Məhkəmə qərarları › İş №e-2(001)-2190/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2190/2025

31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2190/2025 31.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Məhyəddin qızının sədrliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı maliyyə arayışlarının verilməsi tələbinə dair iddia ərizəsini üzrə mülki işi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1, blok 4, mərtəbə 12, mənzil 1217 (74430 manat dəyərində, 3 otaqlı, 128.0 kv.m) mənzilə dair maliyyə arayışının, xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1, blok 4, mərtəbə 12, 1218 (32500 manat dəyərində, 1 otaqlı, 65.0 kv. m.) saylı mənzilə dair maliyyə arayışının, xx.xx.2013-cü il tarixli, 50 saylı, 51 saylı, 52 saylı, 53 saylı, 54 saylı, 55 saylı, 56 saylı, 57 saylı, 58 saylı, 59 saylı, 60 saylı, 61 saylı, 62 saylı, 63 saylı, 64 saylı, 65 saylı, 66 saylı, 67 saylı, 68 saylı, 69 saylı, 70 saylı, 71 saylı, 72 saylı, 73 saylı, 74 saylı, 75 saylı, 76 saylı, 77 saylı, 78 saylı 79 saylı alqı-satqı müqavilələrinə əsasən ünvan 1də inşa edilmiş binanın cənub korpusunda yerləşən hər birinin sahəsi 18.0 kv.m. olan 30 qaraja dair maliyyə arayışlarının ona verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş binada yerləşən 2 mənzil və 30 qarajın alqısatqısına dair müqavilələr bağlanmışdır. Belə ki, İddiaçı ilə Cavabdeh arasında ünvan 1, blok 4, mərtəbə 12, mənzil 1217 (74430 manat dəyərində, 3 otaqlı, 128.0 kv.m) ünvanında yerləşən mənzilin alqı-satqısına dair xx.xx.2010-cu il tarixdə və həmin ünvanda yerləşən 1218 (32500 manat dəyərində, 1 otaqlı, 65.0 kv. m.) saylı mənzilin alqı-satqısına dair xx.xx.2011-ci il tarixdə müqavilələr bağlanmışdır. Eyni zamanda tərəflər arasında ünvan 1 ünvanında inşa edilən binada yerləşən hər birinin sahəsi 18.0 kv. m. olan 30 qarajın alqısatqısına dair xx.xx.2013-cü il tarixdə 50 saylı, 51 saylı, 52 saylı, 53 saylı, 54 saylı, 55 saylı, 56 saylı, 57 saylı, 58 saylı, 59 saylı, 60 saylı, 61 saylı, 62 saylı, 63 saylı, 64 saylı, 65 saylı, 66 saylı, 67 saylı, 68 saylı, 69 saylı, 70 saylı, 71 saylı, 72 saylı, 73 saylı, 74 saylı, 75 saylı, 76 saylı, 77 saylı, 78 saylı 79 saylı müqavilələr bağlanmışdır. Müqavilələrin 1.1-ci və 2.1-ci bəndlərinə əsasən Cavabdeh ünvan 1 ünvanında inşa edilən binanın tikintisi başa çatdıqdan sonra yeni tikilmiş binaya aid göstərilən qeyri-yaşayış sahəsini və mənzilləri vətəndaşa təhvil verməyi, alıcı İddiaçı isə "Qiymətin razılaşdırılması protokolu" ilə müəyyən olunmuş məbləğləri ödəməyi öz öhdəsinə götürmüşdür. Belə ki, iddiaçı tərəfindən müvafiq mənzil və qarajlar üçün nəzərdə tutulmuş məbləğlər ödənilmiş, həmin əmlaklar alıcıya təhvil verilmişdir. Lakin alıcı İddiaçı tərəfindən müvafiq ödənişlər edilməsinə baxmayaraq satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilələr üzrə maliyyə arayışlarını İddiaçı təqdim etməmişdir. Bu isə sözügedən daşınmaz əmlakların iddiaçının adına rəsmiləşdirilməsində maneələrə səbəb olur. Maliyyə arayışlarının təqdim edilməsi barədə Cavabdehnə pretenziya göndərilmiş, lakin məsələnin həllinə nail olunmamışdır. Beləliklə cavabdeh sözügedən əmlakların dəyərinin tam ödənilməsini təsdiq edən maliyyə arayışlarını təqdim etməməklə üzərinə götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4706/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh MMC-yə qarşı maliyyə arayışlarının verilməsi tələbinə dair mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə mülki işin sənədlərini araşdırıb hesab edir ki, hazırkı mülki işə hansı məhkəmə tərəfindən baxılmasına dair yaranmış fikir ayrılığına münasibət bildirilməsi üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsindən aydın olur ki, iddiaçı məhkəməyə müraciət edərkən iddianı cavabdehin rəsmi qeydiyyat ünvanının qeydə alındığı yerə uyğun olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə vermişdir, lakin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4706/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə yuxarıda qeyd edilən normanın tələbi pozulmuş, mülki iş baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi iddiaçı aidiyyət qaydalarına əməl edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə düzgün müraciət etmişdir. Belə ki, qanunda öhdəliyin icra edilməsi tələbi üzrə başqa imperativ norma müəyyən edilmədiyindən, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmçinin işin başqa məhkəməyə göndərilməsi yalnız ərazi aidiyyəti qaydalarının pozulması ilə işin icraata götürülməsi, sonradan pozuntunun müəyyən edildiyi təqdirdə mövcud olsa da hazırkı iş üzrə bu hal, yəni MPM-in 44.2-ci maddəsində sadalanmış hallar da mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, qeyd olunan xüsusatlar məhkəmələr arası fikir ayrılığının yaranmasına səbəb olduğundan və yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edildiyindən iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 45, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh MMC-yə qarşı maliyyə arayışlarının verilməsi tələbinə dair ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar