Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2534/2023 26.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbi barədə kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3500 manat sığorta ödənişinin məbləğinin və ödənilmiş 55 manat dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli, PAZ********** saylı “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta”sı şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış Cavabdeh tərəfindən idarə edilən “Opel Astra minik” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində “KİA Cadenza” markalı, 90-MJ -700 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş hadisə ilə bağlı Sumqayıt şəhər DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci, 332.4-cü və 327.6-cı maddələri ilə xx.xx.2022-ci il tarixli protokol yazılmışdır. “KİA Cadenza” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı 3500 manat sığorta ödənişi verilmişdir. Bununda da sığortaçının ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmək hüququ yaranır. Qeyd edilənlərə əsasən Cavabdeh 3500 manat sığorta ödənişinin məbləğinin və ödənilmiş 55 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2023-cü il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. İddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, “Opel Astra” minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən PAZ********** saylı, xx.xx.2021-ci il tarixdə bağlanmış icbari sığorta müqaviləsinə əsasən 12 ay müddətinə sığortalanmışdır. İş materiallarında olan Sumqayıt şəhər DYPŞ-nın xx.xx.2022-ci il tarixli, ******* saylı protokoldan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində Bakı küçəsində «Opel Astra minik» markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobillə geriyə hərəkətə başlayarkən araxasında hərəkət edən “Kia” markalı maşınla toqquşaraq hadisə yerindən yayınmışdır. Sənədləri yoxlama zamanı sürücünün etibarnaməsi və idarə etmək hüququ olmadığı məlum olmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 3(060)-1980/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 400 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Avtonəqliyyat vasitələrinin texniki ekspertizasının xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, “KİA Cadenza” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3500 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. İş materiallarında olan elektron sistemdən çıxarışdan görünür ki, “Opel Astra minik” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 məxsusdur. İş materiallarından görünür ki, “KİA Cadenza” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. İş materiallarına əlavə edilmiş CML-5530/2022-AKT6073/22 saylı sığorta aktından və ödəniş tapşırığından görünür ki, xx.xx.2021-ci il tarixli, PAZ********** saylı “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta”sı şəhadətnaməsi üzrə xx.xx.2022-ci il tarixdə nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərinqiymətləndirilməsi barədə Avtonəqliyyat vasitələrinin texniki ekspertizasının xx.xx.2022-ci il tarixli ekspert rəyinə uyğun olaraq “KİA Cadenza” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 3500 manat zərər X2 ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ həmin Məcəllənin 936.6 maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərər görə məsuliyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2 maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.1.8-ci maddəsinə əsasən, bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə də, yuxarıda təsvir olunanlarla "xxxx" ASC-də icbari sığorta ilə sığortalanmış, Cavabdeh tərəfindən idarə etmək səlahiyyəti olmadan idarə etdiyi "Opel Astra minik” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X3 istifadə etdiyi “KİA Cadenza» markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 3500 manat məbləğində ziyan vurmuş və hadisə yerindən yayınmışdır. Həmin zərər sığortaçı "xxxx" ASC tərəfindən ödənilmişdir. Lakin Cavabdeh tərəfindən “Opel Astra minik” markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi və hadisə yerindən yayındığına görə "xxxx" ASC-nin qeyd olunan hadisəni törətmiş cavabdehə qarşı 3500 manat məbləğində pul vəsaitinin subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 55 (əlli beş) manat dövlət rüsumu ödəmişdir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 55 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində sığorta ödənişi və 55 (əlli beş) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3555 (üç min beş yüz əlli beş) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-2534/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2534/2023
26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver