Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-278/2025 18.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətnin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6482,18 manat məbləğində sığorta ödənişi, 84,83 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqının, cəmi 6 567,41 manat pulun tutulub onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC (bundan sonra – Cəmiyyət və ya İddiaçı) ilə sığortalı "xxxx" MMC arasında bağlanmış 05 noyabr 2022-ci il tarixli AS-H 539/22 nömrəli sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış “Changan CS 55 Plus” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Nissan Patrol minik” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə toqquşaraq zədələnmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Changan CS 55 Plus” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 9144,63 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında protokoldan müəyyən olunur ki, baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində “Nissan Patrol minik” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli yekun aktında, yol-nəqliyyat hadisəsi nəticəsində “Changan CS 55 Plus” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 9144,63 təşkil edilmişdir. İddia ərizəsinə əlavə edilmiş subroqasiya tələblərinin reyestrindən çıxarışından görünür ki, “Nissan Patrol minik” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən 2662,45 manat məbləğində sığorta ödənişi Cəmiyyətin hesabına ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 288/24 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Changan CS 55 Plus” markalı ** PH *** dövlət nişanlı avotəqliyyat vasitəsinə dəymiş zərərin qalıq hissəsinə görə ödənilməli olan 6482,18 manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, “Nissan Patrol minik” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən 9144,63 manat məbləğində olan sığorta ödənişinin 2662,45 manat hissəsini avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən ödəniş edilmişdir. Beləliklə, cavabdehə qarşı subroqasiya tələbi 6482,18 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, iddianı qismən qəbul edir. Belə ki, məbləğ həddindən artqı şişirdilmişdir. Bildirdi ki, ekspert rəyi ilə razıdır, əmək haqqısından hissə-hissə ödəyəcək. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: A-AS-277/23 nömrəli sığorta aktından görünür ki, “Changan CS 55 Plus” markalı **- PH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixli “Avtomobillərin kompleks sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Changan CS 55 Plus” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 9144,63 manat məbləğində zərər dəymişdir. Sığorta ödənişini alan şəxs "xxxx" MMC-dir. İcra edilmiş xidmətlərə dair aktddan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Changan CS 55 Plus” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 9144,63 manat məbləğində zərər dəymişdir. Ödəniş tapşırıqlarından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına ümumilikdə 9144,65 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixndə, saat 16:00-da “Nissan Patrol minik” markalı ** BO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsəfaəsi qaydalarına pozmuş, nəticədə hadisə törətmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyət tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyalardan görünür ki, 2662,45 manat sığorta ödənişi məbləği “Nissan Patrol minik” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünun mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən Cəmiyyətə ödəniş olduğundan, Cəmiyyət qalıq 6482,18 manat məbləğində pulu cavabdehdən 7 gün müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, “Changan CS 55 Plus” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə baş verən dövr əsas götürməklə xx.xx.2023-cü il tarixli aktda göstərilmiş dəyişdirilən ehtiyat hissələrinin və həmin hissələrə aid görülmüş işlərin (xidmətlərin) siyahısı nəzərə alınmaqla dəymiş zərərin həcmi 5745,40 manat təşkil edir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 84,83 manat məbləğində dövlət rüsumu və 0,4 manat bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İş materiallarından göründüyü kimi, Cavabdeh idarə etdiyi “Nissan Patrol minik” markalı **-BO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş və bunun nəticəsində "xxxx" ASC-də “Avtomobillərin kompleks sığortası” növündə sığortalanmış “Changan CS 55 Plus” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi zədələnmişdir. Hadisə nəticəsində “Changan CS 55 Plus” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə iddiaçı tərəfindən 9144,63 manat məbləğində zərər qarşılanmışdır. Həmin məbləğdən Cavabdeh tərəfindən idarə olunan “Nissan Patrol minik” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan "xxxx" ASC tərəfindən subroqasiya qaydasında dəymiş zərərin 2662,45 manat məbləği "xxxx" ASC-yə ödənilmiş, qalan məbləğ, yəni 6482,18 manat ödənilməmişdir. Hazırda iddiaçı həmin 6482,18 manat məbləğində vəsaitin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ həddindən artıq şişirdilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən aparılmış ekspertiza nəticəsində məlum olmuşdur ki, “Changan CS 55 Plus” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin həcmi 5745,40 manat təşkil edir. Belə olan halda məhkəmə "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyini nəzərə alaraq hesab edir ki, “Changan CS 55 Plus” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilməli olan məbləğ 3082,95 manat (dəymiş zərər 5745,40 – ödənilmiş məbləğ 2662,45 = 3082,95) məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh “Changan CS 55 Plus” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 3082,95 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 40 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh “Changan CS 55 Plus” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 3082,95 (üç min səksən iki manat, doxsan beş qəpik) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 40 (qırx) manatı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətnin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-278/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-278/2025
18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver