Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2172/2022 11.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə işə 11 aprel 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ford Focus” minik markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı 2225,31 manat, “X14” minik markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı isə 2774,69 manatın, habelə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 noyabr 2021-ci il tarixdə Sabunçu rayonu ərazisində "xxxx" ASC-də mülki məsuliyyəti PAZ********** saylı müqavilə ilə icbari sığorta olunmuş “Chevrolet Cruze” minik markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Cavabdeh yol-nəqliyyat hadisəsi törədərək X1 idarə etdiyi “Ford Focus” minik markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə, həmçinin X3 idarə etdiyi “X14” minik markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Cavabdeh hadisə zamanı avtomobili etibarnaməsi olmadan idarə etmişdir. Baş vermiş hadisə ilə bağlı cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. İddiaçı tərəfindən “Ford Focus” minik markalı avtomobilə dəymiş zərərlə bağlı 2225,31 manat, “X14” minik markalı avtomobilə dəymiş zərərlə bağlı isə 2774,69 manat sığorta ödənişi verilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Bununla da, sığortaçının ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - 19 noyabr 2021-ci il tarixli, İXP ******* saylı “inzibati xəta haqqında protokol”dan görünür ki, Cavabdeh həmin tarixdə nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq etibarnaməsi olmadan idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrinə nəzərdə tutulan inzibati xətanı törətmişdir. - “İcbari sığorta müqaviləsinə dair məlumat”dan görünür ki, “Chevrolet Cruze” minik markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil 02 iyul 2021-ci il tarixdən 12 ay müddətinə "xxxx" ASC tərəfindən sığortalanmışdır. - “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, “Chevrolet Cruze” minik markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2r, hadisə zamanı avtomobili Cavabdeh müvafiq etibarnamə olmadan idarə etmişdir. “Ford Focus” minik markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X11r, hadisə zamanı həmin avtomobili X5 idarə etmişdir. “X14” minik markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4, hadisə zamanı avtomobili o özü idarə etmişdir. - 19 noyabr 2021-ci il tarixli qüsur aktından görünür ki, “X15” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 4950 manat müəyyən edilmişdir. - 23 noyabr 2021-ci il tarixli qüsur aktından görünür ki, “Ford Focus” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 3970 manat müəyyən edilmişdir. - 01 dekabr 2021-ci il tarixli ödəniş məlumatlarından görünür ki, "xxxx" ASC trəfindən X6 2774,69 manat, X10 isə 2225,31 manat sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə'sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 19 noyabr 2021-ci il tarixdə müvafiq etibarnaməsi olmadan idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək “Ford Focus” minik markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı və “X14” minik markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə onun idarə etdiyi avtomobilin sığortaçısı kimi "xxxx" ASC tərəfindən zərərçəkmişlərə müvafiq olaraq 2225,31 manat və 2774,69 manat olmaqla ümumilikdə 5000 manat sığorta ödənişi edilmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. (İXM 327.1 - yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması; 332.1 nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) Beləliklə, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 70 manat məbləğində pul vəsaiti də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: "xxxx" ASC-nin iddiası təmin edilsin. Cavabdeh “Ford Focus” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 2225,31 manat və “X14” minik markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 2774,69 manat pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 70 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-2172/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2172/2022
11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver