Məhkəmə qərarları › İş №e-2(001)-2276/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2276/2023

25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2276/2023 25.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi ilə, İddiaçılar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X5 və Cavabdeh1 qarşı sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər X5 və Cavabdeh1 qızına qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “VAZ 2106” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Cavabdeh1 tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətində xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında AA 780264 nömrəli şəhadətnamə ilə sığortalanmışdır. Cavabdeh X5 etibarnamə olmadan xx.xx.2012-ci il tarixdə saat 01:30 radələrində qardaşı cavabdeh X4 məxsus “VAZ 2106” markalı, **-RC- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayon ərazisində yol hərəkəti qaydalarını pozmuş, onu saxlamaq istəyən polis əməkdaşlarından qaçaraq M.Qaşqay küçəsi ilə Mir Qasımov küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsi törədərək, “Chevrolet Aveo” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, Hdisə nəticəsində həmin avtomobilə maddi ziyan dəymiş və avtomobilin sahibi Teymur Ramazan oğlunun səhhətinə az ağır dəərəcəli xəsarət yetirmişdir. Hadisə Nəsimi RPİ-nin İŞ-də cinayət işi başlanaraq araşdırma aparılmış, cavabdeh X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq işi məhkəməyə göndərilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 dekabr 2012-ci il tarixli, 1(006)-448/2012 saylı hökmü ilə Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə qazancının 10%-i dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarından məlum olur ki, şahid qismində izahatı alınmış Cavabdeh1 ibtidai araşdırılması zamanı bildirmişdir ki, “VAZ 2106” markalı, **-RC-*** d.q.n. avtomobil ona məxsusdur və o həmin avtomobili idarə etmək üçün qardaşı X4 vermişdir. Sonradan ona məlum olmuşdur ki, Nicat həmin avtomaşınla xx.xx.2012-ci il tarixdə saat təxminıən 01:30 radələrində M.Qaşqai küçəsi ilə Travmatologiya institutu istiqamətində hərəkət edərkən yolhərəkəti qaydalarını pozduğu üçün arxasınca yol patrul xidməti avtomaşınları gəldiyindən Mir Qasımov küçəsi ilə kəsişmədə olan “yol ver” nişanının tələblərinə riayət etməyərək, saatda 60-70 km. surətlə kəsişməyə daxil olmuş, həmin vaxt M.Qasımov küçəsi ilə Nəsimi bazarı tərəfdən hərəkət edən “Cevrolet Aveo” markalı avtomaşınla toqquşmuşdur. Eyni zamanda Cavabdeh1 bildirmişdir ki, həmin avtomaşını iki gün idi ki, almışdır, həmin yol nəqliyyat hadisəsi baş verdi. Bu səbəbdən də qardaşına etibarnamə verə bilməmişdir. “Chevrolet Aveo” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomaşın "xxxx" ASC- də MİP-121275-B22 nömrəli Avtomobil vasitələrinin sığortası” (könüllü sığorta) çəhadətnaməsi ilə sığortalanmışdır. “X10” MMC tərəfindən “Chevrolet Aveo” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş maddi ziyan 4500 manat məbləğində müəyyən edilmiş və "xxxx" ASC tərəfindən avtomobili sahibi X2 maddi ziyan kimi 4500 manat ğdənilmişdir. Bundan sonra "xxxx" ASCnin tələbinə görə avtomobilə vurulmuş maddi ziyan "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin bank hesabına köçürülmüşdür. Bundan başqa "xxxx" ASC sağlamlığa vurulmuş az ağır zərərə görə 1500 manatı, avtomobilin sahibi X2 ödənilmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı tələbinin hüquqi əsası kimi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə istinad etmiş və X3 avtomobili etibarnamə olmadan idarə etdiyindən ondan və avtomobilin mülkiyyətçisindən subroqasiya qaydasında sığorta ödənişinin tutulmalı olmasını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2014-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X4 xx.xx.2011-ci il tarixdə 10 il müddətində etibarlı olan “BC” kateqoriyalı AB 449755 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 936.1-ci maddəsinə görə, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə müvafiq olaraq, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən, sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Həmin Qanunun 25.1.3-cü maddəsinə müvafiq olaraq, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Qeyd edilməlidir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığortaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. Həmin Qanunun 13.4-cü maddəsinə “qanuni əsaslar” ifadəsi yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Nəzərə almaq lazımdır ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunvericiliyi müəyyən etmişdir (İXMnin 332-ci maddəsi). Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunvericiliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur və ola da bilməz. Belə ki, əvvəla, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul edilmir. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Eyni zamanda, mülki hüquq inzibati hüququn müəyyən etdiyi avtomobilin idarə edilməsinə dair etibarnaməni tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (Mülki Məcəllənin 362-ci maddəsi). Avtomobilin idarə edilməsi isə mülki hüquqda əşyadan istifadə etmək kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə etmək” deyəndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin təbii xassəsini nəqletməkdir ki, çünki o, nəqliyyat vasitəsidir. Ona görə də şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxs qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobil üzərində sərəncam verilməsi və üçüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. Bundan başqa, yol hərəkəti münasibətlərində avtomobilin idarə edilməsi ilə bağlı təmsilçilik münasibətinin yaranması mümkün deyil. Çünki, avtomobili idarə edən şəxs yol hərəkəti iştirakçısına çevirilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçılarının anlayışı verilib və orada “sürücü”nün nümayəndəsi institutu nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs”lərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. Hazırkı işdə isə avtomobilin X5 tərəfindən avtomobilin mülkiyyətçisinin iradəsinə zidd olaraq idarə edilməsi barədə hər hansı sübut yoxdur. Əksinə, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(006)-448/2012 saylı hökmündən görünür ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cavabdeh1 məhkəməyə bildirmişdir ki, mülkiyyətində olan avtomobili sürmək üçün qardaşına icazə vermişdir. X1 hüququnun olmasını isə təsdiq edən sürücülük vəsiqəsinin mövcudluğu işin mübahisələndirilməyən hallarındandır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X5 və Cavabdeh1 qızına qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddiası rədd edilməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X5 və Cavabdeh1 qızına qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar