Məhkəmə qərarları › İş №e-2(001)-2759/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2759/2023

24.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2759/2023 24.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə Ərizəçi bacısı xx.xx.1960-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi bacısı xx.xx.1960-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılır ki, X7 xx.xx.1967-ci ildə Ağdam rayonu Qiyaslı kəndində anadan olmuş, məcburi köçkün kimi Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon Abay Kunanbayev küçəsi 16 saylı binanın 2 saylı mənzilində məskunlaşmışdır. Ərizəçinin atası X9, anası X5 olmuşdur. Bacısı xx.xx.1960-cı təvəllüdlü X8 1-ci dərəcəli əlil olmaqla ruhi xəstədir. Ərizəçinin bacısı Məryam anası X1 himayəsində olmuş, anası xx.xx.2021-ci il tarixdə vəfat etdiyi üçün Məryam tək qalmış, xəstəliyi birazda artmış və özünü idarə etməz vəziyyətə düşmüşdür. Məryam evdə olan bütün sənədləri, o cümlədən şəxsiyyət vəsiqəsini, doğum haqqında şəhadətnaməsini və evə dair hüquqi sənədləri itirmşdir. Ona görədə ərizəçi bacısı Məryəmə əlilliyinə görə təyin olunmuş sosial müavinəti ala bilmir. Hal-hazırda Məryamın sənədlərinin düzədilməsi üçün onun himayəçiyə ehtiacı vardır. Belə ki, ərizəçi Məryamı heç yerə, o cümlədən ASAN xidmət mərkəzinə apara bilmir. Ona görə də xx.xx.1960-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə ərizəni müdafiə edib, ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib qızı xx.xx.1960-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Ağdam rayon Qiyaslı kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1967-ci il tarixli AZ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.1967-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 72 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X9, anası X3r. Ağdam rayon Qiyaslı kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1960-cı il tarixli doğum akt qeydinin surətindən müəyyən olunur ki, X8 xx.xx.1960-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, atası X9, anası X3r. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 04180932 saylı xx.xx.2005-ci il tarixdə Binəqədi RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən məyyən olunur ki, X8 xx.xx.1960-cı il tarixdə Ağdam rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 2067 saylı rəyindən müəyyən olunur ki, xx.xx.1960-cı il təvəllüdlü X4 demensiya aşkar olunur. X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. xx.xx.1960-cı il təvəllüdlü X8 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, xx.xx.1960-cı il təvəllüdlü X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını tam dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığı araşdırma zamanı təsdiq olunduğundan ərizə təmin edilərək xx.xx.1960-cı il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar