Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2568/2025 14.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4172 (dörd min yüz yetmiş iki) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 62 (altmış iki) manat dövlət rüsumunun iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il, saat 23:00 radələrində Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi ərazisində Cavabdeh2 məxsus, Cavabdeh1 idarə etdiyi və tərəflərindən PXA**********saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Kia Optima” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Corolla” markalı, **- CM-*** və “Geely TX4” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə sonunculara maddi zərər vurmuşdur. DYPŞ əməkdaşı tərəfindən qəbul edilmiş TP5169175 №-li qərara əsasən, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci və 332.4 -cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. “Auto Box” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Qüsur aktında göstərilmişdir ki, “Toyota Corolla” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 7060,00 (yeddi min altmış) manat, “Geely TX4” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 784,45 (yeddi yüzsəksən dörd manat, qırx beş qəpik) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA116270/22 və PXA116271/22 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənlərə dəymiş zərərə görə ümumilikdə 5000,00 (beş min) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Cavabdeh şirkətə müraciət etmiş və borcun hissə-hissə ödənilməsi ilə bağlı razılıq əldə olunmuşdur. Razılığa əsasən cavabdeh tərəfindən borcdan 828,00 (səkkiz yüz iyirmi səkkiz) manat ödəniş edilmiş, 4172,00 (dörd min yüz yetmiş iki) manat məbləğ isə ödənilməmiş qalmışdır. xx.xx.2025-ci il tarixdə Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, qeyd edilən hadisə baş vermişdir. O, 4172 manat borcu qəbul edir və həmin borcu hissəhissə ödəməyə razıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: PXA********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Kia Optima” markalı, 10–CS–013 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü tarixədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. xx.xx.2022-ci il tarixli TP5169175 saylı inzibati tənbehvermə haqqında elektorn qərarın surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cavabdeh1 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP4785883 nömrəli protokola əsasən, İnzibati Xətalar Məcəlləsinin 332.1-ci, 327.1ci, 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 23:00-da “Kia Optima” minik markalı, 10–CS–013 dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Corolla” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı və “Taksi 4 London TAXİS” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşma nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Zərər vurulmuş avtonəqliyyat vasitələrinin mülkiyyətçiləri X3 və X4 olduğu göstərilmişdir. Auto Box tərəfindən tərtib edilmiş əmlaka dəymiş zərərin qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli aktdan görünür ki, “Geely TX4” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər cəmi 784,45 manat təşkil edir. Auto Box tərəfindən tərtib edilmiş əmlaka dəymiş zərərin qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli aktdan görünür ki, “Toyota Corolla” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər cəmi 7060 manat təşkil edir. PXA116271 saylı sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdə sığortalanmış “Kia Optima” markalı, 10–CS–013 dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Corolla” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı və “Taksi 4 London TAXİS” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, hadisə nəticəsində sonuncuya dəymiş zərər 784,45 manat təşkil etmişdir. Sığorta hadisəsi nəticəsində “Xalq Sığorta" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 əmlaka dəymiş zərərə görə 500 manat məbləğində sığorta ödənişinin ödənilməsi göstərilmişdir. PXA116270 saylı sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdə sığortalanmış “Kia Optima” markalı, 10–CS–013 dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Corolla” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı və “Taksi 4 London TAXİS” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, hadisə nəticəsində sonuncuya dəymiş zərər 7060 manat təşkil etmişdir. Sığorta hadisəsi nəticəsində “Xalq Sığorta" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 əmlaka dəymiş zərərə görə 4500 manat məbləğində sığorta ödənişinin ödənilməsi göstərilmişdir. xx.xx.2022-ci il tarixli Sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhviltəslim aktından görünür ki, plastik kart və şen zərflər "xxxx" ASC tərəfindən X2 təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli Sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhviltəslim aktından görünür ki, plastik kart və şen zərflər "xxxx" ASC tərəfindən X1 təhvil verilmişdir. "xxxx" ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2022-ci il tarixli, №xx/xx-1883 saylı məktubdan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Borcun etirafı və onun ödənilməsinə dair № 36/22 saylı, 08 sentyabr 2022-ci il tarixli razılaşmanın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə, saat 23:00-da “KİA OPTİMA” minik markalı, 10–CS–013 dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Corolla” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı və “Taksi 4 London TAXİS” markalı, **- TJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşma nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və dəymiş zərərlə əlaqədar xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 208 manat olmaqla, ümumilikdə 5000 manat məbləğində pulu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 62 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə saat 23:00-da sürücülük huququ olmadan nəqliyyat vasitəsi idarə etmiş və həmin nəqliyyat vasitəsi ilə “Toyota Corolla” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı və “Taksi 4 London TAXİS” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə həmin nəqliyyat vasitəsilərinə dəymiş zərər iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmişdir. Cavabdeh1 ilə "xxxx" ASC arasında 5000 manat məbləğində borcun ödənilməsi barədə razılaşma bağlanmışdır. Hazırda iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş 4172 manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında tutulmasını xahiş edir. Cavabdeh1 məhkəmə ərizə təqdim edərək, 4172 manat məbləğində borcu qəbul etdiyini və borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 ilə Sığorta Şirkəti arasında bağlanmış razılaşma və eləcə də məhkəməyə vermiş olduğu borcun etirafı ərizəsi nəzərə alınmaqla, iddia tələbi Cavabdeh1 aid hissədə əsaslı olduğundan həmin hissədə təmin edilməli, 4172 manat məbləğində sığorta ödənişi Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, digər Cavabdeh2 4172 manat məbləğində sığorta ödənişinin tutulmalı olmasına dair mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 62 (altmış iki) manat dövlət rüsumu ödəmişdir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 62 manat dövlət rüsumu da Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 4172 (dörd min yüz yetmiş iki) manat məbləğində ödənilmiş sığorta ödənişinin əvəzi və 62 (altmış iki) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4234 (dörd min iki yüz otuz dörd) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASCnin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-2568/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2568/2025
14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver