manat pul məbləğinin, 7497 (yeddi min dörd yüz doxsan yeddi) manat məbləğində hüquqşünas xərcinin və 1985 (bir min doqquz yüz səksən beş) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 30 dekabr 2022-ci il tarixində İddiaçı MMC (bundan sonra “İddiaçı”) ilə Cavabdeh oğlu (bundan sonra “Cavabdeh”) arasında Füzuli rayonunun “Harami” ərazisinin 6h nömrəli hissəsi ünvanında yerləşən 400 dröd) yüz) ha torpaq sahəsinin (bundan sonra “Torpaq Sahəsi”) üzərində olan icarə hüquqlarının alqı-satqısına dair müqavilə (bundan sonra “Müqavilə”) imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Cavabdeh Torpaq Sahəsinin üzərində olan 22 iyul 2006-cı il tarixindən başlayaraq 99 (doxsan doqquz) il icarə hüquqlarını iddiaçıya 1 400 000 (bir milyon dörd yüz min) ABŞ dolları, yəni 2 380 980 (iki milyon üç yüz səksən min doqquz yüz səksən) manata (xx.xx.2022-ci il tarixinə olan manat məzənnəsi ilə 1 (bir) ABŞ dolları = 1.70,07 (bir manat yetmiş tam yüzdə yeddi qəpik) AZN) satmağı, İddiaçı isə Torpaq Sahəsinə dair qeyd olunan icarə hüquqlarını almağı öhdəsinə götürür. Tərəflər arasında bağlanmış Müqaviləyə dair 30 dekabr 2022-ci il tarixli Razılaşma Müqaviləsinin (bundan sonra “Razılaşma Müqaviləsi”) 4-cü bəndinə əsasən Torpaq Sahəsinin 5 (beş) ha hissəsində Cavabdehə məxsus nar ağacları, 98 (doxsan səkkiz) ha hissəsində yerləşən üzüm tağları və digər hissələrində yerləşən hər tağ, bitki və ağaclar bəhərlərilə birlikdə İddiaçının mülkiyyətinə verilir. Müqavilənin 3-cü bəndinə əsasən, iddiaçı 1 400 000 (bir milyon dörd yüz min) ABŞ dolları məbləğində ödənişin ilkin olaraq 700 000 (yeddi yüz min) ABŞ dolları, yəni 1 190 490 (bir milyon yüz doxsan min dörd yüz doxsan) manat məbləğini Cavabdehə ödəyir. Müqavilənin 4-cü bəndinin 1-ci cümləsinə əsasən, iddiaçı qalan 700 000 (yeddi yüz min) ABŞ dollarını 29 mart 2023-cü il tarixədək ödədiyi günün manat məzənnəsi ilə Cavabdehə ödəməyi öz öhdəsinə götürür. Qeyd edək ki, iddiaçı Müqavilədən irəli gələn öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirərək Müqavilədə göstərilən qaydada Cavabdehə ödəniş etmişdir. Buna baxmayaraq, Cavabdeh Müqavilədən irəli gələn öhdəliklərini tam yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən 28 sentyabr 2023-сü il tarixində təqdim edilən Torpaq Sahəsinin planında (bundan sonra “Plan”), Torpaq Sahəsində yerləşən üzüm bağının Torpaq Sahəsinin Müqavilədə nəzərdə tutulduğu kimi 98 (doxsan səkkiz) ha deyil, 74.33 (yetmiş dörd tam yüzdə otuz üç) ha hissəsini əhatə etməsi öz əksini tapmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən Cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh Müqavilə üzrə iddiaçı tərəfindən həyata keçirilmiş 1 400 000 (bir milyon dörd yüz min) ABŞ dolları, yəni 2 380 980 (iki milyon üç yüz səksən min doqquz yüz səksən) manat məbləğində ödənişin geri qaytarılmasından yayınmışdır. Sonuncu dəfə 02 oktyabr 2023cü il tarixində Cavabdehə rəsmi Pretenziya məktubu ünvanlanmış və bildirilmişdir ki, Cavabdeh tərəfindən 09 oktyabr 2023-cü il tarixinədək tələb olunan ödəniş tam şəkildə geri qaytarılmadığı təqdirdə İiddiaçı tərəfindən məhkəməyə müraciət olunacaqdır. İİddiaçının son xəbərdarlığına baxmayaraq Cavabdeh ödənişi həyata keçirməmiş və bununla Müqavilə üzrə öhdəliklərini kobud surətdə pozmuşdur.

3. Daha sonra iddiaçı tələbini dəyişərək, məhkəmədən Cavabdeh ümumilikdə 546581 manat pul məbləğinin, 7497 manat məbləğində hüquqşunas xərcinin və 1985 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Dəyişdirilmiş tələbini isə belə əsaslandırmışdır ki, İddia ərizəsində qeyd olunduğu kimi, 30 dekabr 2022-ci il tarixində İddiaçı ilə Cavabdeh arasında Füzuli rayonunun “Harami” ərazisinin 6h nömrəli hissəsi ünvanında yerləşən 400 (dörd yüz) ha torpaq sahəsinin (bundan sonra “Torpaq Sahəsi”) üzərində olan icarə hüquqlarının alqı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Cavabdeh Torpaq Sahəsinin üzərində olan 22 iyul 2006-cı il tarixindən başlayaraq 99 (doxsan doqquz) il icarə hüquqlarını İddiaçıya 1 400 000 (bir milyon dörd yüz min) ABŞ dolları, yəni 2 380 980 (iki milyon üç yüz səksən min doqquz yüz səksən) manata (xx.xx.2022-ci il tarixinə olan manat məzənnəsi ilə 1 (bir) ABŞ dolları = 1.70,07 (bir manat yetmiş tam yüzdə yeddi qəpik) AZN) satmağı, İddiaçı isə Torpaq Sahəsinə dair qeyd olunan icarə hüquqlarını almağı öhdəsinə götürür. Tərəflər arasında bağlanmış Müqaviləyə dair 30 dekabr 2022-ci il tarixli Razılaşma Müqaviləsinin (bundan sonra “Razılaşma Müqaviləsi”) 4-cü bəndinə əsasən Torpaq Sahəsinin 5 (beş) ha hissəsində Cavabdehə məxsus nar ağacları, 98 (doxsan səkkiz) ha hissəsində yerləşən üzüm tağları və digər hissələrində yerləşən hər tağ, bitki və ağaclar bəhərlərilə birlikdə İddiaçının mülkiyyətinə verilir. Müqavilənin 3-cü bəndinə əsasən, İddiaçı 1 400 000 (bir milyon dörd yüz min) ABŞ dolları məbləğində ödənişin ilkin olaraq 700 000 (yeddi yüz min) ABŞ dolları, yəni 1 190 490 (bir milyon yüz doxsan min dörd yüz doxsan) manat məbləğini Cavabdehə ödəyir. Müqavilənin 4-cü bəndinin 1-ci cümləsinə əsasən, İddiaçı qalan 700 000 (yeddi yüz min) ABŞ dollarını 29 mart 2023-cü il tarixədək ödədiyi günün manat məzənnəsi ilə Cavabdehə ödəməyi öz öhdəsinə götürür. Qeyd edək ki, İddiaçı Müqavilədən irəli gələn öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirərək Müqavilədə göstərilən qaydada Cavabdehə ödəniş etmişdir. Buna baxmayaraq, Cavabdeh Müqavilədən irəli gələn öhdəliklərini tam yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən 28 sentyabr 2023-сü il tarixində təqdim edilən Torpaq Sahəsinin planında (bundan sonra “Plan”), Torpaq Sahəsində yerləşən üzüm bağının X1 nəzərdə tutulduğu kimi 98 (doxsan səkkiz) ha deyil, 74.33 (yetmiş dörd tam yüzdə otuz üç) ha hissəsini əhatə etməsi öz əksini tapmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında 30 dekabr 2022-ci il tarixində bağlanılmış müqavilənin predmeti olan üzüm tağlarının əhatə etdiyi torpaq sahəsinin həcmi ilə bağlı tərəflər arasında mübahisə vardır və yaranmış mübahisənin obyektiv həlli üçün xüsusi bilik tələb olunur. Belə olan halda məhkəmə hesab etmişdir ki, mübahisənin obyektiv həlli üçün müvafiq ekspertiza təyin edilməlidir. Bunun əsasında məhkəmə 01 aprel 2024-cü il tarixli qərardadı ilə iş üzrə ekspertizasının təyin edilməsini qərara almış və ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. Məhkəmə işinə əlavə edilmiş 22 avqust 2024-cü il tarixli 3-16-16/2-7/606 nömrəli ekspert rəyi və 24 oktyabr 2024-cü il tarixli 3-16-16/2-10/2925 nömrəli ekspert rəyindən görünür ki, Füzuli rayonunun “Harami” ərazisinin 6h nömrəli hissəsi ünvanında yerləşən 400 (dörd yüz) ha torpaq sahəsinin 75.99 ha sahəsini üzüm bağları təşkil edir. Qeyd edirik ki, hazırda iddia tələbinin dəyişdirilməsinə zərurət yaranmışdır. Belə ki, ilkin iddia tələbində tərəflər arasında bağlanmış müqavilədən imtina edilərək Cavabdeh ümumilikdə ona ödənilmiş bütün məbləğin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Hazırda isə müqavilədə nəzərdə tutulmuş (98 ha) və müvafiq ekspert rəyləri ilə təsdiq edilmiş Cavabdeh tərəfindən faktiki təhvil verilmiş (75.99 ha) üzüm bağlarının sahəsi arasında yaranmış fərqə dair İddiaçı tərəfindən ödənilmiş məbləğin geri qaytarılması tələb olunur. Tərəflərin izahatları və iddiaya münasibəti:

5. İddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddiaçı MMC 2022-ci ildə keçirilən dövlət proqramı çərçivəsində investisiya müsabiqəsində iştirak edir və qalib olur. Keçirilən yarış nəticəsində MMC üzərinə qoyulmuş bir neçə öhdəlik olmuşdur ki, bunlardan bəziləri artıq 2022-ci ilin sonuna kimi icra edilməli idi. Belə ki, şirkətin ya istifadəsində, ya sahibliyində, ya da icarəsində ya təyinatına uyğun torpaq sahəsi, ya da üzüm bağları və s. olmalı idi. Şirkət rəhbərliyi 2022-ci ilin sonuna kimi həmin öhdəliklərinin icrasını təmin etmək üçün xx.xx.2022-ci il tarixdə “Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi”ni imzalamalı olur. Hətta Şəki rayonu ərazisində lahiyə üzrə 10-a yaxın torpaq sahələrinə baxılsa da, torpağın sənədləri qaydasında olmadığından və ya mülkiyyətçisinin ölümündən sonra vərəsəlik qaydasında mübahisə olduğundan, başqa ərazini tələb edilən müddət ərzində almaq imkanları olmamışdır. Həm də, şirkət özü şərabçılıq fəaliyyəti ilə məşğul olduğundan, buna yararlı ərazi tapdığı üçün faydalanmaq istəyib. Müqavilə bağlanan dövrdə notariusun yönləndirməsi ilə, alğı-satqı müqaviləsindən sonra tərəflər arasında bir razılaşma imzalanır və həmin razılaşmada 400 ha torpaq sahəsinin 5 ha hissəsində satıcıya məxsus nar ağaclarının, 98 ha hissəsində yerləşən üzüm tağları olması dəqiq göstərilir. Lakin digər avadanlıqların mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim edilmədiyindən onlar, xüsusi olaraq vurğulanmır. Bağlanmış razılaşma müqaviləsi alğı-satqı müqaviləsinin tərkib hissəsidir. Şirkətdə bir neçə dəfə rəhbər dəyişikliyi olmuşdur. Sonuncu rəhbər dəyişikliyindən sonra müvafiq vəzifəyə təyin edilmiş şəxs, alınmış torpaq sahəsinin ölçülməli olmasını vurğulanmışdır. Belə ki, əldə edilən məhsul faktiki sahənin ödəməli olduğu ehtiyacı qarşılamırdı. Müqavilə 2022-ci ilin sonlarında, razılaşma isə fevralında olub. Torpaq sahəsinin ölçülməsinə 2023-cü ilin sentyabrda başlanılmışdır. xx.xx.2023-cü il tarixində də, müvafiq iddia ilə məhkəməyə müraciət edilmişdir. Cavabdeh tərəf iddiaya etirazında həmin hissədə olan yollara düşən ərazinin nəzərə alınmadığını iddia edir. Lakin mübahisə üzrə keçirilmiş ekspertiza tədqiqatı zamanı müqavilədə göstərilən üzüm bağlarının ərazisinin 98 ha. əvəzinə, 75 ha, 89 sot olduğu müəyyən edilib ki, bu da müqavilədə göstərilən ərazidən çatışmayan 22 ha hissə deməkdir. Qaldırdıqları tələb müqavilə üzrə dəyərin ödənilməsi ilə bağlı olsa da, tələbin dəqiqləşdirilməsi isə çatışmayan əraziyə dair arada yaranan fərqlə bağlıdır. Belə ki, şirkət tərəfindən üzüm bağının 1 ha sahəsi 23092 manat dəyərində qiymətləndirilir. Torpaq sahəsinin koordinatları ilə bağlı planı əsas tutub isə üzüm bağlarının ərazisinin əslində 74 ha. 33 sot olduğu nəzərə alınarsa, çatışmayan hissə 23 ha, 67 sotdur ki, bu da ödənilməli olan 546581 manat deməkdir. Tələbin azaldılması rəhbərlik tərəfindən son anda təklif edildiyindın, qiymətləndirmə üçün mütəxəssisə müraciət edilməsi mümkün olmamışdır. Lakin bu məsələnin aydınlaşdırılması üçün ekspertiza təyin ediləcəyi təqdirdə, mövqeləri məhkəmənin mülahizəsinə buraxmaqdır. Cavabdeh tərəfin təqdim etdiyi AR Kənd Təsərrüfatı Nazirliyinin müvafiq məktubu tərəfin təqdim etdiyi bəyannaməyə uyğun hazırlanır. Ümumiyyətlə cavabdeh tərəfin təqdim etdiyi AR Kənd Təsərrüfatı Nazirliyi tərəfindən və Füzuli rayon Statistika İdarəsi tərəfindən verilən sənədlərin sübut kimi qiymətləndirilməsinin əsası yoxdur. Belə ki, ölçmə ilə bağlı səlahiyyətli orqan DƏDRK PHŞ-dir.

6. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatlarında bildirmişdir ki, 30 dekabr 2022-ci il tarixində İddiaçı MMC ilə Cavabdeh oğlunun arasında Füzuli rayonunun “Harami” ərazisinin 6h nömrəli hissəsi ünvanında yerləşən 400 ha torpaq sahəsinin üzərində olan icarə hüquqlarının alqı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, cavabdeh torpaq sahəsinin üzərində olan 22 iyul 2006-cı il tarixindən başlayaraq 99 il icarə hüquqlarını iddiaçıya 1 400 000 ABŞ dollarına satmağı, iddiaçı isə torpaq sahəsinə dair qeyd olunan icarə hüquqlarını almağı öhdəsinə götürür. Tərəflər arasında bağlanmış Müqaviləyə dair 30 dekabr 2022-ci il tarixli Razılaşma Müqaviləsinin 4-cü bəndinə əsasən torpaq sahəsinin 5 ha hissəsində cavabdehə məxsus nar ağacları, 98 ha hissəsində yerləşən üzüm tağları və digər hissələrində yerləşən hər tağ, bitki və ağaclar bəhərlərilə birlikdə iddiaçının mülkiyyətinə verilmişdir. Qeyd edək ki, iddiaçı müqavilədən irəli gələn öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirərək müqavilədə göstərilən qaydada cavabdehə ödəniş etmişdir. Buna baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini tam yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən 28 sentyabr 2023-сü il tarixində təqdim edilən torpaq sahəsinin planında, torpaq sahəsində yerləşən üzüm bağının torpaq sahəsinin müqavilədə nəzərdə tutulduğu kimi 98 ha deyil, 74.33 ha hissəsini əhatə etməsi öz əksini tapmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə iddiaçı tərəfindən həyata keçirilmiş 1 400 000 ABŞ dolları məbləğində ödənişin geri qaytarılmasından yayınmışdır. Sonuncu dəfə 02 oktyabr 2023-cü il tarixində cavabdehə rəsmi pretenziya məktubu ünvanlanmışdır. İddiaçının son xəbərdarlığına baxmayaraq cavabdeh ödənişi həyata keçirməmiş və bununla müqavilə üzrə öhdəliklərini kobud surətdə pozmuşdur. Ölçmə işlərində cavabdeh, cavabdehin qardaşı və şəxsən özü də iştirak etmişdir. Ölçmə işləri zamanı cavabdehin qardaşı bütün sahələri bir-bir ekspertə göstərmişdir. Yekunda ekspert tərəfindən akt tərtib olunan zaman Əhəd müəllim artıq yox idi, lakin qardaşı orada idi. Bu zaman cavabdehin qardaşı Əhəd müəllim ilə əlaqə saxlayaraq, ekspert tərəfindən tərtib olunmuş aktı imzalayıb-imzalamamağı soruşduqda, Əhəd müəllim qardaşına etibarnamə vermədiyini bildirmiş və cavabdehin qardaşı aktı imzalamaqdan imtina etmişdir. Ekspertin deməsinə görə ölçmə metodikasının əl ilə olduğunu bildirmişdir. Bundan başqa ölçmə işləri zamanı cavabdeh tərəf ara məsafələri və yol hissəsini 8 metr müəyyən olunmuşdur. Həmçinin ekspertiza tədqiqatı zamanı nar bağının müəyyən hissəsinin quruması aşkar etdik. İddiaçı torpaq sahəsini alqıdan sonra ölçmə işləri aparmışdır. İddiaçı cavabdehə inanaraq torpaq sahəsini almışdır.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddia tələbini tamamilə əsassız hesab etməklə, rədd edilməsini xahiş edir. Əlavə olaraq bildirir ki, tələbin nə maddi, nə də ki prosessual hüquqi əsası yoxdur. İlk olaraq xx.xx.2022-ci il tarixli müqavilənin predmeti 400 ha torpaq sahəsi olsa da, iddiaçının istifadəsinə 415 ha torpaq sahəsi verilmişdir. Torpağın sənəd üzrə sahəsi 400 ha. olmuşdur. Şirkət torpağı seçəndə həmin əraziyə, meyvə bağlarına, ərazinin sahibinə bələd olub. Belə ki, şirkətin müqavilədən əvvəl də, ərazidən məhsul alışları olub. Belə bir şirkətin ödədiyi qiymət nəzərə alınarsa, aldığı sahəni ölçməməsi, yoxlamaması absurddur. İddiaçı tərəf düzgün vurğuladı ki, mübahisə şirkətin rəhbərliyinin dəyişikliyindən sona qaynaqlanır. Belə ki, törəmə müəssisə rəhbəri, əsas rəhbərliyə idarəetmədə olan bacarıqlarını bir növ sanki sübut etməyə çalışır. Əsas mətləb üzrə, torpaq sahəsində 98 ha üzüm bağları olub və həmin sahə həcmində təhvil verilib. Ərazinin daha sonradan 76 ha sahəyə çevrilməsi, iddiaçı tərəfin özünün fəaliyyətindən qaynaqlana bilər. Təqdim etdiyi AR Kənd Təsərrüfatı Nazirliyi tərəfindən və Füzuli rayon Statistika İdarəsi tərəfindən verilən sənədlərin sübut kimi dəyərləndirilməməli olması ilə bağlı mövqe yanlışdır. Belə ki, həmin sənədlər müvafiq icra hakimiyyətlərindən alınmışdır. Həmçinin iddiaçı tərəf müvafiq sənədlərin sübut kimi qiymətləndirilməməli olduğunu iddia etsə də, torpaq sahəsinin alğısatqısından bir gün əvvəl və Füzuli rayon Statistika İdarəsindən müvafiq arayış alınmışdır. Digər tərəfdən cavabdehin torpağı və ya avadanlıqları ayrı-ayrı satmaq niyyəti olmamışdır. Bütünlükdə biznesini satmışdır. Odur ki, hektar üzrə qiymətləndirmə aparılmamışdır. Cavabdehin biznes fəaliyyətindən yaranan borclarının ödənilməsi zərurətindən torpaq sahəsi satılmışdır. Torpaq sahəsi müqavilədən 3-4 gün əvvəldən artıq iddiaçının faktiki sahibliyində olub. Belə ki, müqavilənin 4-cü bəndi buna şərait yaratmışdır ki, ərazinin dəyəri ödənilənə qədər artıq torpaq alıcının sahiblik və istifadəsinə verilə bilərdi. Göründüyü kimi, həmin müqavilə bağlanan zaman belə, üstünlük hüququ alıcıda olub. Cavabdehlə iddiaçı arasında dostluq münasibətləri olub.

8. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatlarında bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Füzuli Rayon Statistika İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilən ərazidə 98 ha üzüm bağının olduğu öz təsdiqini tapmışdır. Bundan əlavə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən tərtib edilmiş plandakı uyğunsuzluğun ölçmənin düzgün aparılmadığından qaynaqlandığını ehtimal edir. Belə ki, fikrinə görə ölçmə yalnız üzüm tağının basdırıldığı yerin həcminə uyğun aparılmışdır, halbuki üzüm tağlarının arasında texnikanın işləməsi, digər aqrotexniki xidmət üçün zəruri yollar, cığırlar nəzərdə tutulmuşdur.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Teymur Məmmədov heç bir araşdırma aparmadan rəy vermişdir. Belə ki, ekspert Teymur Məmmədov Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Pərvanə Rüstəmovanın tədqiqatının nəticə hissəsinə əsaslanmış bir rəy vermişdir. Hesab edirəm ki, Teymur Məmmədov tərəfindən verilmiş rəy formal xarakterlidir. Bundan başqa tərəflərin iştirakı ilə keçirilmiş ekspertizada ekspert Pərvanə Rüstəmova isə ölçmə işlərini əl ilə həyata keçirmişdir. Düşünürəm ki, ölçmə zamanı səhvliklər olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən təqdim edilən Torpaq Sahəsinin planında Torpaq Sahəsində yerləşən üzüm bağının Torpaq Sahəsinin Müqavilədə nəzərdə tutulduğu kimi 98 ha deyil, 74.33 ha hissəsini əhatə etməsi öz əksini tapmışdır. Lakin digər iki qurumda isə üzüm bağının sahəsi başqa ölçüdə göstərilmişdir. Belə olan halda dövlət qurumları və ekspertlərin rəyi arasında ziddiyyət vardır. Bundan başqa alqısatqıdan əvvəl iddiaçı tərəfindən dəvət edilmiş mütəxəssis də ölçmə işləri aparmışdır. Ona görə də, gələcəkdə iş üzrə obyektiv qərarının çıxarılması üçün ekspertlərin məhkəmə iclasında dindirilməsi məqsədə müvafiq hesab edirəm. Əlavə olaraq bildiriəm ki, əslində alqı-satqı 400 ha bağlı olsa da, faktiki 415 ha ərazi verilmişdir. Alqı-satqı müqaviləsinin predmeti torpaq sahəsi olsa da, cavabdeh hətta torpaq sahəsindən əlavə orada yerləşən texnikalar və digər əmlaklar da iddiaçıya ümumilikdə ******* manata satmışdır. Sonradan İddiaçı MMC-nin əsas rəhbəri ilə MMC-nin Azərbaycan Respublikasındakı filialının rəhbərliyi arasında mübahisə olmuşdur. Bundan başqa artıq 2 ildir ki, tərəflər arasında alqı-satqı baş tutmuşdur. İddiaçı 2 il ərzində 800000 manata yaxın qazanc əldə etmişdir. Cavabdeh təxminən 5 il iddiaçıya məhsul satmışdır. Hətta bizim məhsuldan hazırlanan şərablara görə iddiaçı Rusiya Federasiyasında bir neçə dəfə qızıl medala layiq görülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

9. Birinci tərəf-satıcı Cavabdeh ilə ikinci tərəf-alıcı İddiaçı MMC arasında xx.xx.2022ci il tarixdə, 9 saylı notariat ofisində bağlanmış “Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi”-nə əsasən satıcı Füzuli rayonu, Harami ərazisinin 6 h nömrəli hissəsindən 400 ha torpaq sahəsinin xx.xx.2006-cı il tarixdən başlayaraq 99 il icarə hüquqlarını ******* abş dollarına(2380980 manata) alıcıya nisyə satmışdır.

10. Müqavilənin 3-cü bəndinə əsasən, alıcı satış qiymətinin 700000 abş dollarını(manat ekvivalenti 1190490) ilkin olaraq notariusun depozit hesabı vasitəsilə satıcıya ödəmişdir.

11. Müqavilənin 4-cü bəndinə əsasən isə, alıcı qalan 700000 abş dollarını xx.xx.2023cü il tarixədək alıcıya ödəməyi öhdəsinə götürmüşdür, həmin tarixədək alıcı ödəməzsə həmin müqavilə ödənilən pul alıcıya qaytarılmaq şərti ilə ləğv ediləcəkdir. Ödəniş tamamlandıqdan sonra torpaq sahəsinin icarə hüquqları alıcının adına rəsmiləşdirilməli idi.

12. 11.02.2023-cü il tarixdə isə müqavilənin 4-cü bəndinə düzəliş edilməsi barədə müqavilə bağlanmış və düzəlişə əsasən xx.xx.2023-cü il tarixədək ödənişin olubolmamasından asılı olmayaraq bu müqavilə hüquqların dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış alınması üçün əsas təşkil edəcəkdir.

13. “Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi” bağlandıqdan dərhal sonra xx.xx.2022-ci il tarixdə birinci tərəf- Cavabdeh ilə ikinci tərəf_ İddiaçı MMC arasında “Razılaşma müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən xx.xx.2022-ci il tarixli “Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi” üzrə satıcı əmin edir ki, yüklü edilən torpaq sahəsinin 400 ha əkin sahəsinin suvarma suyu ilə təminat mənbəyini X3 götürən X2 İdarəsinin balansında olan ARAZ-3 nasos stansiyası vasitəsilə həyata keçirilir və Satıcı bu təminatının davamlı qalması üçün Alıcıya lazımi köməklik göstərməyi, bu məqsədlə bütün yarana biləcək zəruri xərcləri üzərinə götürür. Həmin müqavilənin 4-cü bəndinə əsasən satıcı-Harami ərazisinin 6 h nömrəli hissəsi ünvanda yerləşən 400 ha torpaq sahəsinin 5 ha hissəsində satıcıya məxsus nar ağaclarının, 98 ha hissəsində yerləşən üzüm tağları və digər hissələrində yerləşən hər tağ, bitki və ağaclar bəhərləri ilə birlikdə alıcının mülkiyyətinə verir.

14. Bundan başqa həmin müqavilədə qeyd edilmişdir ki, satıcı-balansında olan 2 ədəd T-54 belarusiya istehsalı və T-89 Moldova istehsalı olan traktorları, kultivator qurğularını, dərman səpən qurğuları alıcının mülkiyyətinə vermişdir.

15. Həmin müqavilənin 5-ci bəndində qeyd edilmişdir ki, satıcı- Harami ərazisinin 6 h nömrəli hissəsi ünvanda yerləşən 400 ha torpaq sahəsinin üzərində yerləşən bütün köməkçi tikililəri alıcının mülkiyyətinə verir.

16. İddiaçı MMC-nin müraciətinə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən hazırlanmış Füzuli rayonu, Harami ərazisində yerləşən 400 ha torpaq sahəsinin planında üzüm bağı 74.33 ha, nar bağı 5.17 ha göstərilmişdir.

17. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Füzuli Rayon Statistika İdarəsinin məlumatına əsasən, Füzuli rayon Harami ərazisinin 6 nömrəli hissəsində Cavabdeh sahibi olduğu Mil Qarabağ LTD MMC-nin Füzuli Rayon Statistika idarəsinə təqdim etdiyi rəsmi statistik hesabatlara əsasən 400 ha əkin sahəsinin 98 ha üzüm, 5 hektarı isə nar bağı ilə əhatə olunmuşdur.

18. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin məlumatında qeyd edilmişdir ki, “Elektron kənd təsərrüfatı” informasiya sistemində olan məlumatlara əsasən Cavabdeh 2022-2023-cü əkin ili üçün 98 ha üzüm bağı və 5 ha nar bağı olduğu bəyan edilsə də, 2023-2024-cü əkin ili üçün müvafiq bəyannaməsi müəyyən edilməmişdir.

19. Azərbaycan Respublikasının Ədliyyə nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, Kvartalların(sərnələrin) ümumi sahəsi 74.33 ha, kvartallararası(sərnəarası) məsafənin enin 8 m, suvarma yollarının eni 1.2 metr olmaqla üzüm tənəklərinin suvarılması, məhsulun toplanması, xəstəliklərə qarşı mübarizədə dərmanlama və.s digər məqsədlər üçün, texnikanın işləməsinə gör nəzərdə tutulmuş yollar, döngələr və digər qulluqların edilməsi üçün uyğun olub, üzüm bağlarının ümumu sahəsi 75.99 ha sahə təşkil edir.

20. Azərbaycan Respublikasının Ədliyyə nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, Füzuli rayonu, “harami” ərazisinin 6 h nömrəli hissəsi ünvanda yerləşən 400 ha torpaq sahəsinin 75.99 ha hissəsi üzüm tağları yerləşən sahədir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

21. Füzuli Rayon İcra Hakimiyyətinin mülkiyyətində olan Füzuli rayonu, Harami ərazisinin 6 h nömrəli hissəsi ünvanda yerləşən 400 ha torpaq sahəsi xx.xx.2006-cı il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh 99 il icarəsinə verilmişdir. Həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh tərəfindən nar və üzüm bağları salınmış və onların satışı həyata keçirilmişdir. İddiaçı MMC isə üzümçülük və şərabçılıqla məşğul olan xarici şirkətin törəmə müəssisədir və Azərbaycanda üzüm bağları salmaqla şərab istehsalı ilə məşğul olur. Cavabdeh “Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi”nə qədər İddiaçı MMC-yə üzüm məhsulları satmışdır. İddiaçı MMC ölkədə olan investisiya proqramı çərçivəsində 2022-ci ilin sonuna qədər fəaliyyət göstərdiyi sahə üzrə investisiya yatırmalı və bu səbəbdən də torpaq sahəsi almaq qərarına gəlmişdir. Bir çox axtarışdan sonra əvvəldən tanıdığı Cavabdeh icarəsində olan mübahisəli torpaq sahəsinin onlara uyğun olduğu qənaətinə gələrək, xx.xx.2022-ci il tarixdə “Torpağın icarə hüquqlarının alqısatqısı müqaviləsi” bağlamışlar. Tərəflər arasında bağlanmış “Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi”-nin predmeti Füzuli rayonu, Harami ərazisinin 6 h nömrəli hissəsi ünvanda yerləşən 400 ha torpaq sahəsinin ******* abş dollarına nisyə satılması olmuşdur. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra torpaq sahəsi alıcıya verilmiş, alıcı isə xx.xx.2023-cü il tarixədək alqı-satqının dəyərini satıcıya tam ödəmiş və hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır.

22. Bundan sonra xx.xx.2023-cü il tarixdə İddiaçı MMC Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə torpaq sahəsinin planının hazırlanması barədə sifariş vermiş və hazırlanmış plana əsasən üzüm bağlarının 74.33 ha, nar bağlarının 5.17 ha olduğunu müəyyən etmişlər.

23. İddiaçı ilkin olaraq, üzam bağlarının sahəsinin müqaviləyə uyğun olmadığına əsaslanaraq, müqavilədən imtina etməklə müqavilə üzrə ödənilən məbləğin geri qaytarılmasını xahiş etsələr də, daha sonra tələbini dəyişərək alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edirlər.

24. Cavabdeh tərəf isə iddiaya o əsasla etiraz edirlər ki, üzüm bağları alqı-satqının müstəqil predmeti olmamış, satıcı ticarətini ümumi olaraq alıcıya satmışdır. Belə ki, tərəflər arasında müqaviləyə qədər işgüzar münasibətlər olmuş və alıcı satıcının onlara satdığı məhsulun həcmini nəzərə alaraq torpaq sahəsini almaq qərarına gəlmişdir. Daha sonra alcının eyni məhsuldarlığı əldə edə bilməməsi müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsi yarada bilməz. Bundan başqa əlavə razılaşmada qeyd edilən üzüm bağının həcmini(98 ha) onlar özlərindən deyil, alqı-satqı müqaviləsinin bağlandığı tarixdən bir gün əvvəl alınmış Füzuli Rayon Statistika Komitəsinin məlumatına əsasən müəyyən etmişlər və eyni zamanda həmin həcmə uyğun olaraq da Kənd Təsərrüfatı Nazirliyindən subsidiya əldə etmişlər. Üstəlik alqı-satqı zamanı alıcı əraziyə baxış keçirmiş və alacağı torpaq sahəsini yoxlamışdır. İddiaçıda sonradan baş vermiş mövqe dəyişikliyi şirkət daxilində rəhbərliyin dəyişməsi və yeni gələn rəhbərin əvvəlki rəhbərin işərində nöqsan tapmaq niyyətindən irəli gəlir. Əlavə razılaşmaya əsasən texnikanın, tikililərin alıcının mülkiyyətinə verilməsi, suvarmaya və digər yardımların göstərilməsi barədə öhdəliyin götürülməsi satıcının ümumi ticarətini satmağının alıcının da ticarəti bütünlüklə almağının təsdiqidir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

26. 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

27. 135.5. Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyrimaddi əmlak nemətləridir. Qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) ilə bağlı münasibətlər onların hər birinə aid olan xüsusi qanunvericiliyin müddəalarına müvafiq olaraq tənzimlənir.

28. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

29. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

30. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır.

31. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.

32. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

33. 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

34. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

35. 577.1. Alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər.

36. 578.1. Satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

37. 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: alış qiymətinin mütənasib azaldılması və.s

38. 590.1. Satıcı alıcıya alğı-satqı müqaviləsinin komplektlik haqqında şərtlərinə uyğun gələn əşya verməyə borcludur.

39. 590.2. Alğı-satqı müqaviləsində əşyanın komplektliyi müəyyənləşdirilmədikdə, satıcı alıcıya komplektliyi işgüzar dövriyyə adətləri ilə və ya adətən irəli sürülən digər tələblərlə müəyyənləşdirilən əşya verməyə borcludur.

40. 591.1. Əgər alğı-satqı müqaviləsində satıcının alıcıya əşyaların müəyyən toplusunu komplekt şəklində vermək vəzifəsi nəzərdə tutulubsa, öhdəlik komplektə daxil olan bütün əşyaların verildiyi andan icra edilmiş sayılır.

41. 591.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, satıcı komplektə daxil olan bütün əşyaları alıcıya eyni vaxtda verməyə borcludur.

42. 592.1. Komplektsiz əşya verildiyi halda alıcı satıcıdan öz seçimi ilə aşağıdakıları tələb edə bilər: alış qiymətinin mütənasib surətdə azaldılması; əşyanın komplektinin ağlabatan müddətdə tamamlanması.

43. 595.1. Alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir.

44. 595.2. Bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alğı-satqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyri-münasib taranın və (və ya) qabın dəyişdirilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyri-mümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin.

45. 595.3. Əgər satıcı alıcıya verilmiş əşyaların alğı-satqı müqaviləsinin şərtlərinə uyğun gəlmədiyini bilirdisə və ya bilməli idisə, bu Məcəllənin 595.1 və 595.2-ci maddələrində nəzərdə tutulan müddəalara istinad edə bilməz.

46. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

47. 651. Tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir.

48. 654.1. Hər hansı tələbin və hər hansı digər hüququn satıcısı həmin tələbin və ya hüququn həqiqətən mövcud olmasına cavabdehdir. Qiymətli kağızın satıcısı belə bir məsuliyyət də daşıyır ki, həmin qiymətli kağızın etibarsızlığına səbəb ola biləcək hansısa icraata başlanılmayacaqdır.

49. Məhkəmə əvvəla qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

50. İddiaçı xx.xx.2022-ci il tarixli razılaşma müqaviləsi üzrə 98 ha nar bağının alıcının mülkiyyətinə verilməli olması ilə bağlı şərtin pozulduğunu iddia edir və bu səbəbdən alqısatqı müqaviləsi üzrə ya əşyaların miqdarı haqqında şərtin pozulmasının nəticələrinin, ya lazımı keyfiyyətli əşyanın verilməsinin nəticələrinin, ya da komplektsiz əşya verilməsinin nəticələrinin tətbiq edilərək, alış qiymətinin mütənasib olaraq azaldılmasını tələb edir.

51. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi”-nin predmetini Füzuli Rayon İcra Hakimiyyətinin mülkiyyətində olan Füzuli rayonu, Harami ərazisinin 6 h nömrəli hissəsi ünvanda yerləşən 400 ha torpaq sahəsi üzərində icarə hüquqlarının nisyə satılması olmuşdur. Həmin müqavilədə üzüm bağlarının miqdarı, qiyməti, keyfiyyəti barədə hər hansı şərt olmamışdır.

52. Bundan başqa iddiaçı əşyanın komplektlik haqqında şərtinin pozulduğuna istinad etsə də, lakin qeyd edilməlidir ki, hüquq nəzəriyyəsində əşyanın komplektliyi dedikdə, ümumi bir təyinat üzrə istifadə edilməsi üçün vahid bir əşyanın tərkibinə daxil olan ayrıayrı detalların, aqreqatların, hissələrin və.s toplusu başa düşülür. Bütün bu detallar, aqreqatlar, hissələr və.s vahid bir əşyanı yaradırlar. Əşyanın komplektliyi, məhsullar (işlər, xidmətər) üçün qanunla müəyyən edilmiş norma, qayda və xarakteristikalarını müəyyən edən standartlarla, texniki şərtlərlə, habelə alqı-satqı müqaviləsində müəyyən edilir. Alqısatqı müqaviləsində əşyanın komplektliyi müəyyənləşdirilmədikdə satıcı aıcıya komplektliyi işgüzar dövriyyə adətləri ilə və ya adətən irəli sürülən digər tələblərlə müəyyən edilən əşya verməyə borcludur. Məsələn dəmir seyf alan alıcıya müvafiq açarın təqdim edilməməsi müqavilənin komplektlik şərtinin pozulması nəticəsi yarada bilər. Malların komplekti dedikdə, öz müstəqil təyinatları üzrə istifadəyə tam yararlı olan müxtəlif əşyaların toplusu başa düşülür. Malların komplekti tərəflərdən hansının təklif etməsindən asılı olmayaraq, alqı-satqı müqaviləsi ilə müəyyənləşdirilir. Buna misal isə mebel dəstinə daxil olan ayrı-ayrı hissələri aid etmək olar.

53. Göründüyü kimi hazırki müqavilə üzrə əşyaların və ya malın komplektlik şərtinin pozulmasından da söhbət gedə bilməz.

54. Bununla belə məhkəmə hesab edir ki, mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

55. Bu səbəbdən də məhkəmə tərəflər arasında müqaviləyə qədər işgüzar münasibətlərin olduğunu(tərəflər arasında üzüm satışı ilə bağlı ticarət dövriyyəsi olmuşdur), iddiaçının torpaq sahəsi almaq niyyətinin dövlət proqramı çərçivəsində investisiya müsabiqəsində iştirak etmək istəyindən irəli gəldiyini, alqı-satqıya qədər iddiaçının başqa torpaq sahələri axtardığını (maraqlarına uyğun gələn başqa torpaq sahəsi tapa bilməmişlər), əlavə razılaşmada üzüm və nar bağlarından başqa digər məsələlərin də öz əksini tapmasını (suvarmaya yardım, texnika və digər avadanlıqların, o cümlədən torpaq sahəsi üzərində olan tikililərin də iddiaçının mülkiyyətinə verilməsi barədə şərtin), müqavilənin predmetinin məhz iddiaçının mütəxəssisi olduğu sahə ilə bağlı olduğunu nəzərə alaraq, o qənaətə gəlir ki, iddiaçı torpaq sahəsi üzrə icarə hüquqlarını əldə edərkən məhz cavabdehin məşğul olduğu ticarəti bütünlüklə almaq niyyətində olmuşdur və bu səbəbdən onun irəli sürdüyü dəlillər əsassızdır. Yəni iddiaçı icarə hüquqlarını aldığı torpaq sahəsinin məhsuldarlığından xəbərdar idi, həmin torpaq sahəsində olan təsərrüfatın qiymətini, keyfiyyətini bilirdi və ümumiyyətlə fəaliyyət göstərdiyi sahə üzümçülük olan şirkətin alqı-satqı müqaviləsi bağlanan zaman bu barədə tələsik davranması inandırıcı deyildir. Bundan başqa iddiaçı iddia edir ki, müqavilədən 9 ay sonra torpaq sahəsində ölçmə işlərini aparmış və bu yolla üzüm bağlarının həcmini müəyyən etmişlər. Halbuki, üzüm təsərrüfatının ilin fəslindən asılı olmayaraq daimi qulluq tələb etməsi hamıya bəllidir və keçən 9 ay ərzində onlara qulluqla bağlı nə qədər dərman istifadə edilməsinin, neçə ton su sərf edilməsinin, texnikanın nə qədər yanacaq sərf etməsinin, iş normativinin hesabatının aparılmaması və bu yolla üzüm bağlarının həcmindən xəbərdar olmamaları inandırıcı deyildir. Tətbiq edilən prosessual normalar:

56. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

57. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

58. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

59. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

60. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, İddiaçı (VÖEN: **********) Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

61. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı (VÖEN: **********) Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar