Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-256/2025 10.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Almas oğluna qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Almas oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Almas oğlundan 4251,18 (dörd min iki yüz əlli bir manat on səkkiz qəpik) manat məbləğində sığorta ödənişi, 62,52 (altmış iki manat əlli iki qəpik) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqının, cəmi 4314,10 (dörd min üç yüz on dörd manat on qəpik) manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini AR Mülki Məcəlləsinin 21-ci, 936.2-ci və 1096-cı maddələrinə istinadən belə əsaslandırmışdır ki, iddiaçı ilə sığortalı "xxxx" MMC arasında bağlanmş 18 avqust 2023-cü il tarixli AS-H 570/23 nömrəli sığorta müqaviləsinə əsasən cəmiyyət tərəfindən sığortalanmış “X10” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Neftçilər prospekti ilə R.Behbudov küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh Almas oğlu tərəfindən idarə olunan “Toyota Prius” markalı ** CO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə toqquşaraq zədələnmişdir. Sözügedən yolnəqliyyat hadisəsi nəticəsində “X10” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə cəmiyyət tərəfindən 7010 (yeddi min on) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında protokoldan müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Toyota Prius” markalı ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Almas oğlu təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş nömrəli xx.xx.2023-cü il tarixli yekun aktında, yol-nəqliyyat hadisəsi nəticəsində “X10” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 7260 (yeddi min iki yüz altmış) manat müəyyən edilmişdir. Dəymiş 7260 (yeddi min iki yüz altmış) manat zərər məbləğindən şərtsiz azad olma 250 (iki yüz əlli) manat çıxılaraq, zərər məbləği 7010 (yeddi min on) təşkil edilmişdir. İddia ərizəsinə əlavə edilmiş subroqasiya tələblərinin reyestrindən çıxarışından görünür ki, “Toyota Prius” markalı ** CO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən 2758,82 (iki min yeddi yüz əlli səkkiz min 82 qəpik) manat məbləğində sığorta ödənişi cəmiyyətin hesabına ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 090/24 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “X10” markalı ** AB *** dövlət nişanlı avotəqliyyat vasitəsinə dəymiş zərərin qalıq hissəsinə görə ödənilməli olan 4251,18 (dörd min iki yüz əlli bir manat 18 qəpik) manat məbləğində pulun cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, “X10” markali ** AB *** dövlat qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sigortası növü üzrə "xxxx" ASC-də sigortalanmışdır. Bu səbəbdən 7010 (yeddi min on manat) manat məbləğində olan sığorta ödənişinin 2758,82 (iki min yeddi yüz əlli səkkiz manat 82 qəpik) manat hissəsini avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən ödəniş edilmişdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 931-ci maddəsinin tələbininə əsasən). Beləliklə, cavabdehə qarşı subroqasiya tələbi 4251,18 (dörd min iki yüz əlli bir manat 18 qəpik) manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəməyə ünvanladığı ərizəsində işə iştirakı olmadan baxıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilmiş Cavabdeh Almas oğlu isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin mübahisəsiz hallarına görə, "xxxx" Açıq Səhmdar Cəmiyyətində xx.xx.2023-cü il tarixli AS-H 570/23 saylı sığorta şəhadətnaməsi əsasında xx.xx.2023-cü il (saat 00:00) tarixdən xx.xx.2024-cü il (saat 00:00) qədər 23500 manat məbləğində sığortalanmış və sürücü X1 idarə etdiyi “X10” minik markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə təxminən saat 10:15 radələrində Bakı şəhəri, Səbail rayonu Neftçilər prospekti ilə üzü Dəniz vağzalı istiqamətində dördüncü zolaqla hərəkət edərkən həmin prospekt ilə R.Behbudov küçəsinin kəsişməsində onunla eyni istiqamətdə sağ tərəfdə qabaqda üçüncü zolaqla hərəkətdə olan cavabdeh X5 idarə etdiyi “Toyota Prius“ minik markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfə dördüncü zolağa dönərək qarşısına çıxması nəticəsində avtomobillər toqquşmuş, zərbənin təsirindən sürücü X3 idarəetməni itirmiş və sığortalı avtomobil özündən qabaqda yolun sol tərəfində dayanmış vəziyyətdə olan “Kia Seranto” minik markalı avtomobilə, sonra dayanmış vəziyyətdə olan “Toyota Prius” minik markalı avtomobilə və daha sonra da dayanmış vəziyyətdə olan “Mersedes Sprinter” minik markalı avtomobilə dəymiş, beləliklə sığortalı avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. İş materiallarından aydın olur ki, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında protokola əsasən baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Toyota Prius” markalı ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Almas oğlu (cavabdeh) təqsirli bilinərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İş materiallarından həmçinin aydın olur ki, “X10” minik markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin dəyəri əvəz edilməli ehtiyat hissələr və işçilik nəzərə alınmaqla cəmi 7260 manat təşkil edir. A-AS-435/23 saylı sığorta aktının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində sığortalı “X10” minik markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə şərtsiz azadolma nəzərə alınmaqla 7010 manat sığorta ödənişinin "xxxx" MMC-yə verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan ödəniş sənədinin surətindən görünür ki, baş vermiş sığorta hadisəsi üzrə iddiaçı "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 7010 manat sığorta ödənişi verilmişdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı "xxxx" ASC Cavabdeh Almas oğlunun təqsirli hərəkəti nəticəsində meydana gəlmiş sığorta hadisəsi üzrə sığortalı hüquqi şəxsə 7010 manat məbləğində sığorta ödənişi verdiyini, həmin ödənişin 2758,82 manat məbləğində hissəsinin cavabdehin idarə etdiyi avtomobili “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalamış "xxxx" ASC tərəfindən ona qaytarıldığı halda, cavabdehin qalan pul məbləğini ödəmədiyini iddia etməklə hazırkı iddia tələbini irəli sürmüşdür. Məhkəmə hazırkı iddia tələbinin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı, 1097.1-ci və 1108-ci maddələrinə əsasən, iddiaçı "xxxx" ASC cavabdeh X4 qarşı 4251,18 manat məbləğində pulun tutulması tələbini irəli sürməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə isə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Hazırkı işdə Cavabdeh Almas oğlunun iddiaçı qarşısında mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan həmin şərtlər mövcuddur. Belə ki, onun idarə və sahiblik etdiyi yüksək təhlükə mənbəyi olan “Toyota Prius“ minik markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydasını təqsirli şəkildə pozaraq, iddiaçının sığortalamış olduğu "xxxx" MMC-yə məxsus olan “X10” minik markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurması və həmin zərər üzrə iddiaçı "xxxx" ASC-nin hesabına 7010 manat məbləğində sığorta ödənişi ödəməsi işin mübahisəsiz hallarındandır. İddiaçı özünün iddia ərizəsində həmin ödənişin 2758,82 manat məbləğində hissəsinin "xxxx" ASC tərəfindən ona qaytarıldığı bildirməklə məhz qalan 4251,18 manatın cavabdehdən tutulmasını istəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh Almas oğluna qarşı 4251,18 manat məbləğində subroqasiya tələbi haqlıdır. Çünki yuxarıda da qeyd olunduğu kimi, zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir – iddiaçı təşkilatın isə zərərçəkmişlərə (varislərinə) cəmi 7010 manat ödəmiş olduğu mübahisəsizdir və özünün də bildirməsinə həmin məbləğin 2758,82 manatı ona ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 62,92 manat dövlət rüsumu və xidmət haqqı da cavabdeh X2 alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Almas oğlundan 4251,18 (dörd min iki yüz əlli bir manat on səkkiz qəpik) manat məbləğində sığorta ödənişi, o cümlədən 62,92 (altmış iki manat doxsan iki qəpik) manat dövlət rüsumu və xidmət haqqı olmaqla, cəmi 4314,10 (dörd min üç yüz on dörd manat on qəpik) manat məbləğində pul alınaraq "xxxx" ASC-nın hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-256/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-256/2025
10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver