Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2668/2023 11.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən cavabdehə mülki işə sadələşdirilmiş icraat qaydasında baxılacağına dair bildiriş, ərizə və ona əlavə edilmiş sənədlər göndərilmiş və xx.xx.2023-cü il tarixdə Cavabdeh etiraz ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Cavabdeh ərizəsində məhkəməyə bildirmişdir ki, onun xx.xx.2022-ci il tarixli, 40018729 saylı Nisyə alqı-satqı müqaviləsi üzrə heç bir öhdəliyi və borcu yoxdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 2668/2023 saylı qərardadı ilə iş üzrə icraat iddia icraatına keçirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 40018729 saylı, xx.xx.2022-ci il tarixli Nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 1417,48 manat dəyərində nisyə aldığı mala görə 200 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 1217,48 manat borcu isə müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 1217,48 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh iddiaya etirazı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC ilə bağlanmış müqaviləyə əsasən sifariş etdiyi cihazdan imtina etmiş və onu geri qaytarmışdır. Nəticədə onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 40018729 saylı Nisyə alqı-satqı müqaviləsi ləğv edilmiş və onun həmin müqavilə üzrə hər hansı öhdəliyi qalmamışdır. Cavabdehin vəsatəti əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş və nümayəndəsi X1 xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak edərək məhkəməyə bildirmişdir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən iki ədəd məhsul götürmüş, sonra isə məhsulun birini qaytarmışdır. Hal-hazırda cavabdehin cəmi 132 manat borcu qalıb. Digər məsələ isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında olan məsələdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət etmiş və işə nümayəndəsinin iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 40018729 saylı Nisyə alqı-satqı müqaviləsinə əsasən, alıcı satıcıdan iki ədəd mobil telefon almış və dəyərini xx.xx.2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı olan tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə Nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC xx.xx.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyəti yə çevrilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli arayışda aşağıdakılar göstərilmişdir: “ ... verilir Cavabdeh ona görə ki, onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixində 40018729 saylı Nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Sonradan müştəri müqavilə üzrə sifariş etdiyi 2 ədəd məhsulun 1 ədədindən 839,99 manat dəyərində olanından imtina etmiş və məhsulu geri qaytarmışdır. Nəticədə borc məbləği azaldılmışdır. Hazırda 40018729 saylı müqavilə üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sistemində borc 132 manat təşkil edir. Ferrum Capital-da 40018729 saylı müqavilə üzrə borcalanın adında olan 839,99 manat borc qalığı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəliyidir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəlləsinin 600.4-cü maddəsinə müvafiq olaraq, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəlləsinin 657.2-ci maddəsinə görə, faktorinq müqaviləsinin gələcək tələblərin güzəştinə əsas verən hər hansı müddəası tələblərin verilmə üzrə hansısa əlavə hərəkətlər edilmədən əmələ gəldiyi məqamda faktora keçməsini bildirir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı tələb hüququnu ötürüldüyü vaxt mövcud olmayan həcmdə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ötürmüş və belə olan halda iddia ərizəsi qismən – faktiki olaraq mövcud olan borc hissəsində təmin edilməli, 132 manat məbləğində borc Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 132 (yüz otuz iki manat) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 4,07 (dörd manat yeddi qəpik) manat hissəsi tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-2668/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2668/2023
11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver