Məhkəmə qərarları › İş №e-2(001)-2765/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2765/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2765/2025 08.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” barədə kiçik mübahisələr üzrə iddia tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” barədə kiçik mübahisələr üzrə iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2023-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 236,6 manat əsas 35,4 manat cərimə cəmi 272 manat borc, xx.xx.2023-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 89,9 manat əsas 13,4 manat cərimə olmaqla, cəmi 103,3 manat borc, xx.xx.2023-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 29,3 manat əsas, 4,3 manat cərimə, cəmi 33,6 manat borc, xx.xx.2023-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 139,9 manat əsas, 20,9 manat cərimə, cəmi 160,8 manat borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 49,9 manat əsas, 7,4 manat cərimə, cəmi 57,3 manat borc, ümumilikdə beş müqavilə üzrə 545,6 manat əsas, 81,4 manat cərimə, 627 manat cəmi borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Honor” markalı mobil telefona görə 18 ay müddətinə ödəniş cədvəli üzrə hər ay 49 manat olmaqla, cəmi 873 manat, xx.xx.2023-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Honor” markalı mobil telefona görə 12 ay müddətinə ödəniş cədvəli üzrə hər ay 46 manat olmaqla, cəmi 549,90 manat, xx.xx.2023ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Honor” markalı mobil telefona görə 18 ay müddətinə ödəniş cədvəli üzrə hər ay 36 manat olmaqla cəmi 641,30 manat, xx.xx.2023-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, aldığı smart saata görə 18 ay müddətinə ödəniş cədvəli üzrə hər ay 19 manat olmaqla, cəmi 329,90 manat, xx.xx.2023-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı qulaqcığa görə 18 ay müddətinə ödəniş cədvəli üzrə hər ay 6 manat olmaqla, cəmi 109,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2023-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2025ci il tarixində 49 manat, xx.xx.2023-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2025-ci il tarixində 46 manat, xx.xx.2023-ci il tarixli, ********* saylı saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 36 manat, xx.xx.2023-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2025-ci il tarixində 19 manat və xx.xx.2023-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə isə sonuncu dəfə xx.xx.2025ci il tarixdə 6 manat ödəniş etmiş və beş müqavilə üzrə cəmi qalıq qalmış 545,6 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildirirlər ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu hər beş müqavilə üzrə 814 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı beş müqavilə üzrə 814 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni ümumilikdə 81,4 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin xx.xx.2025-ci il tarixədək "xxxx" MMC-yə olan borcu xx.xx.2023-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 236,6 manat əsas, 35,4 manat cərimə, cəmi 272 manat, xx.xx.2023-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, 89,9 manat əsas, 13,4 manat cərimə, cəmi 103,3 manat, xx.xx.2023-ci il tarixli, ********* saylı saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 29,3 manat əsas, 4,3 manat cərimə, cəmi 33,6 manat, xx.xx.2023-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 139,9 manat əsas, 20,9 manat cərimə, cəmi 160,8 manat, xx.xx.2023-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, 49,9 manat əsas, 7,4 manat cərimə, cəmi 57,3 manat, beş müqavilə üzrə 545,6 manat əsas, 81,4 manat cərimə olmaqla, cəmi 627 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2025-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, İddiaçı Cavabdeh 18 ay müddətinə, hər ay 19 manat ödəmək şərti ilə, dəyəri 329,99 manat olan “Honor» markalı saat satmışdır. xx.xx.2023-ci il tarixli № ********* saylı Müddətli nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, “Honor saat” Cavabdeh təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdehnun xx.xx.2023-ci il tarixli № ********* saylı müqavilə üzrə İddiaçınə 139,9 manat əsas borcu və 209 manat cərimə olmaqla, cəmi 348,90 manat borcu yaranmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, İddiaçı Cavabdeh 18 (on səkkiz) ay müddətinə, hər ay 06 manat ödəmək şərti ilə, dəyəri 109,99 manat olan “Honor” markalı qulaqlıq satmışdır. xx.xx.2023-ci il tarixli, ********* saylı Müddətli nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, “Honor” markalı qulaqlıq Cavabdeh təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2023ci il tarixli, ********* saylı müqavilə üzrə İddiaçınə 49,9 manat əsas borcu və 74 manat cərimə olmaqla, cəmi 123,90 manat borcu yaranmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, İddiaçı Cavabdeh 18 (on səkkiz) ay müddətinə, hər ay 36 manat ödəmək şərti ilə, dəyəri 641,3 manat olan “Honor” markalı mobil telefon satmışdır. xx.xx.2023-cü il tarixli, ********* saylı saylı Müddətli nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, “Honor” markalı mobil telefon Cavabdeh təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2023cü il tarixli, ********* saylı saylı müqavilə üzrə İddiaçınə 29,3 manat əsas borcu və 43 manat cərimə olmaqla, cəmi 72,30 manat borcu yaranmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı Müddətli nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, İddiaçı Cavabdeh 18 (on səkkiz) ay müddətinə, hər ay 49 manat ödəmək şərti ilə, dəyəri 873,69 manat olan “Honor” markalı mobil telefon satmışdır. xx.xx.2023-cü il tarixli, ********* saylı Müddətli nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, “Honor” markalı mobil telefon Cavabdeh təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdehnun xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə İddiaçınə 236,6 manat əsas borcu və 354 manat cərimə olmaqla, cəmi 590,60 manat borcu yaranmışdır İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, İddiaçı Cavabdeh 12 ay müddətinə, hər ay 46 manat ödəmək şərti ilə, dəyəri 549,99 manat olan “Honor” markalı mobil telefon satmışdır. xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, “Honor” markalı mobil telefon Cavabdeh təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2023cü il tarixli № ********* saylı müqavilə üzrə İddiaçınə 89,9 manat əsas borcu və 134 manat cərimə olmaqla, cəmi 223,90 manat borcu yaranmışdır. Xəbərdarlıqdan və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələrdən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. -218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə qəbul edir. Mülki işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli ********* saylı, xx.xx.2023-ci il tarixli, ********* saylı, xx.xx.2023-cü il tarixli, ********* saylı, xx.xx.2023-cü il tarixli, ********* saylı və xx.xx.2023cü il tarixli ********* saylı müqavilələr üzrə cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi təmin edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddianın qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ M: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 29,3 (iyirmi doqquz manat 30 qəpik) manat məbləğində əsas borc, 4,3 (dörd manat 30 qəpik) manat məbləğində cərimə, xx.xx.2023-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 236,6 (iki yüz otuz altı manat 60 qəpik) manat məbləğində əsas borc, 35,4 (otuz beş manat 40 qəpik) manat məbləğində cərimə, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 139,9 (bir yüz otuz doqquz manat 90 qəpik) manat məbləğində əsas borc, 20,9 (iyirmi manat 90 qəpik) manat məbləğində cərimə, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 49,9 (qırx doqquz manat 90 qəpik) manat məbləğində əsas borc, 7,4 (yeddi manat 40 qəpik) manat məbləğində cərimə, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 89,9 (səksən doqquz manat 90 qəpik) manat məbləğində əsas borc, 13,4 (on üç manat 40 qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 627 (altı yüz iyirmi yeddi) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar