Məhkəmə qərarları › İş №e-2(001)-2366/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2366/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2366/2024 22.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu. Bakı şəhəri Xəzər Rayon Məhkəməsindən ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə e-2(003)-579/2024 nömrəli mülki işin materiallarına baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı QSC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli e-2(003)- 579/2024 nömrəli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş və həmin Qərardadda işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1 və 44.2.2-ci maddələrinə istinad edilməklə, “Cavabdeh ünvanının ünvan 1 ilə əsaslandırılmışdır. İddiaçı X1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə e- 2(003)-579/2024 nömrəli mülki işin materialları ilə tanış olub hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi həmin işi baxılması üçün ərazi aidiyyəti üzrə məhz Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Buna görə də, ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün e-2(003)-579/2024 nömrəli mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış son sorğulanma tarixi xx.xx.2022-ci il olan məlumatdan görünür ki, Cavabdeh ünvanı “ünvan 2yyət vəsiqəsinin verilmə tarixi-xx.xx.2021-ci ildir). "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış son sorğulanma tarixi xx.xx.2024-cü il olan məlumatdan isə görünür ki, Cavabdeh ünvanı “ünvan 31902119 №-li şəxsiyyət vəsiqəsinin verilmə tarixi-xx.xx.2021-ci ildir). Göründüyü kimi, Cavabdeh ünvanı ha-hazırda “ünvan 3 ev 96”-dır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, Cavabdeh ünvanının Binəqədi rayonu ərazisində deyil, Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşdiyi müəyyən olunur. Ona görə də, hazırkı iddia ərizəsinə ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalı olması mübahisəlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə də, məhkəmələr arasında ərazi aidiyyəti ilə bağlı fikir ayrılığı olduqda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verildiyinə görə, yuxarıda qeyd olunan hallara əsasən hazırkı mülki iş üzrə ərazi aidiyyəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45-ci maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ M: Bakı şəhəri Xəzər Rayon Məhkəməsindən ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə e-2(003)-579/2024 nömrəli mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar