Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2626/2022 26.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlu, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 29.01.2020-ci il tarixli müqaviləyə əsasən, Alyans-Paris çarpayı, Alyans-Paris dolab, Alyans-Paris termo, Alyans-Paris tumba və döşək üçün 1341 manat ödənilməmiş hissə və 134 manat cərimə borcu, 05.02.2020-ci il tarixli müqaviləyə əsasən, mətbəx mebeli üçün 638 manat ödənilməmiş hissə və 63 manat cərimə, 23.05.2020-ci il tarixli müqaviləyə əsasən, Mira mətbəx masası, 4 ədəd Mira mətbəx stulu üçün 855 manat ödənilməmiş hissə və 85 cərimə olmaqla, cəmi 3116 manat borcun və 51,16 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 29.01.2020-ci il, 05.02.2020-ci il və 23.05.2020ci il tarixli müqavilələrə əsasən, Alyans-Paris çarpayı, Alyans-Paris dolab, Alyans-Paris termo, Alyans-Paris tumba və döşək, mətbəx mebeli, Braun Blender və Beurer tərəzi almış və nəticədə 3116 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2808 manat olan Alyans-Paris çarpayı, Alyans-Paris dolab, Alyans-Paris termo, Alyans-Paris tumba və döşəyi ilkin ödənişsiz, 20 ay müddətinə, ayda 140,4 manat ödəmək şərti ilə almış, nəticədə 1341 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 134 manat cərimə borcu, 05.02.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1760 manat olan mətbəx mebelini ilkin ödənişsiz, 20 ay müddətinə, ayda 88 manat ödəmək şərti ilə almış, nəticədə 638 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 63 manat cərimə, 23.05.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1109 manat olan Mira mətbəx masası, 4 ədəd Mira mətbəx stulunu ilkin ödəniş 29 manat, 24 ay müddətinə, ayda 45 manat ödəmək şərti ilə almış, nəticədə 3116 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2843 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, 29.03.2022ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 29.01.2020-ci il tarixdə bağlanmış 20067423 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödənişsiz, 20 ay müddətinə hər ay 140,4 manat ödəmək şərti ilə, dəyəri 2808 manat olan Alyans-Paris çarpayı, Alyans-Paris dolab, Alyans-Paris termo, Alyans-Paris tumba və döşək satmışdır. İş materiallarına əlavə edilmiş 29.01.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən Alyans-Paris çarpayı, Alyans-Paris dolab, Alyans-Paris termo, Alyans- Paris tumba və döşək markalı telefon Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 05.02.2020-ci il tarixdə bağlanmış 20080288 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödənişsiz, 20 ay müddətinə hər ay 88 manat ödəmək şərti ilə, dəyəri 1760 manat olan mətbəx mebeli satmışdır. İş materiallarına əlavə edilmiş 05.02.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən mətbəx mebeli təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 23.05.2020-ci il tarixdə bağlanmış 20298876 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 29 manat olmaqla, 24 ay müddətinə, hər ay 45 manat ödəmək şərti ilə, dəyəri 1109 manat olan Mira mətbəx masası, 4 ədəd Mira mətbəx stulu satmışdır. İş materiallarına əlavə edilmiş 23.05.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən Mira mətbəx masası, 4 ədəd Mira mətbəx stulu təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 18.03.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh İddiaçınə 29.01.2020-ci il tarixli müqavilə üzrə 1341 manat əsas borc və 134 manat cərimə, 05.02.2020-ci il tarixli müqavilə üzrə 638 manat əsas borc və 63 manat cərimə və 23.05.2020-ci il tarixli müqavilə üzrə 855 manat əsas borc və 85 cərimə borcu yaranmışdır. İş materiallarında olan bildirişdən və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı 29.01.2020-ci il tarixli, 05.02.2020-ci il tarixli və 23.05.2020-ci il tarixli müqavilələrdən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı ilə bağlanmış 29.01.2020-ci il tarixli, 05.02.2020-ci il tarixli və 23.05.2020-ci il tarixli müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi təmin edilməli və Cavabdeh 29.01.2020-ci il tarixli müqavilə üzrə 1341 manat əsas borc və 134 manat cərimə, 05.02.2020-ci il tarixli müqavilə üzrə 638 manat əsas borc və 63 manat cərimə, 23.05.2020-ci il tarixli müqavilə üzrə 855 manat əsas borc və 85 cərimə borcu alınaraq, İddiaçınə verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 51,16 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 450-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 29.01.2020-ci il tarixli müqavilə üzrə 1341 (bir min üç yüz qırx bir) manat məbləğində əsas borc, 134 (bir yüz otuz dörd) manat məbləğində cərimə borcu, 05.02.2020-ci il tarixli müqavilə üzrə 638 (altı yüz otuz səkkiz) manat məbləğində əsas borc, 63 (altmış üç) manat məbləğində cərimə borcu, 23.05.2020-ci il tarixli müqavilə üzrə 855 (səkkiz yüz əlli beş) manat məbləğində əsas borc, 85 (səksən beş) manat məbləğində cərimə və 51,16 (əlli bir manat 16 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3167,16 (üç min yüz altmış yeddi manat,16 qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-2626/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2626/2022
26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver