Məhkəmə qərarları › İş №e-2(001)-2640/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2640/2022

26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2640/2022 26.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlu, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 18.11.2020-ci il tarixli müqaviləyə əsasən, Xiaomi Redmi 9 (İMEİ kodu **********37001) markalı telefon üçün 398 manat ödənilməmiş hissə və 39 manat cərimə borcu, 24.11.2020-ci il tarixli müqaviləyə əsasən, Apple Airpods 2 markalı qulaqlıq üçün ödənilməmiş 300 manat və 30 manat cərimə, 28.12.2020-ci il tarixli müqaviləyə əsasən, Timmer Philips üçün 124 manat ödənilməmiş hissə və 12 manat cərimə, 01.01.2021-ci il tarixli müqaviləyə əsasən, Apple Airpods 2 markalı qulaqlıq üçün 392,5 manat ödənilməmiş hissə və 39,5 manat cərimə olmaqla, cəmi 1335 manat borcun və 33,35 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 18.11.2020-ci il, 24.11.2020-ci il, 28.12.2020-ci il və 01.01.2021-ci il tarixli müqavilələrə əsasən, Xiaomi Redmi 9 (İMEİ kodu **********37001) markalı telefon, Apple Airpods 2 markalı qulaqlıq, Timmer Philips və Apple Airpods 2 markalı qulaqlıq almış və nəticədə 1335 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 18.11.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 525 manat olan Xiaomi Redmi 9 (İMEİ kodu **********37001) markalı telefonu ilkin ödənişsiz, 15 ay müddətinə, ayda 35 manat ödəmək şərti ilə almış, nəticədə 398 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 39 manat cərimə, 24.11.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 444 manat olan Apple Airpods 2 markalı qulaqlığı ilkin ödənişsiz, 12 ay müddətinə, ayda 37 manat ödəmək şərti ilə almış, nəticədə 300 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 30 manat cərimə, 28.12.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 168 manat olan Timmer Philipsi ilkin ödənişsiz, 12 ay müddətinə, ayda 14 manat ödəmək şərti ilə almış, nəticədə 124 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 12 manat miqdarında cərimə və 01.01.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 424,5 manat olan Apple Airpods 2 markalı qulaqlığı ilkin ödənişsiz, 15 ay müddətinə, ayda 28,3 manat ödəmək şərti ilə almış, nəticədə 392,5 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 39,5 manat miqdarında cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 347 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, 29 mart 2022-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 18.11.2020-ci il tarixdə bağlanmış 22056832 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 15 ay müddətinə hər ay 35 manat ödəmək şərti ilə, dəyəri 525 manat olan Xiaomi Redmi 9 (İMEİ kodu **********37001) markalı telefonu satmışdır. İş materiallarına əlavə edilmiş 18.11.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən Xiaomi Redmi 9 (İMEİ kodu **********37001) markalı telefon Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 24.11.2020-ci il tarixdə bağlanmış 22068312 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 12 ay müddətinə hər ay 37 manat ödəmək şərti ilə, dəyəri 444 manat olan Apple Airpods 2 markalı qulaqlıq satmışdır. İş materiallarına əlavə edilmiş 24.11.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən Apple Airpods 2 markalı qulaqlıq təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 28.12.2020-ci il tarixdə bağlanmış 22169170 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 12 ay müddətinə, hər ay 14 manat ödəmək şərti ilə, dəyəri 168 manat olan Timmer Philips satmışdır. İş materiallarına əlavə edilmiş 28.12.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən Timmer Philips təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 01.01.2021-ci il tarixdə bağlanmış 22000291 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 15 ay müddətinə, hər ay 28,30 manat ödəmək şərti ilə, dəyəri 424,50 manat olan Apple Airpods 2 markalı qulaqlıq satmışdır. İş materiallarına əlavə edilmiş 01.01.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən Apple Airpods 2 markalı qulaqlıq təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 23.03.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh İddiaçınə 18.11.2020-ci il tarixli müqavilə üzrə 398 manat əsas borc və 39 manat cərimə, 24.11.2020-ci il tarixli müqavilə üzrə 300 manat əsas borc və 30 manat cərimə, 28.12.2020-ci il tarixli müqavilə üzrə 124 manat əsas borc və 12 manat cərimə və 01.01.2021-ci il tarixli 392,5 manat əsas borc və 39,5 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan bildirişdən və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı 18.11.2020-ci il tarixli, 24.11.2020-ci il tarixli, 28.12.2020-ci il tarixli və 01.01.2021-ci il tarixli müqavilələrdən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı ilə bağlanmış 18.11.2020-ci il tarixli, 24.11.2020-ci il tarixli, 28.12.2020-ci il tarixli və 01.01.2021-ci il tarixli müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi təmin edilməli və Cavabdeh 18.11.2020-ci il tarixli müqavilə üzrə 398 manat əsas borc və 39 manat cərimə, 24.11.2020-ci il tarixli müqavilə üzrə 300 manat əsas borc və 30 manat cərimə, 28.12.2020-ci il tarixli müqavilə üzrə 124 manat əsas borc və 12 manat cərimə və 01.01.2021-ci il tarixli müqavilə üzrə 392,5 manat əsas borc və 39,5 manat cərimə borcu alınaraq, İddiaçınə verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 33,35 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 450-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 18.11.2020-ci il tarixli müqavilə üzrə 398 (üç yüz doxsan səkkiz) manat məbləğində əsas borc, 39 (otuz doqquz) manat məbləğində cərimə borcu, 24.11.2020-ci il tarixli müqavilə üzrə 300 (üç yüz) manat məbləğində əsas borc, 30 (otuz) manat məbləğində cərimə borcu, 28.12.2020-ci il tarixli müqavilə üzrə 124 (bir yüz iyirmi dörd) manat məbləğində əsas borc, 12 (on iki) manat məbləğində cərimə, 01.01.2021-ci il tarixli müqavilə üzrə 392,5 (üç yüz doxsan iki manat 50 qəpik) manat məbləğində əsas borc, 39,5 (otuz doqquz manat 50 qəpik) manat məbləğində cərimə və 33,35 (otuz üç manat 35 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1368,35 (bir min üç yüz altmış səkkiz manat 35 qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar