Məhkəmə qərarları › İş №e-2(001)-2543/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2543/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2543/2023 11.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi,Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6680,40 manat məbləğində sığorta ödənişinin əvəzi, 86,81 manat dövlət rüsümunun, 0,40 manat bank xidməti xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-yə məxsus Cavabdeh tərəfindən idarə olunan **-PZ-*** dövlət qeydiyyat nişanlı Kia Optima markalı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Həmçinin ** NR *** dövlət qeydiyyat nişanlı Audi A6 markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsinin tam sığortası” növü üzrə sığortalanmışdır. Cavabdeh tərəfindən idarə olunan ** PZ *** dövlət qeydiyyat nişanlı Kia Optima markalı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə ** NR *** dövlət qeydiyyat nişanlı AudiA6 markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, cavabdeh yolnəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Bununla bağlı DYP əməkdaşı tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. "xxxx" ASC tərəfindən tərtib olunmuş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** NR *** dövlət qeydiyyat nişanlı AudiA6 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 6680,40 manat (altı min altı yüz səksən manat, 40 qəpik) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən, ** NR *** dövlət qeydiyyat nişanlı Audi A6 markalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün 6680,40 manat sığorta ödənişinin təmir mərkəzinə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş zaman cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, iddiaçıya dəymiş ziyanı ödəmək niyyətindədir, lakin tələb olunan miqdarda deyil. O, ancaq ön buferin pulunu verə bilər. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AE 001560 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-PZ-*** dövlət qeydiyyat nişanlı, “Kia optima” minik markalı nəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətindədir. İcbari sığorta müqaviləsinə dair xx.xx.2021-ci il tarixli PPA********** saylı məlumatdan görünür ki, sığortalı "xxxx" MMC (**-PZ-*** dövlət qeydiyyat nişanlı, “Kia optima” minik markalı nəqliyyat vasitəsi) "xxxx" ASC tərəfindən əmlaka vurulan zərərə görə 5.000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5.000 manat, bir hadisə üzrə 50.000 manat məbləğində sığortalanmışdır. Müqavilənin qüvvəyə minmə tarixi xx.xx.2021-ci il, müqavilənin qüvvədən düşmə tarixi xx.xx.2022-ci ildir; İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, sonuncudan baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Xəlilrəhman Elxanın idarə etdiyi **-NR-*** dövlət qeydiyyat nişanlı “Audi 6” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsi prosesində iştirak etməsi xahiş edilmişdir. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, **-NR-*** dövlət qeydiyyat nişanlı “Audi 6” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 6.680,4 manat zərər məbləği müqabilində təmir olunaraq saz vəziyyətdə səlahiyyətli şəxsə təhvil verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş təmir aktından görünür ki, **-NR-*** dövlət qeydiyyat nişanlı “Audi 6” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərin yekun məbləği 6.680,4 manatdır. xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, 6680,4 manat "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 86.81 manat məbləğində dövlət rüsumu və 0,4 manat məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İş materiallarından göründüyü kimi, cavabdeh "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmış **-PZ-*** dövlət qeydiyyat nişanlı, “Kia Optima” minik markalı avtomobil ilə yol-nəqliyyat hadisəsi törətmiş və bunun nəticəsində **-NR-*** dövlət qeydiyyat nişanlı “Audi 6” markalı avtomobil zədələnmişdir. Cavabdeh hadisə yerindən yayınmışdır. Hadisə nəticəsində **-NR-*** dövlət qeydiyyat nişanlı “Audi 6” markalı avtomobilə dəymiş 6.680,4 manat məbləğində zərər cavabdehin mülki məsuliyyətini icbari qaydada sığortalamış iddiaçı tərəfindən qarşılanmışdır. Belə ki, iddiaçı tərəfindən avtomobil həmin məbləğə təmir edilərək səlahiyyətli şəxsə verilmişdir. Hazırda iddiaçı həmin məbləğdə sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq hesab edirəm ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 6.680,4 manat məbləğində sığorta ödənişi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6.680,4 manat məbləğində sığorta ödənişi, iddiaçı tərəfindən ödənilmiş 86,81 manat dövlət rüsumu və 0.4 manat bank xidmət haqqı manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 6.680,4 (altı min altı yüz səksən manat, qırx qəpik) manat məbləğində sığorta ödənişi, ödənilmiş 86,81 (səksən altı manat, səksən bir qəpik) manat dövlət rüsumu və 0.4 (qırx qəpik) manat bank xidmət haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar