Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2723/2022 18.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavadova (MustafaKamal) Aydən Nizam qızına qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Apple Watch 3 markalı saat üçün 59 manat ödənilməmiş hissə, 5 manat manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN LED markalı televizor, Paltaryuyan Samsung markalı telefon üçün 1673.6 manat ödənilməmiş hissə, 167.4 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Soft - Yumsaq - Kunc - Sol Uzun - Sungerli markalı mebel əşyası üçün 840 manat ödənilməmiş hissə, 84 manat cərimə miqdarında borc, Ümumilikdə, 2829 manat borc və 48.29 manat ödənilmiş dövlət rüsumu cavabdeh Cavadova (Mustafakamal) Aydən Nizam qızından alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Apple Watch 3 markalı saat, HOFFMANN LED markalı televizor, Paltaryuyan Samsung və Soft - Yumsaq - Kunc - Sol Uzun - Sungerli markalı mebel əşyasıalmış və nəticədə 2829 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 787.8 manat (12 ay x 59.4 manat + 75 manat ilkin ödəniş) Apple Watch 3 markalı saat üçün ümumilikdə, 64 (altmış dörd) manat olmaqla ondan, 59 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2858.4 manat (18 ay x 158.8 manat + 0 manat ilkin ödəniş) HOFFMANN LED markalı televizor, Paltaryuyan Samsung üçün ümumilikdə, 1841 manat olmaqla ondan, 1673.6 (min altı yüz yetmiş üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 167.4 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 840 manat (24 ay x 35 manat + 0 manat ilkin ödəniş) Soft - Yumsaq - Kunc - Sol Uzun - Sungerli markalı mebel əşyasıüçün ümumilikdə, 924 (doqquz yüz iyirmi dörd) manat olmaqla ondan, 840 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 84 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1913.6 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Cavabdeh iddia ərizəsini və ona əlavə edilmiş sənədləri rəsmi qaydada almasına baxmayaraq, iddia tələbinə dair əsaslandırılmış etiraz təqdim etməmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, mülki işin materiallarında tədqiq edilmiş: "xxxx" MMC ilə Cavadova (MustafaKamal) Aydən Nizam qızı arasında bağlanmış 19 iyun 2020-ci il tarixli, №20362252 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavadova (MustafaKamal) Aydən Nizam qızı ilkin ödənişsiz Hoffman Led markalı televizor, Samsung markalı Paltaryuyan almış və 18 ay müddətinə ayda 158,8 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 19 iyun 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavadova (MustafaKamal) Aydən Nizam qızı №20362252 saylı müqaviləyə əsasən Hoffman Led markalı televizoru, Samsung markalı Paltaryuyanı tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" MMC ilə Cavadova (MustafaKamal) Aydən Nizam qızı arasında bağlanmış 08 yanvar 2020-ci il tarixli, №20022620 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavadova (MustafaKamal) Aydən Nizam qızı ilkin ödənişlə Apple Watch 3 markalı saat almış və 12 ay müddətinə ayda 59,4 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 08 yanvar 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavadova (MustafaKamal) Aydən Nizam qızı №20022620 saylı müqaviləyə əsasən Apple Watch 3 markalı saatı tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" MMC ilə Cavadova (MustafaKamal) Aydən Nizam qızı arasında bağlanmış 27 noyabr 2020-ci il tarixli, №22090742 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavadova (MustafaKamal) Aydən Nizam qızı ilkin ödənişsiz Soft-Yumsaq-Kunc-Sol Uzun-Sungerli markalı mebel almış və 24 ay müddətinə ayda 35 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 27 noyabr 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavadova (MustafaKamal) Aydən Nizam qızı №22090742 saylı müqaviləyə əsasən Soft- Yumsaq-Kunc-Sol Uzun-Sungerli markalı mebeli tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. 24 mart 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavadova (MustafaKamal) Aydən Nizam qızının xx.xx.2020-ci il tarixli müqavilə üzrə 59 manat əsas, 5 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1673 manat əsas, 167,4 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 840 manat əsas, 84 manat cərimə borcu olmaqla, üç müqavilə üzrə ümumilikdə 2829 manat məbləğində borcu var. Tələbkar tərəfindən borcluya ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehdən alğı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş əks halda müqavilənin qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbardarlıq edilmişdir; İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 48,29 manat dövlət rüsumu ödəmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 3 müxtəlif tarixdə nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. 19 iyun 2020-ci il tarixli, №20362252 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı ilkin ödənişsiz Cavadova (MustafaKamal) Aydən Nizam qızına nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 18 ay müddətinə aylıq 158,8 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. 08 yanvar 2020-ci il tarixli, №20022620 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı ilkin ödənişlə Cavadova (MustafaKamal) Aydən Nizam qızına nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 12 ay müddətinə aylıq 59,4 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. 27 noyabr 2020-ci il tarixli, №22090742 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı ilkin ödənişsiz Cavadova (MustafaKamal) Aydən Nizam qızına nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 24 ay müddətinə aylıq 35 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşyalar satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilə üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 48,29 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər etməmişdir. Bununla da müqavilənin şərtlərini pozaraq borcu yaranmışdır. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən cavabdehdən tələb edilən cərimə məbləğinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilən norma məhkəməyə tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldılması hüququ verdiyindən, məhkəmə həmin dəbbə pulunun azaldılması zamanı qanunla ona verilmiş qiymətləndirmə azadlığına malikdir. Odur ki, məhkəmə iddia tələbinin cərimə məbləğinin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, 1673,6 manat əsas borca, 167,4 manat cərimə məbləği müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən müqavilə üzrə hesablanmış cərimə məbləği endirilməli və 50 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 19 iyun 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 1673,6 manat əsas, 50 manat cərimə, 08 yanvar 2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 59 manat əsas, 5 manat cərimə, 27 noyabr 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 840 manat əsas, 84 manat cərimə olmaqla, hər üç müqavilə üzrə ümumilikdə 2711,6 manat məbləğində pul vəsaiti və 48,29 manat məbləğində dövlət rüsumu cavabdeh Cavadova (MustafaKamal) Aydən Nizam qızından iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 19 iyun 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 1673,6 (bir min altı yüz yetmiş üç manat, altmış qəpik) manat əsas, 50 (əlli) manat cərimə, 08 yanvar 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 59 (əlli doquz) manat əsas, 5 (beş) manat cərimə, 27 noyabr 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 840 (səkkiz yüz qırx) manat əsas, 84 (səksən dörd) manat cərimə olmaqla, hər üç müqavilə üzrə ümumilikdə 2711,6 (iki min yeddi yüz on bir manat, altmış qəpik) manat məbləğində pul vəsaiti və 48,29 (qırx səkkiz manat iyirmi doqquz qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Cavadova (MustafaKamal) Aydən Nizam qızından iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-2723/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2723/2022
18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver